Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   49   50   51   52   53   54   55   56   57

 
152 
 
Yamblikos 
Yeni  platoçuluğun  suriya  məktəbinin  yaradıcısı  Yamblikos  (250-330) 
olmuĢdur.  O  IV  əsrdə  yaĢamıĢdır.  Onun  əsli  Suriyanın  Xalkida  Ģəhərindən 
idi. Yamblikos Romada  təhsil almıĢ, sonra  isə Suriyanın Apameya  Ģəhərində 
fəlsəfədən dərs verirdi. O bir sıra kitabların  müəllifi  idi. 
Yamblikos Plotinusun  davamçısı olaraq,  onun  Vahid, Əql,  Ruh  üçlüyü 
haqqında  monistik  təlimini  bir  qədər  fərqli  Ģəkildə  təsəvvür  edirdi.  Məsələn 
o,  Vahidi  ikiyə  bölmüĢdür.  Birinci  Vahid  Plotinusda  olduğu  kimi  hər  bir 
varlıqdan  daha  ücadır.  Ġkincisi  isə  özündən  sonra  gələn  hər  Ģeyin 
baĢlanğıcıdır.  Burada  Yamblikos,  Vahidlə  Əql  və  Vahidlə  çoxluq  arasında 
keçid mərhələsini  ortalığa çıxarmıĢdı. 
Bunu  Yamblikos  Əql  anlayıĢına  da  aid  edirdi.  Yəni  Əql  də  ikiyə 
bölünür.  Birincisi  hər  bir  var  olan  Ģeyin  paradiqmasıdır  (ilk  obrazıdır). 
Ġkincisi  isə  ideyaların  toplusudur.  Hər  Ģeyin  paradiqması  olan  birinci  Əqlin 
tərkibi  vahid  deyil,  ata  (varlıq)  -  potensiya  (varlığın  mümkünlüyü)  -  əqlin 
özü 
(varlığın 
həqiqiliyi  kimi,  onun  mümkünlüyünün  düĢünülməsi) 
üçlüyündən  ibarətdir.  Bu  üçlüyün  hər  bir  üzvü,  ayrıca  varlıqlardır  və  onlar 
tanrılardır.  Bu  cür  bölgünü  Yamblikos  ikinci  Əqlə,  sonra  Ruha  və  onun 
hissələrinə aid edir. Beləliklə dünyanın  üstündə duran Vahidə, Əqlə və  Ruha 
aid  tanrılar  panteonu
283
  yaradılır.  Onların  ardınca  dünyanın  içində  olan 
tanrılar  gəlir.  Onlar  isə  öz  növbəsində  12  səmavi  (göy)  tanrıya  bölünür.  Bu 
tanrılar da 36, onlar isə 360 tanrıya bölünür. 
Bu bölgü  çox  güman  ki,  hansısa daha  qədim  dini  inanclar,  magiya  və 
astroloqiya  əsasında  aparılıb.  Yamblikosa  görə,  insan  və  heyvan  ruhlarının 
təbiəti fərqlənir. Ġnsan ruhu əqllə  dərk edilən təbiətlə əlaqəlidir. Bu  keyfiyyət 
heyvanlara aid edilə bilməz. 
Yamblikos,  Porfirios  kimi,  teurgiya  ilə  məĢğul  olurdu
284
.  Onun 
tanrılara  ibadət  edən  zamanı,  yer  üzərində  qalxması,  iĢığ  saçması  haqqında 
əfsanələr gəzirdi. 
Göründüyü    kimi,  Yamblikos,  tənəzzülə  uğrayan,  Xristianlıqla  artıq 
rəqabət  aparmaq  iqtidarında  olmayan  politeizmin  dirçəldilməsi  üçün,  əlindən 
gələni  edirdi.  Bu  yolda  o,  qədim  yunan-roma  fəlsəfəsini  daha  da 
mifləĢdirirdi. 
                                                 
283
 Panteon  (yunanca  ―pantheion‖  –  bütün tanrıların  məbədi  deməkdir)  –  çoxtanrılı 
dinlərdə  xalq  tərəfindən  ibadən  edilən  bütün  tanrılar.  Qədim  Yunanıstanda  ―bütün 
tanrılara‖ məbədlər  tikilirdi. 
284
  Teurgiya  (yunanca  ―Theurgie‖)  –  tanrıların  rəğbətini  qazanmaq  üçün,  onların 
iradəsinə təsir etmək  sənəti, qabiliyyəti. Magiyanın bir  növüdür. 


 
153 
Yamblikosun  bir  çox  ardıcılları  vardır.  Onlardan  ən  məĢhuru 
imperator  Yulianus  (Julianus)  olmuĢdur.  Onun  taxta  qalxması  zamanı 
Xristianlıq  artıq  Romada  aparıcı  ideologiyaya  çevrilmiĢdi.  Yulianus  isə,  öz 
qısa  hakimiyyəti  dövründə  (361-363),  bütpərəstliyə  Xristianlıqla  bərabər 
dövlət  dini  statusu  vermək  istəyirdi.  Lakin  onun  Ġrana  qarĢı  müharibədə 
həlak  olmasından  sonra,  Xristianlıq  yenidən  dövlət  dininə  çevrildi  və  bu 
proses  artıq  geriyə  dönməz  oldu.  Bütpərəstlik  artıq  öz  məhvinə  doğru 
gedirdi. 
 
Proklus 
Yeni  platoçuluğun  Afina  məktəbinin  ən  məĢhur  nümayəndəsi  Proklus 
idi  (410-485).  O  bir  çox  kitab  müəllifi  olmuĢdu  və  bu  kitablrın  bir  çoxu 
bizim  zamanımıza  qədər  gəlib  çatmıĢdır.  Bunların  arasında  Platonun 
«Timaeus»  (Timeus),  «Parmenides»,  «Alcibiades»  (Alkibiades),  «Cratylus» 
(Kratilus)  əsərlərinə  edilən  Ģərhlər,  ―ġərlərin  mahiyyəti  haqqında‖  kimi 
kitablar vardır. 
Digər  neoplatoçular  kimi,  Proklus  da  dünyanı  Vahidin  (tanrının) 
emanasiyası  kimi  təsəvvür  edirdi.  O,  emanasiyanı  triadik  (üç  mərhələli) 
inkiĢafda  görürdü.  Lakin  bu  inkiĢaf  əslində  tənəzzül  idi,  çünki  o,  əks 
istiqamətdə  gedirdi:  kamildən  naqisə,  iĢıqdan  zülmətə.  Triadik  hərəkətin 
birinci  mərhələsi  Vahiddə  yerləĢmədir.  Yəni  törənən  Ģeyin  törədəndə 
olmasıdır  (mone).  Ġkinci  mərhələ  onun  çıxmasıdır  (proodos).  Üçüncü 
mərhələ isə törənənin törədiciyə qayıtmasıdır  (epistrofe). 
Ümumiyyətlə  üçlük  ideyasını  (triadanı)  Proklus  varlığın  bütün 
aspektlərinə aid edir. Varlıq Vahid, Əql və Ruh üçlüyündən ibarətdir. Vahidi 
Proklus  ilahiləĢdirir.  O  hər  Ģeyin  əvvəlidir,  hər  Ģeydən  ucadır.  O  dərk 
edilməz və sözlə ifadə edilməzdir. 
  Vahiddən  emanasiya  (axma)  nəticəsində  çoxluq  yaranır.  Bu 
―hennada‖  adlanan  vahidlərdir.  Onlar  tanrılar  kimi  təsəvvür  edilir  və  ideal 
aləmdə  olan  ilk  çoxluğun  mərhələsini  təĢkil  edir.  Lakin  Vahid  və  ondan 
törənən  ―hennadalar‖  varlığın  üstündə  durur.  Proklusun  ikinci  üçlüyü  olan 
Əql də üçə bölünür.  Əvvəlcə o özü-özündə  mövcuddur. Bu düĢünülən  əqldir 
(noetoy).  Sonra  əql  özü-özündən  çıxıb,  özü-özünü  düĢünür.  Bu  düĢünən 
əqldir  (noeroy).  Nəhayət,  əqlin  özü-özünə,  noeroyun  noetoya  qayıdıĢı  baĢ 
verir və  sintez alınır.  Bu  mərhələdə daha  sonra  yeni üçlüklər  yaranır.  Onlar 
üçlüklərdən  ibarət  halqaları  təĢkil  edir.  Bu  halqalar  hebdomada  (yeddiliklər) 
adlanır. Əqlin  bu  üçlüyü  (triadası)  yunan tanrıları  Kronos,  Zevs  və  Reya  ilə 
eyniləĢir. Hebdomadada olan üçlüklərin hər bir üzvü də bir tanrı ilə  eyniləĢir. 
Noetoy və noeroy da onlara tabe olan tanrılaĢmıĢ üçlüklərə bölünür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə