Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   20   21   22   23   24   25   26   27   28

Renessans  dövründə maşınqayırma 
183 
 
yazılmışdır.  Bizim  üçün  əsasən  VII  ktabda  təsvir  olunmuş  maşınlar, 
tərtibatlar maraqlı olduğundan bu fəsilə daha yaxından nəzər salaq.           
Birinkuçio  metallurq  olduğundan  onun  layihələndirdiyi  maşınlar 
əsasən tökmə texnologiyasında öz tətbiqini tapmış üfürcəkləri işlədən su 
çarxları  və  bunun  üçün  ötürmələr,  tökülmüş  topun  deşilməsi  üçün 
burğulama dəzgahı və alətlərdir [1.45, 1.85].  
O  dövrdə  bir  çox  ərintilər  üçün  hava  üfürcəkləri  əsas  vasitə 
olduğundan,  onların  effektiv  işləmələri  üçün  uyğun  maşınların 
layihələndirilməsi də bir o qədər vacib idi. Üfürcəklər təkcə gözəl xarici 
görünüşə,  bahalı  dəriyə  malik  olmamalı,  eyni  zamanda  böyük  gediş 
yoluna,  yaxşı  ventilə,  ucluqlara  malik  olmalı  və  kip  bağlanmalıdır. 
Ərimə prosesinin uğurlu aparılması üçün  onların asan işlədilməsi vacib 
idi.  Hava  üfürcəklərinin  effektiv  tətbiqi  onların  gücündən  asılı  idi. 
Üfürcəkləri  hərəkətə  gətirmək  üçün  əl  əməyi  ilə  bərabər,  su  ilə  işləyən 
maşınlardan  da  istifadə  edilirdi.    Şəkil  1.132-də  belə  bir    maşın  təsvir 
olunmuşdur. Yerindən  və suyun  miqdarından asılı  olaraq bu  maşınların 
diametri  3;  3,5  və  4  m  həddində  ola  bilirdi.  Şəkildən  göründüyü  kimi 
üzərində  dirsəklər  olan  val  su  pərləri  ilə  birləşdirilir.  Üfürcəyin  üst 
tərəfindəki qapaq tərpənməz bərkidilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.132. Çarxla işləyən üfürcək. 
 


Renessans dövründə maşınqayırma 
184 
 
Val  döndükdə  onun  dirsəkləri  ardıcıl  olaraq  üfürcəklərin  alt 
hissəsindəki  hərəkətli  tərəfi  yuxarıya  itələyir  və  beləliklə,  üfürcəyin 
içərisindəki  havanı  sobanın  daxilinə  üfürür.  Valdakı  dirsək  dönəndən 
sonra  üfürcəyin  alt  tərəfi  yenidən  aşağıya  hərəkət  edir  və  onun  içərisi 
hava ilə dolur. 
Yuxarıda  təsvir  olunmuş  maşın  yalnız  su  dəyirmanlarının 
yaxınlığında yerləşdirilərək tətbiq edilə bilirdi. Əks hallarda başqa enerji 
mənbəyi  ilə  işləyən  maşınlara  ehtiyac  yaranır.  Əl  ilə  hərəkət  etdirilə 
bilən  çoxlu  sayda  maşınlar  məlumdur.  Şəkil  1.133,a  və  b-də  insan 
tərəfindən  hərəkət  etdirilən  maşınlar  təsvir  edilmişdir.  Soldakı  şəkildə 
yan-yana  yerləşdirilmiş  iki  üfürcəyin  üst  tərəfində  bir  val  yerləşdirilir. 
Vala  sərt  bərkidilmiş  iki  qol,  xüsusi  dəstəyin  köməyilə  əllə  aşağı  və 
yuxarı döndərilir. Bu qollar öz növbəsində  bəndlərin köməyi ilə ardıcıl 
olaraq üfürcəkləri hərəkətə gətirir. Şəkil 1.133, b-də göstərilmiş maşında 
əsas  val  ayaqla  hərəkətə  gətirilən  çarxa  bərkidilir.  Çarx  döndükdə 
fırlanma  hərəkəti  üfürcəklərin  qapaqlarının  yuxarı-aşağı  hərəkətinə 
çevrilir.   
 
 
 
 
 
 
 
 
 
a) 
 
 
 
 
b) 
 
Şəkil 1.133. Müxtəlif üfürcək konstruksiyaları. 
 
Birinkuçio  həm  də  eyini  zamanda  bir  neçə  sobaya  havanın 
üfürülməsi  üçün  maşınlar  düzəltmişdir.  Şəkil  1.134-də  bir  çarxın 
yaratdığı  hərəkət  dirsəkli  valların  köməyi  ilə  4  ədəd  üfürcəyə  ötürülür. 
Uc hissəsində çarx oturdulmuş valın digər ucuna dirsək bərkidilir.  


Renessans  dövründə maşınqayırma 
185 
 
Bu  dirsək  tərpənməz  dirək  ətrafında  dönə  bilən  linglə  birləşdirilir. 
Lingin  digər  ucu  üfürcəklər  üzərində  asılmış  qollarla  birləşdirilir.  Çarx 
fırlandıqda  o,  lingin  köməyi  ilə  eyni  zamanda  2,  3  və  4  üfürcəyi 
hərəkətə gətirə bilir. Burada, əlbəttə su çarxının gücü nəzərə alınmalıdır.  
Onun  bu  ötürməsi  tarixi  qaynaqlara  görə  ən  qədim  transmissiya 
sayılır.  Sonralar  bu  ötürmədən  bir  mühərrikin  köməyi  ilə  bir  neçə 
dəzgahın  işlədilməsində  istifadə  edilmişdir.  Birinkuçionun  kitabında 
topların töküklərini emal etmək üçün texnologiyalara da toxunulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.134. Üfürcək üçün transmissiya. 
 
O,  topların  deşilməsi  üçün  istifadə  olunan  burğulama  dəzgahının 
layihəsini  vermişdir.  Şəkil  1.135-də  göstərilmiş  dəzgahda  ötürmə  ya  su 
çarxı,  ya da əl ilə fırlanan  nazimçarxla hərəkətə  gətirilir. Top möhkəm 
ağac 
lövhələrdən 
düzəldilmiş 
stolun 
üzərindəki 
tutqaclarda 
yerləşdirilərək,  iplərlə  bağlanır.  Dəzgahın  stolunu  irəliyə  asan  hərəkət 
etdirmək  üçün  onun  altında  üç  ağac  diyircək  yerləşdirilir.  Stolu  alətə 
tərəf,  bərabər  olaraq  dartmaq  üçün  o,  iki  tərəfdən  alətə  yaxın  yerdə 
yerləşdirilmiş diyircəyə iplərlə bağlanır. Diyircək çarxqolu  ilə  fırladıla- 


Renessans dövründə maşınqayırma 
186 
 
raq  stolu  alətə  tərəf  çəkir.  Burğulama  prosesi  başa  çatdıqda  stolu  digər 
tərəfə  hərəkət  etdirmək  üçün  eyni  qurğudan  istifadə  edilir.  Deşmənin 
məhsuldarlığını  artırmaq  üçün  Birinkuçio  iki  alətli  dəzgah  təklif  edir 
(şəkil  1.135,  b).  İkinci  alət  birincinin  yaxınlığında  hərəkətli  bərkidilir. 
İki  alət  arasında  dişli  çarx  ötürməsi  ilə  hərəkət  əsas  burğudan  ikinciyə 
ötürülür. Birinkuçionun yazdığına görə, ikinci alət dişli çarx ötürməsinin 
nəticəsində  birinciyə  nisbətən  daha  sürətlə  fırlanır.  Bu  dəzgahda  eyni 
zamanda iki topu deşmək mümk idi.           
    
 
 
 
 
 
 
 
 
 
a) 
 
 
 
 
 
 
 
 
 
 
 
b) 
Şəkil 1.135. Topların burğulanması üçün dəzgahlar 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə