Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   31   32   33   34   35   36   37   38   39

 
89 
 
Külək enerjisi 

+ 


 




 

 
Külək  turbinlərinin  turizm  obyektlərindən  300  m  məsafədə 
layihələndirilməsi; 
 
 
Biokütlə 
(bioqaz) 
enerjisi 
 
+     _ 
 







 
Bioqaz qurğuları bioqaz istehsal etmək üçün  

ilkin  xammal  kimi  bərk  məişət  tullantılarından  istifadə 
edildikdə bərk məişət tullantıları poliqonlarının daxilində,  

ilkin  xammal  kimi  peyindən  və  yaşıl  kütlədən  istifadə 
edildikdə  iri  və  xırda  buynuzlu  heyvandarlıq  komplekslərinin 
tərkibində,  

ilkin xammal kimi çirkab sularının təmizlənməsi zamanı 
yaranan  lildən  istifadə  edildikdə  isə  metantenk  və  digər 
müvafiq  qaz  ayırma  qurğuları  ilə  təmin  edilmiş  bioloji  su 
təmizləmə qurğuları kompleksi tərkibində yerləşdirilməlidir
 
Geotermal 
 









 
Geotermal  enerji  stansiyalarının  yerləşdirilməsi  geotermal 
suların mənbələrinin yerləşdiyi rayonla məhdudlaşdığından, bu 
obyektlərin yerləşdiyi ərazilərdə buxar kəmərləri, bina və digər 
infrastrukturun  yaradılması  mümkünlüyü  ilə  yanaşı,  ərazidə 
qrunt  sularının  səviyyəsi,  torpaqların  çökməsi,  bataqlaşma, 
seysmik  aktivlik,  yerin  alt  qatlarından  səthə  metan,  hidrogen, 
azot,  hidrogen  sulfid  və  s.  qazların  ayrılması  kimi  amillər  də 
nəzərə alınmalıdır.  
 
 
 
 


 
90 
 
7. Xəzərin ekoloji problemləri
 
 
Unikal ekosistemə malik olan Xəzər dənizi zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun 
sahiboyu  ərazilərində  çoxlu  sayda  insanların  məskunlaşmasına  səbəb  olmuşdur.  Hazırda  Xəzər  sahili 
zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də 
balıqçılıqla)  bağlıdır.  Dünyanın  ən  məhsuldar  su  sahəsi  olan  Xəzər  yeganə  dənizdir  ki,  nərə 
balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir. Ekoloji xarakteristikasına görə Xəzər 
dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın 
ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. 
 
Xəzər dənizini çirkləndirən  əsas  mənbələr aşağıdakılardır:  təmizlənməmiş sənaye məhsulları və kənd 
təsərrüfatı  tullantıları,  çay  və  dəniz  gəmiçiliyi,  quru  və  su  sahillərində  qaz  və  neft  buruqlarının 
istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq 
zonalardan çirkli maddələrin gəlməsi və səviyyə tərəddüdü. 
 
Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km
3
 çirkab su daxil olur ki, onun da 60 
faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il 
ərzində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları 
da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd 
təsərrüfatında  işlədilən  müxtəlif  toksiki  maddələr  Kür  çayı  vasitəsilə  Xəzərə  daxil  olur.  Volqa,  Kür 
hövzələrində sututarların yaradılması bir çox qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən 
məhrum etmişdir. 
Sahilboyu  yerləşən  Bakı,  Sumqayıt,  Mahaçqala,  Həştərxan,  Türkmənbaşı,  Rəşt,  Ənzəli  şəhərlərindən 
axıdılan çirkab suları Xəzərin əsas çirkləndiriciləri hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının 
istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir. Ən çox 
çirklənmiş  Bakı  buxtası  olmaqla  burada  dib  qruntlarının  çirklənməsi  orqanizmlərin  və  bentosun 
azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır.  
Ekoloji  şəraitə  dəniz  səviyyəsinin  tərəddüdləri  də  təsir  göstərir.  Dənizin  səviyyəsi  aşağı  düşdüyü 
zaman dəniz suyunun şorluğu artır, balıqların  sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı 
və  sahəsi  azalır.  Dənizin  səviyyəsi  qaxdıqca  isə  suların,  xüsusilə  böyük  çayların  delta  bölgələrinə 
yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır. 1978-ci ildən dənizin səviyyəsi tədricən qalxaraq 
ciddi təhlükəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalxması sahil zonasının il ərzində 
1-2 km sahəsinin dənizin altında qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin cənub 
bölgəsindəki  (Lənkəran-Astara)  sahil  zolağında  yerləşən  bir  çox  yaşayış  məntəqələri  və  təsərrüfat 
sahələri  həmin  fəlakətlə  üzləşdi,  əhaliyə,  dövlətə  xeyli  ziyan  dəydi.  Xəzər  dənizində  su  səviyyəsinin 
qalxma-enmə prosesi  uzun əsrlik  tarixə malik  olmaqla sahil dövlətləri  üçün mütəmadi  olaraq bir  sıra 
iqtisadi-sosial  və  ekoloji  problemlər  doğurur.  Xəzər  dənizində  suyun  səviyyəsinin  qalxması 
Azərbaycan  Respublikasının  825  km-lik  sahil  zolağını  tamamilə  öz  təsiri  altına  almış,  fəlakət 
zonasında  Azərbaycanın  800  kv.  km-lik  ərazisinə,  7  şəhəri  və  əhalisi  1  mln.dan  çox  olan  35  yaşayış 


 
91 
 
məntəqəsinə, 120—dən çox heyvandarlıq və bir sıra xalq təsərrüfatı obyektlərinə, 15,3 min ha otlaq, 
1,2 min ha üzümlük və 120 kv. km. əkinə yararlı torpaq sahəsinə zərər vurmuşdur.
11
 
Xəzərin  problemləri  içərisində  səviyyə  tərəddüdü  ilə  yanaşı,  dəniz  sularının  çirklənməsi  və  bununla 
əlaqədar  ekoloji  şəraitin  korlanması  son  dövrün  ən  mühüm  problemidir.  Xəzər  dənizinin  əsas 
çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye 
obyektlərinin  çirkab  suları,  dəniz  nəqliyyatından  və  neft  mədənlərindən  daxil  olan  müxtəlif 
çirkləndiricilərdir.  
Bunlardan  neft  karbohidrogenlərini,  karbohidrogenləri,  karbonukleidləri,  xlor  üzvi  birləşmələrini  və 
ağır  metalları  göstərmək  olar.  Abşeron  yarımadası  və  Manqışlağın  yarısını  əhatə  edən  dəniz  neft 
sənayesi  və  sualtı  neft  boruları  dənizin  karbohidrogenlərlə  çirklənməsində  əsas  rol  oynayır.      Dəniz 
sularının  neft  məhsulları  ilə  həddindən  artıq  çirklənməsi  aerasiya  prosesini    pozur,  dənizin  fauna  və 
florasının məhvinə səbəb olur. 
Azərbaycanın  yataqlarının  birgə  istismarı  ilə  əlaqədar  1994-cü  ildə  "Əsrin  müqaviləsi"  saziş 
imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam neftini 
dünya bazarına çıxarmaq məqsədi daşıyır. Qazaxıstan və Türkmənistanda da Abşeronda olduğu kimi 
neft-qaz istehsalı mərkəzləri açılıb. Bu regionların ekoloji durumu respublikamızla müqayisədə heç də 
yaxşı deyil. Çünki burada çıxarılan neftin tərkibində merkaptanların miqdarı çox, kükürdlü birləşmələr 
daha artıqdır. Belə nefti xüsusi yolla təmizləmək lazım gəlir ki, bu da əlavə problemlər yaradır.  
Dənizin şərq-qərb hissələri ilə müqayisədə şimal tərəfində çirklənmənin səviyyəsi nisbətən azdır. Qeyd 
edək  ki,  Xəzər  gölünün  mühitinin  qorunmasında,  xüsusilə  çirkablardan  mühafizədə  Volqa  və  digər 
çay-su  anbarlarının  rolu  böyükdür.  Eyni  zamanda,  Xəzərin  dib  çöküntüləri  və  özünün  fiziki-kimyəvi 
və  bioloji  təmizlənmə  proseslərinin  də  rolu  var.  Orta  və  cənub  zonalarında  temperaturun  sabitliyi 
(normallığı)  suda  kimyəvi  reaksiyaların  sürətini  artırır  və  nəticə  etibarilə  burada  dəniz  suyunun 
təmizliyi öz-özünə təmin olunur.  
Dənizdə  və  sahilboyunda  gözlənilən  qəzaların  böyük  əksəriyyəti,  əlbəttə  ki,  burada  yerləşən  neft 
sənayesilə bağlıdır. Avadanlıqların suda batması, neft məhsullarının dənizə axması, qurğuların yararsız 
hala  düşməsi  və  s.  Cənub  və  orta  sahələrdə  Xəzər  daha  çox  hidrodinamiki  təhlükəyə  məruz  qalır. 
Bunlardan  başqa,  Xəzərin  dibi  palçıq  vulkanlarına  meyllidir.  Kükürd  tərkibli  neft  çıxarılan  sahələr 
daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli 
karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir. 
Azərbaycan   Respublikası   Xəzəryanı   dövlətlər   arasında   yeganə   ölkədir  ki,  dənizin   və   onun  
akvatoriyasının  çirklənmədən  qorunması  üzrə  kompleks   tədbirlər  həyata keçirir.  "Xəzər dənizinin 
çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən 
imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi 
məqsədilə  beynəlxalq   standartlara   cavab   verən  modul   tipli  lokal   təmizləyici  qurğular  alınaraq 
Abşeron  yarımadasının  Bilgəh,  Buzovna,  Mərdəkan  və  Pirşağı  qəsəbələrində  quraşdırılmışdır.  Bu 
                                                           
11
 
Azərbaycan 
Respublikasında 
ekoloji 
cəhətdən 
dayanıqlı 
sosial-iqtisadi 
inkişafa 
dair 
Milli Proqramı  
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə