Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
138 
möcüzələrindən  bəhs  olunur.  Bu  səyahətlərdə  Apollonios  çoxlu  möcüzələr 
göstərir. Məsələn, Efesdə olarkən o əhalini orada yayılmıĢ taun xəstəliyindən 
qurtarır.  Sonra  onu  həbs  edib  mühakimə  edəndə,  o  məhkəmə  zalından 
möcüzəvi  Ģəkildə  qeyb  olub,  Ġtaliyada  və  Yunanıstanda  öz  fəaliyyətini 
davam etdirmiĢdi.  Apollonios  özünü Pifaqorasın təcəssümü hesab edirdi. 
Yeni platoçuların baĢqa görkəmli nümayəndəsi Qadesli Moderatus (I 
əsr)  olmuĢdu.  O  hesab  edirdi  ki,  rəqəmlər  cisimsiz  obrazların  və 
substansiyaların ifadəsidir.  Onun təlimində  hər Ģeyin əvvəlində  bütün 
 
varlıqlardan  uca  olan  Vahid  (Hen) 
dayanır.  Vahid  elə  bir  varlıq  ki,  onun 
haqqında  heç  bir  Ģey  demək  olmaz. 
Hətta  onun  mövcud  olması  haqqın-da 
da  bir  Ģey  demək  mümkun  deyil. 
Çünki  onun  mövcudluğu  haqqında 
ifadə  edilən  hər  bir  fikir,  artıq  onun 
təyin  edilməsi  deməkdir.  Hər  bir  təyin 
etmə  isə  məhdudiyyət  demək-dir. 
Vahiddən sonra ideyalar aləmi 
və  kosmik  ruh  gəlir.  Bunlar  ikinci  dərəcəli  Vahiddir.  Onların  hər  ikisinin 
mənĢəyi  ilk  Vahidə  aiddir,  lakin  ondan  fərqli  olaraq  onlar  daha  da  aĢağı 
dərəcəli  varlıqdırlar.  Bu  səbəbdən  onlar  haqqında  düĢünmək  olar.
 
Burada  Vahid  haqqında  anlayıĢ  qədim  pifaqorçuların  anlayıĢıdır. 
Ġdeya və kosmik ruh  platoçuluğun anlayıĢlarıdır. Gələcəkdə Vahid,  ideyalar 
aləmi və kosmik ruh üçlüyü Plotinusun fəlsəfəsində təkrar olunub, daha  da 
inkiĢaf etdirilmiĢdir. 
II  əsrin  ikinci  yarısında  yaĢayan  Apameyalı  Numenius  da  özünü 
pifaqorçu  hesab  edirdi.  O,  1,  2  və  3  rəqəmlərini  ilahiləĢdirmiĢdir.  Birinci 
tanrı  bütün  digər  rəqəmlərin  mənbəyidir.  O  özünəməxsus  bir  aləmdir  və 
sükunətdədir. Ġkinci tanrı  özünə görə  ziddiyyətli və  ikilidir. Bir  tərəfdən o  bir 
əql olaraq  birinci  tanrını  görüb,  ondan  ilhamlanır,  digər  tərəfdən  isə  o  özünə 
qarĢı  yönəlib,  materiyaya  meyillidir.  O  artıq  duyulan  substansiyadır  və 
materiyanı hərəkətə gətirir. Beləliklə ikinci tanrı yaradıcıdır. Ġlk növbədə o, 
Numenius tərəfindən  ilahiləĢdirilən  üçüncü  fövqəl  varlığı  –  ruhu  yaradır.  Bu 
ruh kosmosun  əvvəli, ortası  və  axırıdır. 4  rəqəmini  isə Numenius  təbiətə  aid 
edir, lakin  o artıq tanrı deyil. 
Ġnsan  da  Numeniusa  görə  ikili  təbiətə  malikdir.  Onun  ruhu,  eyni 
zamanda, həm alçaq və həm də ucadır. Ruhunun alçaq hissəsi ilə insan ruhu 
təbiətin çirkabındadır, ali  hissəsi ilə  isə birinci tanrı  (nus)   ilə təmasdadır.  Bu 
təmas insanı ruhi sakitliyə,  əzabsızlıq  və mənəvi həzzə gətirir. 


 
139 
Antik  dünyanın  ən  tanınmıĢ  mütəfəkkirlərindən  biri  olan  Heroneyalı 
Plutarxus  (Plutarchus)  (46-127)  da  əqidəsi  pifaqorçuluq  və  platoçuluğa 
yaxınlaĢırdı.  Plutarxus  bir  sıra  tarixi,  əxlaqi  və  fəlsəfi  əsərlərin  müəllifi  idi. 
Onun  tanrılar  haqqında  fikirləri  «De  Iside  et  Osiride»  (Ġsida  və  Osiris 
haqqında),  əsərlərində  əks  olunmuĢdu.  O  hesab  edirdi  ki,  əsl  varlıq  yalnız 
vahid  olan  tanrıya  məxsusdur.  O,  zaman  və  məkan  anlayıĢlarından  ucadır. 
Dünyada olan  duyulan  Ģeylər  isə  sözün  əsl  mənasında  varlıq  deyillər.  Onlar 
daim  dəyiĢir,  məhv  olur.  Əsl  varlıq  olan  tanrı  isə  bütün  anlaĢılan  Ģeylərdən 
daha  ucadır.  O  hər  Ģeydən  aralı  və  sonsuz  uzaqlardadır.  Bu  keyfiyyətdə 
Plutarxus  tanrısı  Platonun  Xeyri  ilə  eyniləĢir.  Bu  tanrının  adı,  Plutarxusa 
görə,  Osirisdir.  Qədim  Misir  mifologiyasındakı  digər  qadın  tanrısı  Ġzida 
(Ġsis) isə ona can atan, onu  arzulayan varlıqdır. Osiris Ģərin mənbəyi deyil,  o 
yalnız  xeyir  tanrısıdır.  ġərin  mənbəyi  isə  yunan  mifologiyasının  baĢqa 
personajı olan Tifon  ilə bağlıdır. 
Yeni  pifaqorçular  üçün  fəlsəfə  bir  məqsəd  deyil,  yalnız  nicat  tapmaq 
üçün  bir  vasitədir.  Onun  vasitəsi  ilə  onlar,  ruhun  bədəndən  ayrılmasını, 
duyğu  aləmi  ilə  bağlılığının  zəyifləməsi  yollarını  və  digər  mistik  praktikaları 
əsaslandırmağa  çalıĢırdılar.  Aydındır  ki,  belə  olan  təqdirdə  ön  plana 
dünyadan  mistik  tərzdə  xaric  olma,  meditasiya,  dini  ekstazlar,  ucada  olan 
Vahidlə  ruhən  birləĢmə  cəhdləri,  abidlik,  zahidlik  ideyaları  ortalığa 
çıxmıĢdır. Əksər hallarda yeni pifaqorçuluq  və digər mistik təlimlər Asiya  və 
Misirdə  olan  dini  təlimlərlə  qarıĢmıĢ,  onların  da  mistik  ənənələrini  davam 
etdirmiĢdilər.  Beləliklə  onlar  antik  fəlsəfi  məktəblərinə  –  epikurçuluğa, 
Stoya  məktəbinə  qarĢı  çıxıĢ  edirdilər.  Sonda,  Roma  imperiyasını  siyasi, 
iqtisadi  və  mənəvi  böhranlar  bürüyən  zaman,  mistika,  müxtəlif  tanrıların 
kultu, mövhumatlar  çox  geniĢ  yayılmıĢdı  və onlar,  hətta  qədim  yunan  fəlsəfi 
məktəblərinin gələcək inkiĢafına  təsir etmiĢdilər. Bununla  da antik fəlsəfə  öz 
süqutuna  doğru  gedirdi.  Gələcəkdə  yalnız  yeni  platoçular  qismən  də  olsa, 
antik  fəlsəfi  ənənəni  davam  etdirmiĢdilər.  Lakin  onların  da  təlimi  mistika  ilə 
qarıĢıq  idi.  Nəhayət,  Romada  Xristianlığın  dövlət  dini  elan  olunmasından 
sonra, qədim fəlsəfə tamamilə məhv olub  aradan çıxarılmıĢdı.     
STOYAÇILAR 
 
Stoisizm  e.ə.  IV  əsrdə  yaranan  və  529-cu  ildə  Bizans  imperatoru 
Yustinian  tərəfindən  bütün  fəlsəfi  məktəblərin  bağlanması  əmrini  verməsinə 
qədər mövcud  olan  və hellinizm  dövrünün  ən məĢhur  fəlsəfi  məktəblərindən 
biri olmuĢdur. 
Stoisizmin  yaradıcısı  Zenon  (e.ə.  336-264)  adında  bir  mütəfəkkir 
olmuĢdu. O Kıbrıs (Kipr) adasında ana dan olmuĢdur,  sonra isə Afinada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə