Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

Renessans dövründə maşınqayırma 
174 
 
qaldırmaq üçün 6 yumruqcuq bərkidilir. Çarx döndükdə, metal lövhənin 
verişi  ilə  uzlaşdırılan  çəkiclər  qaldırılır  və  aşağıya  buraxılır.  Çəkic 
lövhəyə zərbə ilə dəyərək onu döyür.   
 
Uçan maşınlar 
 
Sonsuz  çeviklik  və  azadlıq 
arzusu  ilə  yaşayan  Leonardo 
havaya  qalxmaq,  səmada  quş 
kimi  uçmaq  üçün  maşınlar 
düzəltməyə cəhd edir [1.82]. O, 
öz 
dövrünü 
qabaqlayan 
maşınlar 
layihələndirmişdir. 
Onun  əlyazmalarında  quşlar  və 
başqa 
uçan 
heyvanlar, 

cümlədən 
uçan 
maşınlar 
haqqında 
sonsuz 
sayda 
məlumatlar öz yerini tapmışdır. 
Leonardonun  işlərində  təsvir 
edilmiş  uçma  nümunələri  bu 
günkü  baxımdan  mənasız  görünsə  də,  onun  hava  nəqliyyatının  inkişafı 
üçün əsas istiqaməti müəyyənləşdirdiyi təkzib olunmazdır.  
İkarus  və  Dadalus  miflərindəki      quşlar  haqqındakı  əfsanələr 
Leonardonun  ideyalarının  əsasında  durmuşdur.  Leonardo  fikirləşirdi  ki, 
yarasanın uçma texnikası uçma maşınları üçün ən yararlı formadır. Şəkil 
1.121-də  belə  bir  qanadın  sxemi  verilmişdir.  Bu  qanad  torla 
örtülmüşdür.  Onun  aşağı  hissəsində  yuxarıya  qalxma  zamanı  hava 
axınının  nizamlanması  üçün  ventil  yerləşdirilir.  Qanad  eyni  zamanda 
həm  əl,  həm  də  ayaqla  xüsusi  mexanizmin  köməyi  ilə  hərəkət  etdirilə 
bilir.  
Şəkil  1.122-də  bu  qanadla  təchiz  olunmuş  mexanizm  təsvir 
olunmuşdur. Şəkildə göstərilmiş dəstək (vs) əl ilə itələnərək  qanadı  yu- 
 
Şəkil 1.119. Şaquli burğulama dəzgahı. 


Renessans  dövründə maşınqayırma 
175 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.120. Dəmir lövhəni döyəcəkləyən dəzgah. 
 
xarı-aşağı hərəkət etdirir. 
Ayaq  ilə  tr  ipini  dartdıqda  qanad  dala  çəkilir.  Bu  hərəkətlər 
uzlaşdırılmış  şəkildə  yerinə  yetirildikdə,  qanad  quşun  uçmasına  uyğun 
olaraq  hərəkət  edir.  Şəkil  1.123-də  Leonardonun  layihəsi  əsasında 
düzəldilmiş model göstərilmişdir.  
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.121. Qanadın quruluşu. 
 


Renessans dövründə maşınqayırma 
176 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.123. Uçan maşın.
 
 

 
 
 
 
 
 
 
 
 
 
    
Şəkil 1.122. Uçma mexanizmi.
 
 


Renessans  dövründə maşınqayırma 
177 
 
Leonardonun  daha 
bir  maraqlı  qurğusu 
hava  vintidir  (şəkil 
1.124). O, bu qurğu ilə 
uçmaq 
haqqında 
fikirləşirdi.  Leonardo-       
nun  yazdığına  görə 
vintin  gövdəsi  nazik 
dəmir 
məftildən 
hazırlanır.  Vintin  dia- 
metri  5  m-dir.  Məftil 
arasındakı 
boşluq  
möhkəm  parça    mate- 
rialı ilə örtülür. Qurğunun etibarlığını artırmaq üçün vintin gövdəsi nazik 
borularla möhkəmləndirilir. Vint müəyyən sürətlə fırlandıqda o yuxarıya 
qalxır.  Bəzi  mütəxəssislər  bu  qurğunu  vertolyotun  başlanğıcı  kimi 
qiymətləndirirlər.  Bu  qurğunun  layi- 
hələndirilməsi  Leonardonun  Milanda 
olduğu  vaxta,  1483

1486-cı  illərə 
təsadüf  edir.  Bu  ideya,  pərlərin 
fırlanmasında  dartma  qüvvəsini  yox- 
lamaq  üçün  Leonardonun  apardığı 
sınaq  zamanı  meydana  gəlmişdir.  O, 
kağızdan  düzəltdiyi  vinti  əl  ilə 
fırladan zaman əlinin pərlər tərəfindən 
qabağa 
dartıldığının 
şahidi  olur. 
Leonardonun  bu  maşını  sınaqdan 
keçirməsi  tarixi  mənbələrdən  aydın 
deyil [1.83].   
O da məlumdur ki, ilk  dəfə olaraq 
paraşütü Leonardo ixtira etmişdir. O,  
uçma cəhdləri haqqında  aparılmış  sı- 
 
Şəkil  1.124. Hava vinti. 
 
          Şəkil 1.125. Paraşüt. 


Renessans dövründə maşınqayırma 
178 
 
naqların nəticələri ilə yaxından tanış olaraq, yeni bir tərtibatı 

 paraşütü 
layihələndirir.  Onun  təsvirinə  görə  piramida  şəkilli  gövdənin  üzərini 
parça  ilə  örtdükdən  sonra  bu  qurğu  ilə  istənilən  şəxs  istənilən 
hündürlükdən  heç  bir  qorxu  olmadan  aşağıya  enə  bilər.  Leonardo 
piramidanın tərəfini və hündürlüyünü  7 m uzunluğunda vermişdir (şəkil 
1.125).  
 
Hərb maşınları 
 
Leonardonun  yuxarıda  təsvir  olunmuş  ərizəsindən  göründüyü  kimi, 
hərb  maşınları  da  onu  maraqlandıran  sahələrdən  olmuşdur.  Onun 
layihələndirdiyi çoxlu sayda müharibə maşınları öz orijinallığı ilə ondan 
əvvəl  məlum  olanlardan  fərqlənmişdir.  Bu  maşınların  böyük  hissəsi 
Leonardonun  ixtirası  kimi  qiymətləndirilir.  Aşağıda  bu  maşınlardan  bir 
neçəsinin quruluşu və iş prinsipi verilmişdir.  
Bu  ixtiralardan  biri,  şəkil  1.126-da  verilmiş  buxar  topudur.  Buxar 
enerjisindən  Heronun  istifadə  etməsi  Leonardoya  məlum  idi.  O,  bu 
enerjidən  istifadə  edərək  top  mərmisini  düşmənin  üzərinə  atmaq  üçün 
istifadə etmişdir. Şəkildə göstərilmiş topun arxa hissəsi böyük miqdarda 
yanan kömürün içərisində yerləşdirilir. Bu hissə kifayət qədər qızdıqdan 
sonra onun yanında yerləşən su çəninin vinti açılır və su qəfildən qızmış 
zonaya  daxil  olur.  Kömürün  üstünə  tökülən  su    buxarlanır.  Kamerada 
əmələ  gələn  buxar  təzyiqi  topun  içərisindəki  dəmir  kürəni  böyük  səslə 
və güclə irəliyə atır.    
 
 
 
 
 
 
 
Şəkil 1.126. Buxar topu. 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə