Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   31   32   33   34   35   36   37   38   39

 
92 
 
tədbirlərin  növbəti  illərdə  də  davam  etdirilməsi  Xəzər  akvatoriyasının  daha  da  təmizlənməsi  ilə 
nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına 
nail olunacaqdır.
 
Xəzər  gölünün  çirklənmə  mənbəyini  yalnız  fiziki-kimyəvi  səbəblərlə  əlaqələndirmək  olmaz. 
Problemin  əmələ  gəlməsində  bioloji  çirklənmənin  də  payı  var.  Söhbət  Volqa-Don  kanalı  vasitəsilə 
Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, bu yaxınlarda Türkmənistana 
aid  sektorda  meduzalar  (aurella  aurita,  mneniopsis  leudyi)  aşkar  edilmişdir.  Bu  meduzalar  Xəzərdə 
çoxalaraq vətəgə əhəmiyyətli  iri  balıqların  qidasını  yeyib  tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə 
qidalanırlar.  Kilkənin  azalması  paralel  olaraq  onlarla  qidalanan  müxtəlif  su  heyvanlarının  sayca 
azalmasıyla nəticələnir.  
Neft-qaz  istismarına  geniş  yer  verilməsi  balıqçılıq  təsərrüfatına  da  öz  mənfi  təsirini  göstərir.  Su 
mühitinin  ifrat  çirklənməsi  balıq  sənayesinə  ciddi  ziyan  vurur.  Hesablamalara  əsasən,  bu  səbəbdən 
nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürü biznesinə deyən ziyan isə 10 milyard dollar təşkil 
edir.  Həmçinin  digər  vətəgə  balıqlarının  iqtisadi  cəhətdən  itirilməsi  də  realdır. 
(Əlavə  olunacaqdır)


 
93 
 
7.
 
İctimai məsləhətləşmələr 
 
SEQ üzrə sonrakı mərhələdə analiz ediləcək əsas ətraf mühit və insan sağlamlığı məsələlərini müəyyən 
edən SEQ üzrə əhatə dairəsinin müəyyən olunması üzrə (bax “Scoping” cədvəl) ictimaiyyətlə 12 may 
2015-ci il tarixdə, habelə təsirlərin qiymətləndirilməsinin nəticələri və təkliflər üzrə 9 dekabr 2015-ci il 
tarixdə  Bakı  şəhərində  müvafiq  icra  orqanları,  habelə  ictimaiyyətlə  məsləhətləşmələr  həyata 
keçirilmişdir. Bununla yanaşı, SEQ prosesi müddətində müntəzəm ekspert görüşmələrində SEQ üzrə 
məlumatlandırmanın  genişləndirilməsi  məqsədilə      ictimaiyyətin  müntəzəm  cəlb  olunması  təmin 
edilmişdir.  
 
12 may 2015-ci il, Baki şəhəri Caspian Plazanın Konfrans zalında keçirilmiş SEQ üzrə ictimai 
məsləhətləşmə 
 
Strategiya üzrə SEQ-nin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə ictimai görüş keçirmişdir.  
İctimai görüş Espoo Konvensiyası üzrə milli əlaqələndirici, ETSN, ABEMDA əməkdaşları, SEQ üzrə 
ekspert  qrupu,  BMT  AİK  Espoo  Konvensiyası  və  Aİ  EaPGreen  Proqramı  nümayəndələrinin  birgə 
təşkilatçılığı ilə həyata keçirilmişdir. 
 
Tədbirin  keçirilməsində  məqsəd  “Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələrindən  İstifadə  üzrə 
2015-2020”  Strategiya,  müvafiq  planlaşdırılan  fəaliyyətlər  və  SEQ  üzrə  “scoping”  analizlərin  ilkin 
nəticələri barədə ictimaiyyətin məlumatlandırılması, rəy və təkliflərin müzakirəsi olmuşdur. Bununla 
yanaşı,  SEQ  prosesinə  ictimaiyyətin  cəlb  olunması,  dövlət  qulluqçuları,  maraqlı  tərəflərin  SEQ 
prinsipləri  və  praktikası  ilə  yaxından  tanış  etmək,  habelə  ƏMTQ  Qanun  layihəsinin  SEQ  üzrə 
müddəalarının təcrübədə tətbiqi nəticələrinin paylaşılması olmuşdur.  
Tədbirə  müxtəlif  dövlət  orqanları,  Parlament,  Azərbaycan  Milli  Elmlər  Akademiyası,  Təhsil 
müəssisələri, QHT nümayəndələri, məsləhətçilər dəvət edilmişdir.   
 
Tədbirdə iştirakçılara Strategiya, NK-nə təqdim olunan təkmilləşdirilmiş yeni ƏMTQ haqqında qanun 
layihəsinin  (qanun  layihəsi  2014-2017-ci  illər  Tədbirlər  Planı  çərçivəsində  BMT  AİK  Espoo 
Konvensiyası və EaP Green Proqramının texniki dəstəyi ilə təkmilləşdirilmişdir) SEQ üzrə müddəaları 
və  ona  uyğun  layihə  üzrə  SEQ  prosesinin  tətbiqi  barədə,  eləcə  də  SEQ  üzrə  ekspert  qrupu  üzvləri 
tərəfindən ilkin analizlərin nəticələri açıqlanaraq təqdimat edilmişdir.   
Tədbirdə  ABOEM-in  inkişafının  ölkə  siyasi  kursu  olduğunu  qeyd  edərək,  layihə  tədbirlərinin 
“Gələcəyə  baxış-2020  İnkişaf  Konsepsiyası”na  daxil  edildiyi,    2020-ci  ilə  qədər  qeyri-neft  sektoru 
hesabına  təmiz  enerji  əldə  edilməsi  üçün  enerji  səmərəliliyinin  20%-ə  çatdırılmasının  əsas  hədəf 
olduğu bildirilmişdir. 
Görüşdə  müzakirələr  aparılaraq,  Strategiyanın  əhəmiyyəti,  habelə  ətraf  mühitə  təsirlərin  azaldılması 
baxımından önəmi vurğulanmışdır. Bununla yanaşı, ətraf mühit və davamlılıq prinspilərini inteqrasiya 
edən  planlaşdırma  məqsədilə,  Strategiya  üzrə  SEQ-in  əhatə  dairəsini  müəyyən  edən  rəy  və  təkliflər 
səsləndirilmişdir. Aşağıda rəy və təkliflər Cədvəli, eləcə də “Scoping” cədvəl verilmişdir: 
 


 
94 
 
 
 
 
Rəy 
 
Əsas mövzu 
 
Təkliflər 
1. 
Strategiya fəaliyyətləri üzrə təsirlər nəinki xüsusi 
mühafizə zonalarına, habelə həssas təbiət 
ərazilərinə (məs. çay yataqları, dəniz sahili və 
digər sahələrə) qiymətləndirilməlidir. 
Biomüxtəliflik, 
Təbii həssas 
ərazilər 
Fəaliyyət növlərinin həssas 
ərazilərdən uzaq məsafədə 
yerləşdirilməsi 
2.  Azərbaycanda şirin su ehtiyatlarının   95 %-i kənd 
təsərrüfatı məqsədilə istifadə olunduğu üçün bu 
istiqamətdə bütün ölkə ərazisində mövcud 
mənbələr hesabına su təminatının 
təkmilləşdirilməsi həyata keçirilir. Bu baxımdan 
Strategiya hədəflərinin digər bu istiqamətdə plan 
və proqramlarla konflikti formalaşa bilər. (məs. 
suya yüksək tələbat olan ərazilərdə günəş 
panellərinin yuyulmasına olan su tələbatı su 
stressini artıra bilər) 
 
Digər strateji 
sənədlərlə 
əlaqəlilik 
Planlaşdırıcı orqan tərəfindən digər 
müvafiq icra orqanları ilə səmərəli 
koordinasiyanın təşkili 
Suyun paylanmasına görə stress 
zonaların ölkə üzrə dəqiq 
qiymətləndirilərək fəaliyyət seçimi 
üzrə ətraf mühit baxımından 
səmərəli  təkliflərin hazırlanması 
3. 
Dənizdə planlaşdırılan külək turbinlərinin 
yerləşdirilməsi zamanı neft-qaz yataqlarının 
yerləşmə mövqeyi nəzərə alınmalı 
Digər strateji 
sənədlər və 
layihələrlə 
əlaqəlilik 
Aidiyyəti qurumlarla səmərəli 
dialoqun qurulması, külək 
turbinlərinin dənizdə tikintisi 
SOCAR və digər icra orqanları ilə 
razılaşdırılmalı 
4. 
Beynəlxalq və milli enerji koridorlarının 
mühafizəsi rejiminə riayət olunmalı 
Digər strateji 
sənədlər və 
layihələrlə 
əlaqəlilik 
Aidiyyəti qurumlarla səmərəli 
dialoqun qurulması, külək 
turbinlərinin dənizdə tikintisi 
SOCAR və digər icra orqanları ilə 
razılaşdırılmalı 
5.  Maddi və mədəni irsə, turizm obyektlərinə təsirlər 
qiymətləndirilməli 
Maddi-mədəni 
irs 
layihələndirmə mərhələsi üzrə 
təkliflər hazırlanmalı 
6. 
Atmosferə təsirlər yalnız çirkləndiriclər üzrə 
aparılmışdır. Qiymətləndirmə radiasiya balansı, 
rütübətlilik, temperatur, atmosfer dövranına görə 
də nəzərdən keçirilməlidir. 
 
Atmosfer və 
iqlim 
 
layihələndirmə mərhələsi üzrə 
təkliflər hazırlanmalı 
7. 
Torpaq resurslarının ölkə ərazisində az olması ilə 
əlaqədar günəş enerjisindən istifadə üzrə daha boş 
istifadəsiz ərazilərin Strategiyada nəzərə alınması. 
 
Torpaq 
ehtiyatları 
torpaq ehtiyatları və onların cari 
statusunun digər plan və proqramlar 
çərçivəsində qiymətləndirilməsi 
8. 
Geotermal enerjidən istifadə ilə əlaqədar 
seysmikliyə təsirlərin analizi 
Yerin təki 
Geotermal enerjidən istifadənin 
ətraf mühitə təsirlərinin tədqiqi 
9.  Məsləhətləşmələrdə ictimaiyyətin iştirakının bütün 
mərhələlərdə təmin edilməsi 
ictimaiyyətin 
iştirakı 
ictimaiyyətin və müvafiq icra 
orqanlarının məlumatlandırılması 
və informasiya əldə edilməsinin 
təmin edilməsi 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə