Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   2   3   4   5   6   7   8   9   ...   39

 

 
SEQ  prosesinə  SEQ-in  əhatə  dairəsinin  müəyyən  edilməsi  (“scoping”)  mərhələsi  ilə  başlanılmışdır. 
“Scoping”  mərhələsinin  nəticələri  və  bu  mərhələdə  əldə  edilən  məlumatlarının  təhlilləri  əsasında, 
SEQ-in  həcmi  müəyyən  edilmiş,  planlaşdırılan  sənəd  üzrə  qiymətləndirilməsi  zəruri  olan,  habelə 
analizlərin  aparılması  üçün  uyğun  hesab  edilməyən  ətraf  mühit,  sosial  və  insan  sağlamlığı 
məsələlərinin, eləcə də müvafiq informasiya mənbələri müəyyən edilmişdir.  
 
SEQ-in bu mərhələsində məsləhətləşmələrin aparılması zəruri olduğu üçün 12 may 2015-ci il tarixdə 
Bakı  şəhərində  müvafiq  dövlət  orqanları,  ictimaiyyətin  nümayəndələri  -  maraqlı  tərəflər,  müstəqil 
ekspertlər və qeyri-hökumət təşkilatları ilə görüş keçirilərək, rəy və təkliflər alınmışdır. İctimaiyyətlə 
görüşün nəticələri qiymətləndirmədə nəzərə alınaraq, bu Hesabata daxil edilmişdir (Bax: Əlavələr).  
 
Hesabatın  ümumi  strukturu  SEQ  üzrə  Aİ  Direktivi  (2001/42/EU)  və  BMT-nin  SEQ  üzrə  Protokolu, 
habelə  layihələndirilən  SEQ  üzrə  yeni  qanunvericilik  tələblərinə  uyğun  müəyyən  edilmişdir  (ƏMTQ 
haqqında yeni Qanun layihəsi). Buna baxmayaraq, beynəlxalq təcrübə göstərir ki, SEQ prosesi təklif 
olunan strateji sənədlərin əsas istiqamətləri və hədəfləri ilə əlaqədar ətraf mühit məslələrini əks etdirən 
özünəməxsus proses olaraq icra edilməlidir.  
 
SEQ  prosesinin  layihənin  məqsədlərinə  müvafiq  olaraq,  yerinə  yetirilməsi  üçün  xarici  ekspertlər  və 
milli  ekspert  qrupunun,  eləcə  də  planlaşdırma  üzrə  dövlət  orqanı  (ABEMDA  və  ETSN) 
nümayəndələrinin iştirakı ilə Orxus Mərkəzində müntəzəm olaraq, müzakirələr keçirilmiş və aparılan 
təhlillərin nəticələri bu Hesabat sənədinə daxil edilmişdir. 
 
09 dekabr 2015-ci il tarixdə Bakı şəhərində strateji ekoloji qiymətləndirilmənin yekun nəticələrinin 
ictimaiyyətə  təqdimatı  həyata  keçirilmiş,  ictimai  müzakirələr  aparılmışdır.  İctimaiyyətlə 
məsləhətləşmə  zamanı  verilən  rəy  və  təkliflər  yekun  bu  Hesabat  sənədində  nəzərə  alınmışdır  (bax: 
Əlavələr).  
 
Yekunlaşdırılmış Hesabat sənədi ictimaiyyətin məlumatlandırılması məqsədilə elektron qaydada BMT 
AİK-in  rəsmi  internet  səhifəsində,  habelə  yeni  Qanun  Layihəsinin  tələbinə  əsasən,  Planlaşdırıcı 
orqanın  (burada  ABEMDA)  rəsmi  internet  səhifəsində  Strategiya  sənədi  ilə  birlikdə  yerləşdirilməli, 
müvafiq  milli  və  AR-nın  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  informasiyanın 
ictimaiyyətə verilməsini təmin edilməlidir.   
 
Hesabatdan sonrakı mərhələ 
ƏMTQ haqqında Qanun layihəsinə müvafiq olaraq, ABEMDA SEQ üzrə Hesabat sənədini Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyinə  göndərməklə,  ETSN-nin  Dövlət  Ekspertiza  İdarəsinin  (DEİ)  müvafiq 
rəyini almalı və verilən DEİ şərtləri, habelə SEQ nəticələri və təkliflər üzrə yekun qərar qəbul edərək, 
Bəyənnamə  verməlidir.  Bəyannamə  məsləhətləşmə  aparılan  aidiyyatı  orqanlara  göndərilməlidir 
(burada ətraf mühit və səhiyyə orqanı).  
 
Sonuncu  mərhələdə  monitorinq  (və  ya  fəaliyyətin  izlənilməsi)  Strategiya  üzrə  gələcək  «Fəaliyyət 
Planı» üzrə məsləhətləşmə aparılan müddətdə müvafiq dövlət orqanları və ictimaiyyət nümayəndələri 
tərəfindən,  fəaliyyətlərin  layihələndirilməsi  dövründə  ətraf  mühit  və  səhiyyə  orqanı  (  layihələrin 
razılaşadırılması zamanı ETSN DEİ tərəfindən), habelə ABEMDA tərəfindən Bildiriş üzrə götürülən 
öhdəliyin yerinə yetirilməsi üzrə aparıla bilər (ətraflı aşağıdakı bölmələrdə).  
 


 
10 
 
(...Non-technical summary.....)
 
AR haqqında qısa giriş.Aşağıdakı xəritə (Yarım səhifə) 
Təhlillər ümumi ölkə üzrə iqtisadi-coğrafi rayonlar üzrə aparılmışdır. 
Bölmələrin qısa xülasəsi (2-3 səhifə) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
11 
 
2.
 
Hüquqi və instutsional baza 
 
3.1 SEQ üzrə hüquqi baza 
 
Azərbaycanda  SEQ  üzrə  qanunvericilik  aktı  mövcud  deyildir.  AR-da  plan  və  proqramların  ekoloji 
qiymətləndirilməsi  “Ətraf  Mühitin  Mühafizəsi  Haqqında”  AR  Qanunu  (1999,  VIII  Fəsil,  Maddə  54) 
əsasında  aparılır.  “Ətraf  Mühitin  Mühafizəsi  Haqqında”  AR  Qanununun  54-cü  Maddəsində 
iqtisadiyyat  sahələri  üzrə  məhsuldar  qüvvələrin  inkişafına  və  yerləşdirilməsinə  dair  dövlət  və  yerli 
proqramların  layihələri  dövlət  ekoloji  ekspertizasının  (DEE)  obyekti  hesab  edilir.  DEE  bu  Qanunun 
ümumi  tələbinə  müvafiq  həyata  keçirilir,  müvafiq  dövlət  ekoloji  ekspertizası  rəyi  bildirilir.  Lakin  bu 
Qanun strateji ekoloji qiymətləndirmə proseduru və mərhələlərini əks etdirmir. 
Hazırda Azərbaycanda konkret sektorlarla (kənd təsərrüfatı, enerji, nəqliyyat, suyun idarəolunaması və 
digərləri) müqayisədə daha çox regional inkişaf planları, şəhərlərin baş planlarının ekoloji ekspertizası 
və  ictimaiyyətlə  məsləhətləşmələrin  aparılması  lazımi  qaydada  həyata  keçirilir.  Ətraf  Mühitin 
Mühafizəsi  haqqında  Qanun  üzrə  dövlət  plan  və  proqramlarının  ekspertizasının  konkret  qaydaları 
bügünədək müəyyən edilməmişdir. Belə ki, Qanun çərçivə xarakterli hüquqi sənəd olduğu üçün plan 
və proqramların (habelə strateji sənədlərin) ekspertizasının keçirilməsi qaydaları, planlaşdırıcı orqanın, 
eləcə  də  ətraf  mühit  və  səhiyyə  orqanlarının  səlahiyyətləri,  məsuliyyətləri,  fəaliyyətə  nəzarət, 
ictimaiyyətlə  məsləhətləşmlərin  aparılması,  ekoloji  qiymətləndirilmənin  tətbqinin  zəruri  olduğu 
konkret  sektorları  və  onların  müəyyən  edilməsi  mexanizmlərini,  eləcə  də  vahid  prosedura  malik 
ekoloji qiymətləndirmə prosesini nəzərdə tutmamışdır.  
SEQ prosesi isə Ekoloji ekspertizadan fərqli olub, birinci planlaşdırıcı orqan, sonuncu isə ətraf mühit 
üzrə müvafiq icra orqanı tərəfindən həyata keçirilir. SEQ Planlaşdırıcı orqanın əsas məsuliyyəti olub, 
strateji  sənədlərin  hazırlanması  prosesində  işçi  qrupla  paralel  onun  sifarişi  ilə  ətraf  mühit  üzrə 
məsləhətçi - SEQ üzrə ekspert qrupu tərəfindən aparılmaqla, müəyyən edilən ətraf mühit məsələlərinin 
(və ya şərtlərinin) hazırlanan sənədə inteqrasiyasını təmin edir. Bu mənada qiymətləndirmə prosesi və 
nəticələri  üzrə  hazırlanmış  yekun  SEQ  Hesabatı  vacib  tədqiqat  sənədi  hesab  edilir  və  planlaşdırıcı 
orqan  tərəfindən  ətraf  mühit  prinsiplərinə  əsaslanan  qərarların  qəbul  edilməsi  üçün  baza  rolunu 
oynayır.   
Dövlət ekoloji ekspertizası prosesi isə əsas məsləhətləşmə orqanı (burada Ekologiya və Təbii Sərvətlər 
Nazirliyi) tərəfindən planlaşdırıcı orqanın (burada ABEMDA-nın) təqdim etdiyi Strateji sənəd və SEQ 
Hesabat  nəticələri  üzrə  keçirilir.  Ətraf  mühit  və  səhiyyə  üzrə  dövlət  orqanı  SEQ  prosesinə  ilkin 
mərhələdən cəlb edilməsi həm SEQ Protokolunun əsas tələbi olmaqla, yeni qanun layihəsində də təsbit 
edilmişdir. Bu baxımdan müvafiq icra orqanı qsimində ETSN məsləhətləşmələrin nəticələrinin nəzərə 
alınmasına  və  keyfiyyətə  nəzarət  mexanizmini  təmin  etməklə,  Strateji  sənəd  və  SEQ  Hesabatı  üzrə 
yekun ətraf mühit şərtlərini əks etdirən rəy bildirir.
3
  
Yuxarıda  qeyd  olunan  hər  iki  prosesin  milli  qanunvericilikdə  işlək  olacağı  nəzərə  alınaraq,  ətraf 
mühitə təsirin qiymətləndirilməsi üzrə yeni Qanun Layihəsində ƏMTQ proseduru ilə yanaşı SEQ üzrə 
prosesi  təsvir  edən  bölmə,  habelə  Dövlət  ekoloji  ekspertizasının  keçirilməsi  haqqında  yenidən 
işlənilmiş  müddəalar  salınaraq,  ümumi  əsas  prinsipləri  əks  etdirən  çərçivə  xarakterli  hüquqi  sənəd 
                                                           
3
  Burada  Ətraf  Mühitə  Təsirin  Qiymətləndirilməsi  haqqında  yeni  Qanun  layihəsinin  SEQ  üzrə  və  Dövlət  ekoloji  
ekspertizası müddəlaraına istinad edilmişdir. 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə