Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
140 
 
yaĢamıĢdır.  Orada  o,  bir  sıra  ta-
nınmıĢ  filosofların  tələbəsi  olmuĢ-
dur  və,  təxminən  e.ə.  300  ildə,  öz 
fəlsəfi  məktəbini  yaratmıĢdı.  O  və 
onun  tə  ləbələri  ―stoa‖  adlanan 
binaların  birinə  bitiĢik  olan  sütu-nlu 
qalereyada  yığılırdılar.  Buna  görə 
bu  məktəbin  ardıcıllarını  ―stoiklər‖ 
adlandırırdılar.   
Guman  edilir  ki,  məhz  Zenon,  ilk  dəfə  olaraq,  ―təbiət  qanunlarına 
uyğun  həyat  sürmək,  yaxĢı,  məziyyətli,  gövmərd  həyat  sürmək  deməkdir‖ 
fikrini  irəli  sürmüĢdü.  Bununla  o,  stoisizm  fəlsəfəsini  etik  problemlərin 
həllinə  yönəltmiĢdi.   
Xristianlıq  problemi  kontekstində  stoiklərin  etik  təlimi  böyük  maraq 
doğurur.  Onların  fikrincə,  insan  təbiətə  uyğun  həyat  sürməlidir  və  bununla 
xeyrə və səadətə çatmalıdır. Ġnsanı xoĢbəxtliyə  gətirən yeganə yol - xeyr  və 
cömərdlikdir.  Stoiklərə  görə  dörd  əsas  xeyr  vardır.  Bunlar  –  ağıl,  ədalət, 
cəsarət  və  mülayimlikdir.  Ağılın  əksi  ağılsızlıqdır,  mülayimliyin  –  azğınlıq, 
ədalətin – ədalətsizlik, cəsarətin – qorxaqlıq.  Xeyrə əks olan Ģeylər –  Ģərdir. 
BaĢqa  Ģeylər  isə,  etinasızlıq  doğuran  Ģeylərdir.  Yalnız  xeyri  və  Ģəri  insan 
könüllü  olaraq  seçir.  BaĢqa  Ģeylərin  üzərində  isə,  onun  heç  bir  hökmü 
yoxdur  və  insan  onlara  təsir  edə  bilməz.  Lakin  o  Ģeylərin  üzərində  yüksələ 
bilər. Deməli insan  öz taleyi qarĢısında  acizdir və onunla  barıĢmalıdır. O  baĢ 
verən  hadisələrin  qarĢısını  almaq  iqtidarında  deyil,  onlara  yalnız  öz 
münasibətini  bildirə  bilər.  Taleyin  qanunlarına  uyğun  olaraq,  insan,  baĢ 
verən  hadisələrə  qarĢı  yalnız  öz  daxili  aləminə  və  mənəviyyatına  arxalana 
bilər. 
Stoiklərin  etikasının  idealı  insanın  sükut  (ataraksiya)  və  dözüm 
(anateya)  hallarıdır.  Stoik  –  müdrik  əqlin  təcəssümüdür.  O  səbrli  və 
təmkinlidir.  Onun xoĢbəxtliyi,  heç bir xoĢbəxtliyin  arzusunda olmamasıdır. 
 
Lusius Anneus Seneka 
Sonrakı  dövrlərdə  stoisizmin  etik  təlimi  Roma  imperiyasında  inkiĢaf 
etmiĢdir.  O  dövrün  ən  böyük  mütəfəkkirləridən  biri  Anney  Lusius  Seneka 
(Lucius Annaeus Seneca) (e.ə. 4- b.e. 65) olmuĢdur. O Ġspaniyanın Korduba 
(Kordova)  Ģəhərində  anadan  olmuĢdur,  kiçik  yaĢlarında  ailəsi  ilə  birlikdə 
Romaya köçmüĢdür. Orada  o, stoya  məktəbinin filosofları ilə  tanıĢ olmuĢ  və 
onlardan  dərslər  almıĢdır.  Daha  sonra  o,  Roma  imperiyasında  ən  yüksək 
dövlət vəzifələrini tutmuĢdur. Sonda imperator Nero (Claudius Caesar Nero) 


 
141 
(37-68),  Senekanı  özünə  qarĢı  sui-qəsd  etməsində  ittiham  edib,  onu  intihar 
etməyə məcbur etmiĢdi. 
Senekanın dövründə  bütün  Roma  imperiyasını  və  xüsusi  ilə  imperator 
sarayını  istibdad,  haqsızlıq  və  əxlaqsızlıq  dalğası  bürümüĢdü.  Bu  cür 
mühitdə  yaĢayan  Seneka  da,  tam  mənada  təmiz  və  vicdanla  dolu  həyat 
surməmiĢdi.  Onun  fəlsəfi  fikirləri  ilə  yaĢadığı  həyat  arasında  böyük  uçurum 
var  idi.  Məsələn,  yoxsulluğu,  kasıblığı  təbliğ  edən  Seneka,  müxtəlif  (hətta 
qeyri-qanuni)  yollarla  var-dövlət  əldə  etmiĢdi  və  həddən  artıq  varlanmıĢdı. 
Ancaq  həyatının  sonunda  təqiblərə  məruz  qalmıĢ  mütəfəkkir,  «mənim  üçün 
fəlsəfə  kifayət  edər…»  deyərək,  imperator  Neroya  bütün  var-dövlətinin 
alınması haqqında  müraciət etmiĢdi. 
Həyat  tərzi  ilə  fəlsəfəsinin  ziddiyət  təĢkil  etməsini  izah  edən  Seneka 
deyirdi  ki,  bütün  filosofların  –  Platonun,  Epikurun,  Zenonun  və  baĢqalarının 
da  fikirləri  heç  də  onların  əməllərini  əsk  etdirmirdi.  Onlar  xeyrli  həyatın  nə 
olduğunu  izah  edirdilər,  özlərinin  yaĢadıqları  həyat  tərzini  yox
273
.  Senekanın 
fikrincə var-dövlət evdə yığıla  bilər,  mənəviyyata daxil  edilməməlidir. 
Senekanın  fəlsəfəsi  əsasən  əxlaqi  fəlsəfədir.  Onun  görüĢlərinin 
mərkəzi – yüksək əxlaqa malik olan insan Ģəxsiyyətidir.  Lakin,  bu Ģəxsiy- 
 
yətin  yaĢadığı  cəmiyyətlə  və  dövlətlə  sıx 
bağlılığı  vardır.  Ġnsanın  əqli,  baĢqaları  ilə 
ünsiyyət  bağlaması  qabiliyyəti,  onu  bütün 
təbiət  üzərində  yüksəltmiĢdir.  Cəmiyyət  isə, 
təbiət  tərəfindən  təsis  edilmiĢ  bir  tə-sisatdır. 
Ayrı-ayrı adamlar, vahidlik  təĢkil 
edən  cəmiyyətin  fərdləridir.  Beləliklə  insanın  vətəni  bütün  dünyadır. 
Cəmiyyətin  məkanı  isə  dünya  sərhədləri  daxilindədir.  Ġnsanların  ilkin 
vəzifəsi – bir-birinə ziyan verməməsidir.  Hər bir insan baĢqa insanlara  qayğı 
göstərməlidir,  onları  öz  yaxınları  kimi  sevməlidir,  onlara  qarĢı  rəhmli 
olmalıdır.  Hətta qullara qarĢı da rəhmli  və ədalətli olmaq lazımdır. 
Öz  zamanəsində  olan  qüsurların  tənqid  edilməsi,  insanların  əxlaqi 
cəhətdən  tərbiyə  edilməsi,  onların  iradələrinin  möhkəmlənməsi  ideyaları 
Senekanın  əxlaqi  təlimində  əsas  yer  tutur.  Xeyrə  can  atan  insan,  dünyanı 
dəyiĢə  bilməsə  də,  yüksək  fərdi  mətanətə  və  mərdliyə  malik  ola  bilər;  bu 
keyfiyyətlərin  köməyi  ilə,  taleyin  bütün  sınaqlarından  çıxıb,  özünü  təbiət 
qanunlarının  axarına  ata  bilər
274
.  Belə  olan  təqdirdə  ədalətsizliyin,  Ģərin 
kökləri  Ģeylərdə  deyil,  ruhlardadır.  Hətta  insan  baĢqa  adamın  tam  mənada 
                                                 
273
 Сенека А. Л. О счастливой жизни.  СПб,  1913. 
274
 Ad Lucilium  Epistulae morales  107,  7. 


 
142 
qulu  ola  bilməz.  Ağa  yalnız  qulun  bədəninin  sahibi  ola  bilər,  onun  ruhunun 
yox. Ruhun sahibi  isə qulun  özüdür. 
Senekanın  əxlaqi  təliminin  bu  cür  müddəaları  gələcəkdə  daha  da 
inkiĢaf  etdirilib,  xristian  fəlsəfəsi  və  ilahiyyatında  öz  əksini  tapmıĢdır. 
Ümumiyyətlə  xristian  Kilsə  xadimləri  və  mütəfəkkirləri  Senekanın  əxlaqi 
təlimini  çox  yüksək  qiymətləndirmiĢdirlər.  Məsələn  Tertullianus  Senekanı 
Xristianlığa çox  yaxın  olan  bir  Ģəxs adlandırmıĢdı.  Laktantius  deyirdi  ki,  heç 
bir xristian Tanrı haqqında Senekadan daha doğru danıĢa bilməz. Daha sonra 
Senekanın  güya  xristian  olmasını  subuta  yetirmək  üçün  bəzi  xristian 
xadimləri  onun  apostol  Pavlusla  məktubaĢmasının  olması  haqqında  Ģayələr 
yaymıĢdılar  və  hətta  dəlil  kimi  saxtalaĢdırılmıĢ  məktublar  yazmıĢdılar.  Bu 
məktublar  haqqında  Avqustinus  Avrelius  da  söhbət  açmıĢdı,  lakin  onların 
doğru  və  ya  saxta  olmasından  yazmamıĢdı.  Orta  əsrlərin  Kilsə 
yığıncaqlarında  da Senekanın əxlaqi  fikirləri  tez-tez xatırlanırdı. 
Senekanın  əxlaqi  fikirləri  ilə,  onun  tale  haqqında  təlimi  əlaqədədir.  O 
hesab  edirdi  ki,  təbiətdə  zərurət  hökm  sürür.  Bütün  baĢ  verən  hadisələr  bu 
zərurətə tabedir. Bu zərurət həm də təbiətin qanunudur. Zərurətdən (taledən) 
qaçıb gizlənmək  mümkün deyil.  O belə  bir təbii  qanundur ki,  ona istəklər  və 
ya  dualar  təsir  etmir.  Nə  olmalıdır,  o  da  olacaq.  Bu  cür  fikirlər  fatalizm 
adlanır. 
Fatalizm  Senekanı  panteizmə  gətirir.  Onun  fəlsəfəsində  Tanrı  ilə 
təbiət  eyniləĢir.  Tanrı  hər  Ģeyi  bir  məqsədə  yönəldən  qüvvədir.  Tale  kor-
koranə  fəaliyyət  göstərmir.  O  həm  əqlə,  həmdə  Ģüura  malikdir.  O  hər  Ģeyi 
əhatə  edir  və  onun  zərrəcikləri  hər  bir  insanda  vardır.  Beləliklə,  Senekanın 
fəlsəfəsində  tale  ilahiləĢir  və  hər  Ģeyə  hökmranlıq  edir.  Onu  heç  nə  dəyiĢə 
bilməz. Buna  görə  hər  bir  həyati çətinliyə  və  bədbəxtliyə  qarĢı  mətin  olmaq 
lazımdır. Burada  Seneka təbiətə  də  tabe olmaqdan  söhbət açır.  Ġnsan  yalnız 
təbiətə tabe olaraq xeyrə çata bilər. Əxlaqlı insan təbiət qanunlarına və taleyə 
tabe olmalıdır. 
Qeyd  edildiyi  kimi,  Senekanın  əxlaqi  fikirləri  sonralar  Xristianlıq 
tərəfindən  qəbul  edilib,  inkiĢaf  etdirilmiĢdir.  Məsələn,  o  hesab  edirdi  ki, 
insan  təbiətində  əvvəllər  çirkab,  pozqunluq,  günah  kimi  qüsurlar  olmamıĢdır. 
Qüsurlar  onun  təbiətinə  sonralar  yerimiĢdi.  Nəticədə  insanın  bədəni  ruhun 
zindanına  çevrilmiĢdi.  Sonra  isə,  ruh  azad  olur  və  göylərdə  məmnunluq  və 
sakitlik  Ģəraitində həyatını  davam etdirir. 
Xristianlıqda da insan  təbiəti əvvəllər  qüsurlardan azad  olub, sonra  isə 
Adəm  və  Həvvanın  günahı  nəticəsində  pozulmuĢdur.  Lakin  Senekanın 
təlimindən  fərqli  olaraq,  ruhun  bədəndən  azad  olması  və  göylərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə