Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

Renessans dövründə maşınqayırma 
170 
 
nır.  Qabaq  tərəfdə  yerləşdirilmiş  kəski  yivin  addımına  uyğun  olaraq 
hərəkət etdirilir. Beləliklə, valda yivin kəsilməsi mümkün olur.  
Daha maraqlı bir konstruksiya bülöv döyəcəkləyən dəzgahdır. Bülöv 
döyəcəkləyən  dəzgah  əsasən  stabil  lövhədən  ibarətdir  (şəkil  1.115).  Bu 
lövhənin  üzərində  emal  edilən  bülövü  hərəkət  etdirən  mexanizm 
yerləşdirilir.  Pəstahın  hərəkəti  bülövün  üstündə  açılacaq  dişlərin 
addımına  uyğun  olaraq  yerinə  yetirilir.  Hərəkət  çarxqolundan  val  və 
ötürmənin köməyi ilə sürüşən stoldakı yivli qaykaya ötürülür. Vintli  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.115. Bülöv döyəcəkləyən dəzgah. 
 
valın  hər  dönməsindən  sonra  sürüşən  stol  dişin  addımı  qədər  irəliyə 
hərəkət edir. Eyni zamanda əsas val, üzərində dirsəkli bərkidilmiş çəkici 
yuxarıya  qaldıraraq  sonra  onu  sərbəst  buraxır.  Bülövün  üzərinə  düşən 
çəkicin tili zərbə ilə onun üzərində iz buraxır.  
Leonardonun  layihələndirdiyi pardaq  dəzgahı müasir  cilalama  dəz- 


Renessans  dövründə maşınqayırma 
171 
 
gahı  ilə  müqayisə  oluna  biləcək  bir  dəzgahdır  (şəkil  1.116).  Burada 
pardaqlama  aləti  əvəzinə  pardaqlanan  silindrin  diametrinə  uyğun 
düzəldilmiş ağac alətdən istifadə edilir. Bu alət yivli şpindelə bərkidilir. 
Emal  zamanı  yağlayıcı  mayeni  silindrin  divarları  üzərində  paylanması 
üçün ağac alətin üzərində yarıqlar nəzərdə tutulur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.116. Daxili pardaqlama dəzgahı. 
 
Silindrik  gövdə  qayka  və  tutqacların  köməyi  ilə  bərkidilir.  Alət 
şpindeldə,  üzərində  dişlər    olan,  yuxarıda  yerləşdirilmiş  qaykada 
oturdulur.  Bu  qayka  böyük  dişli  çarxa  ilişdirilir.  Böyük  dişli  çarxın  bu 
və  ya  digər  tərəfə  dönməsindən  asılı  olaraq  pardaqlama  aləti  silindrdə 
yuxarıya və ya aşağıya hərəkət etdirilir. Böyük dişli çarx ona bağlanmış 
ipin  köməyi ilə hərəkət  etdirilir. İpin bir ucu yaya bağlandığından çarxı 
yalnız  bir  tərəfə  fırlatmaq    kifayət  edir.  Çarxa  dolanan  ip  isə  yayın 
köməyi ilə geriyə dartılaraq, şpindeli başqa tərəfə fırladır.  
Şəkil  1.117.-də  göstərilmiş  yayma  tərtibatı  metal  lövhəni  yaymaq 
üçün  turbin  ötürmə  sisteminə  malikdır.  Güc,  vint  və  dişli  çarxların 
köməyi ilə ötürülür. Yayılan lövhə  dəzgahın  vintli oxuna  bağlanır.  Ox 


Renessans dövründə maşınqayırma 
172 
 
irəli hərəkət etdikdə lövhə dartılır və öz növbəsində diyircəklə zindanın 
arasından  keçir.  Lövhənin  tələb  olunan  qalınlığı  diyircəklə  zindanın 
arasındakı məsafədən asılı olaraq alınır.               
Leonardo  ağac  emalı  üçün  iki  burğulama  dəzgahının  cizgisini 
vermişdir  (şəkil  1.118).  Bunlar  su  quyularında  istifadə  olunan  ağac 
boruların  deşilməsi  üçün  üfiqi  və  uzun  pəstahlar  üçün  şaquli  deşmə 
dəzgahlarıdır. Birinci dəzgahın rekonstruksiya olunmuş modeli 1939-cu 
ildə Milanda sərgidə göstərilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Pəstahı  bərkitmək  və  mərkəzləşdirmək  üçün  tətbiq  olunmuş  tərtibat 
böyük  maraq  doğurur.  Şpindel  möhkəm  bir  gövdənin  üzərində  alətlə 
birlikdə  üfiqi  vəziyyətdə  yerləşdirilir.  Deşiləcək  ağac  patronda  sərt 
bərkidilir.  Patron  səkkiz  tərəfli  flansdan  ibarətdir.  Flanslarda  4 
tənzimləyici  bolt  yerləşdirilir.  Boltların  uc  hissəsində  olan  çıxıntılar 
ağacın  emal  zamanı  dönməsinin  qarşısını  alır.  Bu  tutqaclar  eyni 
zamanda ağacın mərkəzləşdirilməsini də təmin edirlər. Ağac bərkidilmiş 
 
Şəkil 1.117. Val yayan dəzgah 


Renessans  dövründə maşınqayırma 
173 
 
tərtibat yönəldicilər üzərində hərəkətli bağlanaraq burğuya tərəf hərəkət 
etdirilə  bilir.  Üfiqi  burğu  dəzgahı  da  yellənçəkli  ötürmə  ilə  hərəkətə 
gətirilirdi.  Şaquli  burğu  dəzgahında  isə  başqa  ötürmə  sistemindən 
istifadə edilmişdir (şəkil 1.119). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Burada  hərəkət  insanlar  tərəfindən  fırladılan  dəstəklə  yerinə  yetirilirdi. 
Yonqarın  xaric  edilməsini  asanlaşdırmaq  üçün  burğulama  hərəkəti 
aşağıdan  yuxarıya  aparılırdı.  Burğu,  tən  ortasında  deşik  olan 
platformada  qayka  ilə  hərəkətli  yerləşdirilmiş  şpindeldə  bərkidilir.  Alət 
işçilər  tərəfindən  şpindelə  eninə  keçirilmiş  ağac  çubuqların  köməyi  ilə 
fırladılırdı.  İşin  əvvəlində  şpindel  lap  aşağıda  yerləşir  və  tədricən 
yuxarıya  hərəkət  etdirilir.  Bu  zaman  şpindelin  yuxarı  hissəsindəki  ağac 
çubuqlar yuxarıdan çıxarılaraq aşağıdakı deşiklərə keçirilir.    
Şəkil  1.120-də  dəmir  lövhəni  yaymaq  üçün  döyəcəkləyən  maşın 
təsvir  edilmişdir.  İki  diyircək  arasında  tarım  çəkilmiş  metallik  lövhə 
hamarlanmış  mərmər  daş  üzərində  iki  çəkiclə  ardıcıl  olaraq 
döyəcəklənir.  Metal  lövhəni  daş  üzərində  hərəkət  etdirmək  üçün  dişli 
çarx ötürməsindən istifadə olunur. 
Bu ötürmədə  tətbiq  olunan  böyük  çarxın yan tərəflərində  çəkicləri 
 
Şəkil 1.118. Üfiqi burğulama dəzgahı 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə