Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

Müsəlman  elmi 
132 
 
qırılarsa,  onda  ilanın  başı  əvvəlki  vəziyyətə  qayıdaraq  növbəti  kürəni 
götürür.  
Əl Cəzari kitabının sonuncu fəslində dörd dilli qapı kilidinin təsvirini  
verir [1.66]. Onun təsvirinə görə kilidin dilləri ağacdan və ya dəmirdən 
hazırlanaraq  qapının  arxa  tərəfinə  dörd  istiqamətdə  hərəkətli  bərkidilir 
(şəkil  1.84). Bu dillər açar vasitəsilə itələnərək bağlanır və açılır. Dilin 
biri  yuxarıya,  biri  sağa,  biri  aşağıya,  digəri  isə  sola  açılır.  Bu  dillər 
qapının  arxasında  elə  bərkilir  ki,  oraya  oğruların  əli  çatmasın.  Kilid 
üçün  nəzərdə  tutulmuş  açarsız,  qapını  açmaq  mümkün  deyil.  Bununla 
bərabər  Əl-Cəzari  kilitin  hissələrinin  hazırlanmasına  aid  də  məlumatlar 
vermişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.84. Qapı kilidinin cizgisi və modeli.  
 
 
 
 


Müsəlman  elmi 
133 
 
Tağıyəddin 
         
T
ağıyəddin  1525-ci  ildə  Dəməşqdə  anadan  olmuş  və  1585-ci  ildə 
Türkiyədə  vəfat  etmişdir.  Fəaliyyətinin  əvvəlində  o,  müsəlman  teoloqu 
kimi  müəyyən  kitablar  yazır.  Bu  kitablardan  biri,  ona  dünya  şöhrəti 
gətirən,  1551-ci  ildə  Dəməşqdə  yazılmış,  “Ruhani  maşınların  tətbiqi” 
(ərəb. Əl-Turuq Əl-saniyya Fi l-alat ar-ruhaniyya) adlı əlyazmasıdır. Bu 
əlyazma  İrlandiyanın    Dublin  şəhərinin  kitabxanasında  saxlanılır.  Əl-
Həsən bu kitabı təhlil edərək, müxtəlif alət və maşınları cizgilər, fotolar 
və  mühəndislərin həyatı haqqında məlumatlarla birlikdə çap etdirmişdir 
[1.53,  1.66].  Bu  iş  müxtəlif  alimlər  tərəfindən  araşdırılmış  və  orada 
təsvir olunmuş saatlar, tərəzilər, 
nasoslar,  su  turbinləri  və  başqa 
maşınların 
konstruksiyaları  
öyrənilmişdir.  Tağıyəddinin  bu 
kitabında  təsvir  olunmuş  bir 
nasosun 
müasir 
avtomobil 
mühərriklərinin  yaranmasındakı 
rolu  onun  işləmə  prinsipini 
araşdırdıqda 
aydın 
görünür. 
Şəkil  1.85-də  altı  silindrli  su 
nasosunun 
sxematik 
təsviri 
verilmişdir.  Bu  nasosu  hərəkət 
etdirmək  üçün  enerji  mənbəyi 
kimi 
axar 
sudan 
(çaydan) 
istifadə  edilmişdir.  Axar  suya 
salınmış 
pərlər 
fırlanaraq 
dirsəkli  valı  hərəkət  etdirirlər. 
Dirsəkli  val  döndükdə  onunla 
əlaqədə  olan  qolları  aşağıya 
itələyir. 
Bu 
qollar 
onların 
altında yerləşdirilən dayaq ətra- 
 
Şəkil 1.85.
 
Tağıyəddinin kitabından  
fraqment. 


Müsəlman  elmi 
134 
 
fında  dönür  (şəkil  1.86).  Qolların  digər  ucları  nasosun  kolbaları  ilə 
əlaqədə  olur.  Qol  döndükdə,  yəni  aşağıya  itələndikdə  o,  kolbaya 
bərkidilmiş    yükü  yuxarıya  qaldırır.  Yüklə  bağlı  olan  kolba  yuxarı 
qaldırıldıqda  silindrdə  vakuum  yaranır  və  silindrin  dibindəki  deşikdən 
su sorulur.  
Təsvir olunmuş su nasosu öz dövrü üçün ən təkmil və mütərəqqi bir 
mühəndis fikrinin  məhsulu idi. Bu  mexanizmin  işləmə prinsipi sonralar 
Avropada  ixtira  edilmiş  buxar  maşınlarında  və  daha  sonra  daxiliyanma 
mühərriklərində tətbiq edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tağıyəddinin  işlərində  pnevmatik  qurğularla  bərabər  yükqaldıran 
mexanizmlərə  də  yer  verilmişdir.  Burada  Tagıyəddin  polipastın  o  dövr 
üçün  ən  inkişaf  etmiş  növünü  təsvir  edir.  Bu  polipastla  oxşarlığı  olan 
mexanizmə sonralar Leonardo da Vinçinin işlərində rast gəlinir. 
Kitabda özünə yer almış, dişli çarxlarla işləyən yükqaldıran qurğu da 
böyük maraq kəsb edir. Burada Tağıyəddin dişli çarx ötürməsinin üstün-  
 
 
 Şəkil 1.86. Altı silindrli su nasosu. 
 


Müsəlman  elmi 
135 
 
lüyündən  istifadə  edərək  kiçik  qüvvə  tətbiq  etməklə  böyük  yükü 
(təxminən  1450  kq)  qaldırmaq  üçün  mexanizm  təklif  etmişdir  (şəkil 
1.87).   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 
        
Şəkil 1.87. Yükqaldıran qurğu. 


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
 
136 
1.6.  Orta əsrlərdə Avropada texniki sənətçilik və maşınların 
tətbiqi  (V
ΙΙΙ−
XV əsrlər) 
 
G
ermanların Romanı zəbt etmələri ilə antik dövr başa çatır. Bu dövr 
çox  vaxt  tarixçilər  tərəfindən  incəsənətdə  reqres  dövrü  kimi 
qiymətləndirilsə  də,  texniki  sahələrdə  müəyyən  irəliləyişlər  baş 
vermişdir.  Orta  əsrlərdə  dönən  oxlu  araba,  külək  dəyirmanı,  oynaqlı 
birləşmə,  dəmir  əridən  soba,  çuqun,  odlu  silah,  kitab  çapı  kimi  tarixdə 
mühüm  rol  oynayan  texniki  vasitələr  yaranmışdır.  Elmdə  də  inkişaf 
nəzərə  çarpır.  Professional  bilik  verən  təhsil  ocaqlarının  yaranması  baş 
verir.    
German-Roma  hökmranlığı  dövründə  mədəniyyət  mərkəzi  tədricən 
şimala  sürüşməyə  başlamışdır.  Yeni  mədəniyyətə  malik  xalqlar  antik 
dövrün texniki vasitələrini mənimsəyərək onları yeni dövrün tələblərinə 
uyğunlaşdırmışdılar.  Bu  yeni  mədəniyyət  mərkəzlərinin  cəmləşdiyi 
ərazilər ənənəvi olaraq bu texnikaya bağlı idilər.  
İtaliyada  texniki  inkişaf  yadelli  işğalçılara  qarşı  müdafiə  olunmaq 
üçün  istifadə  edilən  texniki  vasitələrin,  silahların  təkmilləşdirilməsi  ilə 
müşaiət  olunurdu.  Qəsəbələrdə  müdafiə  tikililəri  kəndlərdən  axan 
insanların  hesabına  inkişaf  etməkdə  idi.  Əhalinin  qalalarla  əhatə 
olunmuş  yaşayış  məntəqələrində  cəmləşməsi,  yaxınlıqda  yerləşən 
torpaqların  qiymətinin artmasına gətirib çıxarmışdır. Divarlar arxasında 
yaranan şəhər cəmiyyətində orta əsr sənətçiləri formalaşmaqda idi.  
Artıq X əsrdə yük daşıyan heyvanların ayaqları nallanmağa başlanır. 
Bu,  atların    kənd  təsərrüfatında  tətbiqini    mümkün  etmişdir  və  çətin 
şumlanan torpaqların yararlı hala salınmasına şərait yaratmışdır. Bunun 
nəticəsində  əkinçilik  canlanmağa  başlayır.  X
Ι
  əsrdə  atlar  və  öküzlərdə 
istifadə  edilən  boyunduruğun  onların  kürək  hissəsində  yerləşdirilməsi 
dartma qüvvəsinin təxminən 4 dəfə artmasına imkan vermişdir. Bir neçə 
yük heyvanlarının birgə qoşulması enerjini daha da artırmışdır. Bu eyni 
zamanda  əvvəlkinə  nisbətən  yeni  tipli,  çarxla  işləyən,  daha  ağır  və 
bunun nəticəsində torpağı daha dərin şumlaya bilən  kotanların tətbiqinə 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə