İntellektual hazırlıq



Yüklə 31,17 Kb.
tarix26.10.2017
ölçüsü31,17 Kb.
#6694
növüQaydalar

onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir. İntellektual hazırlıq uşaqda obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafına yardım göstərir. Sosial hazırlıq isə yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişaf etdirilməsi məqsədi daşıyır.
Uşaqların məktəbə hazırlığının təşkili
Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır. O cümlədən:


Ana dili və bədii ədəbiyyat üzrə iş

1 məşğələ

Savad təliminə hazırlıq və nitq inkişafı

1 məşğələ

Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi)

1 məşğələ

Azərbaycan (rus) dili

2 məşğələ

Sadə riyazi təsəvvürlərin inkişafı

1 məşğələ

Təsviri sənət və kəsib yapışdırma (həftəaşırı)

1 məşğələ

Quraşdırma, gil işi (həftəaşırı)

1 məşğələ

Musiqi

2 məşğələ

Fiziki mədəniyyət

2 məşğələ

Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.


Hal hazırda məktəbəqədər təhsil sahəsi 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanun və bir sıra normativ-hüquqi aktlarla tənzimlənir: ”Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” (AR Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmişdir), “Məktəbə hazırlığın təşkili qaydaları” (AR Nazirlər Kabinetinin18 yanvar 2010-cu il tarixli Qərarı ilə təstiq edilmişdir), “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” (AR Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişdir). Eyni zamanda AR Prezidenti tərəfindən 2007-ci il 12 aprel tarixli 2089 nömrəli Sərəncamı ilə “Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010 il) təstiq edilmişdir. Lakin bu Proqramın bir sıra müddəalarının icrasının gecikdirilməsi ilə əlaqədar daha 2 il müddətinə uzadılacağı gözlənilir. Sənədlərin mətni ilə http://www.edu.gov.az/view.php?lang=az&menu=0 internet ünvanında tanış ola bilərsiniz.


Nəşr olunmuş bu buklet “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” layihəsi çərçivəsində ərsəyə gəlmişdir, və məzmun USAID və ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirməyə bilər.
“Şəffaflıq Azərbaycan” və ALAC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz.
Qaynar Xətlər
Bakı 088 707 07 07

Gəncə 088 202 02 02

Lənkəran 088 303 03 03

Quba 088 404 04 04

Şəki 088 505 05 05





MƏKTƏBƏQƏDƏR TƏHSİL
VALİDEYNLƏR ÜÇÜN YADDAŞ KİTABÇASI

Uşaqlar bizim gələcəyimizdir və bu gələcəyimizin parlaq və layiqli olmasını istəyiriksə, uşaqlarımızın təhsili və tərbiyəsini erkən yaşlarından diqqət mərkəzində saxlamalıyıq.

Təhsil dövlətimizin ən yüksək səviyyədə diqqət ayırdığı sahələrdən biridir.


Məktəbəqədər təhsil uşaqların erkən yaş dövründən intellektual, fiziki və psiхi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıхarılmasını, sağlamlığının qоrunmasını estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin fоrmalaşmasını təmin edir. Məktəbəqədər təhsil uşaqların potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.
Hal hazırda bu sahə “Təhsil haqqında” Qanun və bir sıra normativ-hüquqi aktlarla tənzimlənir. Qanununda 5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsilin “zəruri olduğu” bildirilir. Ancaq hüquqi baxımdan bu termin qeyri-dəqiqdir, qanunda göstərilən zərurui ifadəsinin uşağın məktəbə daxil olması üçün mütləq qaydada məktəbəqədər təhsil almalı olub-olmadğını dəqiq əks etdirmir. Bununla belə məktəbdə alınan təhsilin daha efektiv olması və uşağın erkən yaşlarından etibarən formalaşması üçün məktəbəqədər hazırlıq böyük əhəmiyyət kəsb edir.

“Təhsil haqqında” Qanuna görə məktəbəqədər təhsilin bir sıra formaları mövcuddur. Uşaqlar məktəbəqədər təhsili uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində (ölkədə həm dövlət həm də özəl baxçalar fəaliyət göstərir), ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı ailədə də ala bilərlər. Qanunda göstərlir ki, “məktəbəqədər yaşlı, uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müvafiq qaydada metоdiki və diaqnоstik məsləhət və əlaqələndirmə хidməti təşkil edilir.” Yəni uşaqlarını məktəbə evdə hazırlayan valideynlər kömək üçün İcra Hakimiyyətinin Təhsil Şöbəsinə müraciət edə bilərlər.


Qanunda müxtəlif qeyri dövlət hazırlıq kursları haqda söz açılmır (burada Təhsil Nazirliyində və Vergilər Nazirliyində qeydiyatdan keçmiş özəl kurslar və repetitorluq nəzərdə tutulur), amma qanun məktəbəqədər təhsilin bu növlərini qadağan etmir. Hər halda məktəb məktəbəqədər təhsil almayan uşaqları məktəbə qəbul etməkdən imtina edə bilməz.
Məktəbə hazırlığın təşkili qaydalarının 1.5.-ci maddəsinə görə məktəbəqədər

təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil

müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır. Buna əsasən valideynlər uşaq baxçalarının rəhbərliyindən bu qrupların təşkil edilməsini tələb edə bilərlər.
Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:


  • məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;




  • məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;




  • gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;




  • uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;




  • istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması.

Uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:


Fiziki hazırlıq dedikdə uşağın sağlamlıq vəziyyəti, fiziki və əqli qabiliyyətin inkişafı nəzərdə turulur. Şəxsiyyətyönümlü hazırlıq uşaqda başqasını dinləmək, öz hərəkətlərini
Yüklə 31,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə