Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   2   3   4   5   6   7   8   9   ...   28

Antik dövrdə maşınqayırma 
107 
 
yə  bərabər  və  konusla  silindrin  doğuranlarının  yaratdığı  üçbucaq 
bərabəryanlı  olduğundan,  silindrin  doğuranı  üzrə  nöqtələr  arasındakı 
məsafələr,  müstəvidə  mərkəzdən  olan  nöqtələr  arasındakı  məsafəyə 
bərabərdir.  Sonra  o,  göstərir  ki,  konusun  üzərindəki  vintin  istənilən 
nöqtəsinə  çəkilmiş  toxunan  üfiqi  müstəvidə  spirala  çəkilmiş  toxunanla 
eyni şaquli müstəvidə yerləşir. Bununla Pappos fəzada qurulmuş spiralla 
müstəvidəki  spiral  arasında  əlaqəni  göstərmiş,  ilk  dəfə  olaraq  konik 
vintlərin qurulmasına dair fikir söyləmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.69. Fəzada spiralın təsviri. 
 
 
 
 
 


Müsəlman  elmi 
108 
 
1.5. Müsəlman dünyasında elm və texnika  (V
ΙΙΙ−
XIV əsrlər) 
 
Q
ərbdə hər bir şəxs son 500 ildə elm və texnikanın inkişafında baş 
verən  inqilabla  fəxr  etdiyi  halda,  bu  inqilabın    əvvəlində,  o  dövrdə 
müsəlmanların  malik  olduqları  texniki  elmin  nə  dərəcədə  katalizator 
rolunu  oynaması  haqqında  təsəvvürləri  yoxdur.  Qərb  cəmiyyəti, 
ümumiyyətlə  Şərqdən  yalnız  riyaziyyatın  Qərbə  gəlməsi  barədə  yeganə 
və cüzi informasiyaya malikdir. Bu, müsəlman aləmində mövcud olmuş 
qədim  texnologiyanın  avropalılar  tərəfindən  az  öyrənilməsi  ilə 
əlaqədardır.  Uzun  müddət  Avropada  texnikanın  Qərbdə  yaranıb  və 
Qərbə  mənsub  olması  haqqında  ideologiya  hökm  sürmüşdür.  Bu  yanlış 
fikir  xeyli  vaxt  Qərb  və  Şərq  arasında  yaranan  böyük  sosial  və  siyasi 
gərginliyə  səbəb  olmuşdur.  XIX  əsrdən  başlayaraq  müsəlman  elminə 
maraq  göstərən  bir  neçə  avropalı  alim  qədim  Şərqdə  mövcud  olmuş 
texnikanın  öyrənilməsi  üzərində  aramsız  işləmişlər.  Bu  araşdırmalar 
nəticəsində  məlum  olmuşdur  ki,  ixtiraçılıq  ruhu  I

X  əsrlərdə  Şərqdə 
daha  yüksək  olmuşdur.  XX  əsrdə  alman  alimi  Videman  və  amerikalı 
şərqşünaslar  Donald  Hill  və  Əhməd  əl  Həsən  müsəlman  aləmində 
mövcud olmuş texnologiyanı dərindən araşdırdıqdan sonra bir çox Qərb 
tarixçilərinin qərəzli suallarına bir dəfəlik cavab verilmişdir [1.51-1.63].  
On  bir  əsr  bundan  əvvəl  ərəb  dünyasında  müxtəlif  xalqlardan  olan, 
görkəmli  alimlərin  və  tədqiqatçıların  iştirak  etdiyi  bir  inkişaf  baş 
verməkdə  idi.  Bu  tərəqqi  uzaq-uzaq  yerlərdən  tələbələri  məhz  Şərqə, 
orada  yaşayıb  fəaliyyət  göstərən  alimlərdən  dərs  almaları  üçün  cəlb 
edirdi.  Əsas  tədqiqat  mərkəzləri  Bağdad,  Dəməşq  və  Qahirədə 
cəmləşmişdir [1.55, 1.56]. Onu da qeyd etmək lazımdır ki, ərəb elmi və 
texnologiyasının  əsasında    təxminən  4  min  il  əvvəl  bu  ərazilərdə 
yaşamış  Şumer  sivilizasiyasından  qalan  vacib  köklər  dururdu.  Misirdə 
b.e.ə.  III  minillikdə  mövcud  olmuş  Fironlar  yüksək  səviyyədə  təşkil 
olunmuş  bir  dövlətçiliyə  malik  idi.  Bu  dövrdə  incəsənət,  texnika, 
riyaziyyat və astronomiya özünün ən yüksək pilləsinə çatmışdır.  
Roma imperiyası tənəzzülə uğradıqdan sonra, onun Qərb hissəsi Ger- 


Müsəlman  elmi 
109 
 
manlar tərəfindən tutulmuşdur. Tədricən güclənən ərəb dövləti Misir isə 
bu imperiyanın Şərq tərəfini sıxışdıraraq İspaniya, Fələstin, Suriya, Fars 
və kiçik Asiyanı zəbt etməyə nail olur.  
Bağdad  şəhəri  getdikcə  müsəlman  mədəniyyətinin  mərkəzi  kimi 
inkişaf  edərək  aparıcı  rol  oynamağa  başlayır.  Bu  dövrdə  Abbasidilər 
xəlifələri,  əsasən  Əl  Mənsur,  Harun  Əl  Rəşid  və  Əl  Mövsun  (754-833-
cü  illər)  elmin  inkişafını  dövlət  siyasətinə  çevirmişdilər.  Elm,  tədqiqat 
və  təhsil  bütün  sahələrdə  dövlət  tərəfindən  himayədarlıq  edilirdi. 
Bağdaddakı “Hikmət evi” (ərəb. Beit Əl Hikmət), sonralar Dəməşqdə və 
Qahirədə  yaradılan  elm  məktəbləri  tanınmış  alimlərin  yetişməsi  üçün 
şərait  yaradaraq  dəyərli  elmi  nəticələr  vermişlər.  VIII  əsr  ərəfəsində 
Çindən  kağızın  gətirilib  tətbiq  olunması  Şərq  cəmiyyətində  biliklərin 
mübadilə  olunmasına  daha  da  təkan  vermişdir.  IX  əsrdə  Avropada  ən 
böyük kitabxana sayılan St.Gallen 36 cildlik kitaba malik olduğu halda, 
Bağdad  kitabxanasında  500000  əlyazma  saxlanılırdı  [1.51,  153,  1.55]. 
Bir  çox  mütəxəssislər  bunun  səbəbini  ərəblərin  kağız  hazırlama 
texnologiyasına və bununla kağıza malik olmaları ilə əlaqələndirirlər. O 
vaxt Qərbdə hələ kağız yox idi.  
Böyük, əzəmətli kitabxanaların tikilməsi 
tərcüməçilik 
və 
antik 
dövr 
elminin 
öyrənilməsində 
misli 
görünməmiş  bir 
inkişafın  başlangıcını  qoyur.  Ərəb  və 
müsəlman  alimləri  demək  olar  ki,  elmin 
bütün  sahələrində  nailiyyətlər  əldə  edir- 
dilər.  Müsəlman  aləmində  Radi  İsn  Əbu 
Əlia  Əl  Hüseyn  və  Avropada  “Avisenna” 
kimi  tanınmiş  və  ərəblərin  Aristoteli 
adlandırılan İbn Sina (şəkil 1.70) ən məşhur 
alimlərdən sayılırdı. İbn Sina tutduğu siyasi 
vəzifələrlə bərabər, ədəbiyyat, tibb və təbiət  
elmləri üzrə dəyərli işlər görmüşdür [1.64, 165].  
 
 
    Şəkil 1.70. İbn Sina. 


Müsəlman  elmi 
110 
 
O,  mineral  və  daşlar,  onların  quruluşu  və  tətbiqi  haqqında  kitab 
yazmışdır.  İbn  Sina  mexanika  ilə  də  maraqlanmış  və  bəzi  cəhətlərdən 
Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismə təsir edən 
qüvvə  yox  olduqda,  cismin  sonra  da  hərəkətini  davam  etdirməsini 
mümkün edən amil kimi havanı göstərir. Digər tərəfdən Aristotel havanı 
hərəkət  edən  cismə  müqavimət  göstərən  bir  amil  kimi  də 
səciyyələndirir.  
İbn Sina, bu ziddiyyəti araşdırmış, apardığı  müşahidələr nəticəsində 
hava  ilə  küləyin  güclərini  müqayisə  etmiş  və  Aristotelin  haqlı  ola 
bilməsi  üçün  havanın  təsirinin  küləyin  təsirindən  güclü  olması 
nəticəsinə gəlmişdir.  
Bu  isə  adi  təbiətdə  müşahidə  olunan  hallardan,  məsələn  bir  ağacın 
yaxınından  ötüb  keçən  bir  ox  ağacda  və  yarpaqlarda  ən  xırda  bir 
tərpənmə  meydana  gətirmədiyi  halda,  küləyin,  ağacları  silkələməsi  və 
hətta kökündən  qopara bilməsi aydındır. Elə isə  havanın  gücü cisimləri 
daşımaq üçün kifayət deyil. 
İbn  Sinanın  əsas  işləri  tibb  sahəsinə  aiddir.  İbn  Sina,  ilk  növbədə 
həkim  olmuşdur  və  bu  sahədəki  tədqiqatları  ilə  məşhurdur.  Tibblə 
əlaqəli  bir  çox  əsər  qələmə  almışdır,  bunlar  arasında  xüsusilə  ürək-
damar  sisteminə  aid  olanlar  diqqətə  layiqdir.  İbn  Sinanın  monumental 
“Tibb  dərsliyi”  XII  əsrdə  latın  dilinə  tərcümə  olunmuş  və  Avropada 
yayılmağa  başlamışdır.  Bundan  sonra  İbn  Sina  Avropada  “Avisenna” 
adı  ilə  məşhurlaşır.  Onun  kitabı  Qərb  ölkələrində  XVI  və  Şərq 
ölkələrində XIX əsrin əvvəllərinə qədər oxunmuş və istifadə edilmişdir. 
Beş  kitabdan  ibarət  bu  ensiklopedik  əsərin  birinci  kitabı,  anatomiya 
və  qoruyucu  həkimlik,  ikinci  kitabı  adi  dərmanlar,  üçüncü  kitabı 
patologiya,  dördüncü  kitabı  dərmanlar  və  cərrahi  metodlarla  müalicə, 
beşinci  kitabı  isə  müxtəlif  dərman  tərkibləri  ilə  əlaqəli  təfsilatlı 
məlumatlardan  bəhs  edir.  İbn  Sinanın  bu  əsəri  araşdırıldıqda, 
mövzuların sistematik bir formada tədqiq edildiyi nəzərə çarpır. Tarixdə 
ilk  dəfə  tibb  və  cərrahiyyəni  iki  ayrı  qayda-qanun  kimi  qiymətləndirən 
İbni Sina, cərrahi müalicənin düzgün aparılması üçün anatomiyanın va- 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə