Audit FƏNNİ ÜZRƏ proqram



Yüklə 0,95 Mb.
səhifə5/11
tarix27.10.2017
ölçüsü0,95 Mb.
#6938
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT.

  1. Azərbaycan Respublikasının “ Auditor xidməti haqqında” Qanunu. Bakı, 1994.

  2. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu, Bakı, 2004.

  3. Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu, Bakı 2007.

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2008.

  5. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə. Bakı, 1995.

  6. Azərbaycanın Milli audit standartları, Bakı, “Nağıl evi”. 2004.

  7. Müəssisələrin Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat. Bakı, Azərbaycan “ Bilik” Maarifçilik Cəmiyyəti, 1996.

  8. Hacıyev R.S. Səbzəliyev S.M. Auditin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, ADİU - c nəşriyyat, 2003.

  9. Abbasov Z.M. Audit (dərslik). Bakı, 2007.

  10. Hacıyev R.Ş. Təftiş və nəzarət (dərslik). Bakı, 1999.

  11. Novruzov V.Q. və başqaları. Audit. (dərs vəsaiti). Bakı – 2011.


MÖVZU 5. Hesablaşmaların və kredit əməliyyatlarının auditi.
P L A N

1. Hesablaşma əməliyyatlarının normativ hüquqi bazası. Hesablaşma əməliyyatlarının auditinin məlumat mənbələri.

2. Malsatan və podratçılarla hesablaşmaların auditi.

3. Alıcılar və sifarişçilərlə hesablaşmaların auditi. Avanslar üzrə hesablaşmaların auditi. Büdcə və büdcədən kənar fondlar üzrə hesablaşmaların auditi. Sığorta orqanları ilə hesablaşmaların auditi. Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi. Müxtəlif debitor və kreditorlarla hesablaşmaların auditi.

4. Hesablaşma əməliyyatları auditinin nəticəsinin yekunlaşdırılması.

5. Kredit əməliyyatlarının auditinin məqsəd və vəzifələri.
Kredit əməliyyatlarının normativ hüquqi bazası. Kredit əməliyyatlarının auditinin məlumat mənbələri və metodikası. Kredit əməliyyatlarının auditinin nəticəsinin yekunlaşdırılması.

Hesablaşma əməliyyatlarının normativ hüquqi bazasına bu sahədə Azərbaycan Respublikasının qüvvədə olan qanunverici normativ hüquqi aktların, Azərbaycan Respublikası Preziden inin fərmanları, Azərbaycan Respublikası Milli Məclisinin qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, ayrı-ayrı nazirliklərin və baş idarələrin təlimatları, müəssisələrin əsasnamələri daxildir. Azərbaycan Respublikasında bu sahədə lazimi qədər qanunvericilik bazasi yaradılmışdır.

Hesablaşma əməliyyatlarının məlumat mənbələri bu sahədə yoxlama- ekspertiza işinin səmərəli təşkili üçün müxtəlif isriqamətlərdən yanaşmaya dair əsaslı, dəqiq məlumatların əldə edilməsinə xidmət edir. Aparılan araşdırma zamanı yerinə yetirilən iş və xidmətlərə görə ödəmələrdə və ya kommunal xidmətləri üzrə təsərrüfat əməliyyatlarında qanun pozuntuları aşkar edilərsə, bu zaman həmin məsələlərin qiymətləndirilməsi üçün Azərbaycan Respublikasi Milli Məclisinin VI bölməsinin, öhdəlik hüquqlarının ümumi hissəsinə, o cümlədən “ Öhdəlikdə kreditorların və ya bocluların coxluğu”, həmin məcəllənin xüsusi hissəsinin 7-ci bölməsinin “Alqı-satqı”hissəsinə, “Satın almaqda üstünlük hüququ və digər üstünlük hüquqları”, “Dətişdirmə, borc, lizinq, podrat” və ayrı-ayrı bölmələrin müvafiq maddələrinə istinad olunmalıdır.

Hesablaşmaları uçota alan hesablar müəssisənin müxtəlif hüquqivə fiziki çəxslərlə hesablaşmanın bütün növləri haqqında məlumatları.

531 № li “Malsatan və podratçılarla hesablaşmalar” hesabının auditi müəyyən edilmiş proqrama əsasən aşağıdakı istiqamətlərdə aparılmalıdır: əmtəə - materia qiymətlərin göndərilməsi, işlərin və xidmətlərin görülməsi üzrə tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirilən ilkin sənəflərin mövcudluğu və düzgün tərtibatı; göndərilən və alınan əmtəə - material qiymətlərin (işin, xidmətin) düzgün qiymətləndirilməsi və dıyırinin göndərilməsi; mədaxil edilən qiymətlərin və ya görülmüş işin, göstərilmiş xidmətin dəyərinin hesabatlarda düzgün əks etdirilməsi.

Malsatan və podratçı təşkilatlarla alıcı və sifarişçi təçkilatlar arasında onların hüquq və vəzifələrini müəyyənləşdirən əsas sənəd onlararasında bağlanmış müqavilədir. Ona görə də auditor ilk növnədə müqavilənin mövcudluğunu və onun nə dərəcədə düzgün tərtib edildiyini yoxlamalıdar. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmalıdır. Odur ki, auditor bağlanmış müqavilələrin şərtlərini təhlil etməli və onlara əsasən həyata keçirilmiş əməliyyatların qanuna uyğun olub – olmadığını müəyyənləşdirməlidir. Müqavilədə göndərilən malın (gostərilən xidmətin, görülən işin) adı dəqiq açıqlanmalı, malın göndərilmə tarixi, şərtləri məbləği və dəyərinin ödənilmə şərtləri müəyyənləş-dirilməlidir.

Audit zamanı auditor malsatan və podratçı təşkilatlarla hesabatlaşmalar üzrə borcların hesabatlarda düzgün əks etdirildiyini yoxlayarkən borcun əmələgəlmə vaxtını və səbəblərini müəyyənləşdirməlidir. Əgər müəssisənin hesabatlarında iddia müddəti bitmiş debitor borcları mövcuddursa, bu halda auditor məssisə tərəfindən onların reallaşdırılması üçün nə tədbirlər görüldüyünü aydınlaşdırmalı və bu tədbirlərin nə dərəcədə kəskin olduğunu qiymətləndirilməlidir. Əgər göstərilən debitor borclərı auditor tərəfindən ümidsiz sayılarsa, onda auditor onların maliyyə hesabatlarına nə dərəcədə əhəmiyyətli təsir göstərdiyini təhlil etməlidir.

Auditor hə bir təşkilat üzrə aparılmaış hesablaşma əməliyyatlarının ilkin mehasibit registrlərində necə əks etdirildiyinə xüsusi diqqət yetirməli, baş vermiş əməliyyatın vaxtını, xüsusiyyətini, qiymətlərin nə dərəcədə düzgün tətbiq edildiyini, əmtəə-material qiymətlərin vaxtında və düzgün mədaxil edildiyini müəyyənləş-dirməlidir.

Əgər hesablaşma sənədləri alınmamış, qaimələrdə qiymətləri göstərilməmiş və ya tam tərtib edilməmiş sənədlər üzrə əmtəə - material qiymətləti mədaxil olarsa, bu halda maddi dəyərlərin necə mədaxil edilməsi yoxlanmalıdır. Malsatan və podratçılarla aparılmış hesablaşmaların inventarizasiyası xüsusi diqqət tələb edir. Auditor malsatan və podratçı təşkilatlarla tərtib edilmiş üzləşmə aktlarını tələb etməlidir. Üzləşmə aktları olmadığı və ya borcların reallığı barədə auditorda şübhələr yarandığı hallarda hesabatlarda göstərilən hesablaşmalar üzrə borcların təsdiqi müvafiq təşkilatlardan tələb edilməlidir. Kənarlaşmalar aşkar edilərsə, bu halda onların səbəbləri araşdırılmalı, sifarişçi təşkilatın rəhbər işçilərindən izahatlar alınmalı, bütün alınmış izahatlar auditor sübutları kimi iş sənədlərinə əlavə edilməlidir. Əmtəə-materialın qiymətlilər mədaxil edilərkən müxabirləşmənin düzgünlüyünə diqqət yetirilməlidir. Belə ki, maddi dəyərlilərin qiymətlərinin düzgün təyin edilməsi, onların müqavilə qiymətlərinə uyğunluğu malsatanlarla hesablaşmalar üzrə kreditor borclarının məbləğinin hesablarda düzgün əks etdirilməsinə təsir göstərə bilər. Maddi dəyərlilərin mədaxili zamanı mədaxil sənədlərində (qaimələr, hesab-fakturalar) onların miqdarını və qiymətini ödəniş sənədlərində göstərilən məbləğlərlə üzləşdirmək lazımdır. Auditor müxtəlif hesablaşmaların auditi zamanı görülmüş işlərə (göstərilmiş xidmətlərə) görə xərclərin maya dəyərinə düzgün silinməsinə əmin olmalıdır.

Malsatan və podratçılarla hesablaşmaların auditi zamanı əlavə dəyər vergisinin uçotda necə əks etdirilməsinə diqqət yetirilməlidir. Bir çox hallarda malsatan təşkilata maddi dəyərlilərinin dəyəri ödənilmədiyi hallarda əlavə dəyər vergisi 241 № - li “Əvəzləşdirilən əlavə dəyər vergisi” hesaba deyil, 521 № - li “Vergi öhdəlikləri” hesabına aid edilir. Bu əlavə dəyər vergisi üzrə büdcə borclarının süni surətdə azaldılmasıl kimi qiymətləndirilməlidir.

Malsatan təşkilatlarla hesablaşmalar zamanı veksellərdən istifadə oluna bilər. Hesablaşma əməliyyatı veksellərlə aparıldıqda auditor ilk növbədə unutmamalıdır ki, vekselin malsatana verilməsi heç də ödəmə faktı deyil, alıcının malsatan təşkilat qarşısında borc öhdəliyidir.

Auditor müqavilə ilə əsaslandırılmış qiymətlərin uyğun gəlməməsinə, hesablaşmalar vaxtı riyazi səhvlərin olmamasına, maddi dəyərlilərin keyfiyyətinin standartlara və ya texniki şərtlərə uyğun olmamasına, maddi dəyərlilər daşınarkən təbii itki normasının çox olmasına, zay məhsulun və boşdayanmanın olmasına görə malsatan və podratçılarla hesablaşmalar zamanı iddiaların qaldırılmasına və onların nə dərəcədə qanunauyğun olmasına diqqət yetirməlidir.

Podratçılarla hesablaşmaların auditi zamanı müqavilələrin, tikilən obyektlərin layihə-smeta sənədlərinin, görülən işlərin qəbul-təhvil aktlarının, hesab-fakturaların mövcudluğu yoxlanılmalıdır.

531 №-li hesabın analitik və sintetik uçotlarının düzgün aparılmasına, qabaqcadan ödəmə halları olarsa, onların hansı balans hesabında əks etdirilməsinə, mühasibat yazılışların düzgün tərtibatına diqqət yetirilməlidir.

Auditor, ilk növbədə, hər bir mal satan təşkilat üzrə, hər bir valyuta üzrə aparılmış hesablaşma əməliyyatlarının milli valyuta ilə ekvivalentinin əməliyyat baş verən günə düzgün ifadə edildiyinə əmin olmalıdır. Xarici valyuta ilə aparılan hesablaşma əməliyyatlarının əməliyyat gününə uçotda düzgün əks etdirilməsini yoxlamaqdan ötrü, maddi dəyərlilərin gömrük orqanlarında qeydiyyatdan keçdiyi zaman tərtib edilmiş Yük gömrük bəyənnamələrində və maddi dəyərlılərin dəyəri ödənilərkən bank çıxarışlarında göstərilmiş Milli Bankın xarici valyutanın milli manata məzənnəsi əsas götürülür. Borcun yaranma tarixi ilə ödəniş gününə xarici valyutanın milli manata məzənnəsinin müxtəlif olduğu hallarda müsbət və ya mənfi məzənnə fərqi əmələ gəlir. Müəssisənin uçot siyasətindən asılı olaraq məzənnə fərqlərini 801 № - li “Mənfəət və Zərər” və ya 542 № - li “Gələcək dövrün gəlirləri” hesabına aid edilir.

Alıcılar və sifarişçilərlə hesablaşmaların uçotu eyni adlı 171 № - li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabında aparılır. Bu hesab uçot siyasətinə görə məhsulun (işin, xidmətin) satışından gəliri hesablama metodu ilə (mallar yükləndikdə və ya alıcıya hesablaşma sənədi təqdim edildikdə) uçota aldıqda geniş tətbiq edilir.

Alıcılar və sifarişçilərlə hesablaşmaların auditi malsatan və podratçılarla hesablaşmaların auditinə çox oxşardır. Alıcı və sifarişçilərlə hesablaşmalar əsasən nağdsız formada aparılır. Belə hallarda nağdsız hesablaşma formaları ödəniş tapşırığı, akkreditiv əməliyyatları, hesablaşma çekləri ilə və s. formada aparıla bilər. Hesablaşma formaları alıcı təşkilatlabağlanmış müqaviləyə əsasən müəyyənləşdirilir. Tərəflərin razılığı ilə hesablaşma əməliyyatları nağd yolla da aparıla bilər.

Müəssisələr istehsal etdikləri məhsulları müxtəlif təşkilatlar sata bilərlər. Buna görə də auditor ilk növbədə bütün müqavilələrin həqiqi varlığına, onların müqavilələrin qeydiyyat jurnalında qeydiyyata alındığına əmin olmalıdır.

Müqavilələr təhlil edilərkən alıcı və sifarişçilərin borclarının real və qanunauyğun olaraq 171 № - li hesabın subhesabları üzrə düzgün əks etdirilməsi yoxlanılmalıdır. Bunun üçün hüquqi sənədlərdən başqa, bank hesablarından çıxarışlar, kassa mədaxil orderləri, hesablaşmaların inventarizasiya aktları, Baş kitab, müəssisənin mühasibat (maliyyə) hesabatları informasiya mənbəyidir.

Əgər hesablaşma əməliyyatları müxtəlif nağdsız hesablaşmalarla aparılıbsa, bu halda auditor ilk növbədə bütün təsdiqedici sənədlərin həqiqi varlığını, onların düzgün tərtibatını yoxlamalı, bir çox hallarda isə bank və ya alıcı təşkilatlarla qarşılıqlı üzləşmələr aparmalıdır.Məhsullar (işlər, xidmətlər) satılarkən qiymət əmələgəlməsinindüzgünlüyünə, qiymət əlavələrinin (güzəştlərin) istifadə edilməsinə, barter əməliyyatları, qarşılıqlı hesablaşmalar, çeklərdən, akkreditiv əməliy-yatlarından,veksellərdən istifadə edilmə hallarına xüxuxi diqqət yetirmək zəruridir. Belə növ hesablaşma əməliyyatları həyata keçirilərkən səhvlər, mövcud qaydaların pozulması və hətta fırıldaqçılıq aşkar edilə bilər.

Alıcılar və sifarişçi təşkilatlarla veksellərdən istifadə yolu ilə həyata keçirilmiş hesablaşmaların auditi zamanı alınmış veksellər üzrə faizlərin uçotunun vaxtında və düzgün əks etdirilməsi (D / t – 171 ; k / t – 801) yoxlanılmalıdır. Bundan başqa, debitor borclərının vaxtında ödəmə halları varsa, ödənişin gecikdirilməsi səbəbləri aydınlaşdırılmalı, onlardan iddia müddəti ötmüş borcların olub – olmaması təhlil edilməlidir. Xarici valyuta ilə aparılmış əməliyyatlara xüsusi diqqət yetirmək lazımdır.

Audit zamanı auditor yaddan çıxmamalıdır ki, iddialar müxtəlif ola bilər:

1.431 № - li “Malsatan və podratçılarla hesablaşmalar” hesabı istehsalat ehtiyatlarını, malları və müvafiq məsrəflərin uçota olan hesablarla müxabirləşdirməklə - malsatanların, podratçıların vənaqliyyattəşkilatlarının hesab – fakturalar yoxlanılan zaman və ya nəzərdə tutlmuş qiymət və tariflərdən kənarlaşmalar, mexaniki səhvlər, fakturalaşdırılmış mallarda qiymət artımı və ya onların dəyərində iddialar;

2. 431 № - li hesab ilə müxabirləşdirilməklə - keyfiyyət standartları,texniki səhvlər və sifarişlər üzrə uyğunsuzliq aşkar edildikdə malsatanlara, həmçinin müəssisıənin materilallarını emal edən təşklatlara verilən iddialar;

3. 431 № - li hesab ilə müxabirləşdirilməklə - keyfiyyət standartları, yolda olan yükün təbii itki normalarından çox əskik gəlməsinə görə malsatanlara, nəqliyyat və digər təşkilatlara verilən iddialar;

4. İstehsal məsrəflərinin uçota alınan hesablarla müxabirləşdirilməklə - malsatan və ya podratçıların təqsiri üzündən meydana çıxan zay məhsullara və boşdayanmalara görən yaranan və ödəyici təşkilatlar tərəfindən etiraf edilmiş, yaxud iqtqsadi məhkəməsi tərəfindən müəyyənləşdirilmiş məbləğlər üzrə verilən iddialar;

5. Pul vəsaitlərini və bank kreditlərini uçota alınan hesabları müxabirləşdirilməklə - müəssisənin hesablarının səhvən silinmiş (köçürülmüş) məbləğlərə görə bank idarələrinə verilən iddialar.

Audit zamanı iddialar zamanı informasiya mənbəyi müqavilələr, zəruri sənədlər əlavə edilməklə iddia ərizələri və onların iddia edilən təşkilata təqdimn edildiyinin təsdiqi sayılır.

Audit vaxtı aşağıdakılara xüsusi diqqət yetirmək zəruridir:

1. İddia sənədlərinin vaxtında və düzgün və əsaslı tərtib edilməsi: Auditor iddiaçı təçkilatın məsul işçilərinin maddi dəyərləri mənimsəmədiklərinə və iddia verilmə müddətlərinin gözlənildiyinə əmin olmalıdır. Belə hallardan oğurluq halların gözlədilməsi üçün istifadə edilə bilər. Belə ki, iddianın təmin edilməsinə etiraz edildikdə iddia məbləği xərclərin tərkibinə silinə bilər;

2. İddianın nə dərəcədə əsaslı olması. Burada iddia təqdim edilməmişdən əvvəl iddiaçı təşkilat tərəfindən təqsirkar şəxsi daxildə axtarmaq məqsədilə hansı tədbirdən görülməsinə və belə hala yol verilməmiş, dəymiş zərərin qaytarılıb – qaytarılmamasına diqqət yetirmək zıruridir. Bundan başqa, maddi qiymətlərin təhvil – qəbulundan sonra anbarda saxlanma şərtlərinin alıcı təşkilat tərəfindən pozulması nəticəsində əmtəə - maddi dəyərlərin keyfiyyətinin aşağı düşməsi və ya müqavilənin şərtlətinə əsasən iddia müddətinin bitməsi hallarında iddia qaldırıla bilməz;

3. İddialar üzrə mühasibat yazılışlarının düzgün tərtibatı;

İddiaların analitik uçotunun düzgün aparılması. Analitik uçot hə bir debitor və verilmiş hər bir iddia üzrə ayrılıqda aparılmalıdar. Nəzərə almaq lazımdır ki, hər bir iddia üzrə tələb olunan məbləğ uçotdan yalnız iddia təmin edildikdə, verilmiş iddiaların təmin edilməsindən etiraz edldikdə və ya məhkəmə tərəfindən əsassız hesab edildikdə silinə bilər.

243 № - li “Verilmiş avanslar üzrə hesablaşmalar” hesabı tədarük olunacaq maddi dəyərlilər, yaxud yerinə yetiriləcək işlər və xidmətlər üçün verilən avanslar, həmçinin sifarişçilərdən qismən hazır olduqca qəbul edilən məhsulların, işlərin və xidmətlərin ödənilməsi üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün, 443 № - li “Alınmış avanslar üzrə hesablaşmalar” hesabı isə göndərilmiş maddi dəyərlərə və ya yerinə yetirilmiş işlərə görə alınmış avanslar, həmçinin sifarişçilər üçün yerinə yetirilmiş qismən hazır iş və məhsulların ödənişi üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Verilmiş və alınmış avansların auditi zamanı aşağıdakıları yoxlamaq lazımdır: alınmış və verilmiş avanslar nə dərəcədə əsaslı olması 243 və 443 № - li balans hesabları üzrə analitik uçotun aparılmasının düzgünlüyü, analitik uçot üzrə dövriyyə cədvəli, analitik uçotun Baş kitabı və balansa uyğunluğu, xarici valyuta ilə alınmış və verilmiş avansların və onlara hesablanmış məzənnə fərqlərinin uçota düzgün və vaxtında əks etdirilməsi.

Auditor ilk növbədə alınmış və verilmiş avans hesabları üzrə qalıqların yaranma səbəblərini aydınlaşdırmaq üçün müqavilələrin şərtləri ilə tanış olmalıdır. Bilmək lazımdır ki, qabaqcadan ödəmələrin yoxlanması zamanı verilmiş avanslar mühasibat tərəfindən səhvən verilmlş borclar kimi və ya alınməş borclar kimi uçotda əks etdirilə bilər. Belə hallar aşkar edildikdə qabaqcadan ödəmənin məblaği dəqiqləşdirilməli və təsərrüfat subyektinin rəhbərliyinə bu barədə məlumat verilməlidir. Qeyd etmək lazımdır ki, bu növ səhvlər maliyyə hesabatı göstəricilərini təhrif edir.

Audit zamanı alınmış avansalr üzrə sifarişçi təşkilata hazır məsul, mallar yükləndikdə, işlər görüldükdə, xidmətlər göstərildikdə avans hesabının alıcı və sifarişçi təşkilatın hesabı ilə bağlanmasına və ya verilmiş avans hesabının malsatan və podratçı təşkilatın hesabı ilə bağlanmasına xüsusi fikir vermək lazımdır. Belə ki, praktikada çox zaman hesabat dövrünün sonuna avanslar uçotda müvafiq hesablarda müxabirləşdirilmir və avanslar üzrə əməliyyatların başa çatmasına baxmayaraq, maliyyə (mühasibat)hüsabatlarında həmin hesablar üzrə qalıqlar qalır.

Auditor unutmamalıdır ki, bir çox hallarda vergidən yayınma məqsədilə məhsul satışından (işlərin görülməsi, xidmətlərin göstərilməsindən) əldə edilən gəlir uçotdə alınmış avans kimi əks etdirilir. Bu məqsədlə müqavilələrin məzmunu, ödəniş – hesablaşma sənədləri, təhvil – qəbul aktları, qaimələr dəqiq təhlil edilməlidir.

Auditor tərəfindən aşkar edilmiş səhvlər sifarişçi təşkilatın məsul şəxsləri ilə müzakirə edilməli və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi tövsiyyə olunmalıdır.

Büdcə ilə hesablaşmaların auditi dedikdə, büdcəyə çatası vergilərin auditi başa düşülür. Bu vergilərin dərəcələri, hər bir verginin obyekti, onların hesablanma və büdəcəyə ödəniş qaydaları AR-nın Vergi məcəlləsi və müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

Büdcəyə çatası vergilərin düzgün hesablanmasının və ödənilməsinin yoxlanılması auditordan yüksək peşəkarlıq tələb edir. Təcrübə göstərir ki, heç də beten təsərrüfat subyektləri vergilərin hesablanması və ödənilməsi proseslərini düzgün həyata keçirmirlər. Məhz bu səbəbdən dövlət vergi orqanları tərəfindən onlara qarşı maliyyə sanksiyaları tətbiq edilir.

Bu səbəbdən büdcə ilə hesablaşmaların auditi prosesində auditor riski daha yüksəkdir. Auditorun mühüm vəzifələrindən biri audit prosesində vergilərin və digər məcburi ödənişlərin düzgün hesablanmasını və büdcəyə köcürülməsini dəqiqliklə yoxlamaqdır. Burada sifarişçi təşkilata vergilərin vaxtında və düzgün hesablanıb ödənilməsi barədə məsləhətlər və vergi orqanları tətbiq oluna biləcək maliyyə sanksiyaları barədə məlumat vermək mühüm rol oynayır.

Büdcə ilə hesablaşmaların uçotu 521 № - li “Vergi öhdəlikləri” hesabında aparılır.

Audit planlaşdırılarkən auditor sifarişçi təşkilatın gəlirin və xərcin müəyyənləşdirilməsinin hansı metodundan (kassa və ya hesablama metodlarından) istifadə etməsi, ödədiyi bütün vergilər üzrə dəqiq məlumatlar toplamalı və hər bir vergi növünün necə yoxlanacağını müəyyənləşdirir. O, vergilər üzrə büdcə ilə hesablaşmaların auditi zamanı hər bir vergi dərəcəsini, hesablanma şərtlərini mükəmməl bilməli, mövcud qanunvericilik aktlarından, normativ sənədlərdən və təlimatlardan istifadə etməlidir.

Audit zamanı ilk növbədə büdcə ilə hesablaşmalar üzrə daxili nəzarətin vəziyyəti öyrənilməli, vergiyə cəlb edilən bazanın tamlığı və düzgünlüyü yoxlanılmalıdır. Vergi dərəcələrinin düzgün hesablanmasına xüsusi diqqət yetirmək lazımdır.

Mövcud vergi qanunvericiliyində bir sıra hallarda vergilər üzrə güzəştlər nəzərdə tutulmuşdur. Güzəştlərin düzgün tətbiq edilməsinin yoxlanılması üçün auditor təsərrüfat subyektlərinin fəaliyyətinin xüsusiyyətlərini öyrənməli və güzəştlərin nə dərəcədə düzgün tətbiq edildiyinə qiymət verilməlidir.

Əldə edilmiş aktivlər üzrə malsatan təşkilatlara ödənilmiş ƏDV hesabına büdcəyə ödəniləcək ƏDV-nin azaldılması hallarına xüsusi diqqət yetirmək lazımdır. Belə ki, büdcəyə çatacaq vergisinin alınmış aktivlərə görə ödəniş həyata keçirilmədikdə azaldılması halları praktikada müşahidə olunur. Bu məqsədlə 241 №-li “Əvəzləşdirilən ƏDV” balans hesabının uçotunun aparılmasının düzgünlüyü yoxlanılmalıdır.

Fiziki şəxslərdən gəlir vergisinin tutulması və yoxlanılması xüsusi diqqət tələb edir. Belə ki, əmək haqqına edilmiş əlavələr, mükafatlandırma halları, maddi yardımlar, məzuniyyətlər və s. vergitutma obyekti sayılır.

Auditor vergi orqanları tərəfindən aparılmış yoxlamaların nəticələrini təhlil etməli, həmin orqanların aşkar etdiyi nöqsanların aradan qaldırılması üçün görülən tədbirlər barədə məsul işçilərə sorğular verməlidir. O, vergi orqanlarının təsərrüfat subyektlərinə tətbiq etdiyi maliyyə sanksiyalarının nə dərəcədə düzgün olduğuna qiymət verməlidir.

Müəssisələrin büdcədənkənar fondlara ödənişləri üzrə dövlət orqanları ilə hesablaşmaları haqqında məlumatların ümumiləşdirilməsi üçün 522 №-li “Sosial sığorta və təminat üzrə öhdəliklər” hesabı nəzərdə tutulmuşdur.

522 №-li hesabda AR Dövlət Əhalinin Sosial Məşğulluğuna Kömək Fondu və AR Əlillərin Sosial Müdafiə Fondu ilə hesablaşmaların uçotu aparılır.

Büdcədənkənar fondlarla hesablaşmalar zamanı auditor yoxlamanı “AR Dövlət Əhalinin Sosial Məşğulluğuna Kömək Fonduna məcburi və məqsədli ayırmaların yığılması və vəsaitin xərclənməsi qaydaları haqqında” 1991-ci il 6 noyabr tarixli müvəqqəti təlimata, “AR Əlillərin Sosial Müdafiə Fonduna məcburi və məqsədli ayırmaların yığılması, uçota alınması və vəsaitin xərclənməsi qaydaları haqqında” 1994-cü il 9 noyabr tarixli təlimata və digər qanunvericilik və normativ sənədlərin tələblərinə uyğun olaraq aparmalıdır.

Büdcədənkənar fondlarla hesablaşmaların auditinin məqsədi büdcədənkənar fondlara ödənişlərin hesablaşmasının düzgü nlüyünü, hesablanmış məbləğlərin

vaxtında təyinatı üzrə köçürülməsini, onların mühasibat uçotunda düzgün əks etdirilməsini və müvafiq hüsabatların düzgün tərtib edilərək büdcədənkənar fondlara təqdim edilməsinin düzgünlüyünü müəyyən etməkdir.

Hər bir ödəniş növü üzrə auditor aşağıdakıları yoxlamalıdır:


  1. ödənişlərin hesablanması üçün bazanın düzgün müəyyən edilməsi;

  2. ödənişlərin hesablanması üçün müəyyən edilmiş normaların düzgün tətbiq edilməsi;

  3. qanunvericilikdə nəzərdə tutlmuş qaydalarda güzəştlərin tətbiqinin düzgünlüyü;

ç) ödənişlərin vaxtında və tam şəkildə köçürülməsi;

d) ödənişlərin hesablanması və müvafiq fondlara köçürülməsi ilə bağlı olan əməliyyatların mühasibat uçotundə düzgün əks etdirilməsi;

e) fond üçün nəzərdə tutlmtş vəsait vaxtında köçürülmədikdə və müəyyən olmuş ödəmə müddətləri keşdikcə köçürülməmiş məbləğin qalığı aid edilməsi və onun üzərinə penya hesablanması.

Müəssisənin işçi heyyəti dövlət sosial sığortası, pensiya təminat və iş üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün 522 № - li “Sosial sığorta və təminat üzrə hesablaşmalar” hesabından istifadə edilir.

Sosial sığorta və təminat üzrə hesablaşmaların auditinin məqsədi həmin sosial fondlara ödənişlarin hesablanmasının düzgünlüyünü, hesablanmış məbləğlərin vaxtında təyinatı üzrə köçürülməsini əks etdirilməsini və müvafiq hesabatların düzgün tərtib edilərək müvafiq fondlara təqdim edilməsini və bu hesablaşmaların qüvvədə olan qanunvericilik və normativ aktların tələblərinə uyğun olduğunu müəyyən etməkdir.

Audit prosesində informasiya mənbəyi 533 №-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” hesabı olduğu üçün sosial sığorta və təminat üzrə hesablaşmaların auditindən sonra aparmaq lazımdır.

Audit azmanı auditor aşağıdakıları yoxlamalıdır:


  1. sosial sığortaya ayırmalar həyata keçirilərkən əməmk haqqı fondunun düzgün müəyyən olunması;

  2. ayırmaların və tutmaların hesablanması üçün müəyyən edilmiş normaların düzgün tətbiq edilməsi;

  3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştlərin tətbiqinin düzgünlüyü;

  4. ödənişlərin hesablanması və müvafiq fondlara köçürülması ilə bağlı olan əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsi;

  5. ödənişlərin vaxtında və tam şəkildə köçürülməsi;

  6. 522 №-li hesabın analitik və sintetik uçotunun uyğunluğu;

  7. DSMF-na təqdim edilmiş hesabatların düzgün tərtib edilməsi və onların vaxtında təqdim edilməsi;

  8. DSMF-nun vəsaitləri hesabına həyata keçirilən ödəmələrin düzgün olması və hər bir ödəniş üzrə ilkin sənədlərin tərtibinin düzgünlüyü və s.

Müəssisələrdə işçilərə inzibati-təsərrüfat və əməliyyat, habelə ezamiyyət xərcləri ücün təhtəlhesaba verilmiş məbləğlər üzrə hesablaşmalar üçün 244 №-li “Təhtəlhesab məbləğlər” hesabından istifadə edilir.

Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi başdan-başa toxlama metodu ilə aparılır.

Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi zamanı avans hesabatları və kassadan pulun alınması üçün ərizələr ilkin sənədlər kimi qəbul edilir.

Təhtəlhesab şəxslərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı sənədlərin olmasına fikir vermək lazımdır: avans hesabatı; avans hesabatılarının

qeydiyyatı jurnalı; əməkdaşın ezamiyyətə göndərilməsinə dair əmr; kassadan nağd pulun alınmasına icazə verilmiş şəxslərin siyahısı; nümayəndəlik xərclərinin rəhbərlik tərəfindən təsdiq edilmiş smetası.

538 №-li “Digər qısamüddətli kreditor borcları” hesabı əməyin ödənişi, təhtəlhesab şəzslər, deponentlər üzrə hesablaşmalardan başqa, müəssisənin işçi heyətilə qalan bütün növ hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Auditor mühasibat müxabirləşmələrin 538 №-li hesab üzrə analitik uçotunun təşkili və aparılmasına, bütün növ hesablaşmalar üzrə mühasibat müxabirləş-mələrinin düzgünlüyünə, analitik uçot üzrə edilmiş yazılışların dövriyyə cədvəli, Baş kitab və balans hesabatlarına uyğunluğuna əmin olmalıdır.

“Müxtəlif debutor və kreditorlarla hesablaşmalar” hesabında çeklə ödənilmiş xidmətlərə görə nəqliyyat təşkilatları ilə, müəssisə işçilərinin əmək haqlarından məhkəmə orqanlarının qərarına, yaxud icraedici sənədlərə və s. əsasən müxtəlif təşkilatların və ya ayrı-ayrı şəxslərin xeyrinə tutulmuş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Bu hesab üzrə hesablaşmaların auditi zamanı auditor, ilk növbədə, debutor və kreditor borclarının yaranma səbəblərini aydınlaşdırılmalıdır. Buna görə də müvafiq borcların qlıqlarının hesablarda necə əks etdirilmiş qalıqlar barədə məlumat aldıqdan sonra, hər bir təşkilat üzrə aparılmış hesablaşmaları yoxlamalı, borcların yaranma səbəblərini və yaranma tarixini müəyyənləşdirilməlidir. Əgər vaxtı keçmiş debitorların borclərı əmələ gəlmişsə, bu müddət ərzində hansı tədbirlərin görüldüyünə, üzləşmə aktlarının olub – olmamasına, borclu təşkilat tərəfindən öz borclarının təsdiq edilməsi hallarına xüsusi diqqət yetirmək lazımdır.

Müəssisə və təşkilatlar, öz xüsusi vəsaitləri çatmadıqda, bank kreditlərindən istifadə edə bilərlər. Kreditlərin verilməsi, qaytarılması qaydaları qanunverici sənədlər və normativ akylarla müəyyənləşdirilir və müəssisə ilə bank arasında

bağlanmış kredit müqaviləsinə əsasən tənzimlənir.

Verilmə müddətlərindən və məqsədindən asılı olaraq kreditlər qısamüddətli və uzunmüddətli olur.

Kredit əməliyyatların auditi zamanı aşağıdakılara xüsusi diqqət yetirməlidir.

1) kredit götürüləsinin nə dərəcədə məqsədəuyğun olmasına;

2) kredit müqaviləsinin tərtibinin düzgünlüyü;

3) kreditin hansı məqsədə və məqsədyönlü istifadə olunub – olunmamasına;

4) bank çıxarışlarına əsasən kreditlərin verilmə və qaytarılma tarixlərinin hesabatlarda düzgün əks olunmasına;

5) kreditdən istifadəyə görə faizlərin hesablanmasına və ödənilməsinə;

6) kreditlərin analitik və sintetik uçotlarının ilkin mühasibat registrlərində və hesabatlarında düzgün əks etdirilməsinə;

7) xarici valyuta ilə alınmış kredit vəsaitlərinin qalıqlarına hesabat dövrünün sonuna məzənnə fərqlərinin hesablanmasının düzgünlüyünə;

8) vaxtında ödənilməmiş kreditlərinin ödəmə müddətinin gecikdirilməsi səbəblərinə;

Hesablaşmalara dair digər əməliyyatların yoxlama- ekspertiza nəticələrinin yekunlaşdırılması bu sahədə aparılan auditin son mərhələsi hesab edilir. Bu, əsas etibarı ilə yoxlama aparılan zaman əldə edilən nəticələr, yoxlamanın aşkar etdiyi qanun pozuntuları, təsərrüfat-maliyyə fəaliyyətində yol vermiş nöqsanlar, çatışmazlıqlar və digər normativ halların qiymətləndirilməsinin rəsmiləşdirilməsidir. Hesablaşmalara dair digər əməliyyatların auditinin yekunlaşdırılmasında bir sıra prinsipial məsələlərəcavab tapılmaqla aşağıdakı ardıcıllıqla şərhi vacibdir: ilk növbədə hesablaşmalara dair aşkar edilmiş mənimsəmələr və ya digər səbəbdən müəssisəyə dəymiş ziyanlar, maddi materialların çatışmazlığı, korlanması və sair bu kimi ciddi məsələlər şərh edilib qiymətləndirilməlidir. Əgər bu kimi hallara tez-tez

rast gəlinilərs, auditor həmin halları şərh etməklə onların törədilməsi səbəblərini

müvafiq qanunverici normativ hüquqi aktın tələbləri ilə əlaqələndirməklə bu sahədə təqsirkar şəxsi müəyyənləşdirməlidir. Audit yoxlama- ekspertiza işlərinin

nəticələrinin yekunlaşdırılmasının növbəti mərhələsi müəssisədə uçot –hesabat işlərinin təşkili və onların aparılması formalarının vəziyyəti ola bilər.Belə ki, hər bir sahədə olduğu kimi müəssisə və təşkilatların spesifik xüsusiyyətləri nəzərə alınmaqla hesablaşmalara dair digər əməliyyatların uçota alınması, hesabatın müvafiq bölmələrin yekun nəticələrinin əks etdirilməsi müəssisənin təşkil etdiyi özünəməxsus uçot siyasətindən də çox asılıdır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə