Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   20   21   22   23   24   25   26   27   28

Renessans dövründə maşınqayırma 
196 
 
Sonuncu çarxın diametri 74 sm və dişlərinin sayı 27-dir. Böyük dişli 
çarxın  bağlandığı  vala  zəncir  dolanır.  Zəncirin  ucu  yuxarıya  dartılaraq 
üfiqi tirlərin arasındakı diyircəkdən keçirilərək tirlərin üstündə hərəkətli 
bərkidilmiş  diyircəyə  dolanır  və  sonda  aşağıya  sallanır.  Zəncirin  bu 
ucuna  yükü  qaldırmaq  üçün  çəngəl  bağlanır.  Dişli  çarxlar  hərəkət 
etdikdə onlar zənciri gah aşağıya, gah da yuxarıya çəkirlər.   
Aqrikola  maşınların  təsvirini  onların  düzəldilməsi  ilə  əlaqəli  şəkildə 
verir. XI kitabında metal döyən maşının (şəkil 1.144) quruluşunu o belə 
izah  edir:  “Mis  kütləsi  əl  arabası  ilə  dəmirçi  sexinin  üçüncü  şöbəsinə 
aparılır  və  orada  zindanın  üzərinə  qoyulur.  Bu  maşın  belə  düzəldilir. 
Palıd  ağacından  uzunluğu 
1,5 m, eni və qalınlığı 50 sm 
olan  bir  parça  ağac  yerə 
qoyulur. Bu ağacın ortası 75 
sm uzunluğunda, 60 sm enin- 
də  və  26  sm  hündürlüyündə 
yonularaq  açılır.  Bu  boşluq- 
da  bürüncdən  hazırlanmış 
stul  yerləşdirilir.  Stul  26  sm 
enində,  30  sm  uzunluğunda 
və  15  sm  hündürlüyündə 
hazırlanır.  Ağac  parçanın 
üzərində hər iki tərəfdən  eni 
45  sm  olan  şaquli  tirlər 
qoyulur.”  
Metal  hissələri  döymək 
üçün  tətbiq  olunan  ştamp 
haqqında  Aqrikola  yazır:  “Döyəcəyi  hərəkət  etdirmək  üçün  uzunluğu 
3,25  m,  eni  və  tərəfi  22  sm  olan  dördkünc  formalı  stamp  düzəldilir. 
Ştampın  ucuna  metaldan  düzəldilmiş  başlıq  keçirilir.  Uzunluğu  37  sm 
olan  başlıq  iki  hissədən  ibarətdir:  uc  və  quyruq  tərəf.  Uc  tərəfdə  onun 
uzunluğu və eni 15 sm, qalınlığı  isə  aşağıdan  yuxarıya  11  sm-dən  37  
 
Şəkil 1.144. Metal döyən maşın.
 


Renessans  dövründə maşınqayırma 
197 
 
 sm-ə qədər dəyişir. Quyruq tərəfdə başlıq 22 sm uzunluğundadır, eni və 
qalınlığı isə 15 sm-dir.”   
Aqrikolanın  yazdığına  görə  ştampı  hərəkət  etdirmək  üçün  su 
çarxından  istifadə  edilir.  Çarx  bərkidilən  valın  uzərinə  bir-birinə 
nisbətən 180° dönmüş iki qol bərkidilir. Val döndükdə bu qollar ardıcıl 
olaraq  ştampın  oxuna  bərkidilmiş  metal  dirsəyə  ilişərək  onu  yuxarıya 
qaldırırlar.  Dirsək  ilişmədən  çıxdıqdan  sonra  ştamp  öz  ağırlığı  altında 
yuxarıdan  aşağıya,  zindanın  üstündə  yerləşdirilmiş  metal  pəstahın 
üzərinə düşərək onu döyür.    
XVI–XVII  əsrlərdə  maşınlar  haqqında  yazılmış  kitablardan  fərqli 
olaraq,  Aqrikola  öz  kitablarında  təsvir  etdiyi  texniki  qurğuları  ölçülərlə 
təsvir  etmişdir.  Bu  ölçülər,  yuxarıda  verilmiş  mətndən  göründüyü  kimi 
mətnin  oxunmasını  çətinləşdirsə  də  maşınların  quruluşu  haqqında 
təxmini təsəvvür yaratmağa imkan verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Renessans dövründə maşınqayırma 
198 
 
Jerolamo Kardano ( 1501

1576) 
 
J
erolamo Kardano ( lat. Hieronimus 
Cardanus,  şəkil  1.145)    1501-ci  ildə 
İtaliyanın  Pavia  şəhərində  anadan 
olmuşdur  (şəkil  1.145).  1521-ci  ildə  o, 
Pavia  universitetində  riyaziyyat,  fəlsəfə 
və tibb üzrə doktor elmi  dərəcəsini alır. 
1531-ci  ildə  Milan  şəhərində  riyaziyyat 
üzrə  professor  vəzifəsində  çalışmağa 
başlayır.  Kardano  eyni  zamanda  öz 
həmkarlarına tibb üzrə məsləhətlər verir 
və  həkim  kimi  də  fəaliyyət  göstərirdi. 
Şotlandiyaya  uzun  müddətli  səyahət 
etdikdən  sonra  1559-cu  ildə  Kardano  Milana  geri  dönür.  O,  həmin  ildə 
Paviada və iki il sonra Boloniyada tibb üzrə professor kimi universitetdə 
dərs deyir [1.88, 1.89].  
Kardano  böyük  təfəkkürə  və  biliyə  malik  insan  idi.  Riyaziyyatda 
onun  adı  üçüncü  tərtibli  tənliklərin  həlli  ilə  bağlıdır.  Onun  təklif  etdiyi 
qayda  “kardan  qaydası”  adlanır.  Kardanonun  işləri  XV  əsrin 
dəyərlərindən sayılsa da, çox vaxt  onun yazıları ardıcıl olmayaraq təsvir 
olunmuşdur və ziddiyyətlərlə  doludur. Kardano  elmi işlərini “İncəliklər 
haqqında  kitab”  (lat.:  De  subtilitate  libri  XXI)  və  “Materiyanın 
müxtəlifliyi  haqqında  kitab”  (lat.  De  rerum  varietate  libri  XVII) 
əsərlərində  təsvir  etmişdir.  Birinci  kitabı  1550-ci  ildə  Nürnberqdə  və 
1554,  1583  və  1664-cü  illərdə  genişləndirilmiş  halda  Bazeldə  çap 
olunmuşdur.  İkinci  kitab  1557-ci  ildə  Bazeldə,  sonra  isə  1559-cu  ildə 
Nürnberqdə  alman  dilində  çap  olunur  [1.89].  Bu  kitabda  mexaniki 
hərəkət və bu hərəkəti  icra etmək üçün çoxlu sayda  mexanizmlər təsvir 
olunmuşdur.  Kardano  işlərinin  çox  hissəsini  irəli-geri  hərəkəti  fırlanma 
hərəkətinə  çevirən  mexanizmlərə  həsr  etmişdir.  Onun  təsvir  etdiyi 
qurğuların  əksəriyyəti  başqa  mənbələrdən  məlum olsa da, onların ara- 
 
 Şəkil 1.145. Jeralamo Kardano. 


Renessans  dövründə maşınqayırma 
 
199 
 
sında  öz  yeniliyi  ilə  fərqlənənlər  də  var.    Şəkil  1.146-da  onun  maraqlı 
bir  mexanizmi  təsvir  edilmişdir.  Fırlanma  hərəkəti,  üzərində  pərlər 
bərkidilmiş  su  çarxı  ilə  alınır.  Su  çarxının  oxunun  (A)  ucuna    bir  qol 
bərkidilir.  Bu  qol  iki  bəndin  (F  və  H)  köməyi  ilə  çarxın  yaxınlığında 
yerləşdirilmiş  sağanaqda  dönə  bilən  vala  (B)  hərəkətli  bağlanır.  A  oxu 
döndükdə onun ucundakı qola bərkidilmiş bənd irəli-geri hərəkət edir və 
B  valını  müəyyən  bucaq  qədər  döndərir.  Bu  hərəkəti  üfürcəklərə 
ötürmək  üçün  B  valının  üzərində  iki  oymaq  C  və  D  bərkidilir. 
Oymaqlara  bərkidilmiş  üfürcəklər  val  döndükdə  ardıcıl  olaraq  hərəkətə 
gətirilirlər. Kardanonun təsvir etdiyi bu ötürmənin orijinallığı onun sadə 
olmasındadır.  Dişli  çarx    ötürməsi  ilə  əlaqələndirilən  aparıcı  val  və 
üfürcəklər  sistemindən  fərqli  olaraq,  burada  ötürmə  sadə  şəkildə, 
nisbətən uzaq məsafədən aparıla bilir.    
 
 
 
 
 
 
 
 
 
 
 
    
 
Şəkil 1.146. Qol vasitəsilə hərəkətin  
Çəkil 1.147. Çarx ötürməsi. 
 
 
ötürülməsi. 
 
Şəklil  1.147-də  Kardanoya  məxsus  hərəkət  ötürən  bir  mexanizm 
təsvir edilmişdir. İki çarx bir-biri ilə əlaqələndirilir. Böyük çarx ilə kiçik 
çarxın nisbətindən asılı olaraq hərəkət bir çarxdan digərinə ötürülür. 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə