Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə23/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

 
59 
 
 
3.  Şiddətli  yuyulmuş  torpaqlar  -  Böyük  Qafqaz  silsiləsinin  suayırıcı  xətti  boyunca  yayılaraq 
Dağıstan  Respublikası  ilə  sərhəd  boyu  uzanır.  Torpaq  səthinin  şiddətli  yuyulması  Kiçik  Qafqazın 
şimal,  şimal-şərq  və  cənub  yamaclarında,  Naxçıvan  MR-in  dağlıq  hissəsində  və  Lənkəranın  yuxarı 
dağlıq hissəsində müşahidə olunur.  
 
4.  Çoxlu  qobu  olması,  torpaq  səthinin  zəif  yuyulması  və  sovrulması  -    Böyük  Qafqaz  zonasını 
əhatə  edərək,  onun  şərq  və  cənub  yamaclarında,  Böyük  Qafqazın  cənub-şərq  qurtaracağında, 
Qobustanın  bütün  ərazisində,  Niyaldağ.  Xocaşen,  Bozdağ  silsilələrində  və  Ceyrançöl  massivində 
yayılmışdır. 
 
5.  Torpaq  səthinin  şiddətli  yuyulması  və  sellərin  əmələ  gəlməsi    -  Böyük  Qafqazın  cənub 
yamacında və Naxçıvanın cənub-şərq hissəsində yayılmışdır. Böyük Qafqazın cənub yamacında bu tip 
eroziya  Qəbələ rayonundan başlayaraq zolaq şəklində şimal-qərbə  doğru  uzanıb  Gürcüstan sərhədinə 
qədər  olan  ərazini  tutur.  Burada  eroziya  prosesi  torpağın  üst  qatını  dağıdaraq  ana  süxurun  səthə 
çıxmasına  səbəb  olur.  Bununla  bərabər,  kobud  materiallar,  aşınma  məhsulları  qorxulu  olan  sel 
mənbələrində – hövzələrdə toplanır. Uzun sürən quraqlıqdan sonra leysan yağışları nəticəsində əmələ 
gəlmiş şiddətli su axını torpağı yuyaraq aşınma materiallarını sel axınları şəklində aparır.  
 
6. Torpaq səthinin zəif yuyulması və suvarma (irriqasiya) eroziyası - Kür-Araz və Samur-Dəvəçi 
ovalığının  şimal-şərqində,  respublikanın  cənubunda  –  Lənkəranda,  Araz  çayı  hövzəsində  (Arazboyu 
ovalıq),  Naxçıvan  düzənliyi  və  Qanıx-Əyriçay  vadisinin  Şəki-Zaqatala  massivində  yayılmışdır. 
Göstərilən  ovalıqların  səthi  az  meyilli  olduğu  üçün  burada  eroziya  prosesi  zəif  gedir.  Arxyanı,  sahil 
zolaqları sahələrində səthin meyilliyi 30 və bəzən 50 olduğundan torpağın yuyulması şiddətli gedir və 
nəticədə  yarğanların  əmələ  gəlməsi  müşahidə  edilir. Bu növ eroziya Kür-Araz ovalığında daha  geniş 
yayılmışdır.  
 
7.  Güclü  külək  eroziyası  -  Abşeron  yarımadası  və  ona  bitişik  ərazilərdə  müşahidə  edilir.  Burada 
küləyin  təsiri  nəticəsində  yer  səthinin  quruluşu  da  dəyişir.  Külək  erozyası  Turut-Sarıca,  Ceyrançöl 
massivlərində  də  yayılmışdır.  Bu  ərazilərdə  külək  torpağın  münbit  qatını  sovurmaqla  qarayellərin 
əmələ gəlməsinə səbəb olur. Eynilə Kiçik Qafqazın qərb hissəsinin dağətəyi qurşağında əsən şiddətli 
şimal-qərb küləkləri torpağı sovuraraq külək eroziyasının yayılmasına şərait yaradır. 
 
8.  Sovrulan qumlar  -  Xəzər dənizi  sahilində, Ələtdən cənubda və  Abşeron  yarımadasında  yayılaraq 
hərəkət edən qum təpəcikləri əmələ gətirir.  
 
9. Qayalıq fiziki aşınma – denudasiya prosesləri - dəniz səthindən 2800-3000 m hündürlükdə olan 
açıq sahələrə aiddir. Əsasən 2000 – 3500 m hündürlükləri dağ – çəmən qurşağı, alp, subalp və bozqır 
çəmənlikləri, 700 -1800 m hündürlükdə inkişaf edən qara, çürüntülü – karbonatlı və s. torpaq tipləri
meşə torpaqları bozqırlaşmış və çəmənləşmiş yarımtiplərindən ibarət torpaq örtüyünə malikdir. Burada 
səth eroziyası geniş inkişaf etmişdir. 
 
Dağ-çəmən qurşağında eroziya prosesi  otlaqlardan düzgün istifadə edilməməsi nəticəsində baş verir. 
Torpaq  eroziyası  olan  yerlərdə  səth  hissə  tamamilə  yuyulmuş  və  ana  süxurların  səthi  açılmışdır. 
Torpaqların səthi yuyulması və dağılması cığırların rombvari mikrorelyef formaların əmələgəlməsi ilə 
başlayır,  sonrakı  mərhələlərdə  isə  daha  çox  meylli  yamaclarda  çim  qatı  aşağı  sürüşür  və  yuyulub 


 
60 
 
aparılır. Bununla yanaşı, dağlıq ərazilərdə torpaq eroziyasına sel hadisələri, uçqunlara da səbəb olur. 
Dağlıq  ərazilərdə torpaq eroziyasının qarşısını  almaq üçün bəzi zonalarda  yamaclar terraslaşdırılmış, 
quru iqlim zonalarında isə quraqlığa davamlı ağac, kol bitkiləri əkilmişdir.  
 
Ərazi  tiplərinin  səciyyəsindən  göründüyü  kimi,  respublikamızın  ərazisində  səth,  külək  və  qobu 
eroziyası geniş yayılmış və torpaqlar müxtəlif dərəcədə eroziya proseslərinə məruz qalmışdır.
7
 
 
Azərbaycanın  elmi-tədqiqat  institutlarının  məlumatlarına  əsasən  (2006,  FAO)  respublika  ərazisinin 
36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6%-i 
şiddətli dərəcədə yuyulmuş torpaqlardır.
8
  
 
Azərbaycan  Respublikası  aqrar  ölkə  sayılır  və  əmək  qabiliyyətli  əhalisinin  təxminən  50  faizi 
kənd və kənd rayonlarında yaşayıb, böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur.  
 
Bir çox hallarda əkin sahələrindən qeyri-təyinatlı istifadə halları müşahidə edilir ki, bu da torpağın üst 
qatının zədələnməsi və nəticədə səhralaşmaya gətirib çıxaran hallarla nəticələnir. 
 
Respublikanın  ayrı-ayrı  rayonlarında  təbii  şəraitdən  və  insanın  təsərrüfat  fəaliyyətindən  asılı  olaraq 
eroziya  prosesi  müxtəlif  formada  və  müxtəlif  dərəcədə  inkişaf  edib.  Belə  ki,  Mil-Qarabağ  zonasında 
ərazinin  30,8%-i,  Quba-Xaçmaz  zonasında  48,2%-i,  Abşeronda  40,3%-i,  Naxçıvan  MR-də  70,7%-i. 
DQMV-də 59,3%-i, Şirvanda 27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziyaya məruz qalıb. 
Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və intensivliyinin öyrənilməsi 
üzrə  geniş  tədqiqat  işləri  aparılmış  və  müvafiq    olaraq,  problemin  kəskin  olduğu  zonaların  müəyyən 
edilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  torpaq  eroziyasının  aşağıdakı  GİS  xəritəsi  tərtib 
edilmişdir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
7
 
AR Prezidentinin İşlər İdarəsinin ktabxanasi, Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri, Mənbə: 
Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan. Bakı, “Elm”, - 2006, səh. 394-400. 
 
8
 
http://www.fao.org/ag/agp/agpc/doc/counprof/PDF%20files/Azerbaijan.pdf ,
2006



Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə