Audit FƏNNİ ÜZRƏ proqram



Yüklə 0,95 Mb.
səhifə2/11
tarix27.10.2017
ölçüsü0,95 Mb.
#6938
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT.


  1. Azərbaycan Respublikasının “ Auditor xidməti haqqında” Qanunu. Bakı, 1994.

  2. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu, Bakı, 2004.

  3. Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu, Bakı 2007.

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2008.

  5. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə. Bakı, 1995.

  6. Azərbaycanın Milli audit standartları, Bakı, “Nağıl evi”. 2004.

  7. Müəssisələrin Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat. Bakı, Azərbaycan “ Bilik” Maarifçilik Cəmiyyəti, 1996.

  8. Hacıyev R.S. Səbzəliyev S.M. Auditin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, ADİU - c nəşriyyat, 2003.

  9. Abbasov Z.M. Audit (dərslik). Bakı, 2007.

  10. Hacıyev R.Ş. Təftiş və nəzarət (dərslik). Bakı, 1999.

  11. Novruzov V.Q. və başqaları. Audit. (dərs vəsaiti). Bakı – 2011.



MÖVZU 2. Audit standartlarının metodoloji məsələləri.

Auditin planlaşdırılması.
P L A N

1. Audit standatlarının məqsədi və əsas prinsipləri

2. Beynəlxalq audit standartları

3. Azərbaycanın milli audit standartları

4. Firmadaxili audit standartları

5. Audit yoxlama-ekspertiza işlərinin planlaşdırılmasının mahiyyəti

6. Audit yoxlama-ekspertiza işlərinin planlaşdırılmasına dair ilkin məlumatların əldə edilməsi

7. Auditor yoxlama strategiyasının seçilməsində ilkin məlumatların təhlili

8. Audit yoxlama-ekspertiza işləri üzrə plan-Proqramın tərtib edilməsi
Audit standartları - öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmalı olduqları normativ materiallardır.

Auditin aparılmasının şərtlərindən asılı olmayaraq, audit standartı auditor peşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə və baza prinsiplərinə riayət edilməklə, auditin aparılmasına ümumi yanaşmanı, auditor yoxlamasının həcmini, auditor hesabatının növlərini müəyyən edir.

Audit standartlarının məqsədi auditə dair vahid baza tələblərini formalaşdırmaq və auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirməklə, auditin etibarlılığına təminat verməkdir.

Audit standartları işlənib hazırlanarkən aşağıdakı əsas prinsiplərə riayət edilməlidir:



  1. Audit müvafiq peşəkar səriştəyə malik olan şəxslər tərəfindən aparılmalıdır;

  2. Auditor öz fikrini yürütməkdə müstəqil olmalıdır;

  3. Auditor yoxlamasını auditor düzgün və peşəkarlıqla aparmalı və obyektiv auditor hesabatı tərtib etməlidir;

  4. Auditor yoxlamasının aparılması üçün auditor plan və proqram tərtib etməlidir;

  5. Auditor öz xüsusi fəaliyyətini planlaşdırmaq məqsədilə sifarişçinin daxili nəzarət sistemi haqqında kifayət qədər məlumata malik olmalıdır;

  6. Auditor maliyyə hesabatlarının düzgünlüyü haqqında müstəqil auditorun hesabatını tərtib etmək üçün auditor yoxlaması zamanı kifayət qədər audit sübutları toplamalıdır;

  7. Auditor müstəqil auditorun hesabatında maliyyə hesabatlarının uçot qaydalarına və normalarına uyğun olub-olmamasını göstərməlidir;

  8. Auditor müstəqil auditor hesabatında əvvəlki hesabat dövrü ilə müqayisədə sifarişçinin uçot siyasətindəki dəyişikliyə səbəb olan şərait əks etdirilməlidir;

  9. Müstəqil auditorun hesabatında nöqsan göstərilmədikdə, maliyyə hesabatındakı məlumatlar düzgün hesab edilir;

  10. Auditor müstəqil auditorun hesabatında maliyyə hesabatlarının düzgünlüyünə dair qeydlər etməli və ya müstəqil auditorun hesabatının tərtib olunmasının səbəblərini göstərməlidir.

Audit standartları üç qrupa bölünür:

I. Ümumi standartlar;

II. Auditor yoxlamasının aparılması standartları;

III. Müstəqil auditorun hesabatının tərtib edilməsi standartları.

Audit üzrə peşə norma və standartlarının işlənib hazırlanması ilə bir neçə beynəlxalq təşkilat, o cümlədən Beynəlxalq Mühasibat Federasiyası (İFAC), Beynəlxalq Audit və İnformasiyanın Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurası (İAASB) və başqaları məşğul olur.

Beynəlxalq Audit və İnformasiyanın Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurası iki məqsədə xidmət edir:



  • audit üzrə peşəkarlıq səviyyəsi ümumdünya səviyyəsindən aşağı olan ölkələrdə auditi inkişaf etdirmək;

  • imkan daxilində beynəlxalq səviyyədə auditə yanaşmanı öyrətmək.

Bir sıra ölkələrdə (məsələn, Avstraliya, Braziliya, Hindistan, Hollandiya və.s.) icazə verilib ki, beynəlxalq audit standartlarının bazasında milli standartların işləyib hazırlasınlar. Bəzi ölkələrdə (məsələn, Kipr, Malaziya, Nigeriya, Fici, Şri-lanka və s.) isə milli standartların işlənib hazırlanmasına icazə verilməmişdir, onlar yalnız beynəlxalq audit standartlarından peşə standartları kimi istifadə edə bilərlər.

İnkişaf etmiş ölkələrdən Kanada, Böyük Britaniya, İrlandiya, ABŞ və Türkiyənin öz milli audit standartları vardır.

Beynəlxalq Audit və İnformasiyanın Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurası tərəfindən işlənib hazırlanmış və Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən qəbul edilərək dərc etdirilmişdir (2008-ci il toplusu)32 beynəlxalq audit standartı aşağıdakılardır:

200-299 saylı BAS-lar: Ümumi prinsiplər və məsuliyyət

200 - Maliyyə hesabatlarının auditinin məqsədi və onu tənzimləyən ümumi prinsiplər

210 - Audit tapşırığının şərtləri

220 - Tarixi maliyyə məlumatlarının auditinin keyfiyyətinə nəzarət

230 - Auditin sənədləşdirilməsi

240 - Maliyyə hesabatlarının auditi zamanı fırıldaqçılığın nəzərə alınması üzrə auditorun məsuliyyəti

250 - Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması

260 - Auditlə bağlı məsələlərin idarəetmə səlahiyyətlərinə malik olan şəxslərə bildirilməsi



300-499 saylı BAS-lar: Riskin qiymətləndirilməsi və qiymətləndirilmiş risklərin cavablandırılması

300 - Maliyyə hesabatlarının auditinin planlaşdırılması

310 - Biznes biliyi (2004 - cü ilin dekabrında ləğv edilib)

315 - Müəssisə və onun mühitinin öyrənilməsi və əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi

320 - Auditdə əhəmiyyətlilik

330 - Qiymətləndirilmiş risklər üzrə auditor tərəfindən tətbiq edilən prosedurlar

400 - Riskin qiymətləndirilməsi və daxili nəzarət ( 2004-cü ilin dekabrında ləğv edilib)

401 - Kompyuter informasiya sistemləri mühitində auditin aparılması ( 2004-cü ilin dekabrında ləğv edilib)

402 - Xidmət təşkilatlarnın xidmətindən istifadə edən müəssisələrin auditi üzrə mülahizələr

500-599 saylı BAS-lar: Audit sübutu

500 - Audit sübutu

501 - Audit sübutu - xüsusi maddələr üzrə əlavə mülahizələr

505 - Kənar mənbədən təsdiqləmələr

510 - İlk audit - ilkin qalıqlar

520 - Analitik prosedurlar

530 - Audit seçməsi və digər test vasitələri

540 - Uçot ehtimallarının auditi

545 - Ədalətli dəyər qiymətləndirmələrinin və açıqlamalarının auditi

550 - Əlaqəli tərəflər

560 - Sonrakı hadisələr

570 - Fəaliyyətin fasiləsizləyi

580 - Rəhbərliyin məlumatları

600 - 699 saylı BAS-lar: Digərlərinin işindən istifadə

600 - Digər auditorun işindən istifadə edilməsi

610 - Daxili audit işinin nəzərə alınması

620 - Ekspertin işindən istifadə



700 -799 saylı BAS-lar: Auditin nəticələri və hesabat

700 - Ümumi təyinatlı maliyyə hesabatlarının tam dəsti üzrə müstəqil auditorun hesabatı

701 - Müstəqil auditorun hesabatında dəyişikliklər

710 - Müqayisələr

720 - Auditi aparılmış maliyyə hesabatlarına daxil edilən sənədlərdə digər məlumatlar

800-899 sayli BAS-lar: İxtisaslaşmış sahələr

800 - Xüsusi təyinatlı tapşırıqları üzrə müstəqil auditorun hesabatı



1-ci standart

Maliyyə hesabatlarının auditinin məqsədi və onu tənzimləyən ümumi prinsiplər

(ISA 200 "Objective and General Principles Governing an Audit of Financial Statements")

Bu audit standartının məqsədi maliyyə hesabatlarının auditinin tənzimlənməsinin məqsədi və ümumi prinsipləri üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



2-ci standart

Audit tapşırığının şərtləri

(ISA 210 "Terms of Audit Engagements")

Bu audit standartının məqsədi müştəri ilə tapşırıq şərtlərinin razılaşdırılması və tapşırıq şərtlərinin daha aşağı səviyyəli əminliyi təmin edən şərtlərə dəyişdirilməsi haqda auditorun müştəri sorğusuna cavabı üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



3-cü standart

Tarixi maliyyə məlumatlarının auditinin keyfiyyətinə nəzarət(ISA 220 "Quality Control for Audits of Historical Financial Information")

Bu audit standartının məqsədi standartların müəyyən edilməsi və müəssisənin işçiheyyətinin maliyyə hesabatlarının auditə də daxil olmaqla, tarixi maliyyə məlumatlarının auditi üzrə keyfiyyətə nəzarət prosedurlarına dair xüsusi öhdəliklər üzrə ümumi təlimatların verilməsindən ibarətdir



4-cü standart

Auditin sənədləşdirilməsi

(ISA 230 "Audit Documentation")

Bu audit standartının məqsədi auditin sənədləşdirilməsi üçün standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



5-ci standart

Maliyyə hesabatlarının auditi zamanı fırıldaqçılığın nəzərə alınması üzrə auditorun məsuliyyəti

(ISA 240 "The Auditor"s Responsibility to Consider Fraud in an Audit of Financial Statements")

Bu beynəlxalq audit standartının məqsədi standartların müəyyən edilməsi və maliyyə hesabatlarının auditi zamanı fırıldaqçılığın nəzərə alınmasında auditorun məsuliyyəti üzrə təlimatların verilməsi,eləcə də fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli səhvlər riski ilə əlaqədar 315 saylı "Müəssisə və onun mühitinin öyrənilməsi və əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi" və 320 saylı "Qiymətləndirilmiş risklər üzrə auditor tərəfindən tətbiq edilən prosedurlar" BAS-larında standart və təlimatların tətbiq sahəsinin genişləndirilməsindən ibarətdir. Bu BAS-da nəzərdə tutulan standart və təlimatlar audit prosesində tam olaraq tətbiq edilməlidir.



6-cı standart

Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması

(ISA 250 "Consideration of Laws and Regulations in an Audit of Financial Statements")

Bu beynəlxalq audit standartının məqsədi maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



7-ci standart

Auditlə bağlı məsələlərin idarəetmə səlahiyyətlərinə malik olan şəxslərə bildirilməsi

(ISA 260"Communication of Audit Matters With Those Charged With Governance")

Bu beynəlxalq audit standartının məqsədi maliyyə hesabatlarının auditi zamanı auditor və müəssisənin idarəetmə səlahiyyətlərinə malik olan şəxsləri arasında yaranan audit məsələlərinə dair məlumatın verilməsi üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.Nəzərdə tutulan məlumatın verilməsi bu BAS-da müəyyən edilmiş idarəetmə maraqları ilə bağlı audit məsələləri ilə əlaqədardır.Verilən BAS audit tərəfindən müəssisədən kənar tərəflərə, məsələn, xarici sərəncamverici və ya nəzarət orqanalarına məlumatın verilməsi üzrə təlimatları təmin etmir.



8-ci standart

Maliyyə hesabatlarının auditinin planlaşdırılması

(ISA 300 "Planing an Audit of Financial Statements")

Bu audit standartının məqsədi maliyyə hesabatlarının auditinin planlaşdırılmasında tətbiq oluna bilən mülahizə və fəaliyyət üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Bu BAS təkrar auditlər kontekstində qurulmuşdur. Bundan başqa, ilkin audit tapşırıqlarında auditorun nəzərə aldığı məsələlər BAS -ın 28-ci və 29-cu maddələrində göstərilmişdir.



9-cu standart

Müəssisə və onun mühitinin öyrənilməsi və əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi

(ISA 315 "Understanding the Entity and Its Environment and Assessing the Risk of Material Misstatement")

Bu audit standartının məqsədi müəssisənin və onu əhatə edən mühitin, eləcə də daxili nəzarətinin öyrənilməsi və maliyyə hesabatlarının auditi zamanı əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Növbəti audit prosedurlarının əsası olaraq, auditor tərəfindən qiymətləndirilən riskin əhəmiyyəti 200 saylı "Maliyyə hesabatlarının auditinin məqsədi və onu tənzimləyən ümumi prinsiplər" BAS-da audit risknin təsvirində verilmişdir.



10-cu standart

Auditdə əhəmiyyətlilik

(ISA 320 "Audit Materiality")

Bu standartın məqsədi əhəmiyyətlilik biliyi və onunla audit riski arasında olan əlaqə üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



11-ci standart

Qiymətləndirilmiş risklər üzrə auditor tərəfindən tətbiq edilən prosedurlar

(ISA 330"The Auditors Procedures in Response to Assessed Risks")

Bu beynəlxalq audit standartının məqsədi ümumi məsuliyyətlərin müəyyənləşdirilməsi, maliyyə hesabatlarının auditi zamanı maliyyə hesabatları və qiymətləndirmə səviyyəsində əhəmiyyətli səhvlər riskinin cavablandırılması üçün gələcək audit prosedurlarının planlaşdırılması və icra edilməsi üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Auditor tərəfindən müəssisənin və onu əhatə edən mühitin, eləcə də daxili nəzarətin öyrənilməsivə əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi 315 saylı "Müəssisə və onun mühitinin öyrənilməsi və əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi" BAS -da göstərilmişdir.



12 -ci standart

Xidmət təşkilatının xidmətindən istifadə edən müəssisələrin auditi üzrə mülahizələr

(ISA 402 "Audit Considerations Relating to Entities Using Service Organizations")

Bu audit standartının məqsədi xidmət təşkilatlarının xidmətindən istifadə edən müəssisələrdə auditor üçün standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Bu BAS-da, eyni zamanda, müəssisənin auditorları tərəfindən əldə edilə bilən xidmət təşkilatlarının auditorlarının hesabatları təsvir edilir.



13-cü standart

Audit sübutu

(ISA 500"Audit Evidence")

Bu audit standartının məqsədi maliyyə hesabatlarının auditində audit sübutunu nəyin təyin etməsi, əldə ediləcək audit sübutunun kəmiyyəti və keyfiyyəti, eləcə də audit sübutunun əldə edilməsi üçün auditorların istifadə etdiyi prosedurlar üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



14-cü standart

Audit sübutu-xüsusi maddələr üzrə əlavə mülahizələr

(ISA 501 "Audit Evidence-Additional Considerations for Specific Items")

Bu audit standartının məqsədi xüsusi maliyyə hesabatının balans hesabların və digər açıqlamalara dair 500 saylı "Audit sübutu" BAS-da nəərdə tutulanlar üzrə əlavə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



15-ci standart

Kənar mənbədən təsdiqləmələr

(ISA 505 "External Cofurmations")

Bu beynəlxalq audit standartının auditor tərəfindən audit sübutunun əldə edilməsi vasitəsi kimi kənar mənbədən təsdiqləmələrdən istifadə üzrə standartarın müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



16-cı standart

İlK audit -ilkin qalıqlar

(ISA 510"Inital Engagements - Opening Balances")

Bu beynəlxalq audit standartının məqsədi maliyyə hesabatlarının auditi ilk dəfə aparılarkən və ya əvvəlki dövr üzrə maliyyə hesabatlarının auditi digər auditor tərəfindən həyata keçirilərkən ilkin qalıqlar üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Auditor tərəfindən dövrün əvvəlində əlavə şərtlərin meydana gəlməsi və ya şərti aktivlərin və öhdəliklərin verilməsi aşkar edilərsə, bu BAS nəzərə alınmalıdır. Müqayisələrə aid olan audit və hesabatla bağlı təlimatlar 710 saylı "Müqayisələr" BAS-da verilmişdir.



17-ci standart

Analitik prosedurlar

(ISA 520 "Analytical prosedures")

Bu beynəlxalq audit standartının məqsədi audit zamanı analitik prosedurların tətbiqi üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



18-ci standart

Audit seçməsi və digər test vasitələri

(ISA 530"Audit Sampling and Other Means of Testing")

Bu beynəlxalq audit standartının məqsədi audit sübutunun əldə edilməsi zamanı audit prosedurlarının planlaşdırılması məqsədilə audit seçməsi və digər test vasitələrinin tətbiqi üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



19-cu standart

Uçot ehtimallarının auditi

(ISA 540 "Audit of Accounting Estimates")

Bu beynəlxalq audit standatının məqsədi maliyyə hesabatlarında nəzərdə tutulan uçot ehtimallarının auditi üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Bu BAS proqnozlaşdırılan maliyyə məlumatlarının təhlilində tətbiq edilmək üçün nəzərdə tutulmamışdır, lakin burada göstərilən audit prosedurlarının bir çoxu məqsəd üçün müvafiq hesab edilə bilər.



20-ci standart

Ədalətli dəyər qiymətləndirmələrinin və açıqlamalarının auditi

(İSA 545"Auditing Fair Value Measurements and Disclosures")

Bu beynəlxalq audit standartının məqsədi maliyyə hesabatlarında əks etdirilən ədalətli dəyər qiymətləndirmələrinin və açıqlamalarının auditi üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Xüsusilə BAS maliyyə hesabatlarında əks etdirilən ədalətli dəyərlə təqdim edilən və ya açıqlanan maddi aktivlərin, passivlırin və kapitalın spesifik komponentlərinin qiymətləndirilməsi, təqdim edilməsi və açıqlanması ilə əlaqədar audit məsələlərinin müzakirəsini özündə əks etdirir. Aktivlər, passivlər və kapitalın komponentləri üzrə ədalətli dəyərlə qiymətləndirmələr əməliyyatların ilkin uçot qeydləri və dəyərdə sonradan baş verən dəyişikliklər nəticəsində mümkündür. Müxtəlif maliyyə hesabatları strukturlarına müvafiq olaraq, müəyyən dövrdə ədalətli dəyərdə baş verən dəyişikliklərə müxtəlif formada yanaşıla bilər. Məsələn, bəzi maliyyə hesabatları çərçivəsində həmin dəyişikliklərin birbaşa olaraq kapitalda, bəzilərinin isə maliyyə nəticələrində əks olunması tələb edilə bilər.



21-ci standart

Əlaqəli tərəflər

(İSA 550"Related Parties")

Bu beynəlxalq audit standartının məqsədi 24 saylı "Əlaqəli tərəflər üzrə açıqlamalar" beynəlxalq mühasibat uçotu standartının (BMUS) və ya oxşar tələblərin tətbiq edildiyi maliyyə hesabatlarının əsas prinsiplərinin bir hissəsi olmasındam asılı olmayaraq, əlaqəli tərəflər və həmin tərəflər arasında əməliyyatlarla bağlı auditorun məsuliyyəti və audit prosedurları üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



22-ci standart

Sonrakı hadisələr

(ISA 560 "Subsequent Events")

Bu beynəlxalq audit standartının məqəsdi sonrakı hadisələrlə bağlı auditorun məsuliyyəti üzrə standartların müəyyən ediməsi və təlimatların verilməsindən ibarətdir. Bu BAS-da "sonrakı hadisələr" termini həm maliyyə hesabatlarının tarixi ilə auditor hesabatının tarixi ilə auditor hesabatının tarixi arasında baş verən hadisələrə, həm də auditor hesabatının tarixindən sonra aşkar edilən faktlara tətbiq edilir.



23-cü standart

Fəaliyyətin fasiləsizliyi

(ISA 570 "Going Concern")

Bu beynəlxalq audit standartının maliyyə hesabatlarının hazirlanması zamanı istifadə olunan fəaliyyətin fasiləsizliyi prinsipi ilə əlaqədar maliyyə hesabatlarının auditində auditorun məsuliyyəti, eləcə də rəhbərlik tərəfindən müəssisənin fəaliyyətini fasiləsiz olaraq davam etdirə bilməsinin qiymətləndirilməsinin nəzərə alıması üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



24-cü standart

Rəhbərliyin məlumatları

(ISA 580 "Management Representations")

Bu beynəlxalq audit standartının məqəsdi audit sübutu kimi rəhbərliyin təqdim etdiyi məlumatlardan istifadə edilməsi, həmin məlumatların qiymətləndirilməsi və sənədləşdiriləməsi, eləcə də rəhbərlik tərəfindən müvafiq məlumatların verilməsindən imtina edildiyi hallarda görülməli tədbirlər üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



25-ci standart

Digər auditorun işindən istifadə edilməsi

(ISA 600 "Using the Work of Another Auditor")

Bu beynəlxalq audit standartının məqsədi müəssisənin maliyyə hesabatları üzrə auditorun hesabat verməsi zamanı müəssisənin maliyyə hesabatlarına daxil edilən bir və ya bir neçə tərkib hissəsi barədə maliyyə məlumatları üzrə digər auditorun işindən istifadə edildikdə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Bu BAS iki və ya daha cox auditorun birgə olaraq cəlb edildiyi hallardan,eləcə də auditorun əvvəlki auditorla olan əlaqəsindən bəhs etmir. Bundan başqa, əsas auditor müəyyən tərkib hissəsi barədə maliyyə hesabatının əhəmiyyətsiz oldugunu hesab edərsə, bu BAS-da nəzərdə tutulan standartlar tətbiq edilmir. Bununla belə, bir neçə əhəmiyyətsiz tərkib hissəsi birlikdə əhəmiyyətli hesab edilərsə, bu BAS- da verilən prosedurlar nəzərə alınmalıdır.



26-cı standart

Daxili audit işinin nəzərə alınması

(ISA 610"Considering the Work of Internal Auditing")

Bu beynəlxalq audit standartının məqsədi daxili audit işinin nəzərə alınmasında kənar auditorlar üçün standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Bu BAS kənar audit prosedurlarının yerinə yetirilməsi zamanı daxili audit heyətinin kənar auditora kömək etdiyi hallardan bəhs etmir. Bu BAS-da nəzərdə tutulan prosedurlar yalnız maliyyə hesabatlarının auditinə uyğun olan daxili audit fəaliyyətinə tətbiq edilməlidir.



27-ci standart

Ekspertin işindən istifadə

(ISA 620 "Using the Work of an Expert")

Bu beynəlxalq audit standartının məqsədi audit sübutu kimi ekspertin işindən istifadə üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir.



28-ci standart

Ümumi təyinatlı maliyyə hesabatlarının tam dəsti üzrə müstəqil auditorun hesabatı

(ISA 700 "The İndependent Auditors Report on a Complete Set of General Purpose Financial Statements")

Bu beynəlxalq audit standartının məqsədi ümumi təyinatlı maliyyə hesabatlarının tam dəsti üzrə auditin nəticəsində təqdim edilən və düzgün təqdimatın təmin edilməsi üçün nəzərdə tutulan tətbiq edilən maliyyə hesabatları çərçivələrinə uyğun hazırlanmış müstəqil auditorun hesabatı üzrə standartların müəyyən edilməsi və təlimatların verilməsindən ibarətdir. Bu standart, həmçinin, həmin maliyyə hesabatları üzrə rəy ifadə edərkən auditorun nəzərə alacağı məsələlər üzrə təlimatlarla təmin edir. 200 saylı "Maliyyə hesabatlarının auditinin məqsədi və onu tənzimləyən ümumi prinsiplər " BAS- da göstərildiyi kimi,"ümumi təyinatlı maliyyə hesabatları" geniş istifadəçi kütləsinin məlumat ehtiyacının ödənilməsi məqsədini daşıyan maliyyə hesabatlarının çərçivələrinə uyğun hazırlanmış maliyyə hesabatları hesab olunur.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə