Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   20   21   22   23   24   25   26   27   28

Renessans  dövründə maşınqayırma 
187 
 
Qeorqius Aqrikola ( 1494

1555) 
 
Q
eorqius  Aqricola  (əsl  adı  Georg 
Pawer  olub,  sonradan  adını  latın  dilinə 
tərcümə  edərək  özünü  Georgius  Agricola 
adlandırıb)  1494-cü  ildə  Saksoniyanın 
Qlauxau (alm. Glauchau) şəhərində kətan 
toxucusu  ailəsində,  ikinci  uşaq  kimi 
dünyaya  gəlmişdir  (şəkil  7.37).  1514-cü 
ildən 
1518-ci 
ilə 
qədər 
Laypsiq 
Universitetində  qədim  dillər  üzrə  təhsil 
almışdır.  Təhsilini  başa  vurduqdan  sonra 
Tsvikau (alm. Zwikau)  şəhərində işləmək 
təklifini  alır.  Beləliklə  o,  1518-ci  ildə 
Tsvikau 
şəhər 
məktəbində 
rektor 
vəzifəsində  işləməyə  başlayır.  Aqrikola  məktəbdə  köklü  dəyişikliklər 
edərək  latın,  yunan,  hebron  dilləri  ilə  bərabər  əkinçilik,  üzümçülük, 
tikintişünaslıq,  ölçmə,  hesablama,  əzcazçılıq  və  hərbşünaslıq  sahələrini 
də tədrisə daxil edir [1.86].  
1521-ci  ildə  Aqrikola  yenidən  tibb  üzrə  təhsil  almaq  üçün  öncə 
Laypsiqə,  sonradan  isə  (1523-çü  il)  Boloniyaya  və  Padua  şəhərlərinə 
gedir.  1527-ci  ildə  Almaniyaya  qayıdan  Aqrikola  Kemnits  (alm
Chemnitz)  şəhərində  həkim  kimi  işə  başlayaraq  ömrünün  sonuna  kimi 
burada  işləmişdir.  O,  uzun  müddət  Kemnits  şəhərinin  burqermaysteri 
vəzifəsində  çalışmışdır.  Bu  işi  ilə  bərabər  Aqrikola  tibb,  kimya, 
filologiya,  pedaqoqika,  tarix,  metrologiya,  geologiya  və  dağ  mədən 
işləri  üzrə  elmi  tədqiqatlar  aparır.  O,  humanist  düşüncəni  texniki 
biliklərlə  əlaqələndirən,  renessans  dövrünün  universal  alimlərindən  biri 
olmuşdur.  
Aqrikola  tədqiqatçı  kimi  fəaliyyət  göstərdiyi  müddətdə  öz  işlərinin 
nəticələrini  kitablar  şəklində  çap  etdirmişdir.  1530-cu  ildə  Aqrikolanın 
metalşünaslığa dair yazdığı  kitabı (lat. Bermannus, sive de re metallica) 
 
Şəkil 1.136. Georgius Aqrikola. 


Renessans dövründə maşınqayırma 
188 
 
çap  olunur.  O,  bu  kitabda  filizin  emalı  və  metalın  filizdən  alınması 
üsullarını  təsvir  edir.  Ölçmə  haqqında  yazdığı  kitabında  (lat.  De 
Mensuris  et  ponderibus)  Aqrikola  yunan  və  roma  ölçü  və  kütlə 
vahidlərini  təsvir  edir.  O  dövrdə  vahid  çəki  sistemi  olmadığından  bu 
əsəri Aqrikolanı bir humanist alim kimi məşhur edir.  
Aqrikolaya,  onun  bu  və  geologiya  haqqında  yazdığı  başqa  kitabları 
ilə  bərabər  1556-cı  ildə  Bazeldə  metalşünaslıq  üzrə  məcmuə  şəklində 
çap etdirdiyi “Metalların təbiəti haqqında 12 kitab”  (lat. De re metallica 
libri  XII“)  dünya  şöhrəti  gətirmişdir  (şəkil  1.137).  Kitabda  ilk  dəfə 
olaraq  dağ  və  mədən  işlərinin  sistematik  olaraq  texnoloji  araşdırılması 
verilmişdir.  Onun  bu  əsəri  iki  yüz  ildən  artıq  dağ  və  mədən  işləri  ilə 
məşğul olanlar üçün əsas kitab olaraq qalmışdır [1.87].  
Birinci kitabdan altıncı kitaba qədər Aqrikola mədənçi peşəkarlığına 
tərif  verərək  bu  sahədə  çalışanların  hansı  keyfiyyətlərə  malik  olması, 
yerin  geodezik  xassələri,  mineralların  növləri,  yeraltı  şaxtaların 
quruluşu,  tikilməsi  və  təhlükəsizliyi  haqqında  yazır.  VI  kitab  ən  geniş 
olub, dağ və mədən işlərində istifadə olunan alət və maşınları əhatə edir. 
VII  kitabda  o,  filizlərin  sınaqdan  keçirilməsi,  VIII  kitabda  isə  onların 
hazırlanmasından bəhs  edir. IX kitabda  metal əridən sobaların tikilməsi 
təsvir olunur. X və XII kitablarda əlvan metallar, şüşə, duzlar, kükürd və 
bitumun alınması texnologiyaları təsvir olunmuşdur. 
Onun 
kitabında 
texnoloji 
proseslərin 
təsvir 
olunmasında 
parametrlərin  ümumi  şəkildə  səciyyələndirilməsi  (məsələn,  kiçik,  orta 
və  böyük  sink  (Zn)  parçası;  yavaş,  orta  və  ya  sürətli  alovda  əritmə) 
müəyyən  problemlər  yaratsa  da,  ümumilikdə  kitab  bu  sahə  üzrə  ilk 
dəyərli  mənbə  sayılır.  Mineralların  təsvir  olunmasında  Aqrikola  İbn 
Sinanın (Avisenna) işlərinə əsaslanmışdır. 
Bizim üçün Aqrikolanın VI kitabı maraqlıdır. Kitabın əvvəlində öncə 
mədən  işlərində  istifadə  olunan  alətlərin:  iskənə,  çəkic,  külüng  və  yük 
daşımaq üçün qablar, zənbillər, ağac və dəri vedrələr, əl arabası və dörd 
təkərli, yeşik formalı arabalar təsvir olunmuşdur (şəkil 1.138).   
 


Renessans  dövründə maşınqayırma 
189 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.137. De re metallica libri XII kitabının üz qabığı.  
 
 


Renessans dövründə maşınqayırma 
190 
 
Yüklərin  yerin  altından  xaricə 
daşımaq 
üçün 
Aqrikola  ağac 
yoldan  istifadə  edilməsinə  dəlalət 
edir.  Ağac  yol  mütəxəssislərin 
fikrincə  bu  günkü  dəmir  yolunun 
əsasını qoymuşdur. Ağac yolunu o 
belə  təsvir  edir.  Əgər  daş  və 
kəsəkləri  araba  ilə  xaricə  daşımaq 
lazım  gələrsə,  onda  bir-birinə 
paralel olaraq uzadılmış və bir-biri 
ilə  alt  tərəfdən  ağac  parçaları  ilə 
birləşdirilmiş 
ağac 
tirlərdən 
istifadə  edilir.  Bu  tirlərin  eni  və 
hündürlüyü 
22 
sm-dir. 
Üst 
tərəfdən 
bu 
tirlərin 
üzərində 
uzununa  yarıqlar  açılır.  Arabanın 
təkərləri  bu  yarıqlara  keçirilir  və 
hərəkət  zamanı  lazımi  istiqamətə 
yönəldərək 
onun 
insansız 
hərəkətinə imkan verir.  
Aqrikola 
mədən 
işlərində 
istifadə  olunan  maşınları  üç  növə 
bölür:  yük  nəqledən,  su  qaldıran 
və yük qaldıran maşınlar (kranlar). 
Yük  qaldıran  maşınlardan  biri 
şəkil  1.139-da  təsvir  olunmuşdur. 
Burada  ayaqla  fırlanan  lövhənin 
dönmə 
hərəkəti 
onun 
oxuna 
bərkidilmiş dişli çarxa ötürülür.  
 
 
 
 
 
 
Şəkil 1.138. Mədən işlərində tətbiq  
olunan  alətlər və arabalar. 
 
 
   Şəkil 1.139. Yük qaldıran maşın. 
 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə