Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 
135 
 
 
ƏLAVƏLƏR 
 
 
PĠFAQORÇULAR VƏ YENĠ PĠFAQORÇULUQ 
 
 
Pifaqor və pifaqorçular 
 
Qədim  yunan  mütəfəkkiri  Pifaqoras  (Pythagoras)  (e.ə.  580-500) 
Samos  adasında  anadan  olmuĢdur.  Sonra  o,  Cənubi  Ġtaliyaya  köçüb,  orada 
Kroton  Ģəhərində  dini  ittifaq  (təriqət)  yaratmıĢdı.  Pifaqorasın  özündən  heç 
bir  əsər  qalmamıĢdır.  Buna  görə  də  Pifaqoras  və  onun  ardıcıllarının 
dünyagörüĢü  yalnız  nisbi  təsvir  edilə  bilər.  Onlar  tərəfindən  hansı  fikirlərin 
irəli  sürülməsi  haqqında  dəqiq  məlumat  yoxdur.  Məlumdur  ki,  e.ə.  V-IV 
əsrlərdə  pifaqorçuluq  ideyaları  təkmilləĢdirilib,  yeni  keyfiyyət  və  məzmun 
almıĢdı,  oraya  çoxlu  yeni  ideyalar  daxil  olunmuĢdu.  Yalnız  onu  demək  olar 
ki,  Pifaqorasın  yaĢadığı  dövrdə,  onun  təliminin  ümumi  nəzəriyyəsi,  ondan 
sonra  isə,  pifaqorçuluğun  fəlsəfəsi  yaranmıĢdı.  Daha  sonra  isə  pifaqorçuluq 
yeni platonçuların  fəlsəfəsi ilə birləĢib,  onun daxilində  ərimiĢdi. 
Rəvayətlərə  görə,  Krotona  gələndən  sonra,  Pifaqoras  dini-fəlsəfi 
«Pifaqorçular  ittifaqı»  yaratmıĢdı.  Bu  ittifaqın  yaradılmasında  məqsəd  -  ən 
istedadlı  və  ağıllı  adamları  birləĢdirərək,  onları  cəmiyyəti  idarə  etmə 
iqtidarında  olan  qüvvəyə  çevirməkdən  ibarət  olmuĢdu.  Bu  adamlar  həm 
elmi,  həm  də  əxlaqi  cəhətdən  baĢqalarından  seçilərək,  cəmiyyətin  aristokrat 
təbəqəsini  təĢkil  etməli  idilər.  Məhz  bu  cür  fəaliyyətlərinin  nəticəsində, 
pifaqorçular Krotonda tanınmıĢdılar. 
«Pifaqorçular  ittifaqı»  gizli  dini-fəlsəfi  təĢkilat  idi,  onun  daxili  həyatı 
haqqında  heç  kəsə  məlumat  verilmirdi.  Ġttifaqa  yeni  üzvlər,  yalnız 
sınaqlardan  keçəndən  sonra  qəbul  edilirdilər.  Bunun  üçün  xüsusi  dini 
mərasim də keçirilirdi. 
Məlumdur  ki,  Pifaqoras  bir  sıra  əxlaqi  və  mənəvi  prinsiplər  irəli 
sürmüĢdür.  O  deyirdi  ki,  insan  nadanlıqdan,  ailə  ixtilaflarından,  fitnədən, 
biclikdən  aralanıb,  üç  ideala  can  atmalıdır:  gözəllik  və  Ģərəfə;  həyatda 
faydalı  olan  Ģeyə;  ləzzətli  və  həzz  verici  Ģeylərə.  Bu  ifadələrdə  əxlaqsızlıq 
deyil,  möminlik  nəzərdə tutulur. 
Pifaqorçular  çox  sərt  həyat  tərzi  çərçivəsində  yaĢayırdılar.  Səhər 
tezdən  yuxudan  ayılırdılar,  idmanla  məĢğul  olurdular.  Gün  ərzində  hansı 


 
136 
iĢlərin  görülməsini  planlaĢdırırdılar  və  daim  əmək  fəaliyyətində  idilər. 
AxĢamlar isə,  bir  yerdə  yığılıb,  keçdiyi günə  yekun  vururdular  və  tanrılarına 
ibadət  edirdilər.  Heyvan  ətini  yemirdilər,  cadulara  qarĢı  ayinlər  tərtib 
etmiĢdilər.  Eyni  zamanda  pifaqorçular  zehni  əməyə  də  böyük  əhəmiyyət 
verirdilər.  Onlar  təbabət,  psixoterapiya,  riyaziyyat  və  baĢqa  elmləri  inkiĢaf 
etdirirdilər.  Pifaqorusun  özunə  bir  neçə  elmi  ixtira  aid  edirlər.  Onun  ən 
böyük  ixtiralarından  biri  həndəsədə  düzbucaqlı  üçbucağın  hipotenuza  ilə 
katetlərin münasibətləri  haqqında teoremdir. 
Pifaqorçularda  biliyin  iki  növü  vardır:  ―akusmata‖  (eĢidilən)  – 
müəllimlərdən  Ģagirdlərə  verilən  Ģifahi  və  dəlilsiz  biliklər;  ―matemata‖  (elm, 
bilik)  – biliyin  özü. 
Ġctimai  həyatda  pifaqorçular  hakimiyyət  problemlərinə  diqqət 
yetirirdilər  və  cəmiyyətin  hakimiyyətsiz  qalmasını  yol  verilməz  hesab 
edirdilər.  Ən  ali  hakimiyyət  tanrılara  məxsusdur.  Onları  tanımaq  və  onlara 
ibadət  etmək  hamının  borcudur.  Tanrılardan  sonra,  hökmdarlara,  böyüklərə, 
ata-anaya və sonda qanunlara tabe olmaq lazımdır.  
Pifaqoras  həm  də  ―kosmos‖  anlayıĢını  müasir  mənada,  yəni  bütün 
dünyanı  əhatə  edən  fəza  kimi  baĢa  düĢürdü,  onun  qanunauyğunluğu  və 
ahəngdə  olması  haqqında  danıĢırdı.  Dünyanın  və  kosmosun  gözəlliyi,  yalnız 
düzgün,  intizamlı  həyat  tərzi  sürən  insanlar  üçün  açılır.  Kosmosun  ahəngini 
insan həyatına keçirmək pifaqorçuların  ideallarından  biri  idi. 
Pifaqorçuların  kosmoqoniyasına  görə,  dünya  bir  kürədir,  sonsuz  və 
əbədi  boĢluqlardan  yaranıb  və  o  boĢluqlarla  nəfəs  alır.  Bu  nəfəs  alma 
nəticəsində  dünya  geniĢlənir  və  bölünür,  göy  cisimləri,  hərəkət  və  zaman 
yaranır.  Dünyanın  mərkəzində  od,  Zevsin  evi,  təbiətin  qanunu  Prinsipi 
yerləĢir.  Sonra  isə,  oddan  yaranmıĢ  yer,  planetlər  və  ulduzlar  gəlir.  Onlar 
odun  ətrafında  yerləĢir.  Göründüyü  kimi,  pifaqorçular  yeri  kainatın  mərkəzi 
hesab etmirdilər və onu kürə Ģəklində təsəvvür edirdilər. 
Pifaqoras  ruhların  bir  bədəndən  baĢqa  bədənlərə  köçməsinə  inanırdı. 
O hesab edirdi ki, hər Ģey müəyyən müddətdən sonra yenidən dünyaya gəlir. 
Ruh  günahlara  görə  bədəndə  qalmağa  məhkumdur.  Həyatın  ən  baĢlıca 
məqsədi, onu bədən əsarətindən qurtarmaqdan və baĢqa bədənlərə  köçməyə 
imkan  verməməkdən  ibarətdir.  Buna  nail  olmaq  üçün,  pifaqorçuların  həyat 
tərzini yaĢamaq lazımdır. 
Pifaqoras  təliminin  tərkib  hissəsi  olan  rəqəmlərin  mistikası  xüsusi 
maraq  doğurur.  Onların  inanclarına  görə,  rəqəmlər  əĢyalarda  əks  olunur, 
hətta  Ģeylər  rəqəmlərin  obrazlarıdır,  onlar  hər  Ģeyin  əsası  və  səbəbidir.  Bu 
təkcə cismi olan Ģeylərə deyil, həm  də mücərrəd anlayıĢlara aiddir. Hər  Ģey, 
o cümlədən dini,  etik, sosial və s. problemlər riyazi  mahiyyət daĢıyır. 


 
137 
Rəqəmlər həndəsi  mənada  baĢa  düĢülürdü. Belə  ki,  nöqtə  –  vahiddir; 
iki  nöqtədən  düz  xətt  alınır;  üç  nöqtə  –  artıq  müstəvidir.  Burada  müxtəlif 
həndəsi fiqurlar haqqında  anlayıĢlar yaranır.  
BeĢ guĢəli ulduz  pifaqorçuların  rəmzi  idi. 
 
Yeni pifaqorçuluq 
 
Bizim eramızdan  əvvəl IV  əsrdə  Pifaqoras məktəbinin  fəaliyyəti  sona 
çatmıĢdı.  Buna  baxmayaraq,  bu  məktəbin  ideyaları  antik  dünyagörüĢündə 
müxtəlif formada  təzahür  edirdi.  Xüsusi  ilə  də  Plato  və  onun  bəzi  ardıcılları 
pifaqorçuluq  təliminin  bəzi  fikirlərini  öz  fəlsəfi  görüĢlərinə  daxil  etmiĢdilər. 
Bu rəqəmlər, tale haqqında təlimə,  kosmoloqiyaya,  kosmoqoniyaya  aid idi. 
Platodan  sonra  bu  cür  ideyaların  ardıcılları  Spevsippos  (Speusippos) 
və  Ksenokratos  olmuĢdur.  Lakin  sonra,  yunan  fəlsəfəsində  materialist 
təmayüllər, mistik  və idealist  təlimlərin  təsirini  zəiflətdirmiĢdilər. 
Bununla  yanaĢı,  müxtəlif  gizli  pifaqorçu  dərgilərində  bu  təlim  bir  din 
kimi  təbliğ  edilirdi.  Bu  cür  dini  təmayüllər  sonrakı  dövrlərdə  antik  dünyada 
geniĢ  Ģəkildə  yayılmağa  baĢlamıĢdı.  Bu  proses  böhran  içində  olan  Romada 
daha  da  sürətlənmiĢdir.  Orada  bizim  eramızın  I  əsrində  pifaqorçuluq 
platoçuluqla  qarıĢıq  Ģəkildə  yenidən  meydana  gəlir  və  dini-mistik  bir  təlimə 
çevrilir.  Daha  doğrusu,  bu  proses  platoçuluğun  əsasında  təĢəkkül  tapmıĢ 
pifaqorçuluq  təliminin  bərpası  kimi  qiymətləndirilə  bilər.  Bu  yeni  yaranan 
təlimi  yeni pifaqorçuluq (neopifaqorçuluq) adlandırırlar.  
Yeni  pifaqorçular,  platoçuluqla  stoya  və  peripatetik
271
  məktəbin 
ideyalarını  eklektik  Ģəkildə  birləĢdirməyə  çalıĢırdılar.  Bu  təlimin  ardıcılları 
abidliyi,  ölümdən  sonra  həyatın  davam  etməsini,  ruhun  mövcud  olmasını 
təbliğ edirdilər. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  yeni  pifaqorçuluq  bir  dini  təlim  kimi 
tanınmıĢdır. Onun  ən  məĢhur  nümayəndələrindən  biri  Tianlı  Apollonios  idi. 
O bir ―peyğəmbər‖  kimi tanınmıĢdı, camaata  müxtəlif möcüzələr  göstərərək, 
onları  pifaqorçuluq  əqidəsinə  dəvət  edirdi.  Apollonios  haqqında  rəvayətləri 
kiçik  Filostratos  (Philostratos)  «Apollonios  Tyanensis  epistolae»  (Tianlı 
Apolloniosun  həyatı)  kitabında  (III  əsr)  qələmə  almıĢdı
272
.  Bu  kitabda  onun 
Hindistana,  Romaya,  Yunanıstana,  Misirə,  Ġspaniyaya  səyahətlərindən  və 
                                                 
271
  Peripatetiklər  (yunancə  "peripatetikos"  -  gəzinti  zamanı  əldə  edilən  bir  Ģey 
deməkdir)  – Aristotel məktəbinin  ardıcıllarıdır. 
272
  Bax:  Filostrat,  V.  Ar.  //  Ранович  А.  Б.  Первоисточники  по  истории  раннего 
Христианства.  Античные  критики  Христианства.  М.:  Политиздат,  1990,  с.  154-
157. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə