Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə8/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   4   5   6   7   8   9   10   11   ...   203

19

Ana xətti ilə Çingiz xanın varislərindən olan Teymurləng belə hərə-

kət etmir: Xəzər dənizinin şərqində bütün Asiyanı, İranı zəbt edərək Qır-

ğızıstanın  düzənliklərinə  qalxır,  Dağıstandan  və  Gürcüstandan  keçir,  bar-

barların hücumlarını dəf edən sualtı qaya kimi ucalan Qafqazın hər iki is-

tehkamını ələ keçirir.

Lakin o, bir yerdə qərar tutmur, eləcə keçib gedir. Bu da bir həqi qətdir ki, 

keçdiyi yerlərdə hər şeyi viran edir: sanki onun ayağı dəyən yer lərdən qasırğa 

keçmiş, yanğın baş vermişdir. O, Azov qalasını dağıdır. Sonra Hindistana yola 

düşür,  Dehli  yaxınlığındakı  döyüşdə  hindliləri  məğlub  edərək  Hindistanı  qan 

içində  boğur,  oranı  xarabazara  çevirəndən  sonra  Ansirdə  Bəyazidi  əsir  alır, 

yenidən  Çinə  tərəf  istiqamət  götürür  və  iki  yüz  minlik  bir  ordu  ilə  Çini  fəth 

etmək  niyyətinə  düşür;  lakin  yürüş  zamanı  yolda  –  Otarda,  Siqonqe

 

dağının 



zirvəsində dünyasını dəyişir.

Bu  zaman  I  Aleksandr  Gürcüstanı  öz  oğlanları  arasında  bölüşdürür  və 

İmeretiyada çarlığın əsası qoyulur.

Bu  dövrdə  daha  bir  böyük  hadisə  baş  verir.  VII  Severin  hakimiyyəti 

zamanı  dağıdılmış  və  viran  edilmiş  qocaman  Bizans  imperiyası  Konstan-

tinin hakimiyyəti zamanı bərpa edilir, Konstantin ona öz adını verir; o, Roma 

imperatorlarının dövründə dünyanın ikinci mərkəzi kimi şöhrət qazanmışdısa, 

yunan  imperatorlarını  zamanında  Şərqin  yeganə  mərkəzinə  çevrilir.  Konstan-

tinopol  avarlar,  iranlılar  və  ərəblər  tərəfindən  diz  çökdü rülmüş,  varyaqlardan 

icarəyə götürülmüş, səlib yürüşçüləri onu zəbt et miş və orada Latın İmperiyası 

yaradılmışdı.  Konstantinopol  Mixail  Pa leoloq  tərəfindən  işğal  edilir  və  orada 

yunan imperiyası bərpa olunur, bu nunla da şəhər yeni bir hakimin əlinə keçir.

1453-cü  ildə  II  Mehmet  Konstantinopolu  zəbt  edir  və  oranı  Os man lı 

imperiyasının mərkəzi elan edir.




20

ÜÇÜNCÜ DÖVR

II MEHMETDƏN ŞAMİLƏ QƏDƏR

 

Başda kolxidalılar olmaqla, bütün Qafqaz xalqları qalibi təbrik et mək üçün 



onun yanına diplomatik heyət göndərirlər.

Ermənilər  Konstantinopolda  öz  patriarxlarının  taxtı  olması  üçün  qa li  bin 

razılığını ala bilirlər.

Qafqaz xristianları da digər xristian dövlətləri ilə birləşməyə can atırdılar. 

Kaxetiya  çarı Aleksandr  Rusiyadan  tatarları  qovmağa  başı  qarı şan  III  İvanın 

yanına nümayəndə heyətini göndərir. 

Qafqazın  xristian  xalqları  üçün  təhlükə  təkcə  türklər  tərəfdən  deyil di, 

onların köhnə düşmənləri olan farslar da təhlükə törədirdilər.

Bu vaxt Səfəvilər sülaləsindən olan birinci İran şahı İsmayıl Səfəvi Şirvanı 

və Gürcüstanı fəth etdi.

Məhz bu hadisə Bektar dağının sakinlərini bir il əvvəl, yəni 1552-ci ildə 

Pyatiqorsk yaxınlığında Kazanı ələ keçirən İvan Qroznının təbəəliyi nə keçməyə 

sövq edir. Üç ildən sonra İvan Qroznı çərkəz şahzadəsi Tem ru kun qızı ilə evlənir.

Həmin vaxtdan etibarən ruslar Xəzər dənizinin sahilində, Qafqaz dağlarının 

ətəyində Tarki qalasını tikirlər. 

Qafqazın  xristian  xalqlarının  gözlədiklərinin  əksinə  olaraq,  farslar  və 

türklər bir-birlərini qırıb tökmək əvəzinə, dağları və düzənlikləri bö lüş dürürlər; 

farslar Şamaxını, Bakını, Dərbəndi tuturlar və beləliklə, bu şə hərlərin köməyilə 

Xəzərsahili torpaqlarla daimi əlaqələrini bərpa edir lər.

Türklər isə Tiflisi, İmeretiyanı, Kolxidanı tutur, Potinin və Redut-Qalanın 

əsasını qoyurlar.

Bu  istilalardan  qorxuya  düşən  Kaxetiya  çarı  II Aleksandr  kömək  üçün 

sonralar qəfil qızdırma xəstəliyinə tutulub qorxunc qəyyumu Boris Qodunovun 

əllərində canını tapşıran Fyodr İvanoviçə üz tutur.

Bu  zaman  İranda,  Gürcüstanın  taleyini  alt-üst  edən  inqilabi  hadisə  baş 

verir.  Xorasan  əyalətində  hökmranlıq  edən  Şah  Abbas  İran  taxt-tacını  ələ 

keçirir: öz atasını devirir, hər iki qardaşını öldürür, Qafqaza soxularaq türkləri 

Tiflisdən qovur, onların yerində öz hökmranlığını bərpa edir və son nəfəsində 

öz imperiyasının paytaxtı İsfahana qayıdır. Öz atasını taxt dan salan və hər iki 

qardaşını öldürən bu adam xüsusi titul qazanır – tarix onu Böyük Şah Abbas 

adlandırır.

Qafqazın o biri yamacında isə ruslar öz məqsədlərini həyata keçi rirdilər. 

Buturlin  və  Pleşşeyev  Şamxal  mülklərinə  soxulurlar,  yəni  Temir xan  Şuradan 

Tarkiyə qədər uzanıb gedən torpaqlara həmlə edirlər. Kartli çarı Georgi Boris 

Qodunova xərac verməyə başlayır.



21

Elə  həmin  bu  vaxtlar  Şah  Abbas  özünün  “Böyük”  titulunu  daha  da 

şöhrətləndirmək  məqsədilə  Kaxetiyanı  elə  viran  edir  ki,  Kaxetiya  çarı  I Tey-

muraz  Rusiya  çarından  –  Romanovlar  sülaləsinin  ilk  nümayəndəsi  Mi  xail 

Fyodoroviçdən farslara qarşı kömək istəyir.

Belə bir köməyin hansı siyasi nəticələrə gətirib çıxaracağı məlum dur. Bu 

hadisədən iyirmi il sonra Kaxetiya öz hökmranlığının sax lanması şərtilə Mixail 

Fyodoroviçin imperiyasının əyalətinə çevrilmişdi.

İmeretiya çarı III Georgi, Quriya çarı II Mamia və Minqrel hökm darı Da-

diani – üçü də Rusiya ilə eyni müqaviləni imzalayırlar.

Bu zaman Aleksey Mixayloviç başa düşür ki, bu yeri zəbt etməyə də yər. O, 

Kutaisiyə gəlir və orada öz yeni təbəələrinin ona itaət edəcək ləri barədə razılığını 

əldə edir.

Kaxetiya çarı Teymuraz da öz növbəsində Rusiyaya səfər edir. Ar tıq Daryal 

keçidi böyük ticarət yoluna çevrilir. Ermənilər həmin bu bö yük yolla farsların və 

özlərinin istehsal etdikləri ipək parçaları Rusiya ya aparmağa icazə alırlar.

Bu ənənəni Böyük Pyotr da davam etdirir və üstəlik hər iki dənizi – Azovu 

və Xəzəri də öz imperiyasına qatmaq istəyir. Musin-Puşkinə Dər bənd və Şamaxı 

ilə ticarət əlaqələri yaratmaq barədə göstəriş verilir. Bu tədbir özünü doğruldur. 

1718-ci ildə Qumuq şamxalı Pyotrun himayəsini qəbul edir və Qarabağ hakimləri 

öz səfirlərini onun yanına göndərirlər.

Rusiya artıq Dərbənd qapılarına çatmışdır.

Üç il sonra, 1722-ci il avqustun 23-də bu qapılar rusların üzünə tay batay 

açılır. Biz Poltava fatehinin Aleksandr şəhərində (yəni Dərbənd də) kiçik bir evdə 

yaşadığının və Voronej zavodunda istehsal olunan top ların oraya gətirildiyinin 

şahidi olacağıq.

Pyotr  Dağıstandan  qayıdır  və  öz  əhdinə  çatdığı  üçün  Allah-taalaya 

minnətdarlıq əlaməti olaraq, Aqraxan, Sulak və Köysu çayları arasında bir qala 

tikdirərək adını Müqəddəs Xaç qoyur.

Pyotr Xəzərsahili ərazilərin komandanını Dərbənddə saxlayır; növ bəti il 

həmin komandan – general Matyuşkin Bakını ələ keçirir.

Birinci Pyotr cənub istiqamətində irəlilədiyi bir vaxtda türklər şima la tərəf 

hərəkət edirdilər. Onlar Böyük Şah Abbasın qoyub getdiyi Tiflis şəhərini yenidən 

işğal edirlər və gürcülərin çoxsaylı dəstəsilə müşayiət olunan IV Vaxtanq Rusi-

yada  sığınacaq  axtarır.  Bu  hərəkətdən  nümunə  gö  tü rən  Qabardin  şahzadəsi 

də  imperatriçə  Anna  İvanovnanın  himayəsini  qəbul  edir.  Bu  vaxt  farsların 

xanədanında  dahi  bir  şəxs  peyda  olur  və  bu nunla  eyni  vaxtda  rus  dövlətində 

başqa  bir  dahi  siyasət  səhnəsini  tərk  edir.  Dəvə  karvanının  sarbanı  özünü 

quldurların başçısı elan edir, Xora san ordusunu ələ keçirir, yaranmış əlverişli 

şəraitdən istifadə edərək, 1722-ci ildə Hüseynin süqutundan sonra İsfahanı fəth 

edir. Qazandığı qə lə bələrlə məşhurlaşan bu şəxs özünə Təhməzqulu xan, yəni 

Təhməzin xid mətçilərinin ağası adını götürür; o, Təhməzi taxtdan salır, onun 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə