Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   49   50   51   52   53   54   55   56   57

 
146 
Ġkinci  təbəqəni  emosional  insanlar  təĢkil  edir.  Onlarda  emosiyalar 
(affektlər)  və  ehtiraslar,  baĢqa  hissləri  üstələyir  və  onların  mühitindən 
qəhramanlar  və  igidlər  çıxır.  Bu  adamlar  dövlətin  keĢiyində  durub  əsgərlik 
xidmətlərini  çəkməlidirlər.   
Üçüncü  təbəqəni  isə,  dünyaya  bağlı  olan,  ruhları  Ģəhvətə  meyl  edən 
adamlar  təĢkil  edir.  Onlar  fiziki  əməklə  məĢğul  olmalı  və  dövlətin  rifahını 
təmin etməlidirlər. 
 
Yeni platoçuluq 
 
Yeni  platoçuluq  antik  dünyanın  sonuncu  fəlsəfəsi  və  mistik  məktəbi 
olmuĢdu. Onun yaranması və inkiĢafı bizim eramızın III əsrinə təsadüf  edilir. 
Bu  dövr,  eyni  zamanda,  xristian  ilahiyyatının  yaranması  dövrü  idi.  Bu  iki 
dünyagörüĢü bir-biri  ilə ideoloji  mübarizə aparırdılar. 
Yeni  platoçuluğun  yaranması  və  inkiĢafı,  Roma  imperiyasını  bürümüĢ 
siyasi-iqtisadi  və  mənəvi  böhran  dövrünə  təsadüf  edilir.  Ġmperiya  öz 
süqutuna  doğru  irəlilədikcə  cəmiyyətdə  gələcəyə  inamsızlıq,  mənəvi  boĢluq, 
istibdada qarĢı etiraz hissləri  dərinləĢirdi.   
Bu  Ģəraitdə  müxtəlif  dini-fəlsəfi  və  mistik  təlimlərin  cəmiyyətdə 
yayılması  labüd  idi.  Bütün  imperiya  boyu  mövhumatlar,  falçılıq  və 
cadugərliyin  müxtəlif  formaları  sürətlə  yayılırdı.  Bununla  yanaĢı,  yalan, 
Ģarlatanlıq,  fırıldaqçılıq  da  yayılmıĢdı.  Digər  tərəfdən,  Roma  tərəfindən  istila 
olunmuĢ  ölkələrin  və  xalqların  müxtəlif  mistik  və  dini  təlimləri  də  sürətlə 
yayılırdı.  Burada  misir  tanrısı  Osiris  və  Frigiya  tanrısı  Attis  kimi  ölən  və 
dirilən tanrıların,  Mitra adlı  Ģərə  qarĢı mübarizə  aparan Ġran  mənĢəli  tanrının 
kultları  yayılmıĢdı. 
Qədim  yunan  və  roma  dini  inancları  dərin  böhran  içində  idilər. 
Onların  cəmiyyətə  təsiri  tədricən  zəifləyirdi.  Bəzi  inanclar  ġərqdə  yayılmıĢ 
inanclarla  qarıĢıq  Ģəkildə  təzahür  edirdi.  Bu  Orfeus  (Orpheus)  və  Hermes 
adlı tanrıların  ardıcıllarında  öz əksini tapmıĢdı. 
Ənənəvi  dini  görüĢlərin  böhranı,  rəsmi  dövlət  baĢçılarının  kultunu  da 
yaratmıĢdı.  Ġmperatorların,  Senatın  Ģərəfinə  məbədlər,  heykəllər  qoyulurdu. 
Bundan əlavə romalılar müxtəlif  ―kiçik‖  tanrılara və ruhlara inanırdı. 
Yeni  platoçuluq  fəlsəfəsi  bu  cür  mürəkkəb  sosial-siyasi  böhran 
Ģəraitində  meydana  gəlmiĢdi.  Ġdealist  və  mistik  təlim  olduğuna  görə  o 
tədricən  materialistsayağı  təlimləri  ortadan  çıxarırdı.  O  Ģəraitdə  bu  proses 
qaçılmaz  idi.  Lakin,  eyni  zamanda,  yeni  platoçuluq  qədim  yunan  və  roma 
fəlsəfəsinin  müddəalarını  özündə  əks  etdirmiĢdi,  onların  qoruyucusuna 
çevrilmiĢdi.  Xristianlıqdan  fərqli  olaraq,  yeni  platoçuluq  daha  da  çox  hakim 


 
147 
dairələrin,  ziyalıların  arasında  yayılmıĢdı.  Xristianlığa  qarĢı  çıxıĢ  edən 
Romanın  hakim  dairələri  çox  vaxt  məhz  yeni  platoçuluq  ideyalarına 
arxalanıb,  onları  Xristianlığa  alternativ  bir  dünyagörüĢü  kimi  qələmə 
verirdilər. Məsələn,  bu  cür addımı  imperator  Yulianus (361-363)  atmıĢdı.  O, 
Xristianlığın  hakim  dinə  çevrilməsinə  baxmayaraq,    köhnə  inancları  bərpa 
etməyə,  onların  Xristianlıqla  bərabər  imperiyada  yayılmasına  cəhdlər 
etmiĢdi.  Lakin,  onun  ölümündən  sonra,  Xristianlıq  yenidən  öz  mövqeyini 
möhkəmləndirmiĢ  və  antik  dünyanın  sonuncu  dünyagörüĢü  təlimi  olan  yeni 
platoçuluğu ortadan çıxarmıĢdı. Bundan sonra antik dövr sona çatmıĢ və orta 
əsrlər  dövrünə  qədəm  qoyulmuĢdu;  Aralıq  dənizi  hövzəsi  ətrafında  olan 
ərazilərdə  xristian  dininin  və  fəlsəfəsinin  hökmranlıq  dövrü  baĢlanmıĢdı. 
Sonuncu  yeni  platoçuların  məktəbi  Afinada  yerləĢirdi.  VI  əsrdə  imperator 
Yustinianos onun bağlanması haqqında  əmr vermiĢdi.  
Yeni platoçuluğun üç tarixi məktəbi olmuĢdur. Birincisi, İsgəndəriyyə-
Roma  məktəbidir.  Onun  ən  görkəmli  nümayəndəsi  Ammonius  Sakkas 
olmuĢdu.  Plotinus  da  bu  məktəbə  aid  idi  (III  əsr).  Ġkinci  məktəb  Suriya 
məktəbi idi. Onun ən məĢhur təmsilçisi Yamblikos olmuĢdu(IV əsr). Üçüncü 
məktəb isə, Afina məktəbi idi.  Onun tanınmıĢ nümayəndəsi Proklus  olmuĢdu 
(V əsr). 
 
Ammonius Sakkas 
Yeni  platoçuluğun  yaradıcısı  Ġsgəndəriyyəli  Ammonius  Sakkas  (175-
242) hesab  olunur (b.e.ə.  175-242  illər). O  xristian ailəsində  tərbiyə  almıĢdı. 
Lakin  sonra  o,  Xristianlığın  əleyhinə  çıxıĢ  edib,  yeni  platoçuluğun  əsasını 
qoymuĢdu.  Lakin  ondan  heç  bir  yazılı  ədəbiyyatın  qalmadığından,  onun 
fəlsəfi fikirlərini  bərpa etmək  çox çətindir.  Məlumdur ki,  onun bədən  və  ruh 
haqqında  dualist  fikirləri  var  idi.  Ammoniusun  fikrincə,  bədəndə  cisimsiz 
ruh  vardır.  Və  bu  ruh  bədənin  təbiətindən  fərqlidir,  maddə  deyildir.  O 
yuxuda  və  ya  düĢünən  zaman  (ayıq  olan  vaxtı)  insanın  bədənindən 
müvəqqəti  ayrıla  bilər.  Ammoniusun  bir  sıra  tanınmıĢ  tələbələri  olmuĢdu. 
Onların arasında Plotinus  və Origenus olmuĢdular. 
 
Plotinus 
Yeni platoçuluğun  nəzəri əsasları  isə Plotinus  (ikinci Plato)  (204–270) 
tərəfindən  yaradılmıĢdır.  Deyildiyi  kimi,  o,  Ammonius  Sakkasın  tələbəsi 
olmuĢdu. Plotinus  Misirdə anadan  olmuĢdu və  cavanlığını o  zamanın  mədəni 
mərkəzi  olan  Ġsgəndəriyyədə  keçirmiĢdi.  Burada  o,  A.  Sakkasdan  dərs 
almıĢdı.  Təxminən  40  yaĢında  Plotinus  Romaya  köçdü.  O  vaxtlar  Roma 
imperiyasını  dərin  siyasi-ictimai  böhran  bürümüĢdü.  Fars  və  hind 


 
148 
dünyagörüĢü  ilə  yaxından  tanıĢ  olmaq  istəyən  Plotinus,  imperator  III 
Qordianusun (Gordianus)  Ġrana  qarĢı  hərbi  yürüĢündə  iĢtirak  etmiĢdi.  Lakin, 
o  yürüĢ  roma  ordusunun  məğlubiyyəti  ilə  baĢa  çatmıĢdı.  Plotinus  isə  yalnız 
təsadüf nəticəsində sağ qalmıĢdı.  
Romaya qayıdandan sonra, Plotinus, 244-cü ildən sonra, orada məktəb 
yaratmıĢdır  və  25  ilə  yaxın  müddət  ərzində  ona  baĢçılıq  etmiĢdi.  Bu 
məktəbdə  müxtəlif  ictimai  təbəqələrin  və  millətlərin  nümayəndələri  təhsil 
alırdılar. 
Əvvəlcə Plotinus  öz  təlimini  yalnız Ģifahi  tədris  edirdi.  YaĢa  dolandan 
sonra  o,  öz  fikirlərini  yazmağa  baĢlamıĢdır.  Plotinusun  tələbəsi  Porfirios  isə 
onun əsərlərini yığmıĢ, redaktə etmiĢ və  altı fəsilə bölmüĢdür. Bu fəsillər  isə, 
öz  növbəsində,  doqquz  hissədən  ibarətdir.  Buna  görə  də  əsər  «Ennadalar» 
(Enneadis) adlanır
276

Plotinus 
bütün 
varlığı  vahid  Ģəkildə  görürdü,  yəni  onun 
dünyagörüĢünün  əsasını  monizm  təĢkil  edirdi.  Plotinusun  Vahidi  -  tanrıdır. 
Məsələyə  bu  cür  yanaĢılırsa,  onda  dünyada  olan  çoxluq  və  müxtəlifliyi  izah 
etmək  lazımdır.  Yəni,  əgər  bütün  varlıq  Vahidin  törəməsidirsə  və  onunla 
vəhdət  təĢkil  edirsə,  onda  bu  Vahid  qalan  varlıqlarla  eyniləĢməli, 
bərabərləĢməli, qarıĢmalı,  yoxsa öz fərdiliyini  saxlamalıdır? 
Bu  suala  cavab  verən  Plotinus,  Vahidi  fərdiləĢdirir  və  hər  Ģeydən 
ayırıb,  onların  üstündə  qoyur.  Lakin,  bu  halda  Vahid  dərk  olunmaz, 
duyulmaz,  görünməz  olur.  Onun  hətta  mövcud  olması  sual  altına  qoyulur. 
Bu da  Plotinusun  fikrincə  təbiidir,  çünki Vahidin  mövcud  olması  iddiası,  onu 
müəyyən çərçivəyə salmaq, zaman və məkanda təsəvvür edilməsi deməkdir. 
Beləliklə  Vahiddən  hər  Ģey  törənir,  lakin  o  özü  hansısa  forma,  sərhəd 
anlayıĢlarına sığmır,  hər  cür  mövcudiyyətdən və  təfəkkürdən  daha  üstündür, 
                                                 
276
  ―Enneada‖  -  doqquz  deməkdir.  Əslində  Enneada  -  qədim  Misir  əsatirlərində 
Heliopolis  Ģəhərinin  ilk  doqquz  tanrısı  deməkdir  (Atum,  ġu,  Tefnut,  Heb,  Nut, 
Osiris,  Ġsis,  Set,  Neftis).  Bu  Enneadanın  tanrıları  Misirin  ilk  çarları  hesab  olunurlar. 
BaĢqa Ģəhərlərin öz tanrı doqquzluqları var idi. 
 
 
Plotinusun ―Enneadaların‖ mətni: 
Ġngilis dilində:  Plotinus.  The  Enneads.  Translated by  Stephen  Mackenna  and  John 
Dillon.  London: Penguin, 1991.   
http://classics.mit.edu/Plotinus/enneads.html 
Rusca:  Эннеады.  перевод  с  греческого  языка  под  редакцией  профессора  Г.  В. 
Малеванского  и  др.  (часть  переводов  с  английского  перевода  Маккена) 
http://www.philosophy.ru/library/plotin/01/0.html 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə