Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Renessans  dövründə maşınqayırma 
155 
 
dən də təsirə məruz qalmışdır.  
Renessans  dövrü  tarixçilər  tərəfindən  zaman  və  məkandan  asılı 
olaraq müxtəlif formada qiymətləndirilir. Burada fərq baxımından vahid 
epoxadan  danışmaq  çətindir.  Məsələn,  renessans  İtaliyada  XIV  əsrdə 
başladığı  halda,  Orta  və  Şərqi  Avropada  onun  başlanğıcı  XVI  əsrə 
təsadüf  edir  [1.19,  1.79

181].  Renessans  öz  mənasına  görə  antik 
incəsənət  və  ədəbiyyatın  yenidən  doğulması  deməkdir.  Bu  yeniləşmə 
incəsənətlə  bərabər  arxitektura,  dövlətçilik  nəzəriyyəsi,  elm  və  o 
cümlədən,  insanlarla  təbiət  arasında  baş  verən  qarşılıqlı  münasibətə  də 
aid idi.  
Renessans  dövründə  İtaliyadan  öz  mənbəyini  götürən  və  Fransaya 
yayılan  humanistlərin  ədəbiyyat  hərəkatı    incəsənət  ilə  sıx  bağlı  idi. 
Mənəvi  yeniləşmənin  üçüncü  istiqaməti  dində  Martin  Lüterin  və  başqa 
reformatorların  işləri  ilə  müəyyən  olunurdu.  Bu  dövrdə  insanların 
həyatının  yeni  formada  qiymətləndirilməsi  ilə  müşaiyət  olunan  yeni 
düşüncə  tərzi  formalaşmağa  başlayır.  Yeniləşmənin  əsasında  yunan-
roma antik mədəniyyəti və xristian dininin dəyərləri dururdu. Renessans 
dövrünün  Avropada  mövcud  olduğu  vaxt  əsasən  XV-XVI  əsrlərə  aid 
edilir [1.79].  
İnsan  əməyinə  olan  maraq  əmək  vasitələri  və  üsulları,  həmçinin 
onların  daha  da  inkişaf  etdirilməsi  imkanlarını  əhatə  edirdi.  Burada 
Heron, Filon və Vitruvi kimi antik dövr mühəndislərinin işlərinə istinad 
edilirdi.  Qütenberqin  (alm.  Gütenberg)  1450-ci  ildə  ixtira  etdiyi  kitab 
çapetmə  üsulu  texnika  elminin  yayılmasında  əvəzsiz  rol  oynamışdır. 
Əqli  əməklə  məşğuliyyət  renessans    dövründə  fərdi  işlərin 
universallaşdırılması  ideyası  ilə  bağlı  idi.  Bu  dövr  üçün  məşhur 
şəxsiyyətlər  incəsənət  və  elmi-texniki  yaradıcılığı  birləşdirmək 
qabiliyyətinə  malik  idilər.  Bu  xüsusiyyət  empiriya,  nəzəriyyə  və 
praktikanı  bir  yerdə  cəmləşdirirdi.  Renessans  dövrünün  bir  çox 
ixtiraları, 
təcrübələrin 
nəticələrinin 
sistemləşdirilmiş 
analizinə 
əsaslanan, 
ümumi 
nəzəriyyələr 
bazasında 
layihələndirilən 
konstruksiyalardan  ibarət  idi. O da məlumdur ki,  bu dövrdə  mühəndis 


Renessans dövründə maşınqayırma 
156 
 
ixtiralarının  bir  çoxu  praktikada  öz  tətbiqini  tapmamışdır.  Bu  texniki 
yeniliklərin,  renessans  dövründə  tətbiq  olunmaması  səbəblərindən  biri 
emalatxana ustaları tərəfindən göstərilən müqavimət idi. Digər tərəfdən, 
yeniliklərin  bir  çoxu  zəmanəni  qabaqlamış  idilər.  Bu  maşınların  o 
dövrdə yaradılması yeni material və emal üsülları ilə bərabər yeni enerji 
mənbəyi  də  tələb  edirdilər,    məsələn:  Leonardo  da  Vinçinin  vertolyot 
modeli.  
Ümumiyyətlə,  renessans  dövrünün  başlanması  ilə  maşınqayırmanın 
və  eləcə  də  texnikanın  inkişafına  təkan  verən  incəsənət  mühəndisləri 
demək  olar  ki,  İtaliyada  yaşamışlar.  1453-cü  ildə  Konstantinopolun 
türklər  tərəfindən  işğalı  orada  yaşayan  peşəkarların  kütləvi  şəkildə 
İtaliyaya  üz  tutmasına  gətirib  çıxarmışdır.  İtaliyanın  müxtəlif 
şəhərlərində  cəmləşən  bu  mütəxəssislər  yeniləşmə  dövründə  inkişaf 
mühitinə  böyük  təsir  göstərmişlər.  Florensiya  və  Sienna  şəhərləri  öz 
inkişaf sürəti ilə başqalarından fərqlənirdilər. Bu inkişafın təsiri sonralar 
Avropanın başqa ərazilərinə də yayılır. Əsasən İngiltərə və Almaniyada 
müasir  maşınqayırmanın  əsası  sayıla  biləcək  texniki  elementlərin 
ixtirası və yayılmasına rast gəlinir.      
Renessans  dövründə  Avropada  çoxlu  mühəndislər  maşınqayırmanın 
inkişaf  etdirilməsi  istiqamətində  fəaliyyət  göstərmişlər.  Növbəti 
bölmələrdə  bu  mühəndislərin  cəmiyyətdə  tutduğu  mövqelər  tədqiq 
edilərək,  onların  araşdırdıqları  bu  və  ya  digər  texniki  məsələnin  həlli 
yollarının  maşınqayırmanın  inkişafındakı  rolu  ayrı-ayrılıqda  təhlil 
olunmuşdur.  
 
   
 
 
 
 
 
 


Renessans  dövründə maşınqayırma 
157 
 
Leonardo da Vinçi  ( 1452

1519)  
 
L
eonardo  da  Vinçi  1452-ci  ildə 
Florensiya yaxınlığında yerləşən Vinçi 
şəhərində  anadan  olmuşdur  (şəkil 
1.100).  Onun  atası  Kozimo  dei 
Mediçinin  hökmranlığı  dövründə  bu 
şəhərin notariusu vəzifəsində çalışırdı. 
Mediçi  dövrü  Florensiyada  incəsənt, 
elm, ticarət və sənayenin çiçəklənməsi 
ilə  xarakterizə  olunurdu.  Leonardonun 
anadan  olmasından  bir  il  sonra  türklər 
Konstantinopolu  işğal  edirlər.  Türk 
təqibindən  qaçan  minlərlə sənət sahibi 
olan yunanlar Florensiyaya üz tuturlar. 
Florensiya  antik  yunan  elminin  və 
mədəniyyətinin  mərkəzinə çevrilir. Bu 
mühit  əlbəttə,  Leonardo  da  Vinçinin  bir  fitri  istedad  kimi  
formalaşmasında mühüm rol oynamışdır [1.82

1.84].  
Verrokionun  şagirdi  kimi  Leonardo  uşaqkən  rəsm  çəkmək,  metal 
tökmə,  metal  emalı  və  toxuma  sənətinin  incəliklərinə  yiyələnməklə 
bərabər, riyaziyyat və musiqi üzrə də dərs alır. Öz fitri istedadı ilə Milan 
şəhərinin rəhbərliyini heyran edən Leonardo 30 yaşında olarkən “Elmlər 
akademiyasını“  yaratmaq  şərəfinə  nail  olur  və  bir  müddət  burada 
mühəndis kimi fəaliyyət göstərir. 1490-cı ildə o, işıq və kölgə haqqında 
işlərini  yazır.  Eyni  zamanda  Martesana  kanalında  gəmilərin  üzməsini 
mümkün  etmək  üçün  mühüm  işlər  görür.  Burada  məşhur  rəsm  əsərini 
“Şam yeməyi”ni işləyir. Çoxlu sayda texniki qurğular haqqında cizgilər 
işləyir.  Eyni  zamanda  Leonardo  anatomiya  ilə  də  məşğul  olur. 
İnsanların  daxili  orqanlarının  quruluşu  və  funksiyaları  haqqında  ilk 
biliklər  də  Leonardoya  aiddir.  1499-cu  ildə  Milan  fransizlar  tərəfindən 
işğal olunduqdan sonra o, bu şəhəri tərk edir və  Florensiyaya  qayıdaraq 
 
Şəkil 1.100. Leonardo da Vinçi. 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə