Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   49   50   51   52   53   54   55   56   57

 
149 
dərk  olunmazdır
277
.  Plotinus,  eyni  zamanda,  Vahidi  xüsusilə  günəĢin,  iĢığın, 
istinin,  xeyrin mənbəyi hesab edir. 
Hər  bir  anlayıĢdan  uca  olan  Vahiddən  hər  bir  Ģey  törənir,  doğulur. 
Monoteizmdə  olan  Tanrıdan  fərqli  olaraq,  Vahid  heç  bir  istəyə,  iradəyə 
malik  deyil.  Dünyanın  doğuĢu  (törəməsi)  prosesi  obyektiv  bir  hadisədir, 
kiminsə  iradəsindən  asılı  deyil.  Bu  törəmə  (doğuĢ)  emanasiya  (axma, 
tökülmə)  adlandırılır.  Emanasiyanı  Plotinus  Vahiddən  ayrılan  ıĢıq  (nur) 
Ģəklində  təsəvvür  edir.  ĠĢıq,  mənbəyinə  yaxın  olduqca  parlaq  olur,  ondan 
ayrıldıqca  isə  tədricən  sönür  və  qaranlığa  keçir.  Vahiddən  törənən  çoxluq 
heç də  onun  azalmasına və  ya  kiçilməsinə gətirmir.  O  olduğu kimi,  bir  ideal 
olaraq qalır. 
Emanasiya  nəticəsində  Vahiddən  daha  iki  substansiya  (hipostasis
yaranır.  Birincisi  Əqldir  (Nus).  Vahiddən  fərqli  olaraq  o,  artıq  mövcuddur, 
varlıqdır.  O  özünü  dərk  edir.  Plotinusun  Əqli  Platonun  ideyalar  aləminə 
bənzəyir. O bütün ideyaların  cəmidir. 
Ġkinci  substansiya  isə  Ruhdur.  Vahiddən  ayrılan  nur,  bütövlükdə  Əql 
tərəfindən mənimsənmir. O hərəkətini davam edir və bunun nəticəsində  Ruh 
yaranır. Eyni  zamanda onu  Əql  doğur. Ruh  hər  Ģeyin yaradıcısıdır.  O  bütün 
canlıları, onlara həyat üfürərək, yaradıb.  Ondan günəĢ, göy və baĢqa  kosmik 
cisimlər  yaranmıĢdır.  Eyni  zamanda,  ruh  hər  Ģeyi  hərəkətə  gətirir  (yəni,  o 
hərəkətverici qüvvədir).
278
 
Ruh iki  tərkib hissədən  ibarətdir. Birincisi  səmavidir, Əqlə  yaxındır  və 
fenomenal
279
  aləmlə  əlaqəsi  yoxdur.  Ġkincisi  isə  dünyəvidir,  material  aləmlə 
əlaqəlidir  və təbiətin bütün proseslərini  həyata gətirir. 
Beləliklə  Ruh,  səmavi,  ali  qüvvələrlə  dünyəvi  qüvvələrin 
əlaqələndiricisidir.  Ruhda  ideyalar  əks  olunur.  Plotinusun  təlimində  yuxarıda 
göstərilən  üç  substansiya  (Vahid,  Əql  və  Ruh)  hipostasis  (hypostaseis
adlanır və yunan tanrılarına bənzədilir: Vahid - Urana, Əql - Kosmosa, Ruh - 
Zevsə. Əqldə yaĢayan ideyalar da ilahiləĢdirilir. 
Təbiətə gəldikdə, onun ən kamil tərəfi, Ruhun aĢağı təbəqəsidir. Əqldə 
cəmləĢən ideyalar  bu təbəqədə  konkret Ģeylərdə  təzahür olunur.  Əslində  isə 
Ģeylər  ideyaların  əks  olunmasıdır.  Fenomenal  aləmdə  Ruh,  hissəciklərə 
bölünür  və  hər  Ģeyin  əsasını,  canını  təĢkil  edir.  Beləliklə,  hər  Ģeyin  ruhu 
vardır:  planetlərin,  yerin.  Yerin  ruhundan  bitkilərin,  heyvanların  ruhları 
                                                 
277
 Enneadis VI.  9,  3.  
278
 Enneadis V.  1, 3. 
279
  Fenomen  (yunanca  ―phainomenon‖)  -  duyğu  orqanları  vasitəsi  ilə  duyulan  bir 
Ģey, varlıq. 


 
150 
yaranır. Ġnsan ruhunun aĢağı, qaranlıq hissələri də ondan yaranır. Bu hissələr 
vasitəsi ilə,  insanlar dünyaya bağlı  olurlar,  ağırlaĢırlar. 
Bir sözlə  təbiətin  ən  yaxĢı cəhətləri  dünya  Ruhunun  qaranlıq,  dünyəvi 
hissəsidir. Onun ən alçaq, pis  hissələri isə materiyadan yaranır. Materiya  isə 
Plotinus fəlsəfəsində  yoxluqdur. Lakin  materiya  mütləq yoxluq  deyil,  sadəcə 
var olan  Ģeydən fərqli  bir Ģeydir
280
.  Materiya əbədidir,  lakin Vahidlə  birlikdə 
mövcud  olan  ikinci  ilk  substansiya  deyil.  Buna  görə  də  Plotinusun  materiya 
haqqında  fikirləri  ziddiyyətlidir.  Bir  tərəfdən  o,  vahiddən  törənir,  digər 
tərəfdən isə,  materiyanın  əksidir, ona  qarĢı  yönəlib. Eyni  zamanda,  materiya 
Vahiddən  ayrılan  nurun  sönməsinin  nəticəsidir.  Deməli  materiya  zülmətdir 
(qaranlıqdır)  və Ģərlə eyniləĢir. Vahid isə xeyirlə. 
  Yuxarıda  qeyd  edildiyi  kimi,  Plotinusun  fəlsəfəsində,  Vahid  enərək 
çoxluğa səbəb olur. Lakin çoxluq da Vahidə tərəf yönəlir, onunla qovuĢmağa 
can atır. 
  Bu  cür  can  atma  insanda  daha  da  çox  təzahür  olunur.  Ġnsan  ruhu 
dünya Ruhunun  hissəciyidir. Lakin  onun yüksək  və alçaq  hissəsi vardır.  Adi 
adamlarda ruhun alçaq hissəsi üstünlük təĢkil edir və onlar həddən artıq Ģərin 
təcəssümü  olan  materiyaya  bağlanırlar.  Lakin  hər  bir  insan  özündə  ruhun 
yüksək  hissələrini  ucalda  bilər.  Bu  isə  ekstazda  mümkündür.  Ekstazda  ruh, 
artıq  bədənlə  özünü  eyniləĢdirmir  və  ondan  müstəqil  Ģəkildə  mövcuddur.  O 
Vahidə  (tanrıya)  can  atır  və  onunla  qovuĢur,  onda  əriyir.  Ekstaza  çatmaq 
üçün  mənəvi  həyatla  yaĢamaq  lazımdır.  Plotinus  ruhların  köçməsinə 
inanırdı. 
   
Porfirios (Porphyrios) 
Plotinusun  tələbələrindən  ən  tanınmıĢı,  əsli  Tir  Ģəhərindən  olan 
suriyalı  Porfirios (233-301) olmuĢdu.  Onun əsl adı Melx idi. 
Porfirios  Plotinusun  əsərlərini  bir  kitaba  yığıb,  onları  redaktə  etmiĢdi. 
Bundan əlavə o, yetmiĢdən çox fəlsəfi  əsər müəllifi olub. Lakin onların  çoxu 
bizim  zamanəmizə gəlib  çatmamıĢdır. 
Hal-hazırda  onun  əsərlərindən  ən  məĢhuru  «Isagoge  in  Aristotelis 
Categorias  Cominentarium»  (Aristotelin  kateqoriyalarına  giriĢ  və  Ģərhlər) 
kitabıdır
281
.  Bu kitabda Porfirios məntiq problemlərinə  toxunur.  
Porfirios  yazırdı  ki,  hər  bir  Ģey  bu  Ģeyin  müəyyən  növünə  aiddir. 
Növlər isə  ona yaxın  olan növlərlə  cinsləri təĢkil  edir. Lakin  növlər  arasında 
                                                 
280
 Enneadis I. 8, 3. 
281
 Bu kitabının  yunanca mətni burada yerləĢir:   
http://hiphi.ubbcluj.ro/fam/texte/porphyr/isagoge_g.htm 


 
151 
fərqlər vardır. Buna görə hər bir Ģeyi cins, növ və növ fərqi xarakterizə edir. 
Eyni  zamanda,  hər  bir  Ģeyin  mütləq  ona  məxsus,  keçici  və  təsadüfi  olan 
əlamətləri vardır.  
Bundan  sonra  Porfirios  ümumi  Ģeylərin  necə  mövcud  olmasının 
sualını  qoyur.  Yəni  növlər  və  cinslər,  fərdlərdən  fərqli  olaraq,  varlıqlardır, 
yaxud  onlar  yalnız  əqlin  məhsuludur?  Əgər  ümumi  Ģeylər  əqldən  kənar 
mövcuddursa,  onda  onların  təbiəti  nədir?  Ruhdur,  yoxsa  materiyadır?  Onlar 
fərdlərin  bədənlərində  yaĢayırlar,  yoxsa  onlardan  fərqli  varlığa  malikdirlər? 
Beləliklə  orta  əsrlərdə  mübahisələrə  səbəb  olan  universaliyaların  (ümumi 
anlayıĢların)  obyektiv  varlıq  olub-olmaması  problemini  ilk  dəfə  Porfirios 
səsləndirmiĢdir. 
Porfiriosun  ikinci  məĢhur  əsəri  «Sentenze  sugli  intellegibili» 
(Sentensiyalar)  adlanır.  Bu  əsərdə  Porfirios  xeyrin  növləri  məsələsinə  daha 
ətraflı  baxır.  Onlar  ruhun  kamilliyə  çatması  üçün  pillələrdir.  Birinci  siyasi 
xeyirlərdir.  Onlar  affektlərin  qabağının  alınması  üçün  lazımdır.  Ġkincisi 
katartik  xeyirlərdir,  yəni  bütün  dünyaya  bağlılıqdan  təmizlənib,  yüksək 
ideallara  doğru  yönəlməkdir.  Üçüncüsü  ruhi  xeyirlərdir.  Onlar  bu 
təmizlənməni  pozitiv  aspektlərlə  təkmilləĢdirir,  ruhu  ilk  səbəbə  yönəldir. 
Dördüncü  isə  mənəvi  (yaxud  əqli)  xeyirdir.  O,  bütün  xeyirlərin  ilk  obrazını 
(paradiqmasını)  təĢkil edir. 
Porfirios  Roma  imperiyasında  yayılan  Xristianlığın  əleyhinə  Ģiddətli 
tənqidlərlə  çıxıĢ  edirdi.  Bu  mövzuya  o  15  cildli  «Contra  Christianos» 
(Xristianların  əleyhinə)  adlı  əsərini  yazmıĢdı.  Bu  kitabda  Porfirios  Əhdi-
Ətiqi və  Əhdi-Cədidi  çox  ciddi  elmi tənqidə  məruz  qoymuĢdu
282
.  O  ilk  dəfə 
sübut  etmiĢdi  ki,  Tövratın  müəllifi  Musa  ola  bilməzdi.  Daha  sonra  o 
«Daniel»  kitabının  Suriya  çarı  Antiox  Epifanın  dövründə  (e.ə.  165-ci  il) 
yazılmasına  dair  dəlillər  irəli  sürmüĢdu.  Porfirios  Ġncillərdə  olan 
ziddiyyətləri  qabarıq  Ģəkildə  ortaya  qoymuĢdu  və  Ġsanın  ilahiləĢdirilməsinin 
əleyhinə çıxıĢ  edirdi. 
Bu  cür  əsaslı  elmi  tənqid  xristian  xadimlərinin  etirazları  ilə 
qarĢılaĢırdı.  Porfiriusun  dəlillərini  təkzib  etmək  üçün  onlar  çoxlu  kitab 
yazmıĢdılar.  Sonda  «Contra  Christianos»  kitabı  448-ci  ildə  xristianlar 
tərəfindən  tonqalda  yandırılmıĢdı.  Lakin  bu  əsərin  bəzi  hissələri,  onun 
əleyhinə  çıxıĢ  edən  Kilsə  xadimlərinin  əsərlərində  bizim  zəmanəmizə  qədər 
gəlib çatmıĢdır. Bundan əlavə kitabın  bəzi fraqmentləri  də mövcuddur.  
                                                 
282
  «Contra  Christianos»  əsərinin  bəzi  fraqmentləri  ilə  tanıĢ  olmaq  üçün  bax: 
Ранович  А.  Б.  Первоисточники  по  истории  раннего  Христианства.  Античные 
критики Христианства.  М.: Политиздат,  1990,  с. 346-392. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə