Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə33/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

 
83 
 
Sahibkarlıq  -  Son  illərdə  sahibkarlığın  inkişafına  dövlətin  maliyyə  dəstəyi  daha  da  yaxşılaşmış, 
güzəştli  kreditlərin  həcmi  əhəmiyyətli  dərəcədə  artmışdır.  Sahibkarlıq  fəaliyyətinin  dəstəklənməsi 
məqsədilə  hər  iki  regional  İnkişaf  Proqramlarının  icrası  dövründə  Azərbaycan  Respublikasının 
Sahibkarlığa  Kömək  Milli  Fondunun  vəsaitləri  hesabına  ölkə  üzrə  ümumilikdə  19,1  min  sahibkarlıq 
subyektinə 1,2 milyard manat güzəştli kredit verilmiş, nəticədə 110 min yeni iş yeri yaradılmışdır. 
 
Turizm - Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin 
təbiət  abidələrinin  və  eləcə  də  xalqımızın  mədəni-tarixi  irsinin  geniş  miqyasda  tanıdılmasını  təmin 
etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" 
elan edilmişdir. Son illərdə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmişdir. 
Nəqliyyat - 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və 
ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, 
Gəncə,  Lənkəran,  Zaqatala,  Qəbələ  və  Yevlax  şəhərlərində  hava  limanları  istifadəyə  verilmişdir. 
Nəqliyyatın  hərəkətinin  tənzimlənməsi  və  idarə  olunması  məqsədilə  Bakı  şəhərində  Nəqliyyatı 
İntellektual  İdarəetmə  Mərkəzi  yaradılmışdır.  Bununla  yanaşı,  ölkənin  tranzit  potensialının 
reallaşdırılması  istiqamətində  tədbirlər,  o  cümlədən  Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin 
fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, 
Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir. 
Dünya  ölkələri,  10  ildə  (xüsusilə  Avropa  İttifaqına  üzv  ölkələrlə)  birbaşa  nəqliyyat  əlaqələri 
genişlənmişdir.  Bakı-Tbilisi-Ceyhan  (BTC)  neft  ixrac  kəməri  və  Bakı-Tbilisi-Ərzurum  qaz  ixrac 
kəməri  istifadəyə  verilmiş,  Regionun  və  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  olunmasında 
müstəsna  əhəmiyyəti  olan  TANAP  və  TAP  layihələri,  həmçinin  "Şahdəniz-2"  layihəsi  üzrə  yekun 
investisiya  qərarının  imzalanması  ölkə  iqtisadiyyatının  inkişafında  səmərəli  olmaqla  əhalinin  sosial 
rifahının  və  ölkəmizin  sosial-iqtisadi  inkişafının  daha  da  yaxşılaşmasında  müstəsna  əhəmiyyət  kəsb 
edəcəyi proqnozlaşdırılmışdır. 
İnformasiya və rabitə - regionlarda 1400 - dək ATS, 1000-ə yaxın poçt binası tikilmiş və ya əsaslı 
təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin 
sayı  9,6  dəfə  artmış,  hər  100  nəfərdən  70-i  internet  istifadəçisi  olmuşdur.  2013-cü  il  ölkəmizdə 
"İnformasiya-kommunikasiya  texnologiyaları  ili"  elan  edilmiş  və  fevral  ayının  8-də  ölkəmizin  ilk 
telekommunikasiya peyki orbitə çıxarılmışdır. 
Ətraf  mühit-  Regionalrın  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı    2014-2018  üzrə  bu  sahədə  əsas 
istiqamətlər aşağıdakı kimi müəyyən edilmişdir: 

 
regionlarda  sənaye  müəssisələrinin  "yaşıl  iqtisadiyyat"  prinsipi  əsasında  fəaliyyət  göstərməsi 
üzrə müvafiq tədbirlərin görülməsi

 
iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün yeni xammal yataqlarının aşkar edilməsi: 

 
regionlarda  meşəsalma  və  meşəbərpa  tədbirlərinin  davam  etdirilməsi,  yaşıllıq  sahələrinin 
artırılması; 

 
regionlarda  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  inkişafı  və  biomüxtəlifliyin 
davamlılığının təmin edilməsi

 
regionlarda yaranan bərk məişət və sənaye tullantılarının idarə olunması; 

 
alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadənin  genişləndirilməsi. 
 


 
84 
 
 
Ölkədə  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  şəbəkəsinin  genişləndirilməsi  və  ekoturizmin  inkişaf 
etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları 
Qrupu,  Eldar  şamı,  Korçay  dövlət  təbiət  qoruqları,  eləcə  də  Abşeron,  Ağgöl,  Göygöl,  Şahdağ, 
Şirvan,  Akademik  Həsən  Əliyev  adına  Zəngəzur,  Hirkan,  Altıağac  və  Samur-Yalama  milli 
parkları  yaradılmış,  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  sahəsi  478  min  hektardan  893  min 
hektaradək artırılmışdır.  
Bu dövrdə yaşıllıqların salınması sahəsində 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən 
təmiz  su  ilə  təminatının  yaxşılaşdırılması  üçün  222  yaşayış  məntəqəsində  modul  tipli  sutəmizləyici 
qurğular  quraşdırılmışdır.  Bakı  şəhərinin  Balaxanı  qəsəbəsində  təbii  sərvətlərə  və  enerjiyə  qənaət 
etməyə,  ətraf  mühitə  mənfi  təsirlərin  azaldılmasına  imkan  verən  bərk  məişət  tullantılarının 
çeşidlənməsi  və  yandırılması  zavodu  istifadəyə  verilmişdir.  Heydər  Əliyev  Fondunun  "Azərbaycan 
Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" 
layihəsi çərçivəsində 130 baş ceyran tarixi ərazilərə buraxılmışdır. 
Su  təchizatı  və  kanalizasiya  -  Regionlarda  son  10  ildə  3,4  min  kilometrdən  çox  su,  1,2  min 
kilometrdən çox kanalizasiya xətti çəkilmiş, 96 su anbarı tikilmişdir. Hazırda bu istiqamətdə dövlətin 
və  beynəlxalq  maliyyə  institutlarının  dəstəyi  ilə  bütün  respublika  rayonlarında  su  təchizatı  və 
kanalizasiya sistemlərinin yenidənquruluması üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. 
Enerji –Əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində son regionlarda ümumi 
gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası tikilmiş,10 min km-dən çox elektrik verilişi xətləri 
və  1500-dən  çox  yarımstansiya  tikilmiş  və  ya  yenidən  qurulmuş,  təbii  qazla  təchizatın 
yaxşılaşdırılması sahəsində isə 40 min kilometrədək qaz xətləri çəkilmiş və ya təmir edilmiş, yaşayış 
evlərinin  qazlaşma  səviyyəsi  34%-dən  83,4%-ə  çatmışdır.  2014-2018-cü  illərdə  bu  sahədə  dövlət 
siyasətinin əsas istiqamətlərindən biri də  alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin 
genişləndirilməsi  və  regionlarda  yeni  istilik  və  su  elektrik  stansiyalarının  tikintisi,  mövcud  enerji 
bloklarının modernizasiyası işlərinin davam etdirilməsi təşkil edir.
 
 
Məşğulluq-  Qarşıdakı  illərdə  məşğulluq  sahəsində,  eləcə  də  investisya  sahəsində  əsas  tədbirlər 
sırasında  neft  ixracından  əldə  olunan  gəlirlərin  bir  hissəsinin  insan  kapitalının  inkişafına 
istiqamətləndirilməsi  və  elmi  tutumlu  sahələrin  inkişafı  ilə  bağlı  qabaqcıl  texnologiya  və 
innovasiyaların  tətbiq  edilməsi,  kənd  yerlərində  sosial  və  kommunal  infrastrukturun  daha  da  inkişaf 
etdirilməsi yolu ilə əhalinin miqrasiya səviyyəsinin azaldılması, investisiyaların qeyri-neft sektorunun 
və  regionların  inkişafına  yönəldilməsi,  nanotexnologiyalar  və  azkarbonlu  istehsal  sahəsinə  dövlət 
investisiyalarının  qoyuluşunun  prioritetləşdirilməsi  təşkil  edir.  İnsan  resurslarının  inkişafı  məqsədilə 
dünya  ölkələri  sırasında  keyfiyyət  nəticələri  və  əhatəliliyinə  görə  aparıcı  mövqe  tutan,  qabaqcıl 
texnologiyalara  əsaslanan  infrastruktura  malik  təhsil  sisteminin  yaradılması  üçün  genişmiqyaslı 
tədbirlər də nəzərdə tutulmuşdur.
 10
 
 
Aşağıda ölkə üzrə makroiqtisadi göstəricilər verillmişdir: 
 
 
                                                           
10
 “Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı-2014-2018” 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə