Avtomobil texnikasi


 Alçaq təzyiqli yanacaq nasosları



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

 
39 
6.1.8. Alçaq təzyiqli yanacaq nasosları. 
 
Belə  nasoslar  yanacaq  sistemində 
5
4
0
2
.

bar  təzyiq  yaradırlar.  Silindrə  birbaşa  benzin 
püskürmə  sistemlərində  bu  nasoslar  alçaq  təzyiq  nasosu  kimi  istifadə  edilirlər  (şək.6.18, 
şək.6.19).  
          
Şək.6.18.  Elektrik  mühərrikli  yanacaq 
nasosu:  A-qapaq;  B-elektrik  mühərriki;  C-
nasos;  1-elektrik  kontaktı;  2-çıxış  borusu; 
3-əks-klapan; 
4-qrafit 
fırçalar; 
5-
mühərrikin  daimi  maqnitli  rotoru;  6-pərli 
nasosun işçi çarxı; 7-giriş borusu. 
 
Şək.6.19.  Alçaq  təzyiqli  yanacaq 
nasosunun 
növləri: 
a-şiberli-diyircəkli 
nasos; b-daxili ilişməli dişli çarxlı nasos; c-
mərkəzdənqaçma  nasosu;  A-giriş  borusu; 
B-çıxış borusu; 1-rotor; 2-diyircək; 3-daxili 
aparıcı  çarx;  4-rotor;  5-işçi  çarx;  6-işçi 
çarxın 
pəri; 
7-kanal; 
8-qapayıcı.  
 
6.1.9. İnjektorun vəzifəsi və növləri. 
 
İnjektorun  vəzifəsi  yüksək  təzyiqlə  verilən  yanacağın  tələb  olunan  miqdarını  narın 
tozlandıraraq,  hava  mühitinə  püskürmək  və  beləliklə  də  yanacağı  buxarlandıraraq,  hava  ilə 
keyfiyyətli qarışmasını təmin etməkdir. 
Mühərrikin  sorma  borusuna  və  silindrə  birbaşa  benzin  püskürmək  üçün  nəzərdə  tutulan 
injektorlar  quruluş  cəhətdən  bir-birindən  az  fərqlənsələr  də,  tamamilə  müxtəlif  texniki 
xarakteristikalara malikdirlər. 
Müxtəlif  tipli  qapalı  injektorlardan  tətbiq  olunur.  Qapalı  (klapanlı)  əsas  injektor  sorma 
borusuna  benzin  püskürməli  mühərriklərdə  sorma  borusunda  klapana  yaxın,  silindrə  birbaşa 
püskürməli mühərriklərdə isə  yanma kamerində və ya forkamerdə yerləşdirilir.  
Qapayıcı  klapanın  intiqalına  görə  benzin  injektorları  elektromaqnit  və  pyezoelektrik  tipli 
olurlar. Elektromaqnit intiqallı injektorlarda elektromaqnitin dolağına 4 cərəyan verildikdə, onun 
daxilində  yaranan  maqnit  sahəsi  iynə  klapanını  6  maqnitləndirərək,  dolağın  daxilinə  çəkir. 
Klapan  qalxdıqda,  kipləşdirici  sferik  səth  ilə  yəhərin  konusu  arasından  təzyiqlə  keçən  yanacaq 
tozlandırıcı  deşiklərdən  keçərək,  narın  yanacaq  tozu  şəklində  sorma  borusuna  püskürülür 
(şək.6.20). Tozlandırıcı deşiklərin sayı 1-4 ədəd, diametri isə 0.2-0.4 mm ola bilər.  
Elektromaqnitin  dolağına  4  verilən  cərəyan  kəsildikdə,  yayın  5  təsiri  ilə  klapan  6  aşağı 
enərək keçid sahəsini qapayır və yanacaq püskürülməsi kəsilir. 


 
40 
 
 
Şək.6.20. Sorma borusuna benzin püskürülən EV6 markalı injektor: 
1-yanacaq  ştuseri;  2-kipləşdirici  üzük;  3-süzücü  tor;  4-elektromaqnitin  dolağı;  5-yay; 
6-iynəşəkilli  klapan;  7-tozlandırıcı  deşikləri  olan  lövhə;  8-elektrik  ştekkeri;  9-gövdə; 
10-klapan yəhəri.  
 
Silindrə benzin püskürməli mühərriklərdə injektor, xüsusilə onun tozlandırıcı hissəsi yanma 
kamerində yüksək temperatur və təzyiq şəraitində işlədiyindən və kimyəvi cəhətdən aktiv yanma 
məhsullarının təsirinə məruz qaldığından,  yüksək keyfiyyətli  legirlənmiş poladlardan hazırlanır 
və yüksək mexaniki xassələrə malik olur. 
Yüksək sürətlərdə yanacağı sikllik dozasını 4-8 və daha artıq hissəyə bölmək lazım gəlir. Bu 
zaman  injektorun  idarəedici  klapanının  gedişi  0.2-0.3  mm  olmaqla,  onun  tam  açılma  və  ya 
bağlanma  vaxtı  0.1-0.2  ms  olmalıdır.  İşəsalma  rejimində  açıq  qalma  vaxtı  15  ms,  iş  rejimində 
1.5-1.8 ms intervalında, ardıcıl püskürmələr arasındakı vaxt isə 0.2-0.3 ms olmalıdır. Belə işləmə 
çevikliyini isə elektromaqnit intiqallı idarəedici klapanla təmin etmək çox çətindir. Bu problemin 
həlli üçün ən perspektiv yol pyezoelektrik intiqalının tətbiqi sayılır. 
 
 
 
Şək.6.21. Yüksək təzyiq injektoru: 
1-süzücü  tor  ilə  birlikdə  yanacaq  ştuseri;  2-
elektrik  ştekkeri;  3-yay;  4-elektromaqnitin 
dolağı; 5-gövdə; 6-elektromaqnitin lövbəri ilə 
birlikdə  iynəşəkilli  klapan;  7-klapan  yəhəri; 
8-tozlandırıcı deşik.  
 
Yüksək təzyiq injektorunun elektromaqnit 
dolağına 
4  gərginlik  verildikdə  dolaq 
daxilində  yaranan  maqnit  sahəsi  lövbərlə 
birlikdə  klapanı  6  yuxarıya  dartaraq, 
tozlandırıcı  deşiyin  8  qarşısını  açır  və 
yanacaq püskürülməsi baş verir (şək.6.21). 
Sorma  borusuna  benzin  püskürməli 
mühərriklərdə 
mühərrikin 
püskürmənin 
davamiyyət  müddəti  3.5  ms-dən  20  ms-yə 
qədər  dəyişərsə,  eyni  ölçülərə  malik  birbaşa 
silindrə püskürməli mühərrikdə 0.4 ms-dən 5 
ms-yə qədər dəyişir.       


 
41 
Elektron  idarəetmə  blokunun  çıxışındakı  impuls  formalaşdırıcısı  injektorun  sürətli  açılması 
üçün onun elektromaqnitinin dolağına ani olaraq gərginliyi 50-90 V-a çatan impuls verir (elektrik 
dövrəsində  gərginliyin  12V  olmasına  baxmayaraq).  Açılmış  klapanı  açıq  vəziyyətdə  saxlamaq 
üçün  isə  daha  az  gərginlik  tələb  olunur.  Buna  görə  də  klapan  açılan  kimi  gərginlik  12  V-a 
endirilir və klapan bağlananadək bu qiymətdə saxlanılır.  
İnjektorun tozlandırıcı deşiklərinin sayı bir və  ya bir neçə ola bilər. Deşiklərin diametri isə 
0.2-0.3 mm hədlərində olur. 
 
Şək.6.22. Pyezointiqallı injektorun sxemi. 
 
 
Pyezoelektrik  intiqallı  injektorların  işi, 
bəzi  kristal  maddələrin  (kvars)  mexaniki 
deformasiyaya  məruz  qaldıqda  onun  qarşı-
qarşıya  olan  üzlərində  elektrik  potensialları 
fərqi  (gərginlik)  meydana  çıxması  — 
pyezoeffekt 
hadisəsində 
gərginliyin 
qoşulmasının  qütblərindən  asılı  olaraq, 
uzunluğun 
artma 
və 
ya 
azalma 
istiqamətində 
dəyişərək 
injektorların 
tozlandırıcı  klapanının  açıb-bağlamasına 
əsaslanır (şək.6.22). Pyezointiqalda 150-200 
V  həddində  elektrik  gərginliyi  tələb  olunur. 
Pyezointiqalda  böyük  yerdəyişmə  almaq 
üçün  elektrik  dövrəsinə  bir-biri  ilə  paralel 
qoşulmuş  80-100  ədəd  (bəzən  hətta  400-ə 
qədər)  pyezokeramik  disk  ardıcıl  olaraq, 
paket  şəklində  bir-birinin  üzərinə  yığılır  və 
çubuq forması alır. 
6.1.10. Yanacaq süzgəcləri. 
 
Çəndən  karbüratora  verilən  yanacaq  narın  süzgəcdən  və  çökdürücüdən  keçərək,  mexaniki 
hissəciklərdən və yanacağın tərkibində ola bilən sudan təmizlənir. Karbüratorun üzgəc kamerinin 
girişində də torlu süzgəc yerləşdirilir. 
Çox  zaman  torlu  və  ya  məsaməli  keramik  süzücü  elementi  olan  kiçik  ölçülü  süzgəc-
çökdürücülərdən  istifadə  edilir.  Süzgəcin  çirklənmə  dərəcəsinə  nəzarət  etmək  üçün  çox  zaman 
süzgəcin  gövdəsi  şəffaf  plastikdən  hazırlanır.  Çökdürücü  və  süzgəc  ayrı-ayrı  hazırlandıqda, 
çökdürücü  çənlə  benzin  nasosunun  arasında,  süzgəc  isə  benzin  nasosundan  sonra  yerləşdirilir. 
Süzgəc-çökdürücü bir gövdədə hazırlandıqda isə benzin nasosundan sonra yerləşdirilir. 
Son  zamanlar  sintetik  (kapron)  süzücü  elementi  olan  bir  dəfəlik  istifadə  üçün  nəzərdə 
tutulmuş süzgəclər daha çox tətbiq edilir (şək.6.23). 
 
Şək.6.23. Zərif təmizləyici süzgəclər: 
a-süzücü elementi saxsı olan süzgəc, b-süzücü elementi kapron olan süzgəc; 1-durulducu 
stəkan;  2-keramik  süzgəc  elementi;  3-araqatı;  4-gövdə;  5-bərkidici;  6-bərkidicinin 
oymağı; 7-qayka; 8-kapron süzgəc elementi; 9-tor; 10-yay. 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə