Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

 
 
 
71 
hər  şeyi  öz  dostunuza  izah  edə  bilərsiniz.  Mən  skripka  çalmaq 
üçün  öz  yataq  otağıma    keçirəm  və  beş  dəqiqədən  sonra  öz 
cavabım  üçün    yenə  də  qayıdacağam.  Əminəm  ki,  sualları 
unutmamısınız.  İkiniz  birlikdə  qərara  gəlin:  ya  siz,  ya  da 
brilyant!  
    Holms  öz  yataq  otağına  getdi  və  küncdə  qoyulmuş  skripkanı 
götürdü. Bir dəqiqə keçdi, Silviyus və Merton bağlanmış qapıdan 
skripkanın nazik səsini eşitdilər. 
-  O, brilyant haqqında danışırdı, - Merton Knyaza dedi, - o, bunu 
haradan bilir? 
-  O,  bunun  haqqında  çox  şey  bilir!  Mikey  Sanders  hamısını 
danışıbdır! 
-  Mən  ona  danışmağı  öyrədəcəyəm.  Bunun  üçün  onun  başını 
əzəcəyəm! 
-  Bu  bizə  kömək  etməyəcək.  Biz  nə  etməli  olduğumuzu  qərara 
almalıyıq. 
-  Bir dəqiqə! – Sam Merton dedi. O yataq otağının qapısına tərəf 
getdi və qulağını qapıya qoydu. - Məncə o bizə qulaq asmır. O öz 
skripkasını  çalır.  Bu  zaman  o  bizə  necə  qulaq  asa  bilər? 
Doğrudur, lakin  ola bilsin pərdənin arxasında kimsə var. 
    O  pərdəyə  tərəf  getdi  və  müqəvvanı  orada  görərək,  cəld  geri 
sıçradı. 
-  Bu  haqda  narahat  olma,-  Knyaz  dedi.    -  Bu  sadəcə  olaraq 
müqəvvadır.  Bizim  çox  az  vaxtımız  var.  Biz  bir  qərara 
gəlməliyik.  Əgər  biz  brilyantı  ona  verməsək,  o  bizi  həbs  etdirə 
bilər. 
- Nə! Yüz min funt sterlinqi ona verək? 
-  Brilyant,  yaxud  biz.  O  gedərkən  bunu  deyirdi.  -  Merton  əlini 
saçlarına apararaq düşünməyə başladı. - Bu otaqda o təkdir. Nə 
üçün onu öldürməyək, onunla qurtarmayaq? 
   Knyaz başını tutdu. 
-  Biz  bu  evdən  çıxa  bilməyəcəyik.  Bundan  başqa  mən  əminəm 
ki,  o, artıq hər şeyi polisə bildirib... Bu nədir? 


 
 
 
72 
   Onlara elə gəlir ki, pəncərədən nəsə səs gəlir. Onların hər ikisi 
pəncərəyə  tərəf  qaçdılar,  ancaq  orada  heç  kim  yox  idi.  Otaqda 
onların  özlərindən,  birdəki  kresloda  qoyulmuş  müqəvvadan 
başqa heç kəs yox idi. 
-  Küçədə  nəsə  var,  -  Merton  dedi.  Indi,  Knyaz,  siz  bu 
vəziyyətdən  bir  çıxış  yolu  tapmalısınız.  Sən  öz  ağlınla,  mən  də 
ki, öz əlimlə. 
-  Brilyant buradadır, mənim gizli cibimdə. Sedal bunu bu axşam 
İngiltərədən  xaricə  apara  bilər  və  Amsterdamda  dörd  hissəyə 
parçalar.  
-  Ancaq xüsusi sumka hələ hazır deyildir! 
- O, bunsuz gedəcək. O, brilyantı sadəcə olaraq cibində aparacaq, 
bizim  daha  vaxtımız  yoxdur.  Mən  Holmsa  deyəcəyəm  ki, 
brilyant  Liverpuldadır  və  bunu  onun  üçün  gətirməyə  söz 
verəcəyəm.  O,  Liverpulda  yolda  olarkən,  brilyant  artıq 
Hollandiyada  olacaq.  O  zaman  biz  mavi  suların  qoynunda 
olacağıq.  Bu  musiqi!  Mən  skripkanın  səsinə  nifrət  edirəm! 
Pəncərəyə tərəf gəl, heç kəs bizi görə bilməz. 
-  Mən,  bu  böyük  brilyantı  özün  ilə  gəzdirməyinə  çox  təəccüb 
edirəm. Ona təəccüb edirəm ki, siz qorxmursunuz. 
-  Harada  yaxşı  bir  yer  tapım?  Biz  onu  muzeydən  götürəndə 
düşünmürdüm,  artıq onu kimsə, həmçinin bizim evdən də götürə 
bilər? 
-  Bura bax, bu qəşəng deyildir?! 
   O,  brilyantı  əlində  göyə  atdı.  Bu  zaman  müqəvva  qoyulmuş 
kresloda  oturmuş  Holms  cəld  ayağa  qalxdı  və  brilyantı  göydə 
tutdu.  O,  brilyantı  sol  əlinə  ötürdü  və  sağ  əlində  isə  tapança 
göründü.  İki  cinayətkar  elə  təəccübləndilər  ki,  danışmağa  belə 
imkan olmadı.Onlar bunu özləri etdilər, Holms zəngi basdı. 
-  Ehtiyatlı olun, cənablar, ehtiyatlı olun! Hər şey başa çatmışdır, 
burada siz edəsi bir şey yoxdur. Polis küçə qapısındadır. 
    Knyaz təəccübündən həddindən artıq qəzəblənmişdi. 
-  Nə?! Şeytan, siz necə..? 


 
 
 
73 
-  Sizin  təəccüblənməyiniz  tamamilə  təbiidir.  Knyaz,  siz  onu 
bilmirdiniz ki,  yataq otağından ikinci  qapı  bu pərdənin  arxasına 
açılır. Mən müqəvvanı kreslodan götürəndə bir az səs elədim. Siz 
də  bunu  eşitdiniz.  Ancaq  mənim  bəxtim  gətirdi:  siz  elə 
fikirləşdiniz ki, səs küçədən gəlir. Bu zaman mən burada sakitcə 
oturub sizin söhbətinizə qulaq asırdım. 
-  Siz şeytansınız, Holms. - Knyaz acıqlı halda dedi. 
-  Çalışıram  ki,  bəzən  insanlar  iblisi  də  xoşlasınlar,  cənab,-  deyə 
Holms gülərək cavab verdi. 
   Sam  Merton  yalnız  indi  hər  şeyi    yavaş-  yavaş  anlamağa 
başlayırdı.  
- Bəs skripkada çalan kim idi?  - O soruşdu. - Mən indi də onun 
səsini eşidirəm, -  Knyaz dedi. 
- Siz tamamilə haqlısınız. - Holms cavab verdi. – Bu qramafonlar 
çox gözəl alətdir. 
    Bu  vaxt  qapı  açıldı.  Polis  nəfərləri  içəri  girdilər  və  dərhal  iki 
caninin  əllərini  qandalladılar.  Hamı  gedəndən  sonra  Uotson  və 
Billi (əlbəttə, indi o burada idi) dostunun bu böyük qələbəsindən 
heyranlıqla danışmağa başladı, amma Şerlok Holms onlara mane 
oldu.  
-    Mən  xanım  Handsona  demişdim  ki,  axşam  yeməyini  bu  gün  
səkkizin  yarısında    yeyəcəyəm.  Düz  vaxtıdır.  Əminəm  ki, 
Handson  bizim  üçün  bir  şey  hazırlayıb.  Billi,  ona  de  ki,  yemək 
hazır olanda bizi çağırsın, gəlib yerimizdə əyləşək.  
 
     
                               
                                    1983 - cü il. 
 
 
 
 
 
 


 
 
 
74 
 
 
 
 
 
 
 
 
 
                     Göy  yaqut 
 
 
    Milad bayramından iki gün sonra dostum, Şerlok Holms məni 
yanına  çağırmışdı.  Mən  otağa  girəndə  Holms  divanda  oturub 
qəlyanını  fısqırdırdı.  Səhər  qəzetləri  də  yanında  idi.  Divanın 
yanında ağacdan qayrılmış bir stul, onun arxasında isə köhnə bir 
keçə  şlyapa  asılmışdı.  Stolun  üstündə  qoyulmuş  lupa  və 
maqqaşdan  aydın  etmək  olurdu  ki,  Holms  həmin  şlyapanı 
diqqətlə yoxlayırmış. 
-  Siz məşğulsunuz, bəlkə bir azdan gəlim, - deyə mən onun işinə 
mane olmaq istəmədim. 
-  Eybi  yoxdur.  Mən  çox  şadam  ki,  işlərimin  nəticələrinin 
müzakirəsində dostum da iştirak edir. İş o qədər də çətin deyildir
amma bu işin içərisində maraqlı şeylər çoxdur. 
    Mən  dostumun  sobaya  yaxın  qoyulmuş  kreslosuna  əyləşdim 
və  əllərimi  sobada  qızdırmağa  başladım.  Hava  çox  soyuq  idi. 
Bayırda şaxta pəncərəyə buz kristallarından zərif naxış çəkmişdi.  
- Məncə, bu köhnə şlyapa sizə bir neçə sirri, bəlkə də bir cinayəti 
aydınlaşdırmaq üçün açar olacaqdır. 
-  Yox, yox. Burada cinayət  yoxdur.  – Holms güldü. –Siz bizim 
binada işləyən Petersonu tanıyırsınızmı? 
-  Bəli. 
-  Bu köhnə şlyapa onundur. 
-  Bu onun şlyapasıdır? 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə