Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
39 
 
Biomüxtəlifliyin azalması səbəblərindən biri səhralaşmadır. Azərbaycan ərazisinin 42,5 %-i və ya 3,7 
mln.  ha  sahəsi  eroziyaya  uğramışdır.  Torpaqların  ekstensiv  istifadəsi,  heyvandarlığın  kifayət  qədər 
yem  bazası ilə təmin  olunmaması,  mal-qaranın  sürətlə artması səbəbindən  mövcud  otlaqların, 
meşə ərazilərinin həddən artıq otarılması səhralaşmaya səbəb olur.  
 
Xəzər dənizinin Azərbaycana aid sularında biomüxtəliflik üçün əsas təhlükələr suyun  zərərli kimyəvi 
maddələrlə  (neft  karbohidrogenləri,  karbonukleitidlər,  xlor  üzvi  birləşmələri,  ağır  metallar  və  s.) 
Volqa çayının axını ilə çirklənməsi və invaziv növlərin çoxalması hesab olunur. Antropoloji təsirlərin 
ən  kəskin  nəticələri  Azərbaycanın  ixtiofaunasında,  xüsusən  onun  əmtəəlik  növlərində  özünü 
göstərmişdir. Volqa və Kür çayı axarlarının tənzimlənməsi və suvarma məqsədi ilə istifadəsi, qiymətli 
balıq  növlərinin  (nərə,  bölgə  və  qızıl  balıq)  təbii  çoxalmasına  öz  mənfi  təsirini  göstərmişdir.  Xəzər 
hövzəsinə  tökülən  iri  çaylar,  xüsusilə  Kür  çayının  üzərində  su-elektrik  stansiyalarının  tikilməsi 
qiymətli  keçici  balıqları  öz  təbii  çoxalma  yerlərindən  məhrum  etmiş  və  bu  da  onların  say 
dinamikasının kəskin azalmasına səbəb olmuşdur.  
 
6.3.1.
 
Təsirlərin qiymətləndirilməsi 
Ümumilikdə  Strategiyanın  qoyulan  məqsədlərə  çatması  və  hədəflərinin  icrası  ətraf  mühitin  ənənəvi 
enerji  mənbələri  ilə  müqayisədə  çirklənmənin  qarşısını  alacağı,  biomüxtlifliyə  bu  mənbələrdən  olan 
təsirlərin  kəskin  azalmasının  müşahidə  ediləcəyi  gözlənilir.  Digər  tərəfdən  bərpa  olunan  enerji 
növlərindən istifadəyə dəstək veriləcək, yerli hakimiyyət orqanlarının bərpa olunan enerji layihələrinin 
inkişafında biomüxtəlifliyin qorunmasına  marağın artırmasını formalaşdıracaqdır.  
 
Bununla yanaşı, Strategiya hədəflərinin icrası (tikinti və fəaliyyət dövründə) qiymətli təbiəti mühafizə 
komplekslərinə mənfi təsirlər, heyvanların narahıtlığı, nadir bitki növlərinin itirilməsi təhlükəsi, fauna 
növləri  üçün  qida  mühitinin  azadılması,  növlərin  çoxalmasına,  təbii  ekoloji  mühitin  dəyişməsi 
əhəmiyyətli təsirlərə səbəb ola bilər.  
 
Külək Elektrik Stansiyası  
Qiymətləndirmə  üzrə  xüsusilə  Külək  enerjisindən  istifadənin  layihələndirilməsi,  habelə  fəaliyyətinin 
əhəmiyyətli  təsirlərinin  olacağı  müəyyən  edilmişdir.    Belə  ki  KES  qurğularının  ətraf  mühitə  olan 
təsirlərinə  səs-küy,  vibrasiya  və  infrasəslərin  yayılması,  KES  turbinləri  quşların  (dəniz  quşları, 
köçəri  quşlar)  digər  ərazilərə  miqrasiyasına  və  ya  tələf  olmasına  səbəb  ola  bilər.    Bu  xüsusilə  də 
yaxınlıqda  yerləşən  mühafizə  olunan  təbiət  zonalarına,  mühüm  ornitoloji  ərazilərə  və  quşların 
miqrasiya yollarına aiddir. 
 
Külək enerjisi qurğularının dənizdə qurulması və demontajı (sökülməsi), kabellərin çəkilməsi zamanı 
görülən işlər balıqların, dəniz məməlilərinin, dəniz tısbağalarının və quşların səs-küy, vibrasiya, vizual 
təsirləri  ilə,  həmçinin  suyun  dibinin  çöküntülərinin  yayılması  ilə  suyun  bulanıqlığının  artması 
nəticəsində  öz  qidalanma  ərazilərini  müvəqqəti  tərk  etmələrinə  səbəb  ola  bilər.  Külək  elektrik 
stansiyaları  vizual  təsir  etmə  (landşaft  xüsusiyyətləri  ilə  uyğunsuzluq,  səs-küy,  vibrasiya,  günəş 
şüasının  yanıb-sönmə  effekti)  qabiliyyətinə  malikdirlər.  Bu  onların  yerləşməsi  və  biomüxtəliflik 
nümayəndələri ilə olan təmas xəttinin uzunluğundan, həm də təmas məsafəsindən asılı olaraq dəyişir.  
 
Külək  enerjisi  qurğularının  yerləşdirilməsi  zamanı  sahənin  seçilməsində,  ərazinin  quşlar  üçün 
əhəmiyyətinin  təhlil  edilməsi  və  təbii  həssas  ərazilərdə  bu  qurğuların  istismarı  üçün  istifadəsindən 
yayınmaq təklif edilmişdir. Bu məqsədlə aşağıda hazırlanmış GİS xəritə əlavə olunur: 


 
40 
 
 
 
 


 
41 
 
KSES 
 
Düzənlik  ərazilərlə  müqayisədə  qeyri-əlverişli  mühəndis-geoloji  şəraitə  malik  dağ  rayonlarında 
hidroenerji qurğularının yaradılması sahil massivlərinin dağılmasına və biomüxtəlifliyin  təbii ekoloji 
mühitinin pozulmasına səbəb ola bilər. Çaylarda və dağ çaylarında hidroenerji potensialından istifadə 
təbii  ekoloji  mühitin  dəyişməsi,  axımın  tənzimlənməsi,  kimyəvi  tərkibin,  temperaturun  və  oksigen 
rejiminin dəyişməsinə səbəb olur ki, bu da çayın aşağı axarında su ekosisteminə əhəmiyyətli təsir edə 
bilər. 
 
Çaylarda  fraqmentasiyaların  yaradılması  kürüləyən  balıqların  miqrasiya  yollarında  təcridlər 
yaratmaqla bu növlərin çoxalmasına qeyri-əlverişli təsir etməklə ekosistemə əhəmiyyətli neqativ təsir 
göstərir.  Ümumiyyətlə,  hidroenerji  potensialının  inkişafı  axınlarda  suyun  fiziki-kimyəvi 
parametrlərinin (temperatur, axın rejimləri, həll olunmuş qazlar) dəyişməsinə səbəb ola bilər. Bu isə su 
biomüxtəlifliyinə təzyiqə səbəb ola bilər.  
 
KSES-lər derivasiya metodu ilə nəzərdə tutulsa da, dağ çaylarında bir neçə KSES-in layihələndirilməsi 
çaylarda quraqlıq dövrlərində quruma təhlükəsinə yarada və çay ekosisteminə mənfi təsir edə, çayların 
minimum  axınlarını  azalda  və  bu  baxımdan  su  ilə  bağlı  bitki  və  heyvanlar  aləminə  təsir  edə  bilər 
(məsələn, balıq populasiyası  təşkil  edən növləri  dəyişdirə, balıqları  yem  mənbələrindən məhrum  edə 
bilər). 
 
 
Biokütlə 
 
Strategiya  çərçivəsində  biokütlə  enerjisi  olaraq  əsasən  bioqazdan  istifadə  nəzərə  tutulmuşdur.  Buna 
baxmayaraq,  biokütlə  üzrə  digər  mənbələr  istisna  edilməmişdir.  Bu  baxımdan  müxtəlif  təsərrüfat 
məqsədləri və enerji mənbəyi kimi bitki kütləsindən istifadənin təsirləri xüsusilə qiymətləndirilmişdir. 
 
Aparılan  baza  təhlillərinə  əsasən,  Azərbaycanda  torpaq  ehtiyatları  çox  olmadığı  üçün,  habelə  bitki 
kütləsinin  zəif  olması  səbəbiylə  bu  hədəf  üzrə  təsirlərin  qiymətləndirilməsi  zəruri  hesab  edilmişdir. 
Belə  ki,  5%-dən  artıq  bitki  kütləsindən  istifadə  edilməklə  enerji  alınması,  biosferdə  maddələr 
dövranında əhəmiyyətli  dəyişikliyə səbəb ola, onların  istehsalı prosesində  yüksək məhsuldarlıq üçün 
tətbiq edilən pesitisid və digər zərəvericilərin istifadəsi torpağın məhsuldarlığının azalmasına və bitki 
örtüyünün  tamamilə  azalmasına  səbəb  ola  bilər.  Müxtəlif  təsərrüfat  məqsədləri  və    enerji  mənbəyi  
kimi bitki kütləsindən həddən artıq istifadə edilməsinin qarşısının alınması. 
 
Digər  mənbələr    -  GES,  Geotermal  enerji  mənbələrindən  istifadə  üzrə  təsirlərin  zəif  olacağı 
qiymətləndirilmiş,  layihələndirmə  mərhələsində  konkret  ətraf  mühitə  təsirin  qiymətləndirilməsinin 
aparılması  və  yumşaldılma  tədbirlərinin  uyğun  yer  seçimi  və  biomüxtəlifliyin  xüsusiyyətləri  nəzərə 
alınaraq, müəyyən edilməsi zəruri hesab edilir.  
 
Bütün  Biomüxtəliflik,  flora  və  faunaya  təsirlər  və  yumşaldılma  təklifləri  aşağıdakı  cədvəldə 
verilmişdir: 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə