Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020


Strategiya hədəfləri üzrə təsirlərin qiymətləndirilməsi



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
78 
 
6.8.1. Strategiya hədəfləri üzrə təsirlərin qiymətləndirilməsi 
KES 
Müəyyən işıqlanma şəraitində külək turbinlərin işləməsi zamanı  kölgə dəyişimi effekti əmələ gəlir ki, 
bu  da  həssas  insanlarda  qıcolma  və  epilepsiya  tutmalarının  başlanmasına  səbəb  ola  bilər.  Külək 
turbinlərin  tiyələrinin  fırlanması  zamanı  aşağı  tezlikli  və  infrasəslərin  əmələ  gəlməsi  yaxın  ərazidə 
yaşayan insanlarda yuxupozulmaları, qulaqda küy, sterss və depressiya simptomlarının, baş ağrılarının, 
lokal və ümumi vibrasiya xəstəliyinin  inkişafı   sağlamlığa neqativ təsir gostərə bilər. 
 
GES 
Günəş stansiyalarında baş verə biləcək mümkün qəza hallarında ətraf mühitə və əhalinin sağlamlığına 
təsir edən günəş panellərin hazırlanmasında istifadə edilən toksiki təsirli maddələrin yayılması ehtimalı 
vardır. Bu təsirlər baş vermə ehtimalı zəif qiymətləndirilir. 
 
KSES 
KSES-lərin  tikintisi  və  onların  sonrakı  istismarı  zamanı  su  resurslarının  və  içməli  su  mənbələrinin 
müxtəlif arzuolunmaz  maddələrlə - tikinti tullantıları, yağlama üçün materiallar və tullantı suların su 
mənbələrinə  tökülməsi  su  mənbələrinin  çirklənməsinə  səbəb  ola  bilər.  Həmin  su  mənbələrindən  həm 
içməli su kimi, həm də məişətdə istifadə edilməsi əhalinin sağlamlığına mənfi təsir göstərə bilər. 
 
Su  axınlarının  ləngiməsi  suda  toksiki  maddələrin  təbii  sovrulmasını  zəiflədərək,  onların 
konsentrasiyasını  artırır.  KSES-lər  çay  axının  dəyişməsinə,  lillənmənin  yaranmasına  səbəb  ola  bilər. 
Nəticədə  müxtəlif  xəstəlik  ötürən  həşəratların,  xəstəliktörədən  mikroorqanizmlərin,virusların  və 
parazitlərin inkişafına gətirib çıxara bilər. 
 
Biokütlə  
Bioqaz  alınması  üçün  biokütlənin  hazırlanma  prosesində  istifadə  olunan  materialların  saxlanılması 
zamanı  formalaşan  maye  və  qazlar  pis  qoxuya  malik  olmaqla  yanaşı,  sağlamlığa  potensial  təsiri 
gözlənilir.  Bu  da  yaxın  arealda  yaşayış  olduqda,  sakinlərin  allergik  və  tənəffüs  yolların  xronik 
xəstəliklərinin inkişafına səbəb ola bilər.  
 
Geotermal  
GİES-in işləməsi zamanı geotermal resursların tərkib hissəsini təşkil edən zərərli qazların ətraf mühitə 
buraxılamsı  insan  sağlamlığı  üçün  riskli  hesab  olunur.  Qapalı  sistemdə  fəaliyyət  göstərdiyi  halda 
GİES-lərdən təsirlər gözlənilmir. 
 
Ümumi  kontekstdə  bütün  mənbələrdən  təsirlər  yumşaldılma  potensiallı  olmaqla,  insan  sağlamlığına 
təsirləri əhəmiyyətli  hesab edilməmişdir. Belə ki, enerji sektorunun üzvi  yanacaq əvəzinə (neft, qaz, 
kömür  və.s  )  ABOEM-dən  istifadənin  inkişaf  etdirilməsi  Azərbaycanda  insan  sağlamlığına  müsbət 
təsir  etməklə,  ölkədə  ölüm  faktı  daha  çox  müşahidə  edilən  xəstəliklərin  -  qan-damar,  tənəffüs  və 
onkoloji xəstəliklərin yaranmasına şərait yaradan mənfi təsirlərinin qarşısını alacaqdır.  
 
Qeyd olunanlar nəzərə alınaraq, istismar və layihələndirmə dövrü üçün istisna edilməyən yumşaldılma 
potensiallı təsirlərin təsviri, əhəmiyyəti, habelə önləmə tədbirləri aşağıdakı cədvəldə təqdim olunur: 


 
79 
 
SEQ üzrə 
mövzu 
Gözlənilən təsirlər 
Təsirlərin 
əhəmiyyətlili
yi, dərəcəsi, 
davamlılığı 
İmkanlar və təkliflər, Yumşaldılma tədbirləri 
In
san
 S
a
ğlamlığı
 
 

lək
 
 
 

 
Külək turbinlərin tiyələrinin fırlanması zamanı aşağı 
tezlikli  və  infrasəslərin  əmələ  gəlməsi  yaxın  ərazidə 
yaşayan  insanlarda  yuxupozulmaları,  qulaqda  küy, 
sterss  və  depressiya  simptomlarının,  baş  ağrılarının, 
lokal  və  ümumi  vibrasiya  xəstəliyinin    inkişafı   
sağlamlığa neqativ təsir gostərir. 
 

 
Müəyyən  işıqlanma  şəraitində  külək  turbinlərin 
işləməsi zamanı  kölgə  dəyişimi effekti əmələ gəlir 
ki,  bu  da  həssas  insanlarda  qıcolma  və  epilepsiya 
tutmalarının başlanmasına səbəb ola bilər.  
 
əhəmiyyətli, 
mənfi, 
uzunmüddətli      
 

 
Külək  turbinlərin  yaşayış  sahələrindən  və  iş  yerlərindən 
300 m uzaq məsafədə quraşdırılması; 

 
Külək  turbinləri  üçün  yer  seçimində  mövcud  bina  və 
obyektlərdən uzaq yerləşdirilməsinin təmin edilməsi

 
Səs-küyün  azaldılması  üçün  mümkün    ən  yaxşı 
texnologiyadan (BAT) istifadə edilməsi 

 
KES ətrafında ağacların salınması; 

 
İşıqlanma  güclü  olan  şəraitlərdə  “kölgə  dəyişimi” 
effektinin  əmələ  gəlmə  hallarının  azaldılması  üçün  külək 
turbinlərin fırlanma hərəkətlərini dayandırmaq. 

 
Layihələndirmə  müddətində  təsirlərin  qiymətləndirmə  və 
ətraf mühitin idarəolunması planının hazırlanması 

n
əş
 
 

 
Günəş stansiyalarında baş verə biləcək mümkün qəza 
hallarında ətraf mühitə və əhalinin sağlamlığına təsir 
edən günəş panellərin hazırlanmasında istifadə edilən 
toksiki  təsirli  maddələrin  yayılması  ehtimalı  vardır. 
Bu təsirlər baş vermə ehtimalı zəif qiymətləndirilir. 
 

 

 
Günəş  panellərinin  müntəzəm  tozlardan  təmizlənməsi 
tədbirlərin təşkil olunması.  

 
İnsan  sağlamlığına  dolayı  təsirlərin  qarşısnın  alınması 
məqsədilə  təmizləmə  prosesində  kimyəvi  yuyucu 
vasitələrdən  istifadənin  minumuma  endirilməsi  və 
yumadan  sonra  çirkab  suların  idarəolunması,  təbii  mühitə 
axıdılmasının qarşısının alınması; 

 
Layihələndirmə  müddətində  təsirlərin  qiymətləndirmə  və 
ətraf mühitin idarəolunması planının hazırlanması 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə