Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

52                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
3. Çox danışmaq insanı  dəyərdən salır, səhvləri 
artır, həyası azalır və  xətalara yol açan həya pərdəsi 
yırtıldıqda da, əyri və çirkin əməllər adiləşir.  İmam 
Əmirəlmöminin Əli (ə) buyurur:
 ُهُؤﺎﻴﺣ  ﱠﻞَﻗ ْﻦَﻣ َو ُهُؤﺎﻴَﺣ  ﱠﻞَﻗ ُهُﺎَﻄَﺧ َ ُثرَﻛ ْﻦَﻣ َو ،ُهُﺎَﻄَﺧ َ ُثرَﻛ ُﻪُﻣﻼَﻛ َ ُثرَﻛ ْﻦَﻣ 
َرﺎّﻨﻟا  َﻞَﺧَد ُﻪُﺒْﻠَﻗ  َتﺎﻣ ْﻦَﻣ َو ،ُﻪُﺒْﻠَﻗ  َتﺎﻣ ُﻪُﻋَرَو  ﱠﻞَﻗ ْﻦَﻣ َو ،ُﻪُﻋَرَو  ﱠﻞَﻗ
“Çox danışanın səhvi çox olar, səhvi çox olanın həyası 
azalar, həyası azalanın təqvası azalar, təqvası azalanın qəlbi 
ölər, qəlbi ölən isə cəhənnəmə daxil olar.”
1
Buradan belə qənaətə gəlirik ki, sükut ibadətdə də 
böyük rol oynayır. Bir hədisdə buyurulur:
ِﺖْﻤ ﱠﺼﻟا  ِﰲ ﺎﻬْﻨِﻣ ٌﺔَﻌ ْﺴﺗ ٍءاﺰْﺟَا ُةَ َﴩَﻋ ُةَدﺎﺒِﻌْﻟَا 
“İbadət on qisimdir, onun doqquzu sükutdadır.”
2
Qeyd etməliyik ki, burada sükut heç kimlə 
danışmamaq, bir guşəyə  çəkilib fərdi həyat tərzi 
keçirmək yox, əksinə qeybət, yalan, töhmət və bu kimi 
günahlardan qorunmaqdır.  İnsan bu günahlardan 
çəkinməklə, sağlam  əhval-ruhiyyə ilə yanaşı  fəzilət 
də qazanmış olur. Amma danışmağın zəruri olduğu 
yerlərdə sükut ən böyük eyib sayılır və insanın zəifliyini, 
gücsüzlüyünü, Allahdan başqasından qorxusunu 
göstərir. Bütün bunlara rəğmən, yaxşı əməllərin mühüm 
bir qismi, o cümlədən, Allahı yad etmək, camaatı doğru 
yola yönəltmək, “əmr be məruf” (yaxşılığa dəvət) və 
“nəhy  əz münkər” (pislikdən çəkindirmək), təlim-
tərbiyə və s. dilin imkanlarındandır.
1 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 349.
2 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.196.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   53
DÜZ DANIŞMAQ
ŞƏXSİYYƏTİN BARİZ NİŞANƏSİ
Doğruluğun dəyər və əhəmiyyəti
Şübhəsiz, doğruluq və düz danışmaq (sözdə 
sadiqlik və əmanətdarlıq) sifətləri insan şəxsiyyətinin 
ən bariz nişanələridir. Bu iki sifətsiz heç kimə  həqiqi 
insan adını vermək olmaz və  hər ikisi də müştərək 
bir kökdən qaynaqlanır. Çünki düz danışmaq sözdə 
əmanətdarlıqdan başqa bir şey deyil və doğruluq 
da  əməldə  sədaqət deməkdir. Sonra qeyd edəcəyik 
ki, onların ictimai təsirləri də bir-birinə yaxındır. 
İslam rəhbərlərinin kəlamlarında “sidqul-hədis” 
(düz danışmaq) və  “ədaul-əmanət” (əmanətdarlıq 
və doğruluq) birgə qeyd edilib. İnsanlar da adi 
söhbətlərində düz danışmaqla doğruluğu eyni mənada 
işlədirlər.
Qeyd etdiyimiz kimi, düz danışmaq və doğruluq 
insan  şəxsiyyətinin səciyyəvi xassəsi kimi, onun 
təfəkkür yüksəkliyi və ruh saflığını büruzə verir. Düz 
danışanlar, adətən, şücaətli, arxayın, ixlaslı, tamahsız, 
yanlış  təəssüblərdən, dostluq və düşmənçilikdə 
ifratdan uzaqdırlar. Çünki bunlar düz danışığın meyarı 


54                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
və onlarsız düzlüyü müəyyənləşdirmək çətindir. Yalan 
danışanlar isə, adətən, qorxaq, riyakar, tamahkar, 
inadkar, təəssübkeş olub, dostluq və  ədavətdə ifrata 
varırlar.
Düz danışanlar həyatda qayda-qanunları pozmur, 
şəxsi mənafe güdmür, hiylə  və ikiüzlülükdən uzaq 
olurlar. Çünki sədaqət və doğruluq bunların heç biri ilə 
uyğun gəlmir. Gələcək bəhslərdə (yalanın səbəblərində) 
qeyd edəcəyik ki, yalan həmin çirkin xislət və 
rəzilətlərin mənşəyidir. Bu baxımdan düz danışmağı 
bir sıra batini hisslərin kəşfində açara bənzətmək olar. 
Əhli-beytdən (ə) nəql olunan bəzi hədislərdə  də düz 
danışmaq və doğruluq insanları tanımaq üçün meyar 
sayılmışdır. İmam Sadiq (ə) buyurmuşdur:
 ُهَدﺎﺘْﻋا ِﺪَﻗ ٌءْ َﳾ َﻚِﻟاذ ﱠنِﺎَﻓ ِهِدﻮُﺠُﺳ َو ِﻞُﺟﱠﺮﻟا ِعﻮُﻛُر ِلﻮُﻃ ﱃِا اوُﺮُﻈْﻨَﺗ ﻻ
ِﻪِﺘَﻧﺎﻣَا ِءادَا َو ِﻪِﺜﻳِﺪَﺣ  ِقْﺪ ِﺻ ﱃِا اوُﺮُﻈْﻧا ِﻦِﻛﻻ َو ،َﻚِﻟاﺬِﻟ  َﺶَﺣْﻮَﺘْﺳا ُﻪَﻛَﺮَﺗ ْﻮَﻠَﻓ
“İnsanı səcdə və rükusunun uzunluğu ilə qiymətləndirmə! 
Ola bilər, bunu adət üzrə görsün və əgər onu tərk etsə, narahat 
olar. (Əksinə) onun düz danışığı və əmanətdarlığına bax!”
1
Qurani-Kərimdə buyurulur:
{لْﻮَﻘْﻟا ِﻦْﺤَﻟ  ِﰲ ْﻢُﻬﱠﻨَﻓِﺮْﻌَﺘَﻟَو}
“Həqiqətən, onları (münafiqləri) danışıqlarından 
tanıyacaqsan.”
2
Düz danışmağın təsirləri
İctimai nöqteyi-nəzərdən düz danışmaq və 
1 . “Biharul-ənvar”, 71-ci cild, səh.8.
2 . “Mühəmməd” surəsi, ayə 30.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   55
doğruluq insana cəmiyyətdə inam və etimad qazandırır. 
Bildiyimiz kimi, bəşəriyyətin bütün elmi, texnoloji və 
iqtisadi tərəqqiləri onların həyat sistemi, yəni ictimai 
yaşayışının nailiyyətləridir. Lakin ictimai həyatın 
əsasını  təşkil edən həmkarlıq və  səmimi ünsiyyət 
onların bir-birlərinə qarşı inam və etimadlarından 
doğur.  Əks-təqdirdə, həyat problemlər, qalmaqallar, 
narahatlıqlar, ağrı-acılar və vəfasızlıqlarla üzləşəcək.
Məlum olduğu üzrə, inam və etimadı qazanmaqda 
doğruluq və düz danışmaq mühüm rol ifa edir və onun 
qorxulu düşməni isə yalandır. Məsələn, iqtisadiyyatda 
əmtəə  və  məhsulların təbliğində gedən yalan, 
şişirtmə reklamlar, sözsüz, alıcı kütləsinin rəğbətini 
qazanmayacaq. Hakim orqanların yalan məlumatları 
onların doğru vəd və  təkliflərini də  şübhə altına 
alacaq və xalqın etimadını qazanmayacaqlar. Yalanın 
elmi ocaqlara nüfuzu da, sözsüz, alim, müəllim və 
tələbə sinifləri arasındakı etimadı azaldacaq, elmi-
tədqiqi işlərdə birtərəflilik hökm sürəcək və qiymətli 
həmkarlıq işlərinə son qoyulacaq. O təbəqələr arasında 
yalan isə xəyanətdir.
Yalan – günahların mənşəyi
Hədislərə  əsasən, düz danışmaq və doğruluq 
insanın əməllərini saflaşdırır, yalan isə onu günahlara 
çəkir. Mümkündür, bəziləri düz danışmaq və yalanın 
insanın  əməl və  rəftarında təsirini dərk etməsin. 
Bununla  əlaqədar bir məsələni araşdırmağı lazım 
bilirəm. Lakin əvvəlcə  Əhli-beyt imamlarından nəql 
olunan hədislərə toxunmaq istəyirəm.  İmam  Əli (ə) 
buyurmuşdur:


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə