Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   2   3   4   5   6   7   8   9   ...   28

Müsəlman  elmi 
117 
 
məlumata rast gəlinir.      
X
Ι
  əsrdə  İspaniyada  yaşamış  Əl-Muradinin  avtomatlar  haqqında 
yazdığı  kitab  bizə  gəlib  çatmamışdır.  Bu  kitabda  ilk  dəfə  olaraq 
təkmilləşdirilmiş dişli çarxların (seqment və elipsik dişli çarxlar) böyük 
fırlanma  momentini  ötürmək üçün tətbiqindən bəhs  edilmişdir. Bu dişli 
çarxlar Avropada 1365-ci ildə italiyalı Covanni (ital. Giovani de´Dondi
tərəfindən saatların hazırlanmasında ilk dəfə tətbiq edilmişdir.  
Əl-Zərgəli  (X
Ι
  əsr)  sənətçi  ailəsində  anadan  olmuşdur.  O,  həssas 
alətlərin  ustası  kimi  tanınmış,  Toledolu  (İspaniya)  Qadi  ibn  Sənginin 
şagirdi  olmuşdur.  Əl-Zərgəli  1062-ci  ildə  Toledo  üçün  su  saatını 
layihələndirir. Su  saatı  su  ilə  doldurulmuş  iki  qabdan  ibarət  idi.  Qablar 
vaxtdan asılı olaraq öz-özünə boşalırdılar. Bu saatlar 1133-cü ilə qədər  
tətbiq  olunmuşlar.  V
ΙΙ
  Alfons  (1104

1157-ci  illər)  saatın  işləmə 
prinsipini  öyrənmək  üçün  onu  sökməyə  göstəriş  verir.  Ancaq  üstalar 
sonra bu saatı geri  yığa bilmirlər. Əl-Zərqəli  vəfat etmiş, onun cizgiləri 
isə artıq itmişdir. Bu saat o dövrdə ay təqviminə əsaslanan dəqiq su saatı 
idi.  Zərqəlinin  düzəltdiyi  su  saatı  XV
ΙΙ
  əsrdə  yayılmış  planetar  təqvim 
qurğusunun öndəri hesab olunur.      
Bu  mühəndislərdən  fərqli  olaraq  Banu  Musa,  Əl-Cəzarinin  və 
Tağıyəddinin  kitabları  bizə  qədər  gəlib  çatmışdır.  Ona  görə  də  sonrakı 
bölmədə  bu  şəxslər  və  onların  işləri  barədə  müəyyən  qədər  ətraflı 
məlumat verilir. 
 
 
 
 
 
 
 
 
 
 


Müsəlman  elmi 
118 
 
Banu Musa  
 
B
anu  Musa  kimi  tanınan  Məhəmməd,  Əhməd  və  Əl-Həsən 
qardaşları,  Xəlifə  Əl-Məmunun  yol  göstərəni  və  münəccimi  Şakirin 
övladları olmuşlar (İX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlif 
tərəfindən  Bağdad  şəhərini  hökmdarı  İbrahim  Əl-Musabiyə  tapşırılır. 
Uşaqların 
təhsili 
ilə 
Bağdad 
şəhərində  fəaliyyət  göstərən, 
İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək,  “Hikmət 
evi” kitabxanasında tərcüməçiliklə məşğul olan Yəhya ibn Abu Mansur 
məşğul  olur.  Bu  qardaşlardan  böyüyü  Məhəmməd  həndəsə  və 
astronomiya,  ortancıl  qardaş  Əhməd  mexanika  və  kiçik  qardaş  Həsən 
həndəsə uzrə təhsil alırlar.  
Bu  qardaşlar  ümumilikdə  20-yə  yaxın  kitab  yazmışlar  və  bununla 
müsəlman elminin inkişafına güclü təkan vermişlər.  
Ümumiyyətlə,  müsəlman  dünyasında  texnikanın  inkişafı  Əhməd 
Banu  Musanın  kitabı  ilə  başlayır  [1.56,  1.58,  1.60,  1.63,  1.67].  Bu 
tanınmış  kitab  850-ci  ildə  yazılmış    “Texniki  qurğular  kitabı”dır  (ərəb. 
Kitab  Əl-Hiyal).  Banu  Musa  antik  dövrdə  yaşamış  yunan  mühəndisi 
Heronun işləri ilə tanış olmuşdur. Öz kitabında o, 100-ə yaxın qurğunun 
izahını  verir.  Bu  qurğulardan  böyük  əksəriyyəti  Heronun  və  Filonun 
işlərindən  götürülüb.  Buraya  quyulardan  suyun  çıxarılması,  müxtəlif 
növlü su qabları, bulaq lampaları və çirkli quyularda istifadə olunan qaz 
maskaları  aiddirlər.  O,  bu  qurğuların  işləmə  prinsipini  izah  etmək  üçün 
hidrostatika  və  aerostatikanın  elmi  əsaslarından  istifadə  etmişdir.  Banu 
Musa  avtomatik  ventil,  tənzimləmə  qurğusu  və  onun  tətbiqi  haqqında 
yazmışdır. O ilk dəfə olaraq dirsəkli vallardan istifadə etmişdir. Halbuki 
bu valların Avropada tətbiqi 500 il sonraya təsadüf edir.  
Düzəltdiyi  tənzimləmə  sistemlərində  Banu  Musa  ilk  dəfə  olaraq 
drossellərdən  istifadə  edir.  Tənzimlənən  parametrin  yuxarı  və  aşağı 
həddini  nəzərə  almaqla  işləyən  nəzarət  sistemi  böyük  maraq  kəsb  edir. 
Bu sistemlərdən hal-hazırda da maşınqayırmada geniş istifadə edilir. 
Videmanın işlərində  verilmiş su qablarında suyun həcmini tənzimlə- 


Müsəlman  elmi 
119 
 
yən 
tərtibatlardan 
ikisinin 
təhlili 
əhəmiyyətlidir  [1.56].  Bu 
mexanizmlərın  biri  şəkil  1.74-də  təsvir  edilmişdir.  Bu  tərtibat  qabdan 
(G)  götürülən  suyun  miqdarından  asılı  olaraq  verilən  suyu  tənzim  edir. 
Qab  əgər  dolarsa,  və  ya  verilən  suyun  həcmi  qəflətən  kəskin  artarsa, 
onda  suyun  verilməsi  dayandırılır.  Tənzim  edici  mexanizm  əsasən  T 
qabında  yerləşmiş  üzgəclə  (
Σ
)  idarə  olunur.  Axan  su  T  qabından 
keçdiyindən  orada  suyun  həcmi  artdıqca  üzgəc  yuxarıya  qalxır  və 
müəyyən vaxtdan sonra ventil (ml) tıxanır (şəkil 1.74, b). G qabından su 
götürüldükdən  sonra  isə  üzgəc  aşağıya  düşür  və  ventil  yenidən  açılır. 
Ventilin ölçüləri sınaqlar vasitəsilə təyin olunurdu.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
a) 
 
 
 
 
b) 
 
 
Şəkil 1.74. Tənzimlənən su qabı.
 
 
Banu  Musa  ikili  qaba  malik  başqa  bir  qurğuda,  suyun  və  şərabın 
müxtəlif  qablara  verilməsini  idarə  edir.  G
1
  qabına  yavaş-yavaş  şərab 
tökdükdə F
1
 fiqurundan bu qaba şərab, ikinci qaba (G
2
) isə su axır (şəkil 
1.75). Əgər G
1
 qabına sürətlə su tökülərsə onda G
1
 qabına su, G

 gabına  


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə