Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   2   3   4   5   6   7   8   9   ...   56

 

22.1. Hava-reaktiv mühərriki (HRM)...........................................................................................130 
22.2. Düzaxınlı hava-reaktiv mühərriki....................................................................................... 132 
22.3. Pulsasiyalı hava-reaktiv mühərriki........................................................................................135 
23. Turboreaktiv tipli aviasiya mühərriklərinin iş prinsipi və quruluşları haqqında məlumat.......137  
23.1. Turboreaktiv mühərrik..........................................................................................................137 
23.2. İkikonturlu turboreaktiv mühərrik.........................................................................................138 
23.3. TRM və İTRM-nin effektivliyinin artırılmasının əlavə vasitələri........................................139 
23.4. HRM-nin müxtəlif tiplərinin başqa aviamühərriklərlə müqayisəsi......................................140 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

Mühazirə 1 
Nəqliyyat vasitələrində istifadə edilən istilik mühərrikləri. 
 
1.1. Daxili yanma mühərriklərinin inkişafı haqqında qısa tarixi məlumat. 
 
Daxili  yanma  mühərrikləri  ən  geniş  yayılmış  istilik  mühərriklərindən  hesab  olunur.  Bu 
mühərriklərin  vəzifəsi  yanacağın  yanması  nəticəsində  alınan  istilik  enerjisini  mexaniki  enerjiyə 
çevirməkdir. Ümumiyyətlə, istilik mühərriklərini iki əsas qrupa bölmək olar: 
-  Xarici  yanma  mühərrikləri.  Bu  tip  mühərriklərə  buxar  maşınları  və  turbinləri,  Stirlinq 
mühərrikləri və s. aiddir; 
-  Daxili  yanma  mühərrikləri.  Bu  mühərriklərdə  yanacağın  yandırılması,  istiliyin  ayrılması  və 
onun  bir  hissəsinin  mexaniki  enerjiyə  çevrilməsi  birbaşa  mühərrikin  daxilində  baş  verir.  Bu  tip 
mühərriklərə porşenli mühərriklər, qaz turbinləri və reaktiv mühərriklər aiddir. Lakin qəbul olunmuş 
terminologiyaya  görə  DYM  dedikdə  porşenli  mühərriklər  başa  düşülür.  Belə  ki,  onlar  ilk  daxili 
yanma mühərrikləri olmuşlar. 
İlk  dəfə  olaraq  qazla  işləyən  iki  taktlı  daxili  yanma  mühərriki  1860-cı  ildə  fransız  mexaniki 
Lenuar  tərəfindən  ixtira  edilib.  Bu  mühərrikdə  porşen  aşağıya  doğru  hərəkət  edərkən  silindrə  təbii 
qazla  hava  qarışığı  sorulur  və  porşenin  gedişinin  yarısında  bu  qarışıq  qığılcımla  alışdırılaraq 
yandırılırdı.  Yanma  nəticəsində  alınan  və  yüksək  enerjiyə  malik  olan  yanma  məhsulları  porşeni 
aşağıya  doğru,  axıra  qədər  itələyib  faydalı  iş  görürdü.  Porşenin  əks  tərəfə  hərəkəti  zamanı  yanma 
məhsulları  silindrdən  xaric  olunurdu.  Lakin,  bu  mühərrikin  f.i.ə.  (3÷5%)  o  zamankı  buxar 
maşınlarının f.i.ə.-dan az olduğundan geniş yayıla bilmədi. 
Qaz  mühərriklərində  qarışığı  alışdırmazdan  əvvəl  sıxmağın  vacibliyi  təklif  edildikdən  sonra  bu 
mühərriklər nisbətən geniş tətbiq edilməyə başladı. Bu təklifi fransız mühəndisi Bo-de-Roşa vermiş, 
alman  texniki  N.Otto  isə  həyata  keçirmişdir.  1867-70-ci  illərdə  qazla  işləyən  dörd  taktlı  Otto 
mühərrikləri istehsal edildikdən sonra, onlar öz qənaətliliyi və  yığcamlığına görə buxar maşınlarını 
geridə qoydular. Hazırda nəqliyyat vasitələrində tətbiq edilən porşenli benzin mühərrikləri Otto sikli 
ilə işləyir və bəzi ölkələrdə Otto mühərrikləri adlanır. 
 Qazdan yanacaq kimi istifadə olunması DYM-nin nəqliyyatda tətbiqinə mane olurdu. XIX  əsrin 
sonlarında neftdən alınan maye yanacaqların istehsalı mühərriklərin inkişafına güclü təkan verdi. Bu 
yanacaqla işləyən mühərriklər çox yığcam olduğundan nəqliyyat vasitələrində geniş tətbiq tapdı. 
Rusiyada  benzinlə  işləyən  ilk  karbüratorlu  mühərrik  1879-cu  ildə  dəniz  donanmasının  kapitanı 
İ.S. Kostoviç tərəfindən hazırlanmışdır. 1885-ci ildən sonra kerosin və daha ağır  yanacaqla işləyən 
mühərriklər kütləvi istehsal edilməyə başlayır. 
1892-ci  ildə  alman  mühəndisi  R.Dizel  mühərriklərdə  yanacağın  sıxılmış  hava  ilə  alışdırılması 
(özüalışma) ideyasını irəli sürür və 1897-ci ildə bu prinsiplə işləyən ilk mühərrik yaradır. Kerosinlə 
işləyən  və  yanacaq  silindrə  xüsusi  kompressorla  sıxılmış  hava  vasitəsilə  verilən  bu  mühərrik 
(kompressorlu  dizel)  20  a.q.  (14.7  kVt)  gücə,  172  dəq
-1
  sürətə  və  247 
saat
.
q
.
a
qr

 






 saat
kVt
qr
336
 
xüsusi  yanacaq  sərfinə  malik  idi.  1899-cu  ildə  Peterburqda  daha  qənaətli  dizel  mühərriki  hazırlanır 
(gücü 20-26 a.q., sürəti 193 dəq
-1
, xüsusi yanacaq sərfi 



 saat
kVt
qr
221
. Bu mühərrik kerosin, solyar 
yağı və xam neftlə işləyirdi. Dizel mühərriki qənaətli olduğundan özünə daha çox tərəfdar tapır, lakin 
yanacağın  silindrə  verilməsindən  ötrü  lazım  olan  böyük  ölçülü  kompressor  belə  mühərriklərin 
nəqliyyatda tətbiqini ləngidirdi. 
1901-ci ildə rus mühəndisi (sonralar texnika elmləri doktoru, professor) Q.V. Trinkler Rusiyada 
ilk  dəfə  yanacağı  yüksək  təzyiq  altında  silindrə  püskürmək  üçün  kiçik  ölçülü  xüsusi  nasos  və 
forsunkadan istifadə etməyi təklif etdi (kompressorsuz dizel). 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə