5
ÖN SÖZ
Xristian dünyagörüĢü və mədəniyyətinin yaranması dünya tarixində
olan ən önəmli hadisələrdən biri olmuĢdur. Fələstin torpaqlarında yaranan bu
dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni
təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr
ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi
dövlət dini statusunu almıĢdır. Roma mühitində inkiĢaf etmiĢ xristian
dünyagörüĢü, təkcə yəhudi ənənələri ilə məhdüdlaĢmayıb, müxtəlif dini-
fəlsəfi təlimlərin təsiri altında düĢmüĢdü. Xristian dininin rəsmi doktrinası
bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr Ģəraitində
formalaĢmıĢdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləĢməsi
nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət
göstərmiĢdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə
nəticələnmiĢdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din
dünya dininə çevrilmiĢdir.
Xristianlığın dünya fəlsəfəsinin, mədəniyyətin, incəsənətin inkiĢafında
müstəsna rolu olmuĢdur. Bu dindən ilhamlanan alimlər, incəsənət xadimləri
ən parlaq fəlsəfi əsərləri və incəsənət incilərini yaratmıĢdırlar. Avropa
mədəniyyətinin inkiĢaf etməsindən və dünyada aparıcı rol oynamağa
baĢlamasından sonra isə xristian dünyagörüĢü bu və ya digər dərəcədə
demək olar ki, bütün dunya xalqlarının mədəniyyətlərinə və ənənələrinə təsir
etmiĢ və bu günə qədər də öz təsirini saxlamaqdadır.
Buna görə də müasir düĢüncəli və ziyalı insanlar üçün Xristian tarixi
və fəlsəfəsi ilə tanıĢlıq olduqca aktual məsələdir. Məsələ bundadır ki, iki əsr
ərzində Avropa və sonra dünya təfəkkürü tarixində gedən proseslərə düzgün
qiymətin verilməsi və bununla bağlı müxtəlif amillərin tədqiqatlarda əks
etdirilməsi üçün Xristianlığın dunyagörüĢü, onun yaranması, tarixi inkiĢaf
mərhələlərini bilmək olduqca vacibdir. Bundan baĢqa Xristianlığın daxilində
gedən proseslər haqqında biliklərin əldə edilməsı bir çox hallarda baĢqa
dinlərin, fəlsəfələrin və mədəniyyətlərin öyrənilməsi və onların düzgün baĢa
düĢülməsi üçün köməklik edir. Çünki xristian dünyagörüĢü özündən öncə
mövcud olan mədəniyyətlərlə sıx əlaqədə, yaxud, bəzi hallarda, onların təsiri
altında olduğu kimi, sonra yaranan mədəniyyətlərə də çox güclü təsir
etmiĢdir. Xristian ilahiyyatında və fəlsəfəsində gedən mübahisələr, tarixi
proseslər, müxtəlif problemlərin qoyuluĢu və onların həlli yollarının
axtarılması, bəzi hallarda, Xristianlıqdan sonra yaranan baĢqa dini-fəlsəfi
təlimlərdə də təkrarlanır.
6
Azərbaycanda Xristianlığın fəlsəfəsi və tarixi bu günə qədər lazımı
səviyyədə tədqiq edilməmiĢdir. Bu mövzuda Azərbaycan dilində yazılan
əsərlər, demək olar ki, yox dərəcəsindədir. Sovet dövründə rus və
Azərbaycan dillərində buraxılan ateizm ruhlu fəlsəfi ədəbiyyatda xristian
fəlsəfəsinə aid olan bəzi məqamlar açıqlansa da, onları tənqidi nöqteyi-
nəzərindən iĢıqlandırırdılar və bir çox hallarda olduqca mühüm olan
məqamlar orada öz əksini tapmamıĢdır. Təəssüf ki, bu təmayül hal-hazırda
da davam etməkdədir. Xristianlıq probleminə əksər hallarda, obyektiv deyil,
tənqidi nöqteyi-nəzəridən baxılır, bu sahədə respublikamızda fundamental
elmi-fəlsəfi tədqiqatlar aparılmır. Bu amillər isə azərbaycanlıları müasir
qloballaĢan dünyada qonĢuluğumuzda mövcud olan böyük mədəniyyətlə
yaxından tanıĢ olmaqdan məhrum edir, onun haqqında müxtəlif qeyri-
obyektiv fikirlərin formalaĢmasına gətirib çıxarır. Beləliklə, azərbaycandilli
oxucuların nəzərinə Xristianlığı, onun dunyagörüĢü, tarixi və fəlsəfəsini əks
etdirən dolğun bir ədəbiyyat bu günə qədər təqdim edilməmiĢdi və bu kitabın
yazılması, bu istiqamətdə edilən, ilk addımdır.
Təqdim olunan bu kitab Azərbaycanda Xristian fəlsəfəsi tarixi
mövzusunda yazılmıĢ ilk tədqiqat əsəridir. Kitabda bu dinin yaranması və
onun ilk on əsr ərzində gedən inkiĢaf prosesləri haqqında bəhs edilir. Burada
ortodoksal Xristianlığın və müxtəlif xristianyönlü dini-fəlsəfi təlimlərin
ümümi müddəaları haqqında məlumat verilmiĢdir, görkəmli mütəfəkkirlərin
fəlsəfi fikirləri açıqlanmıĢdı. Bundan baĢqa Xristianlığın formalaĢması
prosesində müstəsna rol oynamıĢ müxtəlif dini-fəlsəfi cərəyanların da qısa
tarixləri və təlimləri haqqında məlumat verilmiĢdir. Kitabın sonunda
Xristianlıqla eyni zamanlarda inkiĢaf edən və onunla sıx, bir çox hallarda
ziddiyətli əlaqələrdə olan antik dunyanın aparıcı fəlsəfi məktəblərinin
dünyagörüĢlərinin əsas məqamlarına da nəzər yetirilmiĢdir.
Kitabın yeniliyi həm də müxtəlif istilahların, tarixi Ģəxsiyyətlərin və
mütəfəkkirlərin adlarının yunan və latın dillərində olduğu kimi və yaxud o
dillərə yaxın olan tərzdə verilməsindədir. Məsələ burasındadır ki, bu günə
qədər onlar Azərbaycan dilində, ruscadan alındığına görə, rus dilindəki kimi
ifadə edilirdi. Kitabda haqqında söhbət açılan tarixi Ģəxsiyyətlərin və
mütəfəkkirlərin adları əvvəlcə Azərbaycan dilində, yunan və latın dillərinə
yaxın tərzdə verildiyindən sonra, mötərizədə onların bu dillərdə latın əlifbası
ilə orjinal yazılıĢı verilmiĢdir. Onlar tərəfindən yazılan kitabların adları isə
əvvəlcə azərbaycan dilinə tərcümədə, sonra isə mötərizədə yunan və latın
dillərində latın əlifbası ilə verilmiĢdir. Ġstilahların mənaları haĢiyələrdə izah
olunmuĢdur. Beləliklə, kitabın müəllifi Azərbaycan dilində hələ bu günə
qədər təĢəkkül tapmamıĢ xristian və ümumiyyətlə fəlsəfi terminlərin bizim
Dostları ilə paylaş: |