Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   2   3   4   5   6   7   8   9   ...   28

Müsəlman  elmi 
111 
  
cibliyini xüsusi vurğulamışdır. Həyat təhlükəsi çox yüksək olduğu üçün 
dəbdə  olmayan  cərrahi  müalicəyə  dair  nümunələr  vermiş  və 
əməliyyatlarda istifadə etmək üçün bəzi alətlər təklif etmişdir. 
Tarixdə  iz  qoymuş  ərəb  alimlərindən  biri,  Şərqdən  Andalusiyaya 
köçmüş Abbas İbn Firnas (888 ildə vəfat etmişdir) idi. O, uzun  müddət 
Florensiyada  yaşamışdır.  Buraya  musiqi  öyrənmək  üçün  gələn  Firnas 
sonralar  riyaziyyata  meyl  göstərir.  Az  sonra  uçmaq  xəyalına  düşən 
Firnas mexanika ilə məşğul olur. O, ağacdan və quş lələklərindən özünə 
qanad  düzəldərək  uçmağa  cəhd  edir.  Xoşbəxtlikdən  o,  bu  sınaqdan 
salamat  çıxır.  Sonralar  Firnas  müxtəlif  kristalların  strukturunun 
öyrənilməsi  ilə  məşğul  olur  və  süni  kristall  hazırlamaq  üçün 
texnologiyanın əsasını qoyur.  
VIII-XV  əsrlərdə  müsəlman  dünyası  riyazi  tədqiqatqlar  mərkəzi  idi. 
Bir  çox  müsəlman  alimlərinin  dəyərli  işləri  tarixdə  özünə  yer  almışdır. 
Riyaziyyat  elimində  Abu  Abdallah  Məhəmməd  ibn  Musa  əl-Xorəzmi 
(780

835 
ci 
illər) 
“Müxtəsər 
etməklə 
hesablama  və  bərabərlik”  (ərəb.  Əl-kitab  əl-
müxtəsər  fi  hesab  əl-cəbr  va-l-muqabala)  adlı 
riyazi  əsəri  ilə  insaniyyətə  əvəzolunmaz  bir 
töhvə  vermişdir.  Əl  Xorəzmi  (şəkil  1.71) 
riyaziyyatın  bir  sahəsi  olan  “Cəbrin  “  əsasını 
qoyaraq  ona  bu  adı  vermişdir.  Bu  kitab 
qaydalar  və  nümunələrdən  ibarətdir.  Xorəzm 
xətti  və  qeyri  xətti  tənliklərin  həllində 
tamamilə yeni məntiqi bir üsul təklif  etmişdir. 
Onun kitabı X
ΙΙ
 əsrdə bir neçə dəfə latın dilinə 
tərcümə edilmiş və tərcümədə kitabın adındakı 
“Cəbr”  sözü  bu  yeni  sahə  üçün  əsas  anlayışa 
çevrilmişdir.  Onun  işləri  nəinki  Şərqdə,  həmçinin  Avropada  riyaziyyat 
elminin  öyrənilməsinə  böyük  təkan  vermişdir.  Xorəzmin  işlədiyi  yeni 
riyazi  məntiq  ardıcıllığı,  tərcümələrdə  onun  adının  təhrif  olunmuş 
formada yazılmasından alınan “Alqoritm“ kimi yayılmışdır. 
 
Şəkil 1.71. Əl Xorəzm. 


Müsəlman  elmi 
112 
 
Bundan  əlavə  Xörəzm  hind  rəqəmlərindən  istifadə  olunması 
haqqında  kitab  yazaraq,  onluq  say  sisteminin  əsasını  qoymuşdur. 
Sonralar  hind  rəqəmləri  ərəblərdən  Avropaya  keçmiş  və  yanlış  olaraq 
ərəb rəqəmləri kimi adlandırılmışdır.  
 Araşdırmalar  göstərmişdir  ki,  müsəlmanlar  nəzəri  məsələlər  ilə 
bərabər,  praktiki  məsələlərə  də  böyük  maraq  göstərmişlər  [1.51,  1.52, 
1.55]. İspaniyadan Çinə qədər böyük bir ərazini tutumuş ərəblər texniki 
vasitələri  effektiv  tətbiq  etmək  üçün  üsulların  inkişafı  ilə  məşğul 
olmuşlar.  Suvarma  sisteminin  təkmilləşdirilməsi,  kanalların  tikilməsi, 
hidravlik  maşınların  işlədilməsi  kimi  məsələlər  də  öndə  dururdu.  Əl 
Həsən yazır ki, texniki məsələlər o dövrdə fəlsəfənin tərkib hissəsi kimi 
öyrənilirdi və  mühəndislər cəmiyyətdə xüsusi yer tuturdular. Müsəlman 
mühəndisləri  texniki  avadanlıqların  layihələndirilməsi  və  hazırlanması 
metodları  ilə  məşğul  olmuşlar.  Müsəlmanlar  həndəsə  və  ölçmə  ilə 
bərabər  döymə,  tökmə  və  qaynaq  kimi  emal  üsullarına  da  maraq 
göstərmişlər.  
Müsəlman  alimləri  fizikanı 
bizə 
məlum 
olan 
formada 
tanımırdılar.  Fizika  ilə  adətən 
təbiət 
fəlsəfəsində 
Aristotel 
nəzəriyyəsinə 
əsaslanaraq 
məşğul  olunurdu.  Antik  atom 
nəzəriyyəsinə 
dair 
müsəlman 
elmində  çoxlu  diskusiyalara  rast 
gəlinir.  Burada  Biruninin  və  Əl 
Hətəmin işləri diqqətə layiqdir.   
İlk dəfə olaraq IX əsrdə, əslən 
özbək  olan  Biruni  (şəkil  1.72) 
cisimlərin  sıxlığını  təyin  edən 
cihaz  düzəldir  və  “Xüsusi    çəki” 
kitabında  onu  təsvir  edir.  Bu  xüsusi  qab  olub,  içərisinə  salınan  cismin 
həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tu- 
 
Şəkil 1.72. Biruni. 


Müsəlman  elmi 
113 
 
tulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir [1.57].  
Biruni  mayelərdə  xüsusi  çəkini  ölçmək  üçün  düzəltdiyi  başqa  bir 
cihazın  köməyi  ilə  şirin  və  duzlu  suların  xüsusi  cəkilərini  soyuq  və  isti 
hallarda  təyin  edərək  göstərmişdir  ki,  suyun  sıxlığı  ilə  onun  xüsusi 
çəkisi arasında bir asılılıq mövcuddur.  
Biruninin  yaşadığı  dövrdə  astronomiya  elmi  güclü  inkişaf  etməkdə 
idi.  Şərq  alimləri  əsasən  astronomik  müşahidələr  aparmaq  üçün  tətbiq 
olunan  cihazlar  ixtira  edərək,  onları  təkmilləşdirirdilər.  Burada 
riyaziyyatın  tətbiqi,  onun  yeni-yeni  sahələrinin  yaranmasına  gətirib 
çıxarmışdır.  
Astronomiyaya  olan  maraq  həm  də  dini  təqvimlərin  düzəldilməsinə 
olan tələbat ilə əlaqədar idi. Dini bayram günləri, orucluq, gündəlik dini 
ritualların  dəqiq  vaxtını    bilmək  və  həmçinin  məscidlərin  tikilməsində 
Məkkənin istiqamətinin təyini, səmanı seyr etmək üçün dəqiq cihazların 
və  alətlərin  düzəldilməsini  tələb  edirdi.  Biruni  ilə  bərabər  xarici 
ədəbiyyatlarda  fars  kimi  qələmə  verilən,  əslən  azərbaycanlı  olan 
Nəsrəddin  Tusinin  də  astronomiyada  tətbiq  olunan  riyaziyyat  elminin  
inkişafında əməyi az olmamışdır [1.16].    
  Astronomiyada  tətbiq  olunan  cihazların  düzəldilməsi  və  tətbiqi 
haqqında  yalnız  Biruninin  işlərində  rast  gəlinir.  Onun  fikrincə 
astronomik  müşahidələri  yalnız  o  şəxs  dəqiq  yerinə  yetirirə  bilər  ki, 
onun,  cihazların  işləmə  prinsipindən  xəbəri  olsun.  Bu  baxımdan  o, 
astronomiyada  geniş  istifadə  olunan  “Astrolab”ın  (şəkil  1.73) 
konstruksiyası 
və 
işləmə 
prinsipini 
özünün 
“Astrolabiumsun 
hazırlanmasında  bütün  mümkün  imkanlardan  istifadə  etmək”  kitabında 
(təxm.  995-ci  il)  təsvir  edir.  O,  bu  kitabda  coxlu  sayda  Astrolabların 
konstruksiyalarını izah etməklə bərabər, onların tətbiqi və həmçinin fəza 
cisimlərinin  koordinatlarının  təyin  olunmasında  yaranan  xətaların 
qiymətləndirilməsi  haqqında  da  tövsiyələr  verir.  Astrolab  əsasən 
boşqaba  oxşayan  metallik  lövhədən  ibarət  olub,  onun  daxilində  bütün 
mexanizm  yerləşdirilir.  Bu  lövhənin  üzərində  üç  yastı  dairəvi  lövhə 

 
timpanlar oturdulur. Bu timpanların üzərinə səma koordinat torunun xət- 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə