Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020


 Çay ekosisteminə cari antropogen təsirlər



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə20/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 
52 
 
6.4.4 Çay ekosisteminə cari antropogen təsirlər 
 
1. Sudan suvarma üçün istifadə 
2. Meşələrin qırılması 
3. Bərk tullantıların yerləşdirilməsi 
4. Çaylarda maşınların yuyulması 
5. Yaşayış yerlərindən çirkab sularının çaylara buraxılması 
6. Hidromorfoloji dəyişikliklər 
7. Kənd təsərrüfatındakı pestisidlər və gübrələr vasitəsilə çirklənmə 
 
Yuxarıda təsvir edilən mühüm təzyiqlər üzrə aşağıdakı təsirlər baş verə bilər: 
 

 
Su  sərtliyi  və  su  sərfiyyatının  ekoloji  axından  aşağı  səviyyəyə  qədər  azalması.  Yayda  nəticə 
etibarilə bəzi çaylar quruya bilər

 
Yaxşı  məlum  olduğu  kimi,  meşələrin  qırılması  torpağın  aşınmasına  və  səth  sularının  torpağa 
sızmasının azalmasına gətirib çıxarır ki, bu da aşağı axın dövrlərində su sərfinin azalması ilə 
nəticələnir; 

 
Emal  edilməmiş  çirkab  suların  və  bərk  tullantıların  atılması  çaylarda  suyun  keyfiyyətinin 
pisləşməsinə gətirib çıxarır; 

 
Morfoloji  dəyişikliklər  çayların  ekoloji  vəziyyətinin  mənbə  şəraitindən  fərqlənməsinə  gətirib 
çıxarır. Çay sahillərinin betonla üzlənməsi çayın flora və faunasına təsir göstərir

 
Su  kənd  təsərrüfatı  sahələrindən  daxil  olan  üzvi  kimyəvi  maddələrlə  çirklənir.  Bu,  çayın 
ekosisteminə ziyan dəyməsinə gətirib çıxarır və sağlamlıq üçün mənfi təsiri vardır. 
 
6.4.5.
 
“Strategiya” üzrə müəyyən olunan təsirlərin həcmi 
 
KSES  
 
Strategiya üzrə ümumilikdə  kiçik dağ  çaylarında KSES-lərin layihələndirilməsi  planlaşdırılmış,  lakin 
dəqiq  mənbələr  göstərilməmişdir.  Layihə  çərçivəsində  baza  təhlillərinə  istinad  edilərək,  dağ  çayları 
üzrə əsas ekoloji təhdidlər nəzərə alınaraq, ümumi qiymətləndirmə aparılmışdır.  
 
KSES-də  derivasiya  metodu  ilə  enerjinin  alınması  nəzərdə  tutulduğu  üçün,  bu  metodu  ilə  istehsal 
edilən  elektrik  enerjisi  hər  hansı  çirklənmə  və  ya  zərərli  ekoloji  təsirlərə  səbəb  olmur.    KSES-in 
saxlanılması  asan  və  ucuz  başa  gəlir  və  həmçinin  qəza  halları  da  azdır.  KSES  uzun  ömürlü  olur  və 
enerjinin  yaranması  prosesi  əsasən  avtomatik  olduğundan,  elektrik  stansiyasını  idarə  etmək  və  ona 
nəzarət etmək üçün daha az əmək qüvvəsi tələb olunur. KSES qurğuları bəndlərin tikilməsini adətən 
nəzərdə tutmur və məcralara təsir minimumdur. Buna baxmayaraq, bu metodla belə texnoloji dizayn 
təkliflərində  belə  bəndlərin  tikintisi  planlaşdırıla,  və  ya  bir  neçə  KSES-in  bir  kiçik  çay  üzərində 
tikintisi  planlaşdırıla,  habelə  su  rejimi  nəzərə  alınmadan  ekoloji  axım  saxlanılmadan  suyun  böyük 
həcmdə derivasiya ilə götürülərək kənarda hovuzda saxlanılması tələb oluna bilər.  
 
Hidroenerjinin inkişafı kanallara mənfi təsiri olmasa da, çayların minimum axınlarını azalda bilər və 
bu çay ekosisteminə mənfi təsir göstərə bilər. Derivasiya kanallarının tikintisi zamanı isə çay məcrasında 
dəyişikliklərə gətirib çıxara bilər. 


 
53 
 
 
Bununla yanaşı, qeyd etmək lazımdır ki, dağ çaylarında xüsusilə Şəki-Zaqatala və Şirvan çaylarında sel 
hadisələrinin  tez  tez  təkrarlanması  və  məcra  proseslərinin  aktiv  getməsi  səbəbindən  əlavə  sahil 
bərkitmə işləri tələb edə bilər ki, bu da çay ekosisteminə, çay suyunun keyfiyyətinə antropogen təsiri 
artıra bilər 
 
Çay məcrasından suyun götürülməsi üsulu (derivasiya üsulu olsa belə) və yenidən çaya qaytarılması 
üzrə texnoloji seçimdən asılı olaraq, yuxarı və aşağı byefdə su balansının bərabər paylanmaması çay 
seqmentində quruma təhlükəsi yarada bilər 
 
GES üçün Azərbaycanda kifayət qədər potensial var. Günəş panellərinin yuyulmasında istifadə olunan 
su  mənbəyi  baxımından  Aran  rayonlarında  və  Abşeron  Qosbustan  zonasında  su  qıtlığı  yaşana  bilər. 
Azərsu ASC-nin bir çox rayonlarda su təchizatı və kanalizasiya layihəsi çərçivəsində yenidən qurma 
işləri aparılır və yeni ÇSTQ-nin tikintisi planlaşdırılır. Ümumilikdə qeyd olunmalıdır ki, Strategiya 
çərçivəsində  planlaşdırmada  su  ehtiyatları  qiymətləndirilsə  də,  suya  olan  tələbat  nəzərə 
alınmayıb.  Belə  ki,  su  mənbəyi  kimi  bəzi  rayonlarda  (məs.  Xızı  rayonu)  bulaq  sularından  istifadə 
olunması  və  bu  su  ehtiyatının  kasıb  olması  səbəindən  gələcəkdə  günəş  panellərinin  yuyulması  üçün 
suyun  çatdırılmasında  problem  yaşana  bilər.  Eyni  zamanda  istifadə  olunan  suyun  kənarlaşdırılması 
zamanı həssas zonalarda daha diqqətli olmaq tələb olunacaqdır.  
 
KES 
 
Külək enerjisi çirklənmə əmələ gətirmir, daimi  enerji növüdür. Quruda  yerləşdiriləcək külək enerjisi 
qurğularının  su  ehtiyatlarına  mənfi  təsiri  gözlənilmir.  KES-lərin  sahildən  kənar  su  sahəsində 
yaradılması,  istismarı,  nəqli  və  əməliyyatı  dəniz  suyunun  lillənməsinə  və  nəqliyyat  vasitəsi  və 
gəmilərin təsiri ilə çirklənməsinə gətirib çıxara bilər. Strategiya üzrə quruda bir neçə rayonda nəzərdə 
tutulmuşdur) KES-lərin layihələndirlməsinin su mühitinə təsiri gözlənilmir. 
Geotermal enerji  
Yeraltı  suların  potensialından  istifadə  zamanı  qəza  hallarında  ətraf  mühitin  çirklənməsi,  o  cümlədən 
yeraltı  su  ehtiyatlarına  neqativ  təsirlər  formalaşa  bilər.  Geotermal  stansiyaların  işləməsi  zamanı 
soyutma prosesində və təkrar suyun laya vurulması üçün (laya vurmaq üçün rezervuarlarda bir hissəsi 
buxarlandığı üçün) su tələb olunur. Bu isə yaxın arealda su təchizatına  təsir edə bilər. 
Geotermal  sular  kükürd,  mineral  duzlar  və  s.  zəngin  olduğu  üçün  ətraf  ərazilərə  axıdılması  suyun 
keyfiyyətinə  təsir  edə  bilər.  Suyun  qapalı  sistemdə  təkrar  laya  vurulmasının  təmin  edilməsi  və 
layihələndirmə  mərhələsində  ətraf  mühitin  idarəolunması  planının  hazırlanması  bu  problemlərin 
qarşısını  ala  bilər.  Bu  baxımdan  layihələndirmə  mərhələsində  ətraf  mühitə  təsirin 
qiymətləndirilməsinin aparılması və mümkün ən yaxşı texnologiyaların və istismar rejiminin seçilməsi 
zəruri hesab edilmişdir.  
Yuxarıda qeyd olunanları nəzərə alaraq, suya tələbatın müəyyən edilməsi üçün əhalinin sayı, çayların 
çirklənmə  dərəcələri  və  yağıntıların  miqdarına  görə  ən  quraq  əraziləri  əks  etdirən  GİS  xəritə 
hazırlanmışdır.  Xəritə  və  təsirlər  qiymətləndirilməsi  cədvəli  konkret  su  stress  zonalarını  müəyyən 
etmək və layihə təkliflərini bu əsasda formalaşdırmaq üçün uyğun vəsait olaraq təqdim olunur: 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə