Audit FƏNNİ ÜZRƏ proqram



Yüklə 0,95 Mb.
səhifə10/11
tarix27.10.2017
ölçüsü0,95 Mb.
#6938
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT.

  1. Azərbaycan Respublikasının “ Auditor xidməti haqqında” Qanunu. Bakı, 1994.

  2. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu, Bakı, 2004.

  3. Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu, Bakı 2007.

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2008.

  5. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə. Bakı, 1995.

  6. Azərbaycanın Milli audit standartları, Bakı, “Nağıl evi”. 2004.

  7. Müəssisələrin Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat. Bakı, Azərbaycan “ Bilik” Maarifçilik Cəmiyyəti, 1996.

  8. Hacıyev R.S. Səbzəliyev S.M. Auditin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, ADİU - c nəşriyyat, 2003.

  9. Abbasov Z.M. Audit (dərslik). Bakı, 2007.

  10. Hacıyev R.Ş. Təftiş və nəzarət (dərslik). Bakı, 1999.

  11. Novruzov V.Q. və başqaları. Audit. (dərs vəsaiti). Bakı – 2011.



MÖVZU 13 . İnvestisiya qoyuluşunun auditi.
P L A N

  1. İnvestisiya qoyuluşları auditinin məqsəd və vəzifələri. İnvestisiya qoyuluşlarının normativ hüquqi bazası. İnvestisiya qoyuluşları auditinin məlumat mənbələri.

  2. Kapital qoyuluşlarının planlaşdırılmasının əsaslandırma qaydalarının gözlənilməsinin, layihə smeta sənədlərinin, titul siyahılarının, podratçı təşkilatlarla bağlanmış müqavilələrin mövcudluğunun auditi.

  3. Malsatanlardan alınmış əsas vəsaitlərin düzgün uçota alınmasının auditi.

  4. Tikintisi başa çatmış obyektlərin qəbulu qaydalarına əməl edilməsinə, onların vaxtında müəssisənin balansına daxil edilməsinin və obyektlərin dəyərinin düzgün müəyyən edilməsinin auditi. Əsas sürüyə keçirilən heyvanların və çoxillik əkmələrin mədaxilinin auditi.

Bazar iqtisadiyyatı münasibətlərinə keçid hər şeydən öncə kapitalın və maliyyə resurslarının sərbəst hərəkətinə geniş meydan vermişdir. Belə bir şəraitdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir təsərrüfat subyektləri sərəncamında olan kapital və maliyyə resurslarından daha səmərəli istifadə etmək məqsədilə onların sərbəst qalmış hissəsini bu və ya digər formada geniş təkrar istehsala yönəltməklə daha böyük mənfəət, sosial səmərə əldə etmək istəyir. İnvestisiya dedikdə , mülkiyyət formasından, təşkilati tabeçiliyindən asılı olmayaraq sərəncamda olan sərbəst maliyyə resurslarının daşınmaz əmlakların və intellektual məhsulun mənfəət əldə etmək məqsədilə geniş təkrar istehsala yönəldilməsi başa düşülür. İnvestisiya geniş məfhum olmaqla, çox zəngin forma və variantlar vasitəsilə tətbiq edilə bilər. Belə ki, sahibkar və dövlət qurumları sərəncamlarında olan pul vəsaitlərini birbaşa geniş təkrar istehsala yönəltməklə yanaşı, onları 2-ci və 3-cü şəxsin vasitəsilə də icra etmək imkanlarına malikdirlər.

Yuxarıda qeyd etdiyimiz investisiya formaları investisiya qoyuluşlarında təsərrüfat subyektlərinin iştirakını birbaşa təmin etmir. Belə ki, səhmdar cəmiyyətləri öz səhm kapitalının nominal dəyərini elan etdikdən sonra onun satışını təşkil edir.

Geniş təkrar istehsalın artırılması, mənfəət əldə edilməsi məqsədilə təsərrüfat subyektləri onların sərəncamında olan daşınan və daşınmaz əmlaklar, o cümlədən binalar, qurğular, avadanlıqlar və digər maddi sərvətləri də investisiya qoyuluşuna yönəldə bilərlər. Ona görə də təsərrüfat subyektləri sərbəst daşınan və daşınmaz əmlakları Azərbaycan Respublikası “İnvestisiya fəaliyyəti haqqında “ qanuna müvafiq olaraq rəsmiləşdirib, sənədləşdirilib əlavə gəlir əldə etmək məqsədilə investisiya qoyuluşlarına yönəldə bilərlər.

Audit yoxlama-ekspertizası zamanı investisiya qoyuluşunun sahələr üzrə düzgün analitik uçotunun aparılması , hesabatlarda əks etdirilməsi qiymətləndirilməlidir.

Bazar iqtisadiyyatı münasibətlərinə keçid hər şeydən öncə kapitalın və maliyyə resurslarının sərbəst hərəkətinə geniş meydan vermişdir. Belə bir şəraitdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir təsərrüfat subyektləri sərəncamında olan kapital və maliyyə resurslarından daha səmərəli istifadə etmək məqsədilə onların sərbəst qalmış hissəsini bu və ya digər formada geniş təkrar istehsala yönəltməklə daha böyük mənfəət, sosial səmərə əldə etmək istəyir. İnvestisiya dedikdə , mülkiyyət formasından, təşkilati tabeçiliyindən asılı olmayaraq sərəncamda olan sərbəst maliyyə resurslarının daşınmaz əmlakların və intellektual məhsulun mənfəət əldə etmək məqsədilə geniş təkrar istehsala yönəldilməsi başa düşülür. İnvestisiya geniş məfhum olmaqla, çox zəngin forma və variantlar vasitəsilə tətbiq edilə bilər. Belə ki, sahibkar və dövlət qurumları sərəncamlarında olan pul vəsaitlərini birbaşa geniş təkrar istehsala yönəltməklə yanaşı, onları 2-ci və 3-cü şəxsin vasitəsilə də icra etmək imkanlarına malikdirlər.

Yuxarıda qeyd etdiyimiz investisiya formaları investisiya qoyuluşlarında təsərrüfat subyektlərinin iştirakını birbaşa təmin etmir. Belə ki, səhmdar cəmiyyətləri öz səhm kapitalının nominal dəyərini elan etdikdən sonra onun satışını təşkil edir.

Geniş təkrar istehsalın artırılması, mənfəət əldə edilməsi məqsədilə təsərrüfat subyektləri onların sərəncamında olan daşınan və daşınmaz əmlaklar, o cümlədən binalar, qurğular, avadanlıqlar və digər maddi sərvətləri də investisiya qoyuluşuna yönəldə bilərlər. Ona görə də təsərrüfat subyektləri sərbəst daşınan və daşınmaz əmlakları Azərbaycan Respublikası “İnvestisiya fəaliyyəti haqqında “ qanuna müvafiq olaraq rəsmiləşdirib, sənədləşdirilib əlavə gəlir əldə etmək məqsədilə investisiya qoyuluşlarına yönəldə bilərlər.

Audit yoxlama-ekspertizası zamanı investisiya qoyuluşunun sahələr üzrə düzgün analitik uçotunun aparılması , hesabatlarda əks etdirilməsi qiymətləndirilməlidir.

İnvestisiya qoyuluşlarına –qiymətli kağızların əldə edilməsinə müəssisənin çəkdiyi məsrəflər, daha doğrusu, birgə, törəmə müəssisələrə, səhmdar cəmiyyətlərinə, yoldaşlıq cəmiyyətlərinə pulun, əsas vəsaitlərin, qeyri – maddi və s. aktivlərin qoyuıması, habrlə borclar şəklində debitor borcları daxildir.

Həyata keçirilən kapital qoyuluşları müddətindən asılı olaraq qısamüddətiliyə (bir il müddətinə qədər) və uzunmüddətliyə qədər (bir ildən çox müddətə) bölünür. İnvestisiya qoyuluşunun eyni zamanda, bu və ya digər katiqoriyaya aid edilməsi məqsədlərindən asılıdır.

Auditor bilnəlidir ki, uzunmüddətli investisiyalara qiymətli kağızlara qoyulan vəsaitlər, başqa müəssisələrin nizamnamə kapitalına qoyulan vəsaitlər, xaricdə olan kapital və başqa investisiyalar, həmçinin qaytarma müddəti bir ildən çox olan səhmlərə qoyulan vəsaitlər, dövlət və yerli borclar üzrə faizli istiqrazlar və başqa müıssisələrə veriləv borclar aiddir.

Uzunmüddətli investisiya qoyuluşlarının uçotu 151 № - li “Uzunmüddətli maliyyə qoyuluşları” aktiv hesabında uçota alınır və balansın aktiv tərəfində öz əksini tapır.

Uzunmüddətli maliyyə qoyuluşları oçotu aparmaq üçün bu hesabın tərkibində maliyyə qoyuluşundan asılı olaraq bir neçə subhesab açıla bilər:

1. Pay və səhmlər.

2. İstiqrazlar.

3. Verilmiş borclar.

“Pay və səhmlər subhesabında səhmdar cəmiyyətlərinin səhmlərinə qoyulan pul vəsaitlərinin, ölkə daxilində və xaricdə yaradılmış müəssisələrin və törəmə müəssisələrin nizamnamə kapitalına qoyulan vəsaitlərin, mülkiyyətindən asılı olmayaraq müəssisəılərin alınmış səhmlərinə buraxılan vəsaitlərin, uzunmüddətli başqa maliyyə qoyuluşlarının və onların hərəkətinin uçotu aparılır.

“İstiqrazlar” subhesabında dövlət və yerli borclar üzrə faizli istiqrazların, istər dövlət, istərsə də özəl müəssisə və təşkilatların qiymətli kağızlarına qoyulan pul vəsaitlərinin və başqa qoyuluşların hərəkəti uçota alınır.

Uzunmüddətli investisiya qoyuluşları (səhmlər, istiqrazlar, qiymətli kağızlar və s.) 151 № - li “Uzunmüddətli maliyyə qoyuluşları” hesabına alış qiyməyilə mədaxil edilir.

Müəssisələr və təşkilatlar uzunmüddətli maliyyə qoyuluşlarını həyata keçirən zaman bu qoyuluşları 151 № - li “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının debitində həmin qoyuluşlar hesabına verilmiş əmttə - material qiymətlərini uçota alan hesabların kreditində əks etdirilməlidir.

Ola bilər ki, müəssisə və təşkilatlar tərəfindən başqa müəssisələrə qoyulan vəsaitlərin, istiqrazların, səhmlərin və s. qiymətli kağızların alınması üçün köçürülür, lakin köçürülmüş vəsaitlərə görə müəssisənin hüququnu tısdiq edən sənədlər obyektiv və subyektiv hesabat dövrü ərzində müəssisə və təşkilatlara çatmadığı halda uzunmüddətli investisiya qoyuluşlarının151 № - li “Uzunmüddətli maliyyə qoyuluşlarını” hesabında ayrıca uçota alındığı auditor tərəfindən yoxlanılmalıdır.

Mülkiyyətindən asılı olmayaraq müəssisə və təşkilatların aldıqları istiqrazların, səhmlərin və qiymətli kağızların alış qiyməti onların nominal dəyərindən artıq olarsa, onda müəssisə və təşkilatlar hər dəfə istiqrazlara, səhmlərə və qiymətli kağızlara görə onlara çatası gəliri hesablayan zaman alış qiyməti ilə nominal dəyəri arasında yaranan fərq məbləği həmin müəssisə və təşkilat tərəfindən silinir. Bu əməliyyat “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” hesabının debitində “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının kreditində, sonra isə “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının debitində “Mənfəət və zərər” hesabının kreditində qeyd edilir. Ola bilər ki, müəssisə və təşkilatlar tərəfindən alınmış istiqrazların, səhmlərin və qiymətli kağızların alış qiyməti onların nominal dəyərindən aşağı olsun. Bu halda müəssisə və təşkilatlar istiqrazlar, səhmlər və qiymətli kağızlar üzrə çatası gəlirləri hesablayarkən onların alış qiyməti ilə nominal dəyəri arasında yaranan fərq məbləğində hesablama aparmalıdır. Belə olan halda bu əməliyyat “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” hesabının, “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının debitində 801 № - li “Mənfəət və zərər” hesabının kreditində əks etdirilir. Göstərilən hər iki halda istiqrazların, səhmlərin və qiymətli kağızlar və s. qoyuluşlar üzrə müəssisə və təşkilatlarra çatası gəlirlər alış qiyməti ilə nominal dəyər arasında yaranan fərqdən asılı olaraq müəyyən edilməlidir. Bundan başqa, istiqrazların, səhmlərin və qiymətli kağızlar və s. dəyərlərin ödənişi, satın alınması ərəfəsində 151 № - li “Uzunmüddətli maliyyə qoyuluşları” hesabında onların uçota alınma qiyməti nominal qiymətinə müvafiq olmalıdır.

151 № - li “Uzunmüddətli maliyyə qoyuluşları” hesabında uçota götürülən qiymətli kağızlar, səhmlər, istiqrazlar və s. dəyəelilərin ödənişi və satışının auditi zamanı 601 № - li “Satış” hesabında baş vermiş əməliyyatlara ciddi fikir verilməlidir.

“Verilmlş borclar” subhesabında müəssisə və təşkilatlar tərəfindən başqa müəssisə və təşkilatlara verilən uzunmüddətli investisiya qoyuloşlarının və digər borcların hərəkəti uçota alınır. Bundan başqa, ola bilsin ki, müəssisə və təşkilatlar tərəfindən və digər müəssisə və təşkilatlara veksellərlə təmin edilmiş uzunmüddətli investisiya qoyuloşları üzrə borclar ayrıca uçota alınsın.

Mmüəssisə və təşkilatlara verilmiş borclar 151 № - li “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının debitində 223 № - li “Hesablaşma hesabı” nın, yaxud digər müvafiq hesabların kreditində əks etdirilir. Borc qaytarılan zaman bu əməliyyat 223 № - li “Hesablaşma hesabı” və digər hesabların debitində 151 № - li “Uzunmüddətli maliyyə qoyuluşları” hesabının kreditində əks etdirilir.

Uzunmüddətli investisiya qoyuluşlarının auditi aparılan analitik uçot məlumatların sintetik hesabın məlumatları ilə üzləşdirilməlidir. Çünki, uzunmüddətli investisiya qoyuluşlarının analitik uçotu onların hər bir obyekti üzrə ayrılıqda aparılmalıdır. Analitik uçotun aparılması uzunmüddətli investisiya qoyuluşlarının növündən, onların qoyulduğu obyektlarin spesifik xüsusiyyətlərindən asılıdır. Analitik uçotun bu formada aparılması ölkə daxilində və xaricdə olan müəssisələrə buraxılmış uzunmüddətli investisiya qoyuluşları barədə ətraflı məlumat almaq üçün çox əhəmiyyətlidir.

Uzunmüddətli investisiya qoyuluşlarının auditi və ona kənardan nəzarət edilməsi çox vacib və prinsipal məsələlərdən biridir. Bu nəzarətin auditor tərəfindən aparılması müəssisə və yəşkilatlar üçün olduqca önəmlidir.

Biz uzunmüddətli investisiya qoyuluşlarının bir sahəsini, yəni qiymətli kağızların, istiqrazların, səhmlərin və s. uçota alınmasını şərh etdik. Müəssisə və təşkilatlar uzunmüddətli investisiya qoyuluşlarını təkcə qiymətli kağızların, istiqrazların və səhmlərə deyil, həm də əsas vəsaitlərin alınmasına, tikilməsinə, quraşdırılmasına sərf edə bilərlər.

Əsas vəsaitlərə qoyulmuş investisiyaların auditi aparılan zaman auditor aşağıdakılara ciddi fikir verməlidir.



  1. Başa çatmış tikintinin uçotu.

Başa çatmış tikintiyə bütün tikinti – quraşdırma işləri, avadanlıqların quraşdırılması üzrə içlər tamamilə başa çatan, müəyyən edilmiş qəbul aktı ilə rəsmiləşdirilən və təsdiq edilən, istismara qəbul edilmiş obyektlər aiddir. Obyektlərin qəbul edilib istismara verilən zaman tərtib edilmiş qəbul – təhvil aktları nəzərdən keçirilib, layihə - smeta sənədlərinə uyğunluğu yoxlanılmalıdır.

Tikintisi başa çatmış obyektlarin istismara qəbul komissiya tərəfindən tərtib edilmiş ƏT – 14 və ƏT – 16 saylı aktlarla rəsmiləşdirilir. ƏT – 14 akt Ət – 15 saylı forma üzrə tərtib edilmiş binaların qurğuların siyahısı onların inventor dəyərini göstərməklə əlavə edilir.

2. Avadanlığın quraşdırılması və onların tikintisinə xərclərin uçotu.

3. Əsaslı vəsaitlərin dəyərini artırmayan xərclərin silinməsi.

4. Alınmış və quraşdırılmağa verilən avadanlığa çəkilən xərclərin uçotu.

5. Quraşdırılması tələb olunmayan avadanlığın uçotu.

6. Sair kapital qoyuluşun xərclərinin uçotu.

7. Əsas əvsaitlərin, torpaq sahəsinin, qeyri – maddi aktivlərin olunması üzrə xərclərin uçotu.

8. Başa çatmış tikinti obyektinin inventar qiymətinin düzgün təyin edilməsi.

Başa çatmış bina və qurğuların tikintisi üzrə inventar dəyəri onların tikintisinə çəkilən xərclərdən və sair kapital qoyuluşdan ibarət olur. Sair kapita xərcləri obyektlarin inventar dəyərinə birbaşa aid edilir. Əgər onlar bir neçə obyrktə aiddirsə, onda həmin obyektlərə çəkilən xərclər mütənasib olaraq bölüşdürülə bilər. Əgər obyekt hissə - hissə təhvil verilərsə, onda sair kapital xərcləri təhvil verilən xərclərin inventar qiymətiə tikinti xərclərindəki payına görə daxil edilir. Tikinti başa çatdıqdan sonra tikintinin inventar qiymətində sair kapital xərclərinin obyrkt üzrə ümumi məbləği yenidən hesablanıb dəqiqləşdirilir.

Quraşdırılması tələb olunan avadanlıqların inventar qiyməti avadanlığın alınmasına çəkilən xərclərdən, tikinti – quraşdırma işlərinə çəkilən xərclərdən, istismara buraxılması ilə əlaqədar birbaşa dəyərinə əlavə edilən sair kapital xərclərindən ibarətdir.

Əgər tikinti – quraşdırma məsrəfləri, həmçinin sair kapital xərcləri bir neçə avadanlığa aiddirsə, onda malgöndərənlərdən alınan qiymətə görə alınmış itnentarın dəyərinə münasib olaraq bölünərək əlavə edilir.

İstismara buraxılmış quraşdırılması tələb olunmayan avadanlığın inventar qiyməti, əsasən malgöndərənlərdən alındığı qiymətin üstünə onun daşınma, yüklənmə, boşaldılma və istifadəyə verilmə üzrə çəkilən xərclər də əlavə edilir.

Auditor istismara buraxılmış avadanlığın, inventarın və alətlərin inventar qiymətinin 113 № - li “Kapital qoyuluşu” hesabından silinməsiüçün adları çəkilənlərin daxil olduğu obyektlərin qanuni istismara buraxılması barədə sənədlərin olmasını yoxlamalıdır.

Qeyd etmək lazımdır ki, obyekt istismara verilən zaman qəbul-təhvil aktı tərtib edildikdən və istismara qəbul edildikdən sonra avadanlıqlar, alətlər, inventarlar, azqiynətli və tezköhnələr əşyalar və s. birbaşa obyektin inventar qiymətinə əlavə edilir.

Tikinti obyektinə aid olmayan binaların, qurğuların, avadanlığın, nəqliyyat vasitələrinin və əsas vəsaitlərin başqa növlərinin inventar qiyməti onların alınması, daşınması və istismara təhvil verilməsi üçün çəkilən xərclərin məcmusundan ibarətdir.

Torpaq sahələrinin və təbiətdən istifadə obyektlərinin inventar qoyməti faktiki alış qiymətindən, onların keyfiyyətinin yaxşılaşdırılması üçün çəkilmiş xərclərdən ibarətdir. Tikinti aparılan torpaq sahələrinin inventar qoyməti ayrıca uçota alınır.

Tikinti obyektlərindən ayrı alınan binaların, qurğuların, avadanlığın, torpaq sahələrinin və təbiətdən istifadə obyektlərinin inventar qoyməti onlar istismara yararlı hala salındıqdan və qəbul-təhvil aktları tərtib edildikdən sonra əsas vəsaitlərin dəyərinə əlavə edilir.

Auditor uzunmüddətli investisiya qoyuluşlarının auditini apararkən dövlət istiqrazlarına, səhmlərə, qiymətli kağızlara, əsas vəsaitlərə qoyulan vəsaitlərin uçotuna ciddi fikir verməlidir. Bu baxımdan, mühasibat uçotunda uzunmüddətli investisiya qoyuluşlarının analitik və sintetik uçotunun düzgün aparılması yoxlanılmalıdır. Analitik uçot sintetik uçotla üzləşdirilərkən kənarlaşmalar kənarlaşmalar aşkar edildikdə auditor tərəfindən bunun səbəbi aydınlaşdırılmalı, onun aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Auditor uzunmüddətli investisiya qoyuluşları üzrə mühasibat müxabirləşmə-lərinin mühasibat uçotunun hesablar planına uyğun verilib-verilməməsi araşdırılmalı, müxabirləşmələr zamanı buraxılan səhvləri aradan qaldırmalıdır.

Aparılan auditin son mərhələsi uzunmüddətli investisiya qoyuluşlarının sintetik uçotunun Baş kitabda düzgün əks etdirilməsinin yoxlanmasından və onun analitik uçotla üzləşdirilməsindən ibarətdir.

İstehsal güclərinin və obyektlərin istifadəyə verilməsi haqqında müəyyən olunmuş plan həddində yerinə yetirilən işlər buraxılış müddətləri üzrə həyata keçirilir. Tikinti planının dəyişməzliyi sifarişçi, podratçı, maliyyə və digər təşkilatlar tərəfindən yerinə yetirilməsi vacib olan bir sıra tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. Auditin bu sahədə vəzifələri aşağıdakılardan ibarətdir:

1. Kapital qoyuluşları üzrə təsdiq olunmuş planların əsaslı olmasını müəyyən etmək.

2. Qəbul olunmuş planın bütün göstəricilər üzrə ayrı-ayrılıqda və müəssisə üzrə ümumilikdə yerinə yetirilmə səviyyəsi haqqında dövri hesabatlar verilən məlumatların doğruluğunu yoxlamaq.

3. Yeni texnikanın və texnologiyaların tətbiqi planına riayət olunması səviyyəsini müəyyən etmək.

4. Kapital qoyuluşu üçün ayrılmış vəsaitlərdən təm və təyinatına uyğun istifadə olunma vəziyyətini yoxlamaq.

5. Plan tapşırıqlarının kəsrdə qalmasına (əgər belə vəziyyət varsa) səbəb olan amilləri müəyyən etmək.

6. Kapital qoyuluşları planlarının vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi sahəsində daxili imkanları müəyyən etmək.

7. Aşkar edilmiş nöqsanların aradan qaldırılmasına kömək edə bilən təkliflər hazırlamaq.

Kapital qoyuluşlarının auditinin informasiya mənbəələri aşağıdakılardır:

1. Kapital qoyuluşlarına dair təsdiq olunmuş plan məlumatları;

2. Layihə smeta sənədləri;

3. Titul siyahılar;

4. Podratçı təşkilatlarla bağlanmış müqavilə;

5. İlk sənədlər;

6. Aktlar;

7. Operativ – texniki və mühasibat uçotu məlumatları;

8. Kapital qoyuluşu üzrə hesabat məlumatları;

9. 2 № - li hesabat forması.

Audit olunan dövrə aid kapital qoyuluşunun planının əsaslandırılmasının vəziyyəti yoxlanılarkən, auditor ilk növbədə sifarişçi müəssisədə belə bir planının olmasını, onun əsaslandırılmasının düzgünlüyünü, reallığını yoxlamalı, layihə - smeta sənədlərinin mövcudluğunu, titul siyahısının, podratçı təşkilatla sifarişçi tərəf arasında müqavilənin olub – olmamasını və kapital qoyuluşlarını maliyyələşdirmək üçün maliyyə imkanlarının reallığını yoxlamalıdır. Bəzi hallarda müvafiq planlaşdırmaya aid olan sənədlərin hazırlanmasında kobud nöqsanlara yol verilir ki, bu da kapital qoyuluşlarının özünün həyata keçirilməsinə, eləcə də həmin məqsədlər üçün ayrılan vəsaitlərin səmərəli istifadəsinə mənfi təsir göstərir.

Ona görə də yuxarıda göstərilən sənədlərin hər birinin qüvvədə olan maliyyələşdirilmə qaydasına və qanunauyğunluğuna kapital qoyuluşunun planının müəssisənin mövcud vəziyyətinə uyğun gəlməsi diqqətlə yoxlanılmalıdır. Burada xüsusilə nəzərdə tutulan bütün obyektlərinin podrat müqaviləsi ilə, layihə - smeta sənədləri ilə təmin olunması, təsdiq olunmuş titul siyahılarından olması məsələsi diqqətlə nəzərdən keçirilməlidir. Bu və ya digər sənədləşmənin olmaması və onların düzgün rəsmiyyətə salınmaması faktı aşkar edildikdə auditor bu barədə müəssisə rəhbərinə məlumat verir.

Auditor inşaatın bütün dövrlərində kapital qoyuluşları üzrə vəsaitlərin istifadə olunması, əsas istehsal güclərinin və fondlarının istifadəyə verilməsi göstərilməklə, titul siyahısının illər üzrə tərtib edilib, təsdiq olunma qaydasını yaxşı bilməli və auditin gedişində bunlara əməl olunma vəziyyətini diqqətlə yoxlamalıdır.

Kapital qoyuluşlarının titul siyahısı üzrə illik həcmi, obyektin smeta dəyəri və onun istifadəyə verilmə müddətləri əlaqələndirilməklə tərtib olunmalıdır.

Sənədlər əsasında müəssisənin ayrı-ayrı əsas vəsait növləri ilə təmin olunma vəziyyəti, həmin vəsaitlərə olan tələbat müəyyən edilir və onlardan səmərəli istifadə olunma səviyyəsi aydınlaşdırılır. Audit zamanı kapital qoyuluşu planının həm quruluşu, həm də həcmi etibarı ilə yerinə yetirilmə vəziyyəti yoxlanılmalıdır. Bütün bunlar planlaşdırılan il üçün kapital qoyuluşu üzrə əsas göstəricilərin planlaşdırılmasının nə dərəcədə əsaslandırılmış olduğunu (həm ümumi həcmi və həm də ayrı-ayrı obyektlər üzrə) qiymətləndirməyə imkan verir. Yalnız bu işlər yerinə yetirildikdən sonra cari ilə üçün tərtib olunmuş plan tapşırıqlarının düzgünlüyünə qiymət vermək olar.

Təsdiq edilmiş titul siyahısı tikinti-quraşdırma işləri aparılacaq bütün illərdə sifarişçi, podratçı, maliyyə, bank və təckizat təşkilatları üçün əsas, dəyişməz sənəd hesab edilir.

Audit aparılan dövrün planı ilə tanış olarkən auditor sifarişçi tərəfindən planın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün lazım gələn bütün işlərin görüb-görülməməsini yoxlamalıdır. Bunun üçün ilk növbədə aşağıdakılar nəzərdən keçirilməlidir:



  1. Podratçı təşkilat ilə avadanlığı göndərən təşkilat arasında baş müqavilənin vaxtında bağlanması;

  2. Podratçıya tikinti aparılacaq torpaq sahəsinin vaxtında ayrılıb verilməsi;

  3. Baş podratçıya layihə-smeta sənədlərinin verilib-verilməməsi;

  4. Kapital qoyuluşunun maliyyələşdirilməsi üçün bankda hesabın açılıb-açılmaması, müəssisənin öz vəsaiti və digər vəsaitlərin həmin hesaba vaxtında köçürülüb- köçürülməməsi;

  5. Texniki nəzarətin kim tərəfindən həyata keçirilməsi;

  6. Daxil olan avadanlıqların hansı qaydada qəbul olunması və onların quraşdırılana qədər mühavizəsinin necə təşkil olunması;

  7. Obyektin vaxtında istismara verilməsi üçün hazırlıq işlərinin yerinə yetirilməsi və s.

Bunlara yanaşı auditor sifarışçinin götürdüyü bir sıra digər öhdəliyi, məsələn: müvafiq orqanların tikinti aparılacaq sahədə olan ağacları qırmaq, yol və asvaltı sökmək, elektrik xətti keçən sahədə iş aparmaq, yerin altından keçən kanalizasiyanın, qaz, su xəttinin yerinin dəyişdirilməsi, iş aparılacaq sahədə işıq xəttinin çəkilməsi və digər bu kimi işlərə icazə alınmasına dair tələb olunan sənədlərin podrat təşkilata vaxtında çatdırılıb-çatdırılmamasını da ətraflı araşdırmalıdır.

Obyektin istifadəyə verilməsinə dair planın yerinə yetirilmə vəziyyəti yoxlanana qədər auditor ilk növbədə əsaslı tikinti planından və titul siyahısından keçən və audit aparılan dövrdə plan üzrə istismara verilməsi obyektləri seçməkidir. Bu məqsədlə 113 saylı sintetik hesabın müvafiq subhesablarının məlumatlarından, 2 № - li formanın göstəricilərindən və digər materiallardan istifadə edilməklə planın yerinə yetirilmə vəziyyəti müəyyən edilməlidir.

Əldə olunmuş əsas vəsaitlərin istismara verilməsi vəziyyəti yoxlanarkən, ilk növbədə həmin əsas vəsaitlərin dəst halında daxil olması və onların tərkibinin titul siyahısındakı göstəricilərə uyğun olması yoxlanılmalıdır.

Əgər bu sahədə kənarlaşma varsa və bu əsas vəsaitlər vaxtında istismara verilməyibsə, auditor onların səbəbini araşdırmalı və bu sahədə günahkar olan şəxslər haqqında müvafiq tədbirlər görülməklə öz əməli təkliflərini hazırlayıb müəssisə rəhbərinə təqdim etməlidir.

Auditor obyektlərin istismara verilmə vəziyyətini yoxlayarkən, bu haqda hesabatda yalan məlumatların verilib – verilməməsini xüsusilə diqqətlə yoxlanılmalıdır.

Audit zamanı “Quraşdırılması avadanlıqlar” və “Kapital qoyuluşları” sintetik hesabların müvafiq subhesablarına silinən digər məsrəflər və obyektin inventor dəyərinə daxil edilən zərərlərin olması aşkar edilərsə, onların səbəbləri araşdırılmalı, bunların hansı məqsəd üçün edildiyi müəyyənləş-dirilməlidir.

Auditin gedişində müəssisədə aparılan “plansız”, “titulsuz” tikililər üzrə əməliyyatlar başdan – başa yoxlanılmalı, onun ümumi məbləği, bunların hansı məqsəd üçün aparıldığı, müəssisə üçün vacibliyi öyrənilməlidir.

Təcrübədə istehsal və yaşayış obyektlərin tam hazır olmadan istifadəyə verilməsinə təsadüf edilir. Bu cür obyektlər istismara verildikdən sonra onların titul siyahısında nəzərdə tutulan, lakin tam götürülməyib yarımçıq qalan işlərin görülməsi davam etdirilir. Bu qeyri – normal haldır və ona görə də bu məsələ ətraflı yoxlanılmalı, buna cavabdeh olan şəxslər, onların məsuliyyət həddi və müəssisəyə dəyən zərər müəyyən edilməli və bu barədə auditor iş sənədlərində qeydlər edilməlidir.

Müvafiq hesablamalardan, sərf edilən məsrəflər haqqında hesabat məlumat-larından, qurtarmış, istehsala tətbiq olunmuş işlərə və yeni texnikanın tətbiqinə dair tərtib edilən aktlardan və sair mənbələrdən istifadə edərək auditor sifarişçilərin tam, vaxında və yüksək keyfiyyətlə yerinə yetirilmə vəziyyətini müəyyən etməlidir.

Alınmış quraşdırılması tələb edilməyən maşın və avadanlıqların həcmi yoxlanarkən “Kapital qoyuluşları” hesabındakı məlumatlar əsas vəsaitlərin qəbul – təhvil aktları və bunlara müşayət edən hesab – fakturaların məlumatları ilə üzləşdirilməlidir.

Auditor qeyri – maddi aktivlərin yoxlanmasına xüsusi fikir verməlidir. O, 04 № - li “Qeyri – maddi aktivlər” hesabının göstəricilərini analitik uçot göstəriciləri ilə üzləşdirməsini aparmalıdır. Auditor bilməlidir ki, qeyri – maddi aktivlər o vaxt uçota götürül ki, onların istismara yaralı olduğu üçün təhvil – təslim aktı tərtib edilir.

İnvestisiya qoyulıuşunun auditinin nəticəsinə əsasən auditor rəydə əks etdirmək üçün müvfiq auditor sübutları toplayır, müəyyən nəticəyə gəlir, aşkar etdiyi nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlayır.

İnvestisiya qoyuluşları auditinin yoxlama-ekspertiza nəticələrinin yekunlaşdırılması investisiya qoyuluşları üzrə aparılan nəzarət və tədqiqatın son mərhələsi hesab edilir. Bu yekun mərhələsində investisiya qoyuluşlarının audit-yoxlamasının nəticəsində qanunverici normativ hüquqi aktların tələblərinin pozulması, investisiya əməliyyatlarında yol verilmiş neqativ halların aşkar edilməsi, mühasibat və maliyyə hesabatlarına buraxılmış ciddi qanun pozuntuları yekunlaşdırılıb qiymətləndirilməlidir. Auditor investisiya qoyuluşları üzrə yoxlama –ekspertiza yekunlaşdıran zaman investisiya vəsaitlərinin məqsədli səfərbər olunmasına, həmçinin mövcud vəsaitlərdən səmərəli istifadə edilməsinə dair müvafiq tövsiyyələr də hazırlanmalıdır. Bir qayda olaraq auditor yoxlama nəticələrini yekunlaşdıran zaman bu və ya digər sahədə yol verilmiş daha ciddi qanun pozuntularını , mənimsəmələri, dağıntıları , məqsədli və ya məqsədsiz vurulmuş maddi ziyanları ön plana çəkməlidir. İnvestisiya qoyuluşları üzrə yoxlama-ekspertiza işləri yekunlaşdırılan zaman bu prinsiplər əsas götürülməlidir.

İnvestisiya qoyuluşları üzrə əməliyyatların audit yoxlama-ekspertiza nəticələrinin yekunlaşdırılmasının növbəti mərhələsində təsərrüfat əməliyyatlarında yol verilmiş məqsədli və məqsədsiz təhriflər, təsərrüfat-maliyyə əməliyyatlarının uçota alınması və onlara mühasibat yazılışlarının tərtib edilməsində müxabirləşmələrin düzgün aparılması, investisiya qoyuluşu nəticəsində əldə edilən gəlirlərin, dividendlərin və faizlərin bölüşdürülməsində yol verilmiş çatışmazlıqlar qiymətləndirilməlidir. İnvestisiya qoyuluşları üzrə yoxlama-ekspertiza işlərinin yekunlaşdırılmasının növbəti mərhələsi bu sahədə aparılmış təsərrüfat əməliyyatlarına dair uçot və hesabat işlərinin vəziyyəti haqqında olmalıdır.

Auditor müəssisə və təşkilatlarda investisiya qoyuluşlarının yoxlamaekspertiza işlərini yekunlaşdıran zaman test cavablarından da istifadə edə bilər. Test sualları hazırlanan zaman ümumi metodoloji məsələlərlə yanaşı müəssisənin (təşkilatın) spesifik xüsusiyyətləri, istehsalın sahələr üzrə xarakterik amilləri nəzərə alınmalıdır. Test cavabları investisiya qoyuluşlarının hər bir növü üzrə təşkil edilməlidir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə