GİRİŞ
Mövzunun aktuallığı: «Azərbaycan Respublikası demokratik, hüquqi,
dünyəvi, unitar dövlət kimi»
mövzusu milli konstitusiya hüququ elmində ən aktual
məsələlərdən biridir. Bu isə təsadüfi deyil. Məlum olduğu kimi Sovetlər Birliyinin
dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini əldə etmiş, bütün
sahələrdə (iqtisadiyyat, mənəviyyat və s.) olduğu kimi hüquq sahəsində də köklü
islahatlar həyata keçirilməyə başlanılmışdır. Ölkəmiz müstəqilliyini qazandıqdan
sonra öz hüquq sistemini milli dəyərlərimizi də nəzərə almaqla Avropa
standartlarına uyğun olaraq qurmağa başlamışdır. Hər şeydən əvvəl, Azərbaycan
Respublikası özünün demokratik, hüquqi, dünyəvi və unitar dövlət olmasını bəyan
etmiş, demokratiklik, hüquqilik, dünyəvilik və unitarlığın daha da inkişafı
istiqamətində bir sıra işlər görmüşdür. Təsadüfi deyil ki, Azərbaycan Respublikası
Konstitusiyasının preambulasında Azərbaycan xalqının bəyan etdiyi niyyətlərdən
biri məhz xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət qurmaqdır. Konstitusiyanın 7-ci maddəsinin birinci hissəsində isə
deyilir: «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır».
Deyilənləri nəzərə alsaq, buraxılış işinin son dərəcə aktual bir mövzunun təhlilinə
həsr olunduğunun şahidi ola bilərik.
Tədqiqatın məqsədi: Bu tədqiqatın əsas məqsədi «Azərbaycan Respublikası
demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusunu nəzəri-hüquqi
aspektdən araşdırmaq, dövlətin demokratiklik, hüquqilik, dünyəvilik və unitarlıq
anlayışlarını müəyyən edib onların əlamətlərini təhlil etmək, hüquqi əhəmiyyətin-
dən bəhs etmək və nəzəri baxımdan bu əlamətlərlə bağlı bir sıra mülahizələr irəli
sürməkdir.
Tədqiqatın obyekti: Hər şeydən əvvəl qeyd edək ki, «Azərbaycan
Respublikası demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusu geniş bir
mövzudur və onu bir sıra aspektlərdən yanaşaraq təhlil etmək olar. Belə ki, bu
2
institutu nəzri-hüquqi aspektlə yanaşı, siyasi, tarixi və s. prizmalardan da
araşdırmaq mümkündür. Lakin buraxılış işinin tədqiqat obyekti məhz hüquqi
baxımdan «Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, unitar dövlət
kimi» mövzusu, bu əlamətlərin xüsusiyyətləri və hüquqi əhəmiyyətinin tədqiq
olunmasıdır. Qeyd etmək lazımdır ki, «Azərbaycan Respublikası demokratik,
hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusunun digər aspektlərdən təhlili ayrıca
və xüsusi tədqiqat obyektləri olduğundan bizim bu məsələləri də tədqiqata cəlb
etməyimizə nə qarşıya qoyduğumuz məqsəd, nə də ki, buraxılış işinin həcmi imkan
verə bilər. Bu baxımdan buraxılış işində vahid sistematik xətt gözlənilərək qarşıya
qoyulmuş məqsədə nail olmaq üçün «Azərbaycan Respublikası demokratik,
hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusu nəzri-hüquqi baxımdan təhlili
tədqiqat obyekti olaraq seçilmişdir.
Tədqiqatın predmeti: Bu tədqiqat işinin predmetini «Azərbaycan Respublikası
demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusu, bu əlamətlərin təhlili
və hüquqi əhəmiyyəti təşkil edir.
Buraxılış işinin strukturu və həcmi: Buraxılış işinin strukturu ardıcıl və
sistemli şəkildə qurulmuşdur. Belə ki, buraxılış işi giriş, beş fəsil və nəticə
hissələrindən ibarətdir.
Girişdə mövzunun aktuallığından, eləcə də tədqiqatın məqsədi, obyekti,
predmeti, buraxılış işinin strukturu və həcmi, onun təcrübi əhəmiyyəti və elmi
yeniliyindən danışılır.
I
fəsildə
Azərbaycan
Respublikasının demokratiklik əlaməti və
xüsusiyyətlərindən bəhs olunur.
II fəsil Azərbaycan Respublikasının hüquqilik əlamətinə həsr olunmuşdur. Bu
fəsildə Azərbaycan dövlətinin hüquqilik xüsusiyyətlərindən danışlır.
«Azərbaycan Respublikası dünyəvi dövlət kimi» adlı üçüncü fəsil daxilində
Azərbaycan dövlətinin dünyəvilik xüsusiyyətlərindən söhbət açılır.
3
IV fəsildə isə Azərbaycan Respublikasının unitarlıq əlaməti tədqiqata cəlb
olunur.
V
fəsildə
Azərbaycan
dövlətinin respublika idarəçilik formasının
xüsusiyyətləri araşdırılır.
Nəticə hissəsində buraxılış işinin dörd fəslində tədqiq edilən məsələlərə qısa
yekun vurulur.
Buraxılış işinin sonunda istifadə olunana ədəbiyyat siyahısı öz əksini
tapmışdır.
Mövzunun təcrübi əhəmiyyəti: «Azərbaycan Respublikası demokratik,
hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusu mühüm təcrübi əhəmiyyətə
malikdir. Çünki konstitusiya hüququ elmində bu məsələnin düzgün və hərtərəfli
təhlili təcrübədə Azərbaycan Respublikasının bütövlükdə hüquq sisteminin normal
qurulmasına və demokratiyanın təmin olunmasına gətirib çıxara bilər. Bununla da
nəzəriyyə və təcrübədə bu məsələnin araşdırılmasına ehtiyac məhz yuxarıdakı
zərurətlərdən qaynaqlanır.
Buraxılış işinin elmi yeniliyi: Buraxılış işinin elmi yenilikləri aşağıdakılardır:
1. Hüquq ədəbiyyatında ayrı-ayrı hüquqşünas alimlərin «Azərbaycan
Respublikası demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi» mövzusu ilə bağlı
mövcud olan fikirləri sistemləşdirilmişdir;
2. «Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, unitar dövlət kimi»
mövzusu ilə bağlı bir sıra mülahizə və təkliflər irəli sürülmüşdür.
Beləliklə, buraxılış işində yuxarıda sadaladığımız elmi yeniliklərlə qarşıya
qoyduğumuz məqsədə nail olaraq dövlət və hüquq nəzəriyyəsi elminə fayda
verməyə çalışılmışdır.