Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə9/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   5   6   7   8   9   10   11   12   ...   203

22

yerinə  sək kiz  aylıq  oğlunu  qoyur  və  çox  çəkmədən  uşaq  ölür;  bundan  sonra 

özünü Nadir şah adı ilə padşah elan edir, Bakını və Dərbəndi yenidən ələ keçirir, 

türkləri  Kaxetiya  və  Kartlidən  qovub  çıxarır,  İrəvanı  və  Tiflisi  ye nidən  işğal 

edir, bir qalib kimi Dağıstandan keçib gedir, Dərbənddə ona qarşı qalxan üsyanı 

yatırır, Qəndəharı ələ keçirmək üçün geri dönür, Hin dis tandakı Böyük Moğol 

dövlətinə qarşı yürüş edir, Dehlini ələ keçi rir, ora dan fransız pulu ilə beş milyard 

dəyərində qənimətlə geri dö nür. Nadir şah 1747-ci ilin iyun ayında qətlə yetirilir; 

elə bu vaxt Gürcüstan çarı İrakli İrəvan yaxınlığında iranlıları əzdiyi bir vaxtda 

Kartli çarı II Tey muraz sığınacaq tapdığı Həştərxanda ölür. 

Nəhayət,  Rusiyada  II  Yekaterina  taxta  çıxır,  Qızlar  vilayətinin  əsa sını 

qoyur, Volqa sahillərində yaşayan kazaklardan beş yüz on yeddi ailə ni, Terek 

sahillərindəki Don kazaklarından ibarət yüz ailəni buraya köçü rür və kazakların 

Mozdok alayını yaradır, hər bir əsgəri pul, qılınc və ad-sanla mükafatlandırır. 

Biz səyahətimiz boyu kazaklarla rastlaşacaq və on la rın evlərinə qonaq olacağıq.

Həmin  vaxtdan  etibarən  Rusiya  özünü  Qafqaz  xalqlarının  hakimi  ki mi 

aparır.  General  Totleben  Minqrelə  yürüş  edir  və  Kutaisi  yaxınlı ğın da  türklər 

üzərində qələbə çalır.

Dörd  il  sonra,  Kiçik  Qaynarca  müqaviləsinə  əsasən,  İmeretiya  və  Gür-

cüstan türklərdən azad olur, Azov və Mozdok arasında rusların döyüş xətti əmələ 

gəlir, kazak stanitsalarının əsası qoyulur və Qazı Qumuq sa kin  ləri rus səyyahı 

Qmelini həbs etdiklərinə görə cəzalandırılırlar.

1781-ci ildə Türkiyə Krım və Kubanı birdəfəlik Rusiyaya güzəştə gedir.

1782-ci ildə İmeretiya çarı I Süleyman vəfat edir.

1788-ci ildə Suvorov Noqay tatarlarının ordusunu məğlub edir, II Yekat-

erina isə Kartli və Kaxetiyanın çarı İraklini öz himayəsinə alır.

1785-ci ildə Yekaterinoqrad, Qızlar, Mozdok, Aleksandrov və Stav ropoldan 

ibarət  Qafqaz  canişinliyi  yaradılır.  Canişinliyin  mərkəzi  Yeka terinoqrad  elan 

edilir.  Xaricilərə  Qafqaz  canişinliyində  tam  sərbəst  şəkil də  məskunlaşmaq  və 

işləmək imtiyazı verilir. 

Nəhayət,  1801-ci  ildə  İmperator  Pavel  Gürcüstanın  Rusiyaya  birləş-

dirilməsi haqqında əmr verir və onun varisi I Aleksandr başqa bir əmrlə general 

Knorinqi Gürcüstanın hakimi elan edir. 

Elə bu vaxt – II Yekaterinanın oğlu Sankt-Peterburqda, Qırmızı Sa rayda 

qətlə yetirilərkən, Gümrüdə avar xalqının himayəsində öz azadlı ğını qoruyub 

saxlamaq üçün Dağıstan dağlarına çəkilən ləzgi tayfalarının bir qolunda sonralar 

Şamil Əfəndi adı ilə şöhrət qazanan bir uşaq dünya ya gəlir.

Həmin bu uşaq gələcəkdə imam olan Şamil idi.




23

DÖRDÜNCÜ DÖVR

MÜASİR DÖVR

Qafqaza  doğru  boylananda,  geniş  dərələrində  hansısa  səbəb  üzün dən 

didərgin  düşən  millətlərə  sığınacaq  verən  nəhəng  dağ  silsiləsini  gör mək  olar. 

Barbarların  –  alanların,  qotların,  avarların,  hunların,  xəzərlərin,  fars la rın, 

monqolların, türklərin axını zamanı insan seli Qafqaz dağlarının ətəklərinə üz 

tutur, hansısa dərəyə enir, orada dayanır, məskunlaşır və möhkəmlənir.

Bu millətlərin bir çoxundan hansı xalqdan törədiyini xəbər alsanız, cavab 

verə bilməzlər, onlar indi yaşadıqları dərələrdə nə vaxtdan kök saldıq larını heç 

özləri də xatırlamırlar.

Onlar yalnız bunu bilirlər ki, öz azadlıqlarını qoruyub saxlamaq üçün buranı 

məskən seçiblər və yaşadıqları yeri müdafiə etmək üçün ölü mə hazırdırlar.

Əgər onlardan soruşsanız ki:

– Abşeron burnundan Taman yarımadasına qədər olan ərazidə neçə müxtəlif 

qəbilə vardır? 

Onlar cavab verəcəklər:

–  Nə  qədər  lazımsa  o  qədər;  may  şəfəqindən  sonra  çəmənlərimiz dəki 

otların üzərində titrəyən şeh damlalarının, yaxud dekabr qasırğala rının havaya 

uçurduğu qum dənələrinin sayı qədər.

Onlar  tamamilə  haqlıdırlar.  Bu  dağların  qırışığını  seyr  etdikcə  insa nın 

gözü yorulur, müxtəlif nəsilləri araşdırdıqca, onların hər dəfə ayrı-ayrı qollara 

ayrıldığını gördükcə ağıl çaşır.

Bu xalqlardan bəziləri, məsələn udinlər, elə bir dildə danışırlar ki, onları 

nəinki heç kim başa düşmür, həm də bu dilin kökündə məlum dil lə rin heç birinin 

izinə rast gəlinmir.

Bu gün burada nə qədər müxtəlif tayfanın yaşadığını və onların sa yının nə 

qədər olduğunu bilmək istəyirsinizsə, bu barədə sizə məlumat verməyə çalışacağıq.

Abxaz qəbiləsi on dörd tayfaya bölünür və 144 552 nəfərdirlər. 

Svanetlər – üç tayfa, 1 639 nəfər.

Adıgeylər, çərkəzlər – on altı tayfa, 290 549 nəfər.

Übiklər – üç tayfa, 25 000 nəfər.

Noqaylar – beş tayfa, 44 989 nəfər.

Osetinlər – dörd tayfa, 27 339 nəfər.

Ləzgilər – otuz yeddi tayfa, 397 701 nəfər.

Tuşinlər – iki tayfa, 4 079 nəfər.

Pşavlar – on iki tayfa, 4 232 nəfər.

Çeçenlər – onlar iyirmi bir qəbiləyə ayrılırlar, sayları 117 080 nə fərdir.

Xevsurlar – dörd tayfa, 2 505 nəfər.

Cəmisi – on bir tayfa, 1 059 665 nəfər.




24

Abxazlar  Qafqazın  cənub  yamacında,  Minqreldən  Qaqraya  qədər  Qara 

dənizin  sahillərində  məskən  salmışlar;  onların  yaşadığı  ərazi  Elbrus  dağına 

qədər çatır.

Svanetlər  İnquri  çayının  yuxarı  hissəsində  məskunlaşmışlar,  onlar  Zx-

enizqala çayının mənsəbinə qədər olan ərazidə yayılmışlar.

Adıgey  və  çərkəzlər  Kuban  dağından  eyni  adlı  çayın  mənsəbinə,  da ha 

sonra isə Xəzər dənizinə doğru ərazilərdə yayılmış, Böyük və Kiçik Qabardini 

tutmuşlar.

Ubiklər Abxaziya ilə Suepsa çayı arasında məskunlaşmışdır.

Noqaylar Stavropolla çərkəzlərin arasındakı ərazidə yerləşmişlər.

Osetinlər Böyük Qabardin və Kazbek dağı arasında məskunlaşmış lar. Bu 

ərazi şərqdən Daryal dərəsi, qərbdən isə Urutnıx dağı ilə əhatə olunmuşdur.

Çeçenlər Vladiqafqazdan Temirxan Şuraya və Barbulo dağından Tеrеkə 

qədər olan sahədə yayılmışlar.

Tuşinlər Köysu bulaqları ilə Yora arasındadırlar.

Nəhayət, ləzgilər Ləzgistanı, yəni Samur ilə Köysu arasında olan bütün 

ərazini tutmuşlar.

Dilləri, adət-ənənələri, mənşələri kifayət qədər müxtəlif olan bu insanları 

siyasi cəhətdən bir-birinə bağlamaq çətindir.

Bunun üçün dini əlaqə lazım idi.

Odur  ki,  Qazı  Molla  müridizmin  əsasını  qoydu.  Məhəmmədin  di nin də 

vəhabiliyə bir az yaxın olan müridizm xristianlıqdakı protеstan tizmə bənzəyir. 

Ancaq burada qanunlar daha sərtdir. Onun əshabələri – mür şidlər, tərəfdarları 

isə – müridlər adlanırlar.

Bu  yeni  dinin  qanunlarına  görə,  mürid  sədaqət,  doğruluq,  ibadət,  seyr, 

tamaşa naminə bütün dünya nemətlərindən, hər şeydən imtina etmə lidir.

Bir nəfərin hamı üçün, hamının isə bir nəfər üçün sədaqətli olması ən ali 

demokratiya  deməkdir,  ancaq  bunun  üçün  əsas  şərt  başçının  –  yəni  imamın 

əmrlərinə, göstərişlərinə sözsüz itaət еtməkdir.

Mürid imama danışıqsız, şərtsiz itaət еtməyə borcludur, bu halda imamın 

ona kimisə öldürməyi, və ya özünü öldürməyi əmr еtməsinin heç bir fərqi yox-

dur. Bu, bir riyakarın, qatilin öz məqsədinə çatmaq üçün öz generalına, dağların 

ağsaqqalına kor-koranə itaət üsuludur.

Dağlının ən vacib tələbatı, ehtiyacı papiros çəkməkdir. Günlərin bir günü 

Şamil hamıya papiros çəkməyi qadağan edir və tütünə sərf olunan pula barıt 

almağı əmr еdir. O gündən hеç kim bir daha papiros çəkmir.

Qazı Molla da iyirmi il belə üsullardan istifadə еtməklə öz hökm ranlığını 

möhkəmləndirir. Tanındığı ilk gündən Qazı Molla bu dağların sahibi-ixtiyarı idi.

Günlərin  birində,  1831-ci  il,  noyabrın  1-də  o,  bir  ildırım  kimi  çaxa raq 

özünü  göstərdi:  dəstəsilə  bərabər  dağlardan  еndi,  Qızlar  şəhərinə  hü cum  еtdi 

və altı min nəfərin boynunu vurdu. Bu müvəffəqiyyətdən ürək lənən Qazı Molla 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə