Audit FƏNNİ ÜZRƏ proqram



Yüklə 0,95 Mb.
səhifə11/11
tarix27.10.2017
ölçüsü0,95 Mb.
#6938
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT.

  1. Azərbaycan Respublikasının “ Auditor xidməti haqqında” Qanunu. Bakı, 1994.

  2. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu, Bakı, 2004.

  3. Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu, Bakı 2007.

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2008.

  5. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə. Bakı, 1995.

  6. Azərbaycanın Milli audit standartları, Bakı, “Nağıl evi”. 2004.

  7. Müəssisələrin Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat. Bakı, Azərbaycan “ Bilik” Maarifçilik Cəmiyyəti, 1996.

  8. Hacıyev R.S. Səbzəliyev S.M. Auditin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, ADİU - c nəşriyyat, 2003.

  9. Abbasov Z.M. Audit (dərslik). Bakı, 2007.

  10. Hacıyev R.Ş. Təftiş və nəzarət (dərslik). Bakı, 1999.

  11. Novruzov V.Q. və başqaları. Audit. (dərs vəsaiti). Bakı – 2011.


MÖVZU 14. Mühasibat uçotu və hesabatın auditi.
P L A N

  1. Müəssisədə tətbiq edilən mühasibat uçotu formasının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunluğunun auditi.

  2. Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru və düzgün əks etdirilməsinin auditi: sənəd dövriyyəsi qrafikinin mövcudluğu; əmlakın mövcudluğunun; hərəkətinin və onlardan istifadə olunması üzərində nəzarətin təmin olunması; mühasibat uçotu prinsipləri və standartların tələblərinin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi; əmlakın investisiyasının vaxtında aparılıb sənədləşdirilməsi, illik mühasibat hesabatının göstəricilərinin mühasibat uçotu məlumatlarına uyğunluğunun və s. yoxlanılması.

  3. Təsərrüfat subyektinin hesabatının və bu hesabata əlavə edilmiş sənədlərin auditi.

  4. Mühasibat – maliyyə hesabatında qüvvədə olan qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edildikdə auditorun hərəkəti.

  5. Auditin nəticəsinin yekunlaşdırılması.

Mühasibvat uçotunun təşkilinin və aparılmasımetodologiyasının auditi aparılsrkən ilk növbədə müəssisənin “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004 – cü il tarixli Qanunun, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 sentyabr 1995 – ci il tarixli İ – 94 saylı əmri ilən təsdiq edsilmiş (müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat) və digər mühasibat uçotuna dair metodoloji normativ sənədlərin tələblərinin yerinə yetirilməsi prinsipləri müəyyən olunmalıdır.

Onu da nəzərə almaq lazımdır ki, mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının ərazisində mənfəətlə, mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün müəssisələr mühasibat uçotu aparmağa borcludur.

Müəssisənin mühasibat xidmətini onun müstəqil sturuktur bölməsi (idarə, şöbə) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibatlıq, mərkəzləşdirilmiş, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mühasiblər həyata keçirə bilər. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin rəhbəri və ya baş mühasib tərəfindən həyata keçirilir. Müəssisənin baş mühasibinin təyin olunması və azad olunması müəssisən rəhbəri tərəfindən aparılır.

Auditor yoxlama dövründə müəssisədə istifadə olunan mühasibat uçotu formasını müəyyənləşdirir. Nəzərə alınmalıdır ki, istifadə olunan mühasibat uçotu forması müəssisənin özü tərəfindən müəyyən olunur. Auditor mühasibat uçotu yazılışları üzrə bütün əməliyyatların uçotda əks olunması qaydalarını bilməlidir. Auditor onu da bilməlidir ki, mühasibat uçotu müəssisənin əmlakın, öhdəlikərin, kapitalın, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün təsərrüfat – maliyyə fəaliyyətinin nayural göstəricilər əsasında, pul istifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və baş idarə tərəfindən ümumi prinsiplərə riayət etməklə işlənib hazırlanmış uçot registrlərinə yığılır və sistemləşdirilir.

Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru, düzgün və etibarlı əks olunmasının müəyyən etmək məqsədilə aşağıdakıları müəyyənləşdirməlidir:


  1. Müəssisədə mühasibatlıq işçilərinin funksional vəzifələrinin yerinə yetirilməsinə dair təlimatın tərtib olunması;

  2. Hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliyyatlarının yerinə yetirilməsi qrafikinin müəyyən olunması;

  3. Mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövriyyəsinin müəyyən olunması;

  4. Mövcud olan əmlakın hərəkəti, onlardan istifadə olunması üzərində nəzarətin təmin olunması;

  5. Mühasibat uçotu prinsipləri və standartlarının yerinə yetirilməsi üzərində nəzarətin təmin olunması;

  6. Müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının inventarlaşdırıl-masının aparılması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat uçotu göstəriciləri ilə müqayisə olunması;

  7. Mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlanmasına cavab verməsi, əmlak və pul vəsaitlərinin mənimsənilməsi hallarının qarşısının alınması ilə əlaqədar olaraq tədbirlər görülməsi;

  8. Tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş göstəricinin mühasibat uçotu yazılışlarına uyğun olması vəs.

Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət işi ilə ətraflı tənış olmalı və bu sahədə görülən işlər və buraxılan nöqsanları müəyyən etməlidir.

Mövcud olan qanunvericiliyə görə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılamsı üçün lazımi şərait yaradır, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetirilməsini təmin edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.

Müəssisənin baş mühasibi bütün mühasibat uçotu standartlarının və uuta aid olan normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsi nəzarət etməlidir.

Mühasibat uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfat-maliyyə fəaliyyətini mühasibat uçotunda əks olunmuş göstəricilərin doğru, düzgün və etibarlı olmasını müəyyən etmək üçün test – audit formasından da istifadə edə bilər. Son illərdə bu forma bir sıra ölkələrdə audit yoxlamalarında tətbiq olunur. Bu formanın mənası ondadır ki, auditor yoxlamaya başlamazdan qabaq auditin məqsədinə uyğun olaraq suallar hazırlayır və sualları müəssisənin mühasibat işçiləri, rəhbərliyi, bölmə rəhbərliyi arasında həmin sualları yayır və onlardan müəyyən formada cavablar toplayır. Bunda əsas məqsəd müəyyən olunmuş nöqsanların aradan qaldırılmasından ibarətdir.

Belə aparılan “test – audit” suallarında müəssisə mühasibat uçotunun təşkilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur. Bu formada aparılan audit nəticəsində mühasibat uçotunun təşkili və daxili auditlə əlaqədar müsbət və mənfi cəhətlər müəyyənləşdirilir.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olduğuna görə xarici investisiyalı müəssisələr istisna olmaqla bütün müəssisələr rüblük və illik mühasibat hesabatı tərtib etməlidir.

Mühasibat (maliyyə) hesabatı mülkiyyətçilərə, dövlət vergi, statistika orqanlarına və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəssisənin fəaliyyətinin ayrı – ayrı tərəflərinin yoxlanması və müvafiq hesabatların alınması həvalə edilmiş dövlət orqanlarına təqdim olunmalıdır.

Mühasibat maliyyə (mühasibat) hesabatlarının başqa ünvanlara göndərilməsi təsisedici sənədlərə və ya Azərbaycan Respublikası qanun-vericiliyində nəzərdə utlduqda həyata keçirilir.

Auditor mühasibat (maliyyə) hesabatının auditini apararkən xüsusilə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun mühasibat uçotunun təşkili məsələlərinə dair tələblərin yerinə yetirilməsinə xüsusi diqqət yetirilməlidir.

Bu tələblər aşağıdakılardır:

1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün əməliyyatlarının mühasibat uçotunu və Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu standartlarına, mühasibat uçotununhesablar planlna və başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesabatında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılmalıdır.

2. Mühasibat uçotunun aparılmasında hesab dövrü ərzində ayrı – ayrı təsərrüfat əməliyyatlarını uçotda düqzgün əks etdirməli, əmlakın qiymətlən-dirilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə və Qanuna uyğun hazırlanmış mühasibat uçotu standartları və uçota dair başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir.

3. Hesabat dövründəki (ay, rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin inventarizasiyasının nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registrlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.

4. Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir. Uçotda cari xərclərin istehsala (tədavül xərclərinə) və kapital qoyuluşlarına ayrılması dəqiq müəyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləşdi-rilməlidir.

5. Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları, inventarlar, malsatanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək mühasibat (maliyyə) hesabatının tətbiqi üçün, həmçinin müəssisənini təsərrüfat prosesləri və maliyyə təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaqdır.

Maliyyə - təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyyatları aşkara çıxarmaq və onları səfərlər etməkdir.

6. Cavabdeh şəxs kimi müəssisə rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqədar olan bütün bölmələrinə, ayrı-ayrı sahələrin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetirilməsini təmin edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.

7. Mühasibat uçotunun təşkili, aparılması, uçot siyasətinin formalaşması, daxili mühasibat hesabatı, inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi qaydaları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır. Bu zaman o, mühasibat uçotunun təşkilati formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnologiyasını təyin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzrə qaydanı, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir.

8. Müəssisənin mühasibat xidmətinə baş mühasib rəhbərlik edir. Baş mühasib və mühasibat xidmətinin rəhbəri müəssisə tərəfindən həyata keçirilən bütün tısırrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etditilməsini, onə nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə tərtib vı təqdim edilməsini, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatın məlumatları üzrə müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinin iqtidasi təhlilinin həyata keçirilməsini təmin edir.

Auditorun tərtib etdiyi paoqrama uyğun olaraq müəssisənin bütün maliyyə - təsərrüfat fəaliyyəti üzrə yoxlamalar aparıldıqdan sonra toplanmış materiallar mühasibat )maliyyə) hesabatının düzgünlüyü və etibarlılığını qiymətləndirməyə şərait yaradır.

Bununla əlaqədar auditor Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik mühasibat (maliyyə) hesabatının həcmi üzrə müəyyən olunmuş hesabat formalarını yoxlamaqla, hesabat nətixələrini müəyyənləşdirir. Auditor yoxlaması ilə əlaqədar müəssisənin balansı, maliyyə nəticələri haqqında hesabat, əmlakın hərəkətinə dair hesabat, pul vəsaitlərinin hərəkətinə dair hesabat, müəssisə balansına əlavə, illik hesabatın izahatlı arayışı müvafiq normativ sənədlərlə qüvvədə olan digər hesabat formaları və sair yoxlanır.

Hesabatlar yoxlanarkən auditor qanunvericiliklə mümüəyyən olunmuş normativ sənədlərlə yoxlanışı aşağıdakı məlumat mənbələrindən istifadə edə bilər:

1. Müəssisənin təsətrüfat maliyyə fəaliyyəti ilə əlaqədar olan hesabat formaları;

2. İllik hesabatın tərtib olunması ilə əlaqədar olan invertarizasiya məlumatları;

3. Sintetik və analitik hesanlarda əks olunmuş mühasibat uçotu yazılışları və sair.

Hesabat aparılarkən hesabat ilinin sonuna olan dövr üçün müəssisə balansının bütün maddələri; əvvəlki keçirilən inventarlaşdırma nəticələri əsasında əsaslı şəkildə yoxlanmalıdır. Mühasibat uçotu yazılışlarında bütün səhvlər və nöqsanlar müəyyən olunmalı və aid olan uçot yazılışlarında lazimi düzəlişlər aparılmalıdır.

Auditor balans maddələrinin düzgün qiyməyləndirilnəsini yoxlamalı və balansa əlavə olunmuş maliyyə məsələlərinin, kapitalın hərəkətinin, pul və satışın hərəkəti və digər hesabatların uçot föstəricilərinə uyğunluğunu müəyyən etməlidir. Bundan sonra auditor mühasibat uçotunun analitik və sintetik hesabatlarında əks olunmuş məlumatları yoxlamalı və həmin göstəricilərin hesanat formasında əks olan göstəricilərə uyğunluğu müəyyən olunmalıdır. İllik hesabatlar yoxlanılarkən rüblük hesabatlar da yoxlanmalı və inların bir – birinə uyğunluğu müəyyən olunmlıdır. Nəzərə almaq lazımdır ki, rüblük mühasibat hesabatının məzmunu və tərkibində illik hesabat göstəricilərindən fərqlər müəyyən oluna bilər. Belə olan hallarda auditor rüblük və illik hesabatların tərtib olunması qaydaları ilə əlaqədar olan məlumatlardan istifadə etməlidir.

Təsərrüfat subyektinin hesabatının yoxlanılmasının əsas istiqamətləri və prinsipləri Azərbaycan Respublikası Milli Mədlisində geniş şərh olunmuşdur. Belə ki, mülki məsələdə hüquqi şəxsin ilkin və illik balansı (maddə 121), balansın tərkibi (maddə 122), mənfəətin və zərərin hesabı (maddə 123), hüquqi şəxsin illik balansına qoşma (maddə 124), işlərin vəzoyyəti haqqında hesabat (maddə 125), audit (maddə 126) və digər vacib prinsiplər və prosedurlar beynəlxalq tələblərə cavab verəcək səviyyədə öz hüquqi həllini tapmışdır. Mülki məsələdə hüquqi şəxsin ilkin və illik balansına dair maddəsində göstərilir ki, hüquqi şəxs ğz fəaliyyətinin əvvəlində və sonralar təsərrüfat ilinin sonunda onun kapitalı ilə öhdəlikləri arasında nisbəti göstərən balans tərtib etməlidir. İllik balans lazimi mühasibat uçotu prinsiplərinə müvafiq surətdə işlərin lazimi gedişinə uyğun müddətdə tərtib edilir. İllik balans aydın və dəqiq olmalıdır.

İllik hesabatı yoxlamağa başlamazdan əvvəl müvafiq balans maddələrinin – başa çatmamış istehsalın, xammal və materialların əsas vəsaitlərin pul və vəsaitlərinin və hesablaşmalarının inventarizasiyası zamanı əldə edilmiş məlumatları yoxlamaq lazımdır. Ona görə də hər bir balans maddəsi ilin sonunadək ciddi aparılan inventarlaşdırma ilə təsdiqlənməlidir. İnventarlaşdırma aoarılan zaman mühasibat uçotundakı məlumatların uyğunsuzluqları düzəldilməli və illik balans tərtib edilənədək müvafiq mühasibat registrlərində əks etdirilməlidir. Maliyyə və vergi ödəmələri üzrə balans maddələrinin məbləği bu orqanlarda razılaşdırılmalı və uyğunlaşdırılmalıdır. Bu hesablaşmalar üzrə uyğunsuzluqların olması yolverilməzdir.

Auditor təsərrüfat subyekti tərəfindən pozuntu aşkar etdikdə qüvvədə olan nprmativ sənədləri rəhbər tutaraq aşağıdakıları nəzərə almalıdır:

a) əgər pozuntu aşkar edilməyibsə və ya aşkar edilmiş pozuntular müəssisənin sonrakı fəaliyyətinin qanuniliyinə təsir etmirsə, dövlətə, təsisçilərə və səhmdarlara ziyan vurmursa – bu hallar barədə auditor rəyinin analitik hissəsində qeydlər aparılıb və müsbət rəy vermək mümkündür.

b) əgər aşkar edilmiş pozuntular müəssisənin sonrakı fəaliyyətinə təsir edirsə dövlətə, təsisçilərə və səhmdarlara ziyan vurursa – bu hallar barədə də auditor rəyinin analitik hissəsində qeydlər aparılır və müsbət rəy vermək mümkün deyildir. Mühasibat uçotu məsələlərində düzəlişlər edilməsi və hazırlanmaış mühasibat hesabatına dəqiqləşdirmələri siyahısının hazırlanmasını tələb edir və əgər pozuntular aradan qaldırılmırsa, bunu öz rəyində əks etdirir və ya verməkdən imtina edir.



Müəssisənin təsərrüfat maliyyə fəaliyyətinin audit yoxlama-ekspertizası müəssisədə uçot siyasətinin vəziyyətini müəyyənləşdirməli və qiymətləndirməlidir. Yəni, müssisənin təsərrüfar maliyyə fəaliyyətinin idarə olunması ilə bağlı idarəetmə uçotunun aparılması və bu idarəetmə uçotunda müəssisənin spesifik fəaliyyətinin tam əks etdirilməsi qiymətləndirilməlidir. Mühasibat uçotunun digər bir prinsopial məsələsi struktur bölmələtdə əməliyyatların uçota alınması vəziyyətinin qiymətləndirilməsidir.Belə ki hər bir müəssisə bir və ya bir neçə istehsal prosesi ilə məşğul olur. Lakin həmin istehsal bölmələrinin işini ahəngdar təşkil etmək üçün yardımçı, köməkçi bölmələr də mövcuddur.Müəssisədə uçot sistemi nə qədər sadə və şəffaf qurularsa, təsərrüfat əməliyyatları və onların nəticəsində meydana çıxan resurs və vəsaitlərin hərəkətinə nəzarət bir o qədər səmərəli olar.
ƏDƏBİYYAT.

  1. Azərbaycan Respublikasının “ Auditor xidməti haqqında” Qanunu. Bakı, 1994.

  2. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu, Bakı, 2004.

  3. Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu, Bakı 2007.

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2008.

  5. “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə. Bakı, 1995.

  6. Azərbaycanın Milli audit standartları, Bakı, “Nağıl evi”. 2004.

  7. Müəssisələrin Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat. Bakı, Azərbaycan “ Bilik” Maarifçilik Cəmiyyəti, 1996.

  8. Hacıyev R.S. Səbzəliyev S.M. Auditin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, ADİU - c nəşriyyat, 2003.

  9. Abbasov Z.M. Audit (dərslik). Bakı, 2007.

  10. Hacıyev R.Ş. Təftiş və nəzarət (dərslik). Bakı, 1999.

  11. Novruzov V.Q. və başqaları. Audit. (dərs vəsaiti). Bakı – 2011.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə