Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   49   50   51   52   53   54   55   56   57

 
154 
  Ruha  da  Proklus  üçlük  prinsipi  nöqteyi-nəzərindən  baxırdı.  Deməli 
dünya  triadasının  üçüncü  tərkib  hissəsi  olan  Ruh,  öz  növbəsində  Ġlahi, 
Ģeytani və insani üçlüyünə  bölünür.  Onların hər birində  də öz bölgüsü  var.    
  Bu  dünya  və  materiya  Proklusun  fəlsəfəsində  qaranlıqla  (zülmətlə) 
eyniləĢir.  Onlar  iĢığın  (nurun)  yoxluğudur.  Lakin  Plotinusdan  fərqli  olaraq, 
Proklus  materiyanı  Ģər  kimi  təsəvvür  etmirdi.  Bu  dünya  nə  Ģər,  nə  də 
xeyirdir.  ġərin  isə  səbəbi  materiyada  yox,  aĢağıda  olan  dünyanın  uca  olan 
idealdan ayrılması,  uzaqlığıdır. 
  ĠĢığa  (nura)  qayıtmaq,  ona  qovuĢmaq  üçün  insan  tanrıya  tərəf 
yönəlməlidir. Bu  yolda da,  Proklusa görə,  triada vardır.  Bu Eros,  həqiqət  və 
iman  triadasıdır.  Tanrıya  qayıdıĢın  qüvvəsi  elm  deyil,  ekstazdır.  Eros 
(məhəbbət  cazibəsi)  insanı  ekstaz  halına  hazırlayır,  həqiqət  onu  tanrıya 
yaxınlaĢdırır, iman  isə  onu  tanrı  ilə  qovuĢdurur.  Lakin  bu  cür  ekstatik  hallar 
çox nadir  hallarda olduğu  üçün,  tanrı ilə  tam  qovuĢma yalnız  ölümdən  sonra 
baĢ verir. 
 
Yeni platoçuluğun və antik  fəlsəfənin sonu 
  Plotinusun  ardıcıllarından  biri  Kilikiyalı  Simplikius  (Simplicius) 
olmuĢdur.  O  Plato  və  Aristotel  təlimlərinin  birliyini  iddia  edirdi.  Onun 
fikrincə,  onların  arasında  fərq  yalnız  sözlərdə,  ifadələrdədir.  Öz  əsərlərində 
Simplikius  Zenondan,  Empedoklesdən,  Anaksaqorasdan  (Anaxagoras), 
Parmenidesdən və baĢqa qədim filosoflardan sitatlar gətirib və buna görə də, 
o mütəfəkkirlərin  bir çox fikirləri  bizə məlum  olub. 
Afina  fəlsəfə  məktəbinin  sonuncusu  sxolaxı  (baĢçısı)  Damaskius 
(Damascius)  olmuĢdu.  O  neoplatonizmi  daha  da  təkmilləĢdirmiĢdi  və 
Vahidin  haqqında  hər  hansı  biliyin  əldə  edilməsinin  mümkünsüzlüyünü  iddia 
edirdi.  Onun  təlimində  Vahid,  Proklusun  və  Yamblikosun  fəlsəfəsində 
olduğu  kimi,  ikiyə  yox,  üçə  bölünür.  Birinci  Vahid  mütləq,  ikinci  və  üçüncü 
Vahidlər isə  nisbətən  dərk  olunmazdırlar. Sonra  varlığın  vahidi  olan  monada 
ilə  cütlük  (diada)  bir-birinə  qarĢı  qoyulur,  və  bu  qarĢıdurma  nəticəsində 
mahiyyət yaranır. 
  Afinada  antik  dünyagörüĢünün  ənənələrini  davam  etdirən  məktəbin 
olmasına  baxmayaraq,  ümumiyyətlə  qədim  yunan  və  roma  dinlərinin, 
dünyagörüĢünün,  ənənələrinin  iflasa  uğraması  prosesi  artıq  V-VI  əsrlərdə 
tamamilə  baĢa  çatmıĢdı.  Antik  ənənə  artıq  Roma  imperiyasında  yayılmaqda 
olan  Xristianlıqla  rəqabət  apara  bilmirdi.  Bəzi  hallarda  Xristianlıqla 
bütpərəstliyin  mübarizəsi  təkcə  ideoloji  müstəvidə  getmirdi.  Əvvəlcə  bəzi 
roma  imperatorları  və  hakim  dairələri  xristianları  təqib  edirdilər.  Sonra  isə, 
Xristianlığın  yayılması  daha  da  sürətlənəndən  sonra  və  kilsə  xadimlərinin 


 
155 
cəmiyyətdə  nüfuzunun  artdığından  sonra  əks  proseslər  baĢ  vermiĢdir. 
Xristian  təəssübkeĢləri  bütpərəstlərə  hücümlar  təĢkil  edirdilər,  onların 
məbədlərini  və  kitablarını  məhv  edirdilər.  Bütpərəstliyə  sonuncu  zərbəni 
ġərqi  Roma  imperatoru  Yustinianos  (Iustinianos)  vurmuĢdu.  527-ci  ildə  o, 
hakimiyyətə  gələrək,  bütpərəstliyi  qanundan  kənar  elan  etdi.  Onun 
hakimiyyəti  dövründə  bütün  bütpərəst  məbədlər  bağlandı,  yaxud  məhv 
edildi.  Xristianlığı  qəbul  etməkdən  imtina  edən  adamları  isə,  vətəndaĢ 
hüquqlarından  məhrum edirdilər. 
  Yustinianos  Afinada  yerləĢən  fəlsəfə  məktəbinin  də  bağlanması 
haqqında  əmr  verdi.  531-532-ci  illərdə  orada  çalıĢan  filosoflar,  təqiblərdən 
qurtarmaq  üçün,  Ġrana  mühacirət  etdilər.  Onların  arasında  Damaskiy  və 
Simplikiy də  var idi.  Sonra onlardan  bəziləri geriyə  döndülər, lakin  artıq  yeni 
məktəblər yarada  bilmədilər.  Beləliklə  qədim antik  fəlsəfəsi  və  dünyagörüĢü 
tarixdən  silindi.  Lakin  buna  baxmayaraq  neoplatoçuların  və  baĢqa 
məktəblərin  təlimləri  bütün  orta  əsr  xristian  ilahiyyat  və  fəlsəfəsinə  güclü 
təsir etmiĢdir.       
Ġrana  mühacirət  edən  filosof  və  alimlər  isə,  ölkənin  bir  çox 
Ģəhərlərində  fəlsəfi  və  elmi  məktəblər  (akademiyalar)  yaratmıĢdılar.  Bu 
məktəblərin  arasında  HundiĢapur  akademiyası  əhəmiyyətli  yer  tutmuĢdu. 
Burada  fəlsəfədən  baĢqa,  riyaziyyat,  astronomiya,  təbabət,  coğrafiya  kimi 
elmlər  də  inkiĢaf  edirdi.  Antik  dünyanın  elmi-fəlsəfi  irsinin  böyük  hissəsinin 
Bizansda  xristianlar  tərəfindən  darma-dağın  olunması  Ģəraitində,  Ġranda 
fəlsəfi  məktəblərin  nümayəndələri  o  irsin  təsadüfən  salamat  qalmıĢ  bəzi 
nümunələrini  suriya və fars dillərinə  tərcümə etmiĢdilər. 
VII  əsrdə,  xəlifə  Ömərin  dövründə  Ġran,  müsəlmanlar  tərəfindən  fəth 
edildi.  Bunun  nəticəsində  antik  elmi-fəlsəfi  irs  müsəlmanların  əlinə  keçdi. 
Onlar,  xristianlardan  fərqli  olaraq,  onu  məhv  etmədilər.  Əksinə,  bu  irsə 
böyük maraq göstərib,  onu ərəb  dilinə tərcümə edərək,  inkiĢaf etdirdilər.  Bir 
neçə  əsr  keçdikdən  sonra,  avropalılar  darmadağın  olunmuĢ    antik  irslə 
müsəlmanların  vasitəsi ilə yenidən tanıĢ oldular. 
 
 
 
 
 
 
 
 
 


 
156 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XRĠSTĠANLIĞIN SĠMVOLLARI 
 
1. Balıq 
 
Balıq  ilk  xristian  simvollarından  biri  olmuĢdur.  O  Ġsanın  rəmzi 
mənasını  daĢıyırdı.  Buna  səbəb  Ģəkildə  göstərilən  yunan  hərflərinin 
abreviaturasıdır (ĠXTUS).  Bu abreviatura  yunan  dilində "Xilaskar  Ġsa  Məsih 
Tanrının  oğludur"  sözlərinin  birinci  hərflərindən  yaranmıĢdır.  "ĠXTUS"  sözü 
isə  yunanca  balıq  deməkdir.Eyni  zamanda  Ġsanın  ilk  ardıcıllarının  bir  neçəsi 
balıqçı  olmuĢdur.  Buna  görə  xristianlar  özlərini  "insan  ruhunu  tutanlar" 
adlandırırdılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə