Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   20   21   22   23   24   25   26   27   28

Renessans dövründə maşınqayırma 
200 
 
İlk  dəfə  olaraq  Kardano  ötürmə  nisbətindən  söhbət  açır.  O  bunu 
ilişmədə  olan  çarxların  doğuranlarının  uzunluğu  ilə  təsvir  edir.  Bu 
doğuranların  nisbətlərindən  asılı  olaraq  böyük  çarxın  bir  dəfə  dönməsi 
kiçik çarxın bir neçə dəfə dönməsinə səbəb olur. Əgər ötürmə ip əvəzinə 
dişli  çarxlarla  yerinə  yetirilərsə,  onda  yenə  də,  ötürmə  nisbəti  çarxların 
diametrlərinin nisbətindən asılı olaraq təyin edilir. 
Kardano öz  kitabında su qaldıran  maşınlardan da bəhs edir. Öncə  o, 
Heronun  su  nasosunun  iş  prinsipinə  uyğun  işləyən  nasosun  təsvirini 
verir. Onun işlərindən görünür ki, bizim eranın əvvəlində ixtira olunmuş 
su  nasosunun  quruluşu  haqqında  tam  məlumat  orta  əsrlərdə  itmişdir. 
Ona görə də, o dövrdə bir çox qurğular yenidən 
ixtira edilmişdir.  
Heronun  su  nasosunun  təsvirində  vurulan 
suyun  yığılması  üçün  nəzərdə  tutulan  çənin 
təsviri  natamamdır.  Kardano  öz  kitabında  su 
çəninin işləməsini belə təsvir edir (şəkil 1.148).  
 
 
Şəkil 1.148. Su nasosu. 
 
Şəkil 1.149. Su nasosu 
               üçün klapan. 
 


Renessans  dövründə maşınqayırma 
 
201 
 
Su  borularla  (E  və  F)  çənə  (A)    vurulduqdan  sonra,  C  ventili  təzyiq 
altında borunun ağzını bağlayır və çən su ilə dolu qalır.   
Bundan əlavə Kardano xüsusi ventillə işləyən su nasosunun  təsvirini 
verir  (şəkil  1.149).  Burada  en  kəsiyi  pilləli  olan  boru  (BD)  təsvir 
olunmuşdur.  Borunun  ucu  içərisində  su  olan  çənə  salınır.  Onun  suyun 
içərisindəki hissəsində kiçik deşiklər açılır ki, buradan onun daxilinə su 
keçə  bilsin.  Borunun  MQ  hissəsinə  bir  tərəfinə  dəri  yapışdırılmış 
qurğuşun lövhədən ibarət hərəkətli arakəsmə bərkidilir. Qurğuşun lövhə 
yuxarıya  qalxdıqda  borunu  (LB)  açır,  aşağıya  hərəkət  etdikdə  isə  onu 
tamam  bağlayır.  Kolbanın  tutqacı  borunun  diametrindən  kiçik 
hazırlanır.  Kolba  aşağıda  olduqda  OP  boş  olur.  Şəkildən  göründüyü 
kimi tutqacın uc hissəsində ayaqların köməyi ilə bir lövhə (F) bərkidilir. 
F  lövhəsinin  orta  hissəsində  deşik  nəzərdə  tutulur.  Bu  deşik  aşağı 
tərəfdən,  yuxarıda  təsvir  olunmuş  qaydada  qurğuşun  lövhə  ilə  qapanır. 
Kolba  aşağıya  hərəkət  etdikdə  F  lövhəsinin  uzərindəki  qurğuşun  lövhə 
yuxarıya  qalxaraq  kameradakı  havanı  yuxarıya  buraxır.  Kolba  
nöqtəsinə  çatdıqdan  sonra  o  yuxarıya  hərəkət  etdirilir.  Bu  zaman  
lövhəsindəki klapan bağlanır və MQ lövhəsi açılır. Beləliklə, su çəndən 
yuxarıya sorulur və P borusuna vurulur.  
Kardano,    Arximed  vintini 
təkmilləşdirərək  insan  əməyinə 
olan  ehtiyacı  aradan  qaldırmişdır 
(şəkil  1.150).  O,  axan  suyun 
köməyi  ilə  sonsuz  vintin  özünün 
hərəkət  etdirilməsinə  imkan  verən 
yeni  mexanizm  ixtira  etmişdir.  Bu 
yeni 
maşın 
daha 
effektiv 
işlədiyindən,  su  tələbatına  olan 
ehtiyacı  ödəmək  üçün  Avropanın  bir  çox  şəhərlərində  su  sistemində 
geniş  tətbiq  olunmuşdur.  Şəkil  1.150-də  belə  bir  su  vinti  təsvir 
olunmuşdur. Valın üzərində yerləşdirilmiş pərlər axan suyun köməyi ilə 
fırladılaraq valı hərəkətə gətirir.  
 
Şəkil 1.150. Su vinti. 


Renessans dövründə maşınqayırma 
202 
 
Şəkil  1.151-də  Augusburg  şəhərində  (AFR)    Kardanonun 
konstruksiyasına  əsasən  hazırlanmış  və  tətbiq  olunmuş  “su  maşını” 
təsvir edilmişdir. Bu maşının işləməsini Kardano öz əsərində belə təsvir 
edir.  Axar  suda  şaquli 
vəziyyətdə 
oynaqlı 
yerləşdirilmiş aparan val, 
suyun  içində  olan  ucuna 
bərkidilmiş  pərli  çarxın 
köməyi  ilə  fırladılır.  Bu 
valın  uzərində  ötürmələr, 
hərəkət  ötürülən  vintli 
valların  sayından  asılı 
olaraq 
 
yerləşdirilir. 
Vintli  valların  sayı,  su 
qaldırılan  hündürlükdən 
asılı  olaraq  təyin  edilmiş 
hovuzların  sayı  ilə  təyin 
olunur. 
Bu 
hovuzlar 
əlavə 
dirəkdə 
sərt 
bərkidilir.  Aparan  val 
fırlandıqda eyni zamanda 
onunla  ötürmə  vasitəsilə 
əlaqədə  olan  vintlər  də 
hərəkətə 
gətirilir. 
Aşağıdan 
birinci 
vint 
axar  sudan  suyu  bir 
mərtəbə 
yuxarıda 
yerləşən  hovuza  qaldırır. 
Sonra  oradan  ikinci  vint 
suyu  götürərək  bir  mərtəbə  yuxarıya  ötürür.  Bundan  sonrakı  vintlər  də 
eyni  funksiyanı  yerinə  yetirirlər.  Su  sonuncu  hovuza  çatdıqdan  sonra, 
boru vasitəsilə lazımi yerə çatdırılır.  
 
Şəkil 1.151. Agusburg su maşını. 


Renessans  dövründə maşınqayırma 
 
203 
 
Kardanonu  müasir  maşınqayırmada  tanınmış  edən  yuxarıda  təsvir 
olunmuş  mexanizmlər yox, onun adı  ilə bağlı olan kardan birləşməsidir 
(şəkil  1.152).  Kardan  birləşməsi,  cisimləri  yerləşdiyi  vəziyyətdən  asılı 
olmayaraq  sərbəst  dönə  bilən  vəziyyətdə 
(3  sərbəstlik  dərəcəsinə  malik  olaraq) 
hərəkətli bərkitmək üçün tərtibatdır. Bu tip 
tərtibatın bizanslı Filon tərəfindən, ilk dəfə 
olaraq  mürəkkəb  qabı  üçün  tətbiq  edildiyi 
haqqında 
kitabın 
əvvəlində  məlumat 
verilmişdir  (bax  səh.  85).  Renessans 
dövründə bir çox  ixtiralar kimi, bu tərtibat 
da  Kardano  tərəfindən  yenidən  ixtira 
edildiyindən,  səhv  olaraq  onun  adı  ilə 
bağlanılır.  
Maşınqayırmada  Kardan  valı  hamiya 
məlumdur  (şəkil  1.153).  Bu  val  xüsusi 
konstruksiyanın  köməyi  ilə  birləşmiş  iki 
hissədən  ibarətdir.  Hissələr  bir-birinə 
nəzərən 
müəyyən 
bucaq 
altında 
yerləşərək,  fırlanma  hərəkətini  bir  valdan 
digərinə  ötürməyə  imkan  verir.  Bu 
ötürməni 
Kardanonun 
ixtira 
etdiyi 
birləşdirici  element  mümkün  edir.  Bu 
element 
silindrik 
gövdədən 
və 
bu 
gövdənin  üzərində  çal-çarpaz  yerləşdi- 
rilmiş  iki  cüt  barmaqdan  ibarətdir. 
Barmaqlar öz oxları ətrafında fırlana bilirlər. Barmaqların ikisi bir vala, 
digər ikisi isə başqa vala keçirilir. Kardan ötürməsi avtmobilqayırmada, 
əsasən isə kənd təsərrüfatı maşınlarında geniş tətbiq olunur. 
 
 
 
 
Şəkil 1.152. Kardan     
         birləşməsi. 
 
 
Şəkil 1.153. Kardan valı. 
 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə