Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

Renessans  dövründə maşınqayırma 
179 
 
Leonardo 
hərəkətli 
toplar 
üzərində  də  işləyərək,  istər 
yüngül, istərsə də ağır topların 
döyüş  meydanında,  eləcə  də 
hücum 
vaxtı 
daşınmasını 
asanlaşdırmaq  üçün  çevik  və 
effektiv  işləyən  yeni  mexa-
nizmlər layihələndirmişdir. 
Dişli 
çarx 
ötürmələrini 
başqa  sahələrdə  uğurla  tətbiq 
edən 
Leonardo 
topların 
hazırlanmasında 
da 
bu 
texnikadan  istifadə  etmişdir. 
Təkərli 
araba 
üzərində 
yerləşdirilmiş  top  ox  ətrafında 
dönmə 
imkanına 
malikdir. 
Topun  düşmən  istiqamətində 
dəqiq  nişan  almasını  təmin  etmək  üçün  qüllə  arxa  tərəfdən  tənzimləmə 
mexanizminə  malikdir.  Bu  toplar  əsasən  yüngül  olub,  süvarilər  üçün 
nəzərdə tutulmuşdur (şəkil 1.127). 
Şəkil  1.128  və  1.129-da  Leonardonun    təkərlər  üzərində  çevik 
yerləşmiş  və  eyni  zamanda  bir  neçə  qüllədən  atəş  açmaq  üçün  nəzərdə 
tutduğu  topların  modelləri  göstərilmişdir.  Bu  top  eyni  zamanda  8 
qüllədən  atəş  açmaq  imkanına  malikdir.  Bununla  bərabər  qüllələr 
yerləşən  lövhəni  gövdəyə  nisbətən  xüsusi  vintin  köməyi  ilə  döndərmək 
mümkündür. Bu,  atəş zamanı hədəfi dəqiq nişan almaq imkanı verir. İlk 
atəş açıldıqdan sonra nişan almanı dəqiqləşdirmək olur.  
  Leonardo  hücum  zamanı  artilleriya  atəşindən  zərər  çəkmədən 
düşmən  sərhəddini  dağıdaraq  içəriyə  irəliləmək  üçün  ilk  dəfə  olaraq 
zirehli  maşın  layihələndirmişdir  (şəkil  1.130).  Maşın,  üst  hissəsi  metal 
lövhələrlə  örtülmüş  tısbağa  formasına  malik  idi.  Maşının  içəri 
hissəsində səkkiz adamın yerləşməsi üçün yer nəzərdə tutulmuşdur.  
 
           Şəkil 1.127. Toplar. 


Renessans dövründə maşınqayırma 
180 
 
Adamlar  əl  ilə  çarxqolunu  fırladaraq  təkərləri  hərəkətə  gətirirdilər. 
Leonardo  öncə  maşının  iç  tərəfində  atlar  yerləşdirmək  istəyir.  Ancaq 
sonra  o,  atların  qaranlıq  şəraitdə  və  gur  səs-küydə  narahat 
olacaqlarından ehtiyat edərək bu fikrindən  daşınır. Maşının  içəri  hissə- 
         
Şəkil 1.128. Çox qülləli topun cizgisi və modeli. 
 
 
Şəkil 1.129. Qülləli topun cizgisi və modeli. 
 
sində  düşmənə  atəş  açmaq  üçün  kiçik  toplar  yerləşdirilir.  Atəş  açmaq  
üçün  göstəriş  maşının  üst  hissəsində  oturmuş  və  xüsusi  deşiklərdən 
döyüş meydanına nəzarət edən adamlar tərəfindən verilirdi.       
Daşları uzaq məsafəyə atmaq üçün Leonardo o dövrdə geniş istifadə 
olunan arbaleti təkmilləşdirərək yeni layihə vermişdir (şəkil 1.131). 


Renessans  dövründə maşınqayırma 
181 
 
Təsvir  olunmuş  arbaletin  qollarının  arasındakı  məsafə  21  m  və 
qalınlığı  0,3-0,75  m  arasında  yerləşir.  Oxun  yerdən  hündürlüyü  7  m, 
gövdənin  eni  isə  10  m-dir.  Bu  arbalet  ağırlığı  100  funt  olan  daşları 
atmaq üçün nəzərdə tutulmuşdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.130. Zirehli döyüş maşını. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.131. Daş atan arbalet. 


Renessans dövründə maşınqayırma 
182 
 
Vanukkio Birinkuçio ( 1480-1540) 
 
V
anukkio  Birinkuçio  (ital.  Vanuccio  Biringuccio)  Siena  şəhərində 
yaşamış,  ilk  dəfə  olaraq  italyan  dilində  metallurgiya  haqqında  yazmış 
mühəndisidr.  Onun  məşhur  əsəri  “De  la  Piroptechnia”  1540-cı  ildə 
Venedikdə  çap  olunmuşdur.  Birinkuçio  bu  əsərlə  metallurğiyanın 
əsasını qoymuşdur. Bu antik dövrdən bəri müharibə texnikasından bəhs 
etməyən  ilk  texniki  kitab  idi.  Bu  kitabı  maraqlı  edən  müəllifin  öz  şəxsi 
təcrübələrinin  nəticələrini  əsaslandırmış  şəkildə  təsvir  etməsi  idi.  O 
kitabın  girişində  yazır  [1.85]  “  ...  Mən  öz  gözlərimlə  gördüklərimdən 
başqa biliklərə malik olmadığımdan, təmiz vicdanla danişıram.” 
  Birinkuçionun  həyatı  haqqında  bizə  çox  az  məlumat  gəlib 
çatmışdır.  Maçuşelli  (alm.  Mazuchelli)  1760-cı  ildə  Breskia  şəhərində 
çap  etdirdiyi  kitabında  Vanukkionun  bir  çox  hökmdarlar  tərəfindən  işə 
dəvət  olunduğunu  yazır.  Bu,  onun  o  dövrdə  xüsusi  ad-sana  malik 
olmasından xəbər verir. O da məlumdur ki, Birinkuçio Roma Papası III 
Paul  ilə  yaxın  münasibətdə  olmuş,  onun  təyinatı  ilə  uzun  müddət 
Romada tikinti, artilleriya və tökmə işlərinə rəhbərlik etmişdir.  
Birinkuçionun əsəri 10 kitabdan ibarətdir. Birinci və ikinci kitabında 
o,  filizlər,  qızıl,  gümüş,  qurğuşun  və  dəmirin,  poladın  xassələrindən, 
kükürddən,  duz,  maqnit  daşlar  və  şüşələrdən  yazır.  O  həm  də,  ilk  dəfə 
olaraq  təmiz  gümüşün  alınması  üsulunu  ətraflı  təsvir  edir.  Üçüncü 
kitabını 
Vanukkio 
dəmir 
filizlərin 
hazırlanmasına, 
sobaların 
layihələndirilməsi    və  qurulmasına,  kömürlərdən  istifadə  edilməsinə 
həsr  etmişdir.  IV  və  V  kitabında  əsas  yeri  qızılın  emalı,  gümüşün  və 
sinkin  legirlənməsi  və  onların  töküklərinin  hazırlanması  texnologiyası 
tutur.  VI  kitabda  müəllif  tökmə,  modelləşdirmə  və  formalama  kimi 
texnoloji  proseslərdən  bəhs  edir.  Sobaların  quruluşu,  mexaniki 
tərtibatlar, üfürcəklərin işlənməsi kimi  texniki avadanlıqlar VII kitabda 
təsvir  olunur.  VIII  kitabda  tökmə  tərtibatları,  qum  qarışığının  formalar 
üçün  hazırlanması,  IX  kitabda  əl  kimya,  distilə  etmə  məsələləri  və 
nəhayət X kitabda barıt, topların işlədilməsi, minalar və fişəng haqqında   


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə