Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   2   3   4   5   6   7   8   9   ...   28

Müsəlman  elmi 
114 
  
tləri  (stereoqrafik  proyeksiya),  səma  meridianları,  dünya  qütbünü  və 
horizontunu  göstərən  xətt  qeyd  olunur.  Verilən  coğrafi  endən  asılı 
olaraq  dünya  qütbünün  vəziyyəti  və  səma  koordinat  torunun 
proyeksiyası  müxtəlif  olur.  Ona  görə  də,  timpanların  üzərində  müxtəlif 
cografi  enlər  üçün  səma  koordinatları  qeyd  olunur.  Cihazın  mərkəz 
oxuna  bərkidilmiş  nişanlama  xətkeşini  ölçülən  əşyaya  tuşlamaqla  onun 
uzərində  qeyd  olunmuş  tarixi  və  ya  vaxtı  təyin  etmək  olur.  Bu  cihazın 
köməyi  ilə  həm  də  günəşin  və  ayın  vəziyyəti,  həmçinin  ayın  üzünün 
tutulması 
fazalarını 
tapmaq 
olur. 
Astrolabın 
triqonometrik 
hesablamalara  əsaslanan  işləmə  prinsipinin  dəqiqliyi,  onun  hissələrinin 
hazırlanma dəqiqliyindən asılı idi. Ədəbiyyatlarda  bu   hissələrin  hazır-     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.73. Astrolab.
 
 


Müsəlman  elmi 
115 
 
lanma texnologiyasına aid heç bir məlumata rast gəlinmir.   
Fizikanın  inkişafında  İbn  əl  Hətəmin  işləri  vacib  rol  oynamışdır 
[1.64].  O  Ptomoleyin  səma  hadisələrinin  riyazi  modelini  interpretasiya 
etmək və Aristotel fizikası ilə uzlaşdırmaq üzrə tədqiqatlar aparmışdır.  
Müsəlman riyazi elminə aid edilən optik problemlərin riyazi üsullarla  
araşdırılması  da  İbn  əl  Hətəmiyə  mənsubdur.  İbn  əl  Hətəmi  apardığı 
astronomik  tədqiqatlarında  əldə  etdiyi  nəticələrini  yalnız  işlədiyi  nəzəri 
əsaslarla  yoxlaya  bildiyi  halda,  optikada  məlum  olan  problemlər  ona 
prinsipial  olaraq  sınaqlara  keçməyə  imkan  vermişdir.  Apardığı 
sınaqların  nəticələrini  düzgün  qiymətləndirmək  üçün  cihazlardan 
düzgün  istifadə  etmək  və  lazım  gəldikdə  işlədiyi  riyazi  nəzəriyyəyə 
əsasən yenisini düzəltmək İbn əl Hətəminin görkəmli bir fizik olmasını 
sübut  edir  [1.64].  Məsələn,  o  ilk  dəfə  olaraq  işığın  düzxətli  yayılması 
ideyasını, içi boş güzgüyə düşən işığın dağılmasını sınaqların köməyi ilə 
yoxlamışdır.  O,  optika  sahəsində  gördüyü  işlərin  nəticələrini  bir  neçə 
kitab  şəklində  çap  etdirmişdir.  Onun  kitablarından  “Kitab  fil  manazir” 
(ərəb.  Böyük  optika)  ən  məşhurudur.  Bu  kitab  haqqında  Roqer  Bakon, 
Vitelos  və  Con  Pekams,  Leonardo  da  Vinçi  və  Yohannes  Kepler  kimi 
alimlərin  işlərində  qeyd  edilmişdir.  İbn  əl  Hətəm  işığı  kiçik  hissəciklər 
axını  kimi  təsvir  edir.  O,  qabarıq  və  çökük  səthlərdə,  silindrik,  konik, 
sferik 
güzgülərdə 
işığın 
refleksiya 
olunmasının 
xassələrini 
araşdırmışdır. İbn əl Hətəm işığı iki tərkib hissəyə bölmüşdür. Onlardan 
biri  güzgü  səthinə  paralel,  digəri  isə  ona  perpendikulyar  izah  olunur. 
İşığın refleks olunması haqqındakı qanunu sınaqlarla sübut etmək də İbn 
əl  Hətəmiyə  aiddir.  Ancaq  bu  çox  vaxt  səhv  olaraq  Bakonun  adına 
yazılır [1.64]. 
XII  əsrdə  ilk  dəfə  olaraq  müsəlman  alimləri  tərəfindən  mexaniki 
hərəkətin  dinamik  və  kinematik  xassələri  araşdırılmışdır.  Buna 
müsəlman  alimlərindən  İbn  Rəşid  və  İbn  Baccanın  tədqiqtlarında  
Aristotelin  işlərinə  dair  yazdıqları  izahatda  rast  gəlinir.  Bu  ideya  XIII 
əsrdə İngiltərədə xristian filosofları tərəfindən daha təkmilləşdirilmişdir.     
Müsəlmanlar öz ideyalarının bir çoxunu çinlilər, hindlilər və bizans- 


Müsəlman  elmi 
116 
 
lılardan    götürmələrinə  baxmayaraq  onlar  bu  texniki  vasitələrdə 
əhəmiyyətli  dərəcədə  təkmilləşdirmə  və  yeniləşmə  aparmış,  seqmentli 
dişli  çarxları,  müəyyən  avtomatik  tənzimləmə  sistemləri  və  hidravlik 
qurğuları  tətbiq  etmişlər.  Onların  işlərinə  həmçinin  müxtəlif  saatlar  və 
alətlərin, qənd istehsalı və bitki yağlarının çıxarılması üçün maşınlar aid 
idilər.  Bu  maşınlardan  bəziləri  bu  günə  kimi  bizə  gəlib  çatmışdır.  O 
dövrdə  körpü  və  su  bəndlərinin  tikintisi  geniş  yayılmışdır.  Çaylar 
üzərində  qurulmuş  su  dəyirmanları  su  enerjisindən  istifadə  edərək 
müxtəlif  məqsədlər  üçün  istifadə  edilirdi.  Bu  məqsədlə  ilin 
mövsümündən  asılı  olaraq  suyun  səviyyəsini  sabit  saxlamaq  üçün  su 
bəndlərindən  istifadə  edilirdi.  Arxeoloji  tapıntılar  göstərir  ki,  bu 
enerjidən hətta ağacların mişarlanmasında da istifadə olunmuşdur.  
Külək  dəyirmanlarının  tətbiqi  hələ  xəlifə  Ömərin  (634

44  cü  illər) 
hökmranlıq 
etdiyi 
dövrdə 
məlum 
idi. 
Avropada 
isə 
külək 
dəyirmanlarının tətbiqinə aid ilk dəfə olaraq 1105-ci ildə bir dini icmaya 
külək  dəyirmanının  hazırlanması  üçün  verilən  icazəni  göstərən  fransız 
aktında  rast  gəlinir.  Əl  Qəzvin  öz  kitabında  Seyistanda  (indiki 
Əfqanıstanda)  daimi  hərəkətdə  olan  belə  bir  külək  dəyirmanın 
tətbiqindən yazır. Bu dəyirmanlar əsasən iki hissədən ibarət idilər. Aşağı 
hissədə,  yəni  otaqda  pərlər  bərkidilmiş  val,  yuxarı  otaqda  isə  daşlar 
yerləşdirilirdi. Yelkənin oxu üfiqi, daşların valı isə şaquli yerləşirdi. Bu 
vallar  bir-biri  ilə  dişli  çarxların  köməyi  ilə  birləşdirilmişdilər.  Bu 
dəyirmanların qalıqlarına indi də rast gəlmək olur [1.68, 1.69] .  
Qədim  müsəlman  dünyasında bir çox  məşhur  mühəndislər olmuşlar.  
Bunlardan  Əl  Qaracı  (XI  əsr)  “Gizlənmiş  suyun  çıxarılması”  (ərəb
İnbat  Əl  Miyah  Əl-kəfiyyə)  adlı  kitabında  həndəsənin  tətbiqi  və 
hidrologiyada  riyaziyyatın  tətbiqini  təhlil  etmişdir.  O,  su  mənbələrinin 
tapılması,  quyuların  qazılması,  yeraltı  borulardan  istifadə  edilməsini 
təsvir etmişdir.   
Ən  məşhur  müsəlman  mühəndisləri  kimi  Tağı  Əl  Din,  Əl  Zərqəli, 
Banu Musa və Əl Cəzari sayılırlar. Təəssüf  olsun ki,  bu  mühəndislərin 
işləri  az tədqiq  olunduğundan onlar haqqında texniki ədəbiyyatlarda az 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə