Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   2   3   4   5   6   7   8   9   ...   39

 
12 
 
layihəsi hazırlanmışdır (Qanun qüvvəyə mindikdə Ətraf Mühitin Mhafizəsi Haqqında Qanunun uyğun 
ekoloji ekspertiza üzrə müddəaları qüvvədən düşür).  
2012-2015-ci  illərdə  BMT  AİK  Espoo  Konvensiyası  və  EaP  Green  Proqramının  dəstəyi  ilə  milli  və 
beynəlxalq ekpsertlərlə birgə ƏMTQ və SEQ üzrə milli hüquqi analizlər aparılaraq, hər iki komponent 
üzrə  ƏMTQ  haqqında  yeni  Qanun  Layihəsi  təkmilləşdirilmişdir.  Sonrakı  mərhələdə  (2016-2017-ci 
illərdə)  bu  Qanun  layihəsi  üzrə  ƏMTQ,  SEQ  prosesinin  dəqiq  icra  mexanimləri  və  ekoloji 
ekspertizanın keçirilməsi qaydaları haqqında qanunaltı aktların hazırlanması planlaşdırılmışdır. 
Beləliklə, həm ekspertiza üzrə uzunmüddətli milli praktika, eyni zamanda beynəlxalq qanunvericiliyin 
tələbləri  əsas  götürülərək  səmərəli  və  işlək  hüquqi  bazanın  formalaşdırılmasına  çalışılmışdır. 
Sözügedən  pilot  layihə  eyni  zamanda  bu  baxımdan  tətbiq  olunaraq,  müəyyən  edilən  boşluqlar  üzrə 
gələcəkdə hüquqi təkmilləşdirmələrin aparılmasını nəzərdə tutmuşdur. 
Qeyd  olunmalıdır  ki,  AR  Espoo  Konvensiyasının  SEQ  üzrə  Protokoluna  qoşulmamışdır.  SEQ-dən 
fərqli  olaraq,  Konstitusiyaya  əsasən,  milli  qanunvericliyinin  ayrılmaz  tərkib  hissəsi  olaraq  (Maddə 
148,II),  Azərbaycan  Respublikası  tərəfindən  təsdiq  olunmuş  beynəlxalq  konvensiya  və  müvafiq 
sazişlərə  istinad  edilərək,  yalnız  layihələndirmə  mərhələsində  ətraf  mühitə  təsirin  qiymətləndirilməsi 
(ƏMTQ)  tətbiq  olunur  (BMT-nin  transsərhəd  konteksdə  ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  üzrə 
Konvensiyası  -  Espoo  Konvensiyası).  Bu  istiqamətdə  Azərbycanda  90-ci  illərdən  demək  olar  ki, 
kifayət  qədər  təcrübə  formalaşmışdır  (ilk  dəfə  neft-qaz  sektoundan  başlamış,  sonra  digər  sektorları 
əhatə etmişdir). Hazırda ƏMTQ üzrə konkret qanunvericilik aktı yoxdur,  BMT İnkişaf Proqramının 
dəstəyi ilə hazırlanan milli qanunvericiliyə uyğunlaşdırılmış ƏMTQ prosesi üzrə metodik təlimatdan 
(1996) istifadə edilir. Yeni ƏMTQ haqqında Qanun Layihəsi gələcəkdə qeyd olunan prosedurlar üzrə 
əsas hüquqi baza rolunu oynayacaqdır. 
Pilot layihə  çərçivəsində SEQ praktikasının mənimsənilməsi və təşviqi məqsədilə SEQ üzrə müvafiq 
prosedurun keçirilməsində ətraf mühit sahəsində milli hüquqi əsaslara və təcrübəyə, habelə beynəlxalq 
müqavilələrə, eləcə də Espoo Konvensiyasının SEQ üzrə Protokoluna və yeni hazırlanan Ətraf Mühitə 
Təsirin Qiymətləndirilməsi haqqında Qanun Layihəsinə (SEQ üzrə müvafiq müddəaları üzrə) istinad 
edilmişdir:  
1.
 
“Ətraf Mühitin Mühafizəsi” haqqında Qanun, Maddə VIII; Dövlət Ekoloji Ekspertizası (1999) 
2.
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında Qanun Layihəsi  
3.
 
BMT AİK SEQ Protokolu və SEQ üzrə Təlimat sənədi 
4.
 
“AR  dövlət  ekoloji  ekspertizasının  maliyyələşdirilməsi  Qaydası”    -  AR  Nazirlər  Kabinetinin 
2001, 22 fevral tarixli, 41 saylı Qərarı 
 
SEQ  üzrə  Protokolda  SEQ  “ekoloji  hesabatların  həcminin  müəyyənləşdirilməsi  və  hazırlanması 
zamanı mümkün ekoloji və sağlamlıq məsələlərinin nəzərə alınması, bu zaman ictimaiyyətin iştirakı və 
müvafiq  məsləhətləşmələrin  aparılması  və  ekoloji  hesabata  dair  təkliflərinin  və  ictimaiyyətin  iştirakı 
ilə  keçirilən  məsləhətləşmələrin  nəticələrinin  plan  və  proqramda  (ƏMTQ  Qanun  layihəsində  plan, 
proqram, konsepsiya və strategiya da daxil olmaqla, gələcəkdə ƏMTQ tələb edən fəaliyyətləri nəzərdə 
tutan “strateji sənədlər” göstərilmişdir) öz əksini tapması kimi tərif olunmuşdur.  
 
Fövqəladə hallar, milli müdafiə, maliyyə və büdcəyə xidmət üçün hazırlanan strateji sənədlərə strateji 
ekoloji qiymətləndirmə tətbiq edilmir. 
 


 
13 
 
3.2 Ətraf mühit üzrə milli qanunvericilik 
 
Ətraf  mühitin  mühafizəsi  qanunvericiliyi  1995-ci  ildə  Azərbaycan  Respublikası  tərəfindən  qəbul 
edilmiş  Konstitusiya  prinsiplərinə  (39-cu  və  78-ci  Maddələri),  “Ətraf  mühitin  mühafizəsi  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununa  (1999),  “Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
Əsasnaməsi”nə və digər qanunvericilik  aktlarına  əsasən həyata keçirilir. Bununla  yanaşı  Azərbaycan 
Respublikasında  ətraf  mühitin  mühafizəsinin  bütün  sahələrini  əhatə  edən  digər  ətraf  mühit  üzrə 
qanunvericilik aktları ətraf mühit üzrə fəaliyyətin əsas hüquqi bazası hesab edilir və SEQ prosesində 
istinad edilmişdir: 
 

 
Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci il); 

 
“Ətraf mühitin mühafizəsi haqqında” AR-nın Qanunu (8 iyun 1999-cu il, №678); 

 
“Ekoloji təhlükəsizlik haqqında”AR-nın Qanunu (8 iyun 1999-cu il, №677); 

 
“Heyvanlar aləmi haqqında” AR-nın Qanunu (4 iyun 1999-cu il, №675 İQ); 

 
“Balıqçılıq haqqında” AR-nın Qanunu (27 mart 1998-ci il № 457 İQ); 

 
“Bitki Mühafizəsi Haqqında” AR Qanunu (3 dekabr 1996-cı il) 

 
AR Torpaq Məcəlləsi (25 iyun 1999-cu il № 695-İQ) 

 
Meşə Məcəlləsi 

 
“Yerin Təki Haqqında” AR-nın Qanunu (13 fevral 1998-ci il) 

 
“Atmosfer havasının mühafizəsi haqqında” AR-nın Qanunu (27 mart, 2001); 

 
“İstehsalat və məişət tullantıları haqqında” AR-nın Qanunu (30 iyun 1998); 

 
“Hidrometeorologiya fəaliyyəti haqqında” AR-nın Qanunu (Bakı şəhəri, 17 aprel 1998-ci il) 

 
“Xüsusi  mühafizə  olunan  təbii  əraziləri  və  obyektlər  haqqında”  AR-nın  Qanunu    (24  mart 
2002-ci il, №840 İQ); 

 
“Radiasiya təhlükəsizliyi haqqında” AR-nın Qanunu (1997); 

 
“Su təchizatı və tullantı suları haqqında” AR-nın Qanunu (28 oktyabr, 1999); 

 
“Əhalinin sağlamlığı haqqında” AR-nın Qanunu (1997); 

 
“Ətraf mühitə dair məlumatların əldə edilməsi haqqında” AR-nın Qanunu (12 mart 2002-ci il, 
№270 PQ); 

 
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında AR-nın Qanunu (10 dekabr 2002-ci il) 

 
“İcbari ekoloji sığortalama haqqında” AR-nın Qanunu (12 mart 2002-ci il); 

 
Təhlükəli tullantıların pasportlaşdırılması haqqında AR Nazirlər Kabinetinin 31 mart 2003- ci 
il, 41№-li Qərarı; 

 
“Pesitisidlər və Aqrokimyəvi Maddələr Haqqında” AR-nın Qanunu (6 may 1997-ci il)  

 
“Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət  fondu  haqqında  Əsasnamə”,  “Ekoloji  auditor 
fəaliyyətinin  aparılması  Qaydaları”  və  “Dövlət  ekoloji  ekspertizasının  maliyyələşdirilməsi 
Qaydası”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  41 
nömrəli 22 fevral 2001-ci il Qərarı  

 
“Ətraf  mühitə  dair  informasiya  almaq  istəyən  şəxslə  müqavilənin  bağlanması  Qaydası”  və 
“Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, 
registri  və  onun  aparılması  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında  NK  Qərarı  №  60,  Bakı 
şəhəri, 13 may 2003-cü il 

 
“Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin 
həcminin müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında NK Qərarı № 88, Bakı 
şəhəri, 7 iyul 2003-cü il 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə