Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   20   21   22   23   24   25   26   27   28

Renessans  dövründə maşınqayırma 
191 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.140. Yük qaldıran maşın.   
 


Renessans dövründə maşınqayırma 
192 
 
Dişli çarx ötürməsinin köməyi ilə üfiqi  vala verilən hərəkət dərinlikdən 
yükü vedrələrdə yuxarıya qaldırmaq üçün tətbiq edilir.  
Şəkil 1.140-da şaxtadan yükləri  yerin  üstünə çıxarmaq üçün atlarla 
hərəkətə gətirilən qaldırıcı maşın təsvir olunur. Bu maşın üfiqi yerləşmiş 
böyük  valdan,  dişli  çarx  ötürməsindən  və  əylənc  funksiyasını  yerinə 
yetirən  qurğudan  ibarətdir.  Şəkildən  göründüyü  kimi  maşın  şaxtanın 
üzərində yerləşdirilir. Yerin üst tərəfində atları qoşmaq üçün şaquli vala 
bərkidilmiş  qollar  və  bir  qolun  alt  tərəfində  sürücünün  oturması  üçün 
oturacaq yerləşdirilir. Yerin altında, yük  qaldırılmasına nəzarət edən və 
lazım  gəldikdə aparıcı valın hərəkətini dayandırmaq üçün başqa bir işçi 
yerləşir.  Atın  bağlandığı  şaquli  valın  (uzunluğu  12  m,  qalınlığı  15  sm) 
hərəkəti bir mərtəbə aşağıda, üfiqi yerləşmiş vala ötürülür. Üfiqi val iki 
dayaq  üzərində  hərəkətli  yerləşərək  dişli  çarxlarla  şaquli  val  ilə 
əlaqələndirilir. Üfiqi valın üzərində əylənc şayba bərkidilir. Bu valın alt 
tərəfində  bir  ucu  sərbəst  olan  ağac  kötük  (qalınlığı  30  sm)  bərkidilir. 
Kötüyün  sərbəst  ucu  zəncirlə  şaybanın  üzərindəki  tərpənməz  ox 
ətrafında dönə bilən başqa tirə bağlanır. Yuxarıdakı tir də öz novbəsində 
bir  mərtəbə  aşağıda  yerləşən  lövhəyə  zəncirlə  bağlanır.  Aşağıda 
yerləşmiş işçi yaxınlığındakı lövhəni aşağıya basdıqda o, öz növbəsində 
3 bənd vasitəsilə əlaqədə olan əyləc kötüyünü yuxarıya dartır. Beləliklə, 
əyləyici  şayba  ilə  kötük  arasında  yaranan  sürtünmə  qüvvəsi  valı 
dayanmağa məcbur edir.     
Yük  nəqledən  maşınlardan  sonra  Aqrikola  su  qaldıran  maşınların 
təsvirini  verir.  Onun  təsvir  etdiyi,  üzərində  vedrələr  bağlanmış,  iki  val 
arasında  gərilmiş  zəncirlə  işləyən  su  maşını,  başqa  işlərdə 
göstərilənlərdən    o  qədər  də  fərqlənmədiyi  halda,  mədənlərdə  tətbiq 
olunan su nasoslarının təsviri maraq kəsb edir. Şəkil 1.141-də bir-birinin 
üzərində  yerləşmiş  nasoslardan  ibarət  qurğu  təsvir  edilmişdir.  Aqrikola 
yazır  ki,  bu  nasos    təxminən  10  il  öncə,  yəni  1540-cı  ildə  ixtira 
edilmişdir və bu nasos yüksək davamlığa və məhsuldarlığa malikdir. Bu 
qurğunun  yeniliyi  həm  də  ondan  ibarətdir  ki,  bütün  nasoslar  bir 
ötürmənin köməyi ilə hərəkət etdirilir.   


Renessans  dövründə maşınqayırma 
193 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
        Şəkil 1.141. Su nasosu.  
 


Renessans dövründə maşınqayırma 
194 
 
Hər  biri  1,3  m  uzunluğunda  və  60  sm  gedişə  malik  olan  borudan 
ibarət  sistem,  diametri  4,5  m  olan  su  çarxının  köməyi  ilə  hərəkət 
etdirilir. Nasosların birləşdirildiyi dəstəklərin eni 75 mm, qalınlığı isə 55 
mm-dir.  Boru,  enu  75  mm  olan  üzük  vasitəsilə  birləşdirilmiş  iki 
hissədən  ibarətdir.  Birləşmənin  kipliyini  artırmaq  üçün  borular  bir-
birinin içərisinə keçirilir. Nasoslar işə düşdükdən sonra su yerin altından 
mərtəbə-mərtəbə yuxarıya nəql edilir.  
Bu  nasosların  məhsuldarlığı  o 
dövrdə  nisbətən  aşağı  olduğundan, 
vedrələrlə su  qaldıran  maşınlar geniş 
tətbiq 
olunurdu. 
Bu 
baxımdan 
Aqrikola  öz  kitabında  bu  maşınların 
tətbiqini  də  təsvir  edir.  Onların 
işləmə prinsipi antik  dövrdən  məlum 
olan 
maşınların 
iş 
prinsipindən 
fərqlənmədiyindən 
burada 
izaha 
ehtiyac  qalmayır  (şəkil  1.142).  Onu 
da  qeyd  etmək  lazımdır  ki,  bu 
maşınların  köməyi  ilə  suyu  20  m 
dərinlikdən çıxartmaq mümkün idi.     
X  kitabda  Aqrikola  mədənlərdə 
istifadə edilən dönən kranlardan bəhs 
edir.  Şəkil  1.143-də  belə  bir  kran 
təsvir  olunmuşdur.  Kranın  gövdəsi 
uzunluğu  3,5  m  və  tərəfi  30  sm  olan 
dördkünc  ağac  tirdən  hazırlanır.  Bu 
tir 
bir-birinə 
perpendikulyar 
keçirilmiş,  uzunluğu  90  sm  və  tərəfi  30  sm  olan  iki  ağac  parça 
üzərindəki  bürünc  oturacaqda  şaquli  olaraq  hərəkətli  oturdulur.  Tirin 
yuxarıdakı ucu yonularaq diametri 22 sm olan silindrik formaya salınır. 
Buraya metal üzüklə üfiqi vəziyyətdə dördkünc bir tir bərkidilir. Şaquli 
tirin ucundan 44 sm aşağıda bir deşik  açılaraq oraya uzunluğu 50 sm və 
 
Şəkil 1.142. Su qaldıran çarx. 


Renessans  dövründə maşınqayırma 
195 
 
tərəfi 15 sm olan dördkünc ağac ox keçirilir. Bu oxa üfiqi olaraq, şaquli 
tirə  iki  tərəfdən  toxunan,  iki  dördkünc  tir  keçirilir  və  bərkidilir.  Bu 
tirlərin  uzunluğu  4,5  m  və  tərəfi  15  sm-dir.  Üfiqi  bərkidilmiş  tirlərin 
stabilliyini artırmaq üçün onlar uzunluğu 1,9 m və tərəfi 15 sm olan iki 
dördkünc ağac parça ilə şaquli gövdəyə sərt bağlanılır. Tirlər uc tərəfdən 
dəmir lövhələrlə bir-birinə sərt bağlanır. Yükü asanlıqla qaldırmaq üçün 
Aqrikola dişli çarx ötürməsindən istifadə edir. Şəkildən göründüyü kimi, 
şaquli  oxda  təxminən  orta  hissədə  dişli  çarx  ötürməsindən  ibarət 
mexanizm  yerləşdirilir.  Əl  ilə  hərəkət  etdirilən  dəstək,  hərəkəti  onunla 
eyni ox üzərində yerləşdirilmiş, üzərində 5 diş kəsilmiş, uzunluğu 18 sm 
və diametri 24 sm olan çarxa ötürür. Sonra fırlanma hərəkəti bu çarxdan 
onunla  ilişmədə  olan  ikinci  çarxa  ötürülür.  Bu  çarxın  diametri  52  sm, 
dişlərinin sayı 23-dür. Bu çarxın yerləşdiyi oxda birinci oxdakına uyğun 
olaraq, üzərində 5 diş və  diametri 18 sm olan  val yerləşdirilir. Onun  da 
məqsədi,  hərəkəti  bir  daha  gücləndirilmiş  şəkildə  növbəti  çarxa 
ötürməkdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.143. Dönən kran.   
 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə