Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   20   21   22   23   24   25   26   27   28

Renessans dövründə maşınqayırma 
204 
 
Aqostino Ramelli ( 1530

1590) 
 
A
qostino  Ramelli  (  ital.  Agostino 
Ramelli)  1531-ci  ildə  İtaliyanın  Ponte 
Treza  şəhərində  anadan  olmuşdur 
(şəkil  1.154).  1555-ci  ilə  qədər  Gian 
Giakomo  de  Mediçiyə  (1495

1555) 
xidmət etmişdir. Özünün yazdığı kimi, 
bu  dövrdə  Ramelli  riyaziyyat  və 
memarlıq  üzrə  təhsil  alır.  Mediçinin 
hökmdarının  yanında  çalışan  Ramelli 
çox  ehtimal  ki,    Gian  Giakomonu  bir 
çox döyüşlərdə müşaiyət edib.  
Ramelli 
daha 
sonra 
Fransaya 
Enriko  von  Anjousun  (1551

1589) 
yanında  xidmət  etmək  üçün  dəvət  alır.  1574-cü  ildə  Enriko  Fransanın 
şahı  olur  və  Enriko  III  adını  daşıyır.  Bundan  sonra  Ramellinin  sarayda 
mövqeyi  möhkəmlənir.  1588-ci  ildə  Ramellinin  möhtəşəm  əsəri 
“Müxtəlif  və  qabiliyyətli  maşınlar”  (ital.  Le  diverse  ed  artificose 
machine  de  lcapitano  Ramelli)  böyük  formatda  Parisdə  çap  olunur. 
Kitabın  yüksək  keyfiyyətdə  tərtibi  Ramellinin  malik  olduğu  maliyyəyə 
dəlalət edir. Kitab italyan və fransız dilində yazılmış, bir hissəsi onun öz 
ixtirası  olan  195  cizgidən  ibarət  maşın  və  mexanizmləri  əhatə  edir. 
Kitabda  110  nasos,  25  dəyirman,  10  kran,  ağır  yükü  çəkmək  üçün  7 
mexanizm,  15  körpü  növü,  düşmən  səddini  keçmək  üçün  14  tərtibat  və 
mərmiləri atmaq üçün avadanlıqlar təsvir olunmuşdur [1.90].  
Ramellinin  kitabı  renessans  dövrünün  mühəndislik  bəhrələrindən 
olub, uzun müddət Avropada mexanikanın inkişafına təkamül vermişdir. 
O, Aqrikolanın “De Re Metallica (1556)“ kitabı ilə birlikdə ixtiralar və 
maşınlar  haqqında  məlumat  verərək  böyük  təsirə  malik  olub,  renessans 
dövründə ən çox surəti çıxarılan kitab idi.  
Ramelli haqqında bizə gəlib çatan, Filippo Pigafettaya məxsus  qeyd- 
 
  Şəkil 1.154. Aqostino Ramelli. 


Renessans  dövründə maşınqayırma 
 
205 
  
lər  1590-ci  ilə  təsadüf  edir.  Orada  Ramellinin  mühasirədə  olan  Parisin 
müdafiə  olunmasında  iştirakından  söhbət  açılır.  Ancaq  bundan  sonra 
Ramellinin  harada  yaşaması  və  vəfat  etməsi  haqqında  məlumat  yoxdur 
[1.90]. 
Ramellinin  kitabına  ümumilikdə  nəzər  saldıqda,  onun  bir  çox 
maşınlarının  mürəkkəb  olduğu  nəzərə  çarpır.  Buna  görə  də,  o,  bir  çox 
mütəxəssislər tərəfindən “Mürəkkəb  maşınların  dostu” adlandırılmışdır. 
Bu  onunla  əlaqədar  idi  ki,  Ramelli  nə  mühəndis,  nə  də  ki,  texniki  sahə 
üzrə  alim  idi.  O,  yazdığı  kitabı  maşınqayıranlardan  çox  texnika 
həvəskarları  üçün 
nəzərdə 
tutmuş- 
dur.  Bu  renessans 
dövründə 
saray 
əyanları 
üçün 
xarakterik idi.  
Ramellinin 
kitabında 
təsvir 
olunan  maşınların 
kinematikasına  
nəzər 
saldıqda 
məlum  olur  ki, 
onların 
çoxu  
praktiki  əhəmiy- 
yəti  olan  funk- 
siyalara 
malik- 
dir.  O  da  məlum  olur  ki,  bu  maşınların  çoxu  artıq  Leonardo 
məktəbindən  məlum  idi.  Ona  görə  də,  mexanizmlərdən  yalnız  3-ü  yeni 
adlandırıla  bilər  [1.45].  Bu  maşın  və    mexanizmlərdən  maşın- 
qayırmanın tarixi baxımından maraqlı olan bir neçəsinə nəzər salaq. 
Şəklil  1.155-də  təsvir  olunmuş  metal  dəstəklərlə,  əl  ilə  hərəkət 
etdirilən dəyirman onun etdiyi ixtiralardandır.  
Şəkil 1.156-da sonsuz zəncirlə işləyən  çarx ona  qədər  məlum  olan 
 
Şəkil 1.155. Dəyirman.             Şəkil 1.156. Zəncir             
 
çarxı. 


Renessans dövründə maşınqayırma 
206 
 
çarxların təkmilləşdirilmiş forması idi.  
Adi halda, ayaqla fırlanan 
çarxları,  işçilər  ayaq  üstə 
duraraq 
öz 
ağırlıqlarının 
təsiri ilə fırladırdılar. Bu çox 
çətin  və  zəhmətli  bir  iş  idi. 
Ramellinin  təklifinə  görə, 
işçi  çarxın  üzərində  oturaraq 
ayaq  əzələlərinin  köməyi  ilə 
çarxı  fırladırdı.  Şəkil  1.157-
də  göstərilmiş  maili  çarx  isə 
daha 
asan 
fırlana 
bilən 
mexanizmə malikdir. İşçi maili müstəvidə yeriyərək, öz ağırlığının təsiri 
ilə çarxı nisbətən asan fırladırdı.  
Ramellinin  hərəkət  mexanizmlərindən  dişli  çarx  ötürmələrini  qeyd 
etmək  olar.  Bucaq  altında  işləyən  dişli  çarxlarla  bərabər,  Ramelli 
fırlanma  hərəkətini  irəli-geri  hərəkətinə  çevirən  mexanizmlərə  xüsusi 
maraqla yanaşır. 
Şəkil 1.158, a-da təsvir olunmuş mexanizmdə yarısı dişlərlə örtülmüş 
çarx fırlandıqda, növbə ilə gah sağdakı, gah da soldakı  dişlərlə  təmasa 
 
 
 
 
 
 
 
 
 
 
a)
 
b) 
Şəkil 1.158. Dişli çarx ötürməsi. 
 
Şəkil 1.157. Ayaqla fırladılan çarx. 


Renessans  dövründə maşınqayırma 
 
207 
 
girir. Nəticədə, yönəldicilər üzərində yerləşmiş çərçivə irəli-geri hərəkət 
edir. 
Əgər  fırlanma  hərəkətini  baş  müstəviyə  ötürərək  irəli-geri  hərəkətə 
çevirmək lazım gələrsə, onda Ramelli şəkil 1.158 b-də təsvir edilən dişli 
çarx  ötürməsindən  istifadə  edir.  Bu  ötürmədə  yarısı  dişlərlə  örtülmüş 
çarx  üfiqi  vəziyyətdə  yerləşmiş  valın  üzərindəki  dişlərə  ardıcıl  olaraq 
ilişərək, valı gah bu, gah da digər tərəfə döndərir.  
Dişli  çarx  ötürmələrini  su  nasoslarında  tətbiqi  şəkil  1.159,  a-da 
verilmişdir. Yanaşı yerləşdirilmiş nasosların oxu, üzərində dişli daraqlar 
olan  lövhəyə  birləşdirilir.  Bu  lövhələr  uc  tərəfdən  bir-biri  ilə  çarxa 
dolanmış  zəncirlə  əlaqələndirilir.  Lövhələrin  üzərindəki  dişlər  aparıcı 
valın üzərindəki dişli çarxlarla əlaqələndirilir. Val döndükdə o, hərəkəti 
nasosun oxuna ötürərək onları ardıcıl olaraq yuxarı-aşağı hərəkət etdirir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
a) 
 
 
 
b) 
Şəkil 1.159. Su nasosları. 
 
Ramellinin  mexanizmlərində  vintin  tətbiqinə  də  böyük  yer  verilir. 
Sonsuz vint və daraqlı lövhələr ilişməsinə bu gün də tez-tez rast gəlinir. 
Bu  ilişmə  texnikanın  tarixində  ən  qədim  ötürmələrdən  sayılır.  Bu 
ötürmələrdən  Ramelli  su nasoslarında  istifadə etmişdir. Şəkil 1.159, b- 


Renessans dövründə maşınqayırma 
208 
 
də fırlanan vint nasosun oxunu yuxarı-aşağı hərəkət etdirir.  
Nasosların  məhsuldarlığını  artırmaq  üçün  Ramelli  bir  valın  köməyi 
ilə  bir  neçə  nasosu  hərəkətə  gətirmək  üçün  mexanizm  təklif  edir  (şəkil 
1.160,  a).  Mexanizm  əsasən  şaquli  valın  üzərində  yerləşdirilmiş, 
üzərində  yumruqcuqlar  olan  silindrik  lövhələrdən  və  onun  ətrafında 
düzülmüş nasoslardan ibarətdir. Nasosların oxları yumrucuqlar üzərində 
oturdulmuş  dirsəklərlə  əlaqələndirilir.  Yumruqcuqlu  lövhə  döndükdə, 
yumruqcuqlar  silindrik  kolbanın  oxunu  ardıcıl  olaraq  yuxarıya  qaldırır. 
Təmasdan  çıxan  ox  öz  ağırlığının  təsirindən  aşağıya  düşür. 
Yumruqcuqlar  fırlanma  hərəkətini  onunla  dişli  çarx  vasitəsilə  əlaqədə 
olan  aparan  valdan  alır.  Əgər  nasosların  oxlarının  aparan  valın  bir 
dönməsi  zamanı  yalnız  bir  dəfə  hərəkət  etdirilməsi  lazım  gələrsə,  onda 
şəkil  1.160,  b-də  göstərilmiş  mexanizmdən  istifadə  edilir.  Oxların 
üzərindəki  dirsəklər vintdəki yarıqda oturdulur. Bu zaman oxun yuxarı-
aşağı  hərəkətinin  dövrədə  bir  dəfə  yerinə  yetirilməsi  üçün  imkan 
yaradılır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
a) 
 
 
 
 
b) 
Şəkil 1.160. Yumruqcuqlarla işləyən su nasosları. 
 


Renessans  dövründə maşınqayırma 
 
209 
 
Əvvəlki 
mexanizmdən 
fərqli 
olaraq,  burada  oxun  aşağıya  hərəkəti 
məcburi  yerinə  yetirilir.  Ramellinin 
işlərində 
çarxqolu 
ilə 
hərəkətin 
ötürülməsinə  də,  tez-tez  rast  gəlinir. 
Şəkil  1.161-də  verilmiş  su  nasosunda 
belə  bir  mexanizm  tətbiq  olunmuşdur. 
Əsas  hərəkət,  aparan  valın  uc 
hissəsində  bərkidilmiş  dirsəkli  qol 
vasitəsilə  birləşdirilmiş  digər  vala 
ötürülür.  Bu  val  isə  öz  növbəsində, 
zəncirlə  əlaqədə  olan  nasosun  oxlarını 
qaldırıb  salır.  Zəncir  ötürməsinin 
tətbiqi,  o  dövrdə  ağac  gövdələrin 
sərtliyinin  aşağı  olması  ilə  bağlı  idi. 
Çünki,  başqa  ötürmələr  sistemdə 
yaranan yerdəyişmələrin təsirindən tez sıradan çıxırdı.  
Ramelli  su  nasoslarının  layihələndirilməsində  ilk  dəfə  olaraq, 
Leonardonun  işlərində  rast  gəlinən  əyilmiş  kolbalardan  da  istifadə 
etmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
a) 
 
 
 
 
b) 
Şəkil 1.162. Əyri silindrli nasoslar. 
 
Şəkil 1.161. Çarxqolu ilə işləyən  
       nasos. 


Renessans dövründə maşınqayırma 
210 
 
Burada  iki  ötürmə  tətbiq  olunur.  Birincidə  kolbanın  oxu  əyilmiş 
şəkildə, üzərində dişlər olan çarxdan ibarətdir (şəkil 1.162, a). 
Çarx  üfiqi  vəziyyətdə  yerləşmiş  sonsuz  vintlə  əlaqələndirilərək, 
hərəkəti  nasosun  silindrlərinə  ötürür.  İkinci  nasosda  hərəkəti  ötürmək 
üçün  başqa  mexanizmdən  istifadə  edilir  (şəkil  1.162, b).  Əyri  silindrdə 
yarıqlar  açılır.  Bu  yarıqlara  itələyicilər  keçirilir.  İtələyicilərə  kolbalar 
bərkidilir. İtələyicilər ox ətrafında dönə bilən qola bağlanır. Qolun digər 
ucu  nasosun  üzərində  üfiqi  yerləşmiş,  üstündə  dişlər  olan  lövhələrə 
hərəkətli  qoşulur.    Dişli  lövhələr  irəli-geri  hərəkət  etdikcə  o,  nasosun 
kolbalarını 
sağa-sola 
hərəkət 
etdirir.   
Ramellinin  ən  sevimli  və 
məşhur  ixtirası  kitab  çarxıdır 
(şəkil  1.163).  Bu  mexanizm  bir 
növ 
fırlanan 
kitab 
rəfini 
xatırladır.  Çarxın  doğuranı  üzrə 
yerləşdirilmiş 
rəflər 
eyni 
zamanda 
bir 
neçə 
kitabın 
oxunmasına  imkan  verirdi.  Bu 
mexanizm  bir  neçə  kitabı  eyni 
zamanda 
üfiqi 
vəziyyətdə 
saxlaya  bilirdi.  Kitablar  oxucu 
tərəfindən 
necə 
qoyulurdusa, 
eləcə  də  qalırdı  və  istənilən  vaxt 
yenidən həmin  vəziyyətdə  oxuna 
bilirdi.       
  
 
 
 
 
     
Şəkil 1.163. Kitab çarxı. 
    
  
 
 
 


Renessans  dövründə maşınqayırma 
 
211 
 
Vittorio Zonça ( 1568

1602) 
 
V
ittorio Zonça (  ital. Vittorio Zonca) fərziyyələrə  görə 1568-ci  ildə 
anadan olmuşdur. Onun həyatı haqqında demək olar ki, çox az məlumat 
vardır.  Yalnız  o  məlumdur  ki,  o,  İtaliyanın  Padua  şəhərində  memar 
işləmişdir  və  1602-ci  ildə  34  yaşında  vəfat  etmişdir.  Zonçanı  məşhur 
edən  onun  vəfatından  sonra  1607-ci  ildə  çap  olunmuş  “Maşınların 
teatrı”  (ital.“Novo  Teatro  di  Machine  etc.”)  kitabıdır.  Bu  kitab  115 
səhifədə  cəmləşdirilmiş  vərəqlərdən  ibarətdir  [1.91].  Vərəqlərdə 
çəkilmiş  qurğuların  42-si  mis  naxışlarla  işlənmiş  və  mətnlə  izah 
olunmuşdur.  Kitabda  verilmiş  nəzəri  baxışlar  böyük  maraq  doğurmasa 
da,  orada  təsvir  olunmuş  texniki  qurğular  o  dövrdə  maşınqayırmanın 
səviyyəsini göstərdiyindən böyük əhəmiyyətə malikdir. 
Zonça  da  renessans  dövrünün 
başqa  mühəndisləri  kimi  dişli  çarx 
ötürməsindən  istifadə  edilən,  kiçik 
güc  tətbiq  etməklə  böyük  iş  görmək 
üçün  nəzərdə  tutulmuş  maşınların 
quruluşları  və  işləmə  prinsiplərinin 
izahına 
üstünlük 
vermişdir. 
Darvazanın  ağır  qapılarını  qaldırmaq 
üçün  təsvir  olunmuş  mexanizm  bu 
növdəndir  (şəkil  1.164).  Şəkildən 
göründüyü  kimi,  şaquli  vəziyyətdə 
hərəkətli  bərkidilmiş  sonsuz  vintli  val 
üfiqi  valda  oturdulmuş  dişli  çarxla 
əlaqələndirilir.  Valın  digər  ucunda 
bərkidilmiş  dişli  çarx  darvazanın 
üstündə  şaquli  vəziyyətdə  bağlanmış 
dişli  lövhəyə  ilişdirilir.  Qapıçı  sonsuz 
vinti  fırlatdıqda  hərəkət  darvazanın  üstündəki  dişli  lövhəyə  ötürülür  və 
onu yuxarı qaldırır. Hərəkət zamanı darvazanın  gözlənilmədən  aşağıya 
 
Şəkil 1.164. Darvaza qaldıran  
mexanizm. 


Renessans dövründə maşınqayırma 
212 
 
düşməsinin  qarşısını  almaq  üçün  əyləcləyici  tillərdən  istifadə  edilir.  Bu 
tillər dişli çarxın yalnız bir tərəfə fırlanmasına imkan verir [1.91].  
Zonça  dişli  çarx  ötürməsindən  istifadə  edərək  asta  fırlanan  su 
çarxının  köməyi  ilə  dəyirman  daşlarının  sürətlə  fırlanmasının 
mümkünlüyünü  göstərir.  Bu  dəyirmanlar  renessans  dövründə  geniş 
yayıldığından  onların  burada  qrafiki  təsvirinə  ehtiyac  qalmır.  Zonça  
kitabında  bu  dəyirmanlar  haqqında  yazır:  “Böyük  su  çarxları  kiçik 
fırlanma  sürətinə  malik  olduqları  üçün  valdakı  çarxın  dişlərinin  sayı 
artırılır  və  diametri  böyüdülür.  O  48  dişə  və  2,2  m  diametrə 
malikdir...Ötürmədə iştirak edən val 7 şlisə malik olur. Su çarxı bir dəfə 
dövr etdikdə dəyirman daşları 14 dəfə döndərilir.”. 
Əgər normal halda su çarxının 4,5  dövr/dəq fırlanma sürətinə malik 
olduğunu  qəbul  etsək,  onda  demək  olar  ki,  yuxarıda  təsvir  olunmuş 
ötürmənin köməyi ilə dəyirman daşları dəqiqədə 63 dəfə dönürdülər.  
Şəkil 
1.165-də 
Zonçanın  verdiyi,  o 
dövrdə  geniş  yayılmış 
maili 
çarxa 
malik 
dəyirmanın 
quruluşu 
təsvir 
edilmişdir. 
Qurğunun 
təsvirində 
Zonça 
yazır 
ki, 
dəyirman 
Venedikdə 
taxılın  üyüdülməsində 
tətbiq  edilmişdir.  Maili 
çarxın  oxu  15°  bucaq  altında  yerləşdirilir.  Çarxın  oxunun  uc  hissəsi 
yeyilmənin  qarşısını  almaq  üçün  metal  sağanaqlarda  oturdulur.  Çarxın 
diametri  50  sm-dir.  Onun  üstündə  heyvanlar  hərəkət  edərək  dəyirmanı 
hərəkətə  gətirirdilər.  Çarx  fırlanan  zaman  heyvanlar  eyni  yerdə 
addımlayırdılar.  Heyvanlar  yorulduğundan,  onları  iki  saatdan  bir 
dəyişmək lazım gəlirdi [1.45]. 
 
 
Şəkil 1.165. Maili çarxa malik dəyirman. 


Renessans  dövründə maşınqayırma 
 
213 
 
Maili  çarxın  alt  tərəfində, 
üzərində  144  diş  olan  başqa 
bir çarx bərkidilir. Bu dişli  
çarx  eyni  zamanda  üfiqi 
vəziyyətdə yerləşmiş valın uc 
hissəsindəki  12  ədəd  dişlərlə 
əlaqələndirilir. Bu valın digər 
ucunda  48  dişi  olan  çarx 
oturdulur.  Dəyirmanın  oxu 
üzərindəki  12  dişli  şlis  bu 
çarxla  əlaqələndirilir.    Belə 
ki, 
maili 
çarx 

dəfə 
döndükdə dəyirmanın daşı 48 
dəfə dönür.      
Zonça 
işlərində 
pəstahların  mexaniki emalına 
da  toxunur.  Onun  kitabında  
pardaqlama  emalatxanasında 
tətbiq  olunan  ötürmələr  və 
qurğular  təsvir  olunmuşdur 
(şəkil 
1.166). 
Üfiqi 
vəziyyətdə  yerləşmiş  valda 
pardaq  və  cilalama  dairələri 
oturdulur.  Fırlanma  hərəkəti 
yaxınlıqda 
yerləşmiş, 
diametri  təxminən  30  sm 
olan    su  çarxının  köməyi  ilə 
alınır.  Su  çarxının  oturduğu 
valın digər ucunda 60 dişə malik olan başqa bir çarx oturdulur. Bu çarx 
öz  növbəsində  alətin  oxunda  oturdulmuş  2  ədəd  dişli  çarxa  ilişir.  Bu 
çarxların dişlərinin sayı 15-dir. Alətin valı dəmirdən hazırlanır. Su çarxı 
1 dəfə döndükdə pardaq dairələri 4 dəfə dönür.  
 
 
Şəkil 1.166. Pardaqlama dəzgahı. 
 
 
   Şəkil 1.167. Pardaqlama dəzgahı. 


Renessans dövründə maşınqayırma 
214 
 
İlk dəfə olaraq Kardanonun işlərində təsvir olunmuş, ip ötürməsinin 
tətbiqinə  Zonçanın  verdiyi  pardaq  dəzgahında  da  rast  gəlinir  (şəkil 
1.167).  Zonçanın  təsvirindən  məlum  olur  ki,  bu  dəzgahda  təsvir 
olunmuş  ip  ötürməsi  o  dövrdə  geniş  yayılmamışdır.  Ona  görə  də,  o, 
müəllif tərəfindən çox maraqlı bir konstruksiya kimi verilir. Zonça deyir 
ki,  onun  ixtirası  maraqlı  bir  konstruksiya  olub,  kamanla  işlədilən 
burğulama dəzgahına bənzəyir.  
Şəkil 1.168-də təsvir olunmuş vintli pres  qurğusu parça və  müxtəlif 
kətan lövhələrin qırışlarını açmaq üçün istifadə edilirdi.  
Şəkil  1.169-da  barıt  hazırlanmasında  və  ağac  kömürün  üyüdülməsi 
üçün  istifadə  olunan  dəyirman  verilmişdir.  Bu  dəyirmanın  adilərdən 
fərqi  ondadır  ki,  o  iki  pillədən  ibarətdir.  Birinci  pillədə  kömür  kobud 
(solda),  ikinci  pillədə  (sağda)  isə  xırda  üyüdülür.  Su  çarxının 
oturdulduğu  valdan  başqa,  bütün  vallar  12  şlisə  və  çarxlar  36  dişə 
malikdirlər.  Əsas  valda  oturdulmuş  çarx  54  dişə  və  val  isə  18  şlisə 
malikdir.   
Şəkil  1.170-də  bütöv  kolbalı  su  nasosunun  quruluşu  və  iş  prinsipi 
verilmişdir.  Burada  ilk  dəfə  olaraq  dirsəkli  valla  işləyən  nasos  sistemi 
təsvir  olunmuşdur.  Əl  ilə  hərəkətə  gətirilən  val,  hərəkəti  dişli  çarx 
ötürməsinin köməyi  ilə  kolbanın  üzərindəki  dirsəkli  vala  ötürür.  Val   
     
 
Şəkil 1.168. Presləmə qurğusu.  
Şəkil 1.169. Kömür üyüdən dəyirman. 


DAVAMI
 

Document Outline

  • hisse 09
  • hisse 10
  • hisse 11
  • hisse 12

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə