Azərbaycan qəzeti səhifələrində neft tarixi



Yüklə 22,46 Kb.
səhifə1/2
tarix06.06.2023
ölçüsü22,46 Kb.
#115594
  1   2
Azərbaycan” qəzeti səhifələrində neft tarixi


Azərbaycan” qəzeti səhifələrində neft tarixi
Mətbuatdan mənbə kimi istifadə edilməsinin bir sıra xüsusiyyətləri var. Hər hansı bir tədqiqatın elmi metodologiyası bütün mənbələri , o cümlədən mətbuatın dəqiq öyrənilməsini tələb edir ki, tarixi gerçəkliyin mətbuatda nə qədər dolgun əks olundugunu müəyyən edə biləsən.
Səhifələrində çoxşaxəli məsələləri əks etdirən dövrü mətbuat demək olar ki, istənilən tarixi problemin tədqiqi üçün mühüm mənbədir. Qanunverici orqanların iclasları, protokolları dövrün siyasi hadisələri haqqında qəzetlərdə dərc olunan xəbərlər, dövrün ictimai xadimləri və onların müşahidələri tarixçi və digər tədqiqatçılar üçün qiymətli mənbədir. İlk öncə qəzetin məzmun təhlili aparılmalıdı, daha dəqiq desək mənbədə olan məlumatın keyfiyyəini müəyyənləşdirmək lazımdı. Dövrü mətbuatın mötəbərliliyi ondadır ki, mətbuat orqanının ümumi ideoloji və siyasi istiqamətinin nədən ibarət oldugunu özündə əks etdirsin. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti tarixi dövrü mətbuatının izlənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mətbuat tarixində 1918-1920- ci illər .bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövr mətbuatını ideya istiqaməti baxımından AXC ideyalarını təblig edən milli mətbuata, AXC hökumətinə müxalif olan bolşevik mətbuatına, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatına və erməni-daşnak mətbuatına bölmək olar.(AXC Ensiklopediyası ı cild. Səh.67).
1918 - ci il noyabrın 9 - da hökumətin verdiyi sərəncamla mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləgv edilir. Bu hökumət atdıgı bu addımı - mətbuat azadlıgını milli şüurun və milli mədəniyyətin inkişafı üçün zəruri addımlardan biri hesab edir. AXC parlamenti 1919 - cu il oktyabrın 30 - da isə “ Mətbuat haqqında Nizamnamədə” adlı tarixi qərar qəbul edir.
AXC dövründə müxtəlif dillərdə çoxsaylı elmi, siyasi,ictimai- iqtisadi qəzet və jurnallar nəşr olunmuşdur ki, bunlardan biri də hökumətin mətbu orqanı olan “Azərbaycan” qəzetidir. AXC- nin rəsmi orqanı olan qəzetin başlıca məqsədi yenicə qurulmuş milli hökuməti müdafiə etmək idi. AXC – nin siyasi- ictimai, iqtisadi və mədəni təsisatlarının tarixi mənzərəsi həmin qəzetdə öz əksini tapmışdı. Qəzet həm azərbaycan dilində (əski əlifba ilə), həm də rus dilində dərc olunurdu. Qəzetin ilk 4 nömrəsi Gəncədə, qalan nömrələri isə Bakıda nəşr olunmuşdu. Qəzetin ilk nömrəsi 1918- ci il sentyabrın 15- də çıxmışdı. Qəzetin səhifələrində xarici xəbərlər, ölkədaxili iqtisadi xəbərlər, neftin tarixi , neftin istehsalı, istehsal olunan və ixrac olunan neftin miqdarı, o cümlədən hökumətin neft siyasəti barədə gündəlik məlumatlar verilirdi. 1918 - ci il dekabrın 7 - də ilk parlament fəaliyyətə başladıqdan sonra isə qəzetin səhifələrində parlamentin iclasları haqqında geniş məlumatlar da dərc olunmaga başladı.
Qəzetin ( rus dilində) 1919 - cu il fevralın 7- də dərc olunan 28 – ci nömrəsində verilən məlumata görə Azərbaycan hökumətinin 4 fevral parlament iclasında daxili işlər naziri X. Xasməmmədov Qazax qəzasında baş verən özbaşınalıqdan – neftin Akstafaya, oradan isə müxtəlif şəxslər tərəfindən fərqli yollarla Gürcüstan və Ermənistana ( Ararat respublikası)aparılmaqla böyük məbləgdə pula satılması haqqında və buna qarşı tədbirlərin görülməsi tələbi ilə çıxış edir. ( Azərbayacn qəzeti. 1919, 7 fevral, səh 2.) Neftin tacirlər tərəfindən gürcülərə və ermənilərə satılmasının və bütün sərhədboyunca neftin aparılmasına nəzarət etmək üçün türklər tərəfindən komissiya yaradılır. Neftin hər pudu üçün 20 rubl dəyərində məbləg müəyyən edilir, toplanan məbləg isə ordunun ehtiyacına sərf edilirdi. Sənaye və ticarət naziri yalnız Gürcüstana daşınan neftə görə yox, həm də Ukrayna şirkətləri ilə imzalanan müqavilələrə əsasən aparılan neft və neft məhsullarına görə Azərbaycana daha çox pul ödəmələri tələbi ilə çıxış edir [Azərbayacn qəzeti (rus dilində) №28,7 fevral,1919- cu il səh 2 ].
İttihadçılar əhalinin vəziyyətinin agır oldugu bir vaxtda neftin belə talan edilməsinə qarşı çıxır,minlərlə insanın aclıqdan əziyyət çəkməsindən narahat olduqlarını parlament iclasında bəyan edir.məmurların özbaşınalıgından bəhs edərək qeyd edirdilər ki, onlara beş min rubl verməsən heç bir iş görmək istəmirlər[Azərbayacn qəzeti (rus dilində) №28]. Azərbayacn qəzetində Bakı neftinin dünya neft siyasətində rəqabətinə dair maraqlı məlumatlar da diqqəti çəkir. İllik dünya neft hasilatı 4 mlyd. Pud olmuşdur ki, onun 1∕6 hissəsi Azərbaycanın payına düşürdü. Amerika ilə rəqabətə tab gətirmək üçün Gürcüstanla tranzit müqaviləsinin imzalanmasını sürətləndirmək lazım idi. Həmin müqavilə imzalandıqdan sonra Gürcüstan ərazisindən aparılan neftə onların heç bir iddiası qalmırdı və ya iddia etmək şansı qalmırdı. Azərbayacn qəzeti (rus dilində) №31,11 fevral.1919- cu il.
.

Azərbaycan qəzetinin ( azərbaycan türkcəsi, əski əlifba) 1918 - ci il noyabr nömrəsində ( 30 - cu nömrə) verilən məlumata görə oktyabrın 11 - dək artıq neftin və neft məhsullarının miqdarını təyin etmək kimi işlər qurtarmışdı. Ümumi mədən, zavod, gəmi və ümumiyyətlə neft mədənçiliyinə mənsub müəssisələrə məxsus bütün nə varsa milliləşdirilmənin ləgvi haqqında Azərbaycan hökumətinin qərarının ikinci maddəsi ilə həmin tarixdən etibarən öz sahiblərinə qaytarılmış olur. Sərəncam verilənədək Ticarət və Sənaye nazirliyinin göstərişinə əsasən neft və neft məhsulları saxlandıqları müəssisə sahiblərinin əlində qalmaqla onların məsuliyyətində olmalı idi. Adı çəkilən məhsullar icazəsiz başqa yerə göndərilərdisə müəssisə sahibləri məsuliyyətə cəlb olunacaqdı. Bu məqsədlə komissiya yaradılmışdı. Həmin komissiya neft müəssisələrinə təklif edir ki, noyabrın 14 - dək aşagıda dərc olunana məlumatı Şura bürosuna təqdim etsinlər:



  1. İyunun 1-dən oktyabrın 10 - dək milliləşmə zamanı ayrılan pullar barəsində

  2. Milliləşmə zamanı avadanlıqlara görə müəssisələr tərəfindən verilməyən pullar, imzalanmış əhdnamələr və müqavilələrin siyahısı

  3. Xəzinədən alınan borclar

  4. Neft və neft məhsullarının nəqli barədə

  5. Neft və neft məhsullarının saxlanması üçün ortülü anbarların və çənlərin həcmi ( pudla)-(Azərbaycan qəzeti 1918- 1920.II cild,noyabr 1918.səh. 47.)

Neftin ticarət və sənaye müəassisələrinin sahiblərinə qaytarılmasına görə Neft sənaye ittifaqının sədri və bir neçə böyük neft şirkətlərinin sahiblərindən ibarət yaranmış komissiya üzvləri ilə Cümhuriyyətin Maliyyə naziri Hacınski , ticarət və sənaye naziri Cavanşir, Nəqliyyat və Rabitə naziri Məlikaslanovun görüşü olmuşdu. Görüş zamanı neftçilərin ehtiyacları dinlənilmiş , nazir borcların qaytarılması məsələsində neft sahiblərinə öz köməyini əsirgəməyəcəyini bildirmişdi. Milliləşmə zamanı xəzinədən alınan pulların dövlətə, xəzinəyə qaytarılması tələbi də irəli sürülmüşdü. Azərbaycan qəzeti 1918- 1920.II cild, noyabr 1918.səh.276). Neft mədənçiləri İttifaqının sədri tələbi qəbul edərək bildirir ki, Xalq Təssərrüfatı Komissarlıgına olan borc hökumət borcu oldugu üçün elə hökumətə də təhvil veriləcəkdi. Maliyyə naziri dövlətə veriləcək borcun əvəzini ehtiyat neftin 40 faizini verməklə ödəməyin mümkün oldugunu diqqətə çatdırır. Bundan əlavə hökumət Xalq təsərrüfatı xərclərini öz öhdəsinə götürürdü, əvəzində isə milliləşmə zamanı hasil edilən neftin hökumətə təhvil verilməsi tələb edilir ki, həmin tələb neft şirkətləri ilə hökumət arasında narazılıgıa səbəb olur.
Əslində , AXC hökumətinin iqtisadi platformasında Cümhuriyyətin yaranmasından əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı olmuşdu.Yəni bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuygun hesab edilmişdi. (AXC ensiklopediyası I.cild səh. 58).

Yüklə 22,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə