Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
143 
 
mar  və  ov  alətlərindən  ibarət  idi.  O  dövrdə  dəmirçilik  sənəti 
ixtisaslaşmadan çox uzaq idi. Ehtimal olunur ki, ustalar sadəcə bir neçə 
sahəni  yaxşı  bilirdilər.  Dəmirçilər  başqa  sənətkarlar  kimi  sifarişlər 
əsasında  işləyirdilər.  Sifarişçilər  qızıl  və  gümüş  əşyalar  hazırlatmaq 
istədikdə,  lazım  olan  xammalı  özləri  ilə  gətirirdilər.  Xammala  olan 
ehtiyac çox vaxt antik dövrdən qalan ehtiyat əsasında ödənilirdi. Köhnə, 
əlvan metallardan olan əşyalar ərdilir və onlardan yeniləri hazırlanırdı.  
Kənd  təsərrüfatı  texnikasının  geniş  tətbiqi  nəinki  məhsulların 
artırılması,  hətta  yeni  torpaq  sahələrinin  emal  edilib  yararlı  hala 
salınmasına  gətirib  çıxarmışdır.  Bu  inkişaf  eyni  zamanda  əhalinin 
artmasına şərait yaratmışdır, belə ki, 1150

1200 illərdə Avropada artim 
20%-dən  çox  idi  [1.19].  Əhalinin  artımı  ilə  bağlı  olaraq  sənətçilik 
texnikasına 
olan 
tələbat 
da 
artmışdır. 
Sənətçilikdə 
yaranan 
çatışmamazlıqlar  insanlar  və  heyvanların  istehsalın  artan  miqdarı  və 
sürəti  müqabilində  öz  fiziki  hədlərinə  çatması  ilə  bağlı  idi.  Atlardan 
sənətçilikdə  istifadə  olunması  enerji  mənbəyini  genişləndirsə  də, 
sənətçiliyin  sürətlə  yayılması  nəticəsində  güclü  və  fasiləsiz  işləyən 
enerji  mənbəyinə  yaranan  ehtiyacı  ödəyə  bilmirdi.  Bu  tələbat  orta 
əsrlərdə  su  və  küləklə  işləyən  dəyirmanların  yaranması  və  tətbiqinə 
təkan vermişdir.  
Orta  əsrlərdə  tətbiq  olunan  su  dəyirmanları  antik  dövrdə  yaşamış 
Vitruvinin işlərində təsvir olunmuş maşınlar ilə identik idi.  
Şəhərlərdə su dəyirmanlarının tikilməsi, böyük miqdarda xərclə bağlı 
olduğundan  kilsələrin  əlində  cəmləşmişdir.  Sadə  kəndli  və  sənətkarlar 
bu  enerjidən  istifadə  etmələri  üçün  pul  ödəməli  idilər.  Ayrı-ayrı 
dəyirmanların  ətrafında  cəmləşən  sənaye  və  istehsal  bu  ərazilərdə 
qəsəbələrin yaranmasına gətirib çıxarmışdır.  
X
Ι
  əsrdən  su  dəyirmanları  Şimali  Avropa  ərazilərində  yayılmağa 
başlayır.  X
Ι
  əsrin  sonunda  İngiltərədə  500-dən  çox  su  dəyirmanı 
mövcud  idi.  Tarixi  qaynaqlara  görə  bu  dəyirmanlar  V
ΙΙΙ
  əsrdə  Fars 
dövlətinin  ərazisində  yaradılmış  şaquli  vallı  dəyirmanların    əsasında  
düzəldilmişdir  [1.71, 1.19].  Su  və  külək  enerji  mənbələri   insan   və  


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
 
144 
heyvan  güclərinin  potensialını  daha  da  artırmışdır.  Bu  enerji  mənbələri 
ilə  işləyən  maşınların  ixtira  edilməsi  onun  effektini  artıraraq,  həm  də 
onların  özlərinin  istehsalını  asanlaşdırmışdır.  Beləliklə,  su  və  külək 
dəyirmanlarının  yaranması,  orta  əsrlərdə  əl  əməyindən  maşın 
texnologiyasına keçid üçün əsas addım idi.  
Maşınlar  əsasən  fırlanma  hərəkəti  lazım  olunan  işlərdə  tətbiq 
olunurdu. Bu, hər şeydən əvvəl buğdanın üyüdülməsində, mişarlama və 
pardaqlamada  tətbiq  olunurdu.  Bəzi  hallarda  torna  dəzgahı  da  su  ilə 
hərəkət  etdirilirdi.  Başqa  işlər  üçün  isə  fırlanma  hərəkətini  irəli-geri 
hərəkətə çevirən  mexanizm  düzəldilməli idi. Bu dirsəkli  valların tətbiqi 
ilə  reallaşdırılırdı.  Dirsəkli  val  fırlanma  hərəkətini  çevirərək  çəkic  və 
mişarların hərəkət etdirilməsini, metalların əridilməsi üçün tətbiq olunan 
hava  üfürcəklərinin  işləməsini  mümkün  etmişdir.  Enerji  istehsal  edən 
maşınların işçi maşınlarla kombinasiyası əl əməyinə əsaslanan istehsalın 
tədricən  mexanikləşdirilməsi  üçün  əsas  bünövrə  olmuşdur.  Buna 
baxmayaraq  orta  əsrlərdə  mexanikləşmə  lazım  olan  şəkildə  baş 
verməmişdir.  Bunun  səbəbi  bir  tərəfdən  maşınların  müəyyən  yerlərə 
bağlı  olduğundan  aşağı  çevikliyə  malik  olması  idi.  Digər  tərəfdən 
sənətçiliklə  məşğul  olanların  konservativ  ənənəyə  malik  olmaları  idi. 
Ustalar 
mexanikləşdirmənin 
tətbiqi 
nəticəsində 
iş 
yerlərinin 
itirilməsindən qorxurdular.  
X
ΙΙΙ
 əsrdə çəkiclə işləyən döymə maşınları geniş yayılmağa başlayır. 
İş  prinsipinə  və  quruluşuna  görə  fərqlənən  iki  növ  çəkic  məlum  idi. 
Çəkic  əsasən  ağacdan  hazırlanmış  və  ox  ətrafında  dönə  bilən  sapaqdan 
və onun ucuna keçirilmiş metal üzükdən ibarət idi (şəkil 1.92). 
Sapağın  digər  sərbəst  ucu,  üzərində  dirsəklər  olan  valın  altında 
yerləşdirilirdi. Dirsəkli val döndükdə çəkicin sapağını aşağıya itələyir və 
beləliklə  çəkicin  digər  ucunun  (başının)  yuxarıya  qalxmasına  gətirib 
çıxarırdı.  Val  sapağı  sərbəst  buraxdıqda  çəkic  aşağıya  hərəkət  edərək 
zindanın  üzərinə  qoyulmuş  pəstahı  zərbə  ilə  əzir.  Bu  çəkiclərin  döymə  
tezliyi dəqiqədə böyüklərdə 60-70, kiçiklərdə isə 150-yə bərabər idi.  
Kiçik çəkiclər dəmirçilikdə  daha  geniş  yayılmışdır.  Tarixi  mənbə- 


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
145 
 
lərdən məlumdur ki, su enerjisinin pardaq dəzgahlarında tətbiq edilməsi 
X
ΙΙΙ
 əsrə aiddir. Pardaq dəzgahlarında işlətmək üçün böyük miqdarda su 
tələb  olunduğundan,  onlar  az  su  ilə  işləyən  döymə  maşınları  ilə  təchiz 
olunmuş emalatxanalarda yerləşdirilirdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.92. Çəkiclə işləyən döymə maşını, XV əsr (Villinqen muzeyi, AFR). 
 
O  dövrdə  tətbiq  olunmuş  pardaq  dairələrinin  quruluşu,  hazırlanması 
və  işləmə  prinsipi  haqqında  ədəbiyyatlarda  heç  bir  məlumata  rast 
gəlinmir.  Ehtimala  gorə  pardaq  dəzgahları  dəyirmanların  işləmə 
prinsipinə uyğun hazırlanırdılar [1.75].   
Orta  əsrlərdə  metal  emalı  sənətçiliyində  məftil  emalı  əsas  yerlərdən 
birini  tuturdu.  Məftil  zirehli  paltarların  hazırlanmasında  tətbiq 
olunduğundan,  ona  olan  tələbat  yüksək  idi.  X
ΙΙΙ
  əsrə  qədər  məftillər 
dəmirçilər  tərəfindən  çəkiclə  döyülərək  hazırlanırdı.  Ancaq  X
ΙΙ
  əsrdə 
məftilin  dartmaqla  hazırlanması  məlum  idi.  Bu  dövrdə  Teofilus  (alman 
keşişidir)  tərfindən  yazılmış  “Diversarum  arium  schedula”  kitabında 
məftilin hazırlanması təsvir olunmuşdur [1.76].   
1306-cı  ildə  Nürnberqli  Rudolf  kəlbətinlərin  köməyi  ilə  məftilin 
matrislərdən dartmaqla hazırlanmasını tətbiq etmişdir (şəkil 1.93). XIV  


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə