Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə6/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   2   3   4   5   6   7   8   9   ...   203

14

bu divar əridilmiş mislə dəmirin qarışığından hazırlanmış kərpicdən tikilmişdir. 

İllər boyu divarın gözətçiləri mis qapılara var-güc lərilə çəkic vurur və bununla 

Yəcuc və Məcuclara bildirmək istəyirlər ki, divar yaxşı qorunur, möhkəmdir.

İsgəndərin  bura  gəlişindən  yarım  əsr  sonra  Farnabaz  Gürcüstanı  İran 

əsarətindən azad edir və gürcü əlifbasını yaradır. Böyük Antioxun məğlubiyyəti 

və  ölümü  Hannibalı  böyük  dayaqdan  məhrum  edir;  və  tezliklə  Trasimendə 

qələbə qazanan sərkərdə Zamda məğlub olur.

Ancaq  bundan  iki  yüz  il  əvvəl  Birinci  Mirvan  Gürcüstanda  Nebroti lər 

sülaləsinin əsasını qoyur.

On  il  sonra  Pompeyə  məğlub  olan  Mitridat  Qafqazı  aşır,  Donu  keçə-

rək  Tavridada

*

  məskən  salır.  O,  himayəsində  olan  iyirmi  dörd  azsay lı  xalqın 



hamısının dilində danışırmış. Bu vaxt romalılar Gürcüstanı, İme retiyanı və bu 

gün Kaxetiya adlanan Qafqaz Albaniyasını tuturlar.

5

Nəhayət,  İsa  peyğəmbər  dünyaya  gəlir.  İsanın  doğulması  ilə  zama nın 



gərdişi  dəyişirsə  də,  Qafqazda  hələ  uzun  müddət  onun  adı  duyulmur. Yalnız 

İsanın  ölümü  ilə  Edes  kralı Avqar  xaçpərəstliyi  qəbul  edir  və  yed di  il  sonra 

müqəddəs Andrey  və  müqəddəs  Simon  xristianlığı  vəz  etmək,  yaymaq  üçün 

Mesxetə – bu gün Axalkalaki adlandırılan əraziyə gəlirlər.

Prometeyin təzahürü antik dünya üçün nə olmuşdusa, bu böyük qurbanın – 

İsanın da ilkin vəhyi müasir dünya üçün bir o qədər rol oyna mışdır.

 

*    Müasir Krım.




15

İKİNCİ DÖVR

İSA PEYĞƏMBƏRDƏN MEHMETƏ

*

 QƏDƏR

Roma  imperatorları  bir-birlərini  əvəz  etdilər:  Avqust  Tiberi,  Kali qula, 

Klavdi, Neron... Neron artıq on iki ildir ki, taxtdadır. O, musiqiçi və şair kimi 

Yunanıstana  səyahət  edir  və  dalbadal  qalibiyyət  çələngləri  ilə  mükafatlandığı 

bir  zamanda  Vendeks  qalliyalıları  üsyana  çağırır,  Qalba  isə  İspaniyanı  ayağa 

qaldırmaq arzusu ilə yaşayır.

Tale  üzünə  gülən,  Neronun  oğulluğa  götürdüyü  bir  əsgər  Roma  im-

periyasına, yəni dünyanın taxt-tacına yiyələnir. Qafqaz xalqları onun si masında 

İberiyanın və Kolxidanın fatehini görürlər. O, al banlara yeni çar təyin edir, özü 

isə  hələ  üç  əsr  sonra  əsaslı  şəkildə  sü quta  uğrayacaq Arşakidlər  imperiyasını 

kökündən sarsıtmaq üçün Fərat çayı istiqamətində yola düşür.

Kaliqulanın, Klavdinin və Neronun hökmranlıqlarından sonra qısa bir za-

manda mənsəb sahibi olmuş bu adamın hakimiyyəti dövründə dün ya bir anlığa 

rahat nəfəs alacaqdır. Bu, Trajaondur.

Yarım  əsr  sonra  Sezarın  kürənsaçlı  adlandırdığı  xalqların  ilk  dəs tələri 

Qafqazda  görünməyə  başlayır.  Bunlar  –  skandinavlara,  kimbr lərə,  venetlərə, 

burqundlara, lazlara və finlərə qalib gələn qotlar idilər. Onlar bi zim keçəcəyimiz 

düzənliklərdən öz sürülərilə keçərək köçəri hə yat sü rən alanları qovurlar və Qara 

dəniz sahillərində məskən salırlar; burada hunlarla qarşılaşırlar və nəticədə hun-

lar qotları məhv edirlər.

Bu vaxt artıq İsgəndərdən qorxmayan xəzərlər Qafqa zın qapılarını döyürlər. 

Onlar Volqanın aşağı ətəklərindən keçib gəlir və Dara keçidini (əfsanəyə görə, 

farsların  bu  çarı  həmin  keçidə  öz  adını  vermişdir)  aşırlar,  avarları  Gümrü 

dərələrinə sıxışdırırlar; biz Kərəneyin zirvələrinə qal xanda xəzərlərin qalıqla rına 

– bugünkü nümayəndələrinə rast gələcəyik. Onlar Gürcüstan taxtın da oturmuş 

İran Sasanilərinin törətdikləri hadisə lərin şahididirlər.

Elə  eyni  dövrdə  Tibrin  sahillərində  mürgüləyən  aslan  öz  caynaq larını 

yenidən  Qafqaza  doğru  uzadır.  Bu  öz  əcdadları  arasında  böyük  ta rixçi  kimi 

tanınan, ömrünün yetmişinci ilində senat tərəfindən imperator seçilən Tasitdir. 

Tasit  xeyirxah  əməllərinə  görə  senatın  rəğbətini  qazan mışdı.  Bununla  belə  o, 

hakimiyyətinin  altıncı  ayının  sonunda  qətlə  yeti ril di.  Xeyirxah  imperatorlar 

gücdən düşmüş xalqların işinə yaramırlar.

Tasit  hakimiyyətdə  olduğu  altı  ay  ərzində  qotları  darmadağın  etmiş  və 

alanları Qafqaz keçidlərinə geri oturtmuşdu.

Gürcüstan  çarı  I  Bakuri  (əslində  İberiya  çarıdır,  çünki  Gürcüstan  XII 

əsrdən  mövcuddur)  bir  tərəfdən  şi maldan  hücum  edən  barbarlara,  digər 

tərəfdən farslara qarşı müharibə aparır. Sonuncular Vahan Amatuni tərəfin dən, 

*    II Mehmet (1432-1481) – 1450-ci ildən Osmanlı sultanı olmuşdur.




16

1827-ci  ildə  farsların  ruslar  tərəfindən  məğlub  edildiyi  döyüş  mey da nında, 

yəni Vaqarşapadda geri oturdulur.

Lakin farslar da öz növbəsində Qafqaz dağlarının ətəklərinə qədər irəliləyə 

bilirlər və bir əsrdən sonra çar Vaxtanqın Tiflis şəhərinin əsasını qoyacağı ərazidə 

qala tikirlər.

Arşakidlərin  də  sonu  yetişir;  Trayanın  devirmək  istədiyi  bu  sülaləni 

müsəlman xəlifələrinin sələfləri və Parfiya çarlarının varisləri sayılan Sasanilər 

əvəz  edir.  Bu  sülalənin  birinci  hakimi  taxta  çıxanda Vaxtanq-Qurqaslan  artıq 

Gürcüstanın hökmdarı idi. Vaxtanq Tiflisin əsasını qo yur, Minqreli və Abxaziyanı 

fəth edir, farsları ölkədən qovur, osetinləri və peçeneqləri özünə birləşdirir.

I Vaxtanq 499-cu ildə qərbə yürüş edən hunlarla bir ittifaqda oldu ğu və 

Mitridatın  çarlığı  dövründə  yenidən  fəaliyyətlərini  gücləndirdikləri  za  man 

ölmüşdür.

Məhz  bu  dövrdə,  Qafqazın  dərin  dərələrində,  yürüşə  başladığı  za man 

dünyanın yarısını tapdaqdan keçirən, digər yarısını isə böyük qor xuya, vahiməyə 

salan bir xalqın ayaq səsləri eşidilir. Onlar Qobi səhrası nın şimalında Tibetin 

yüksək yaylalarından aşıb gəlir, Mancuriyanı işğal altına alır, çinliləri Böyük 

Sədd tikməyə məcbur edir və iki nəhəng ordu ya ayrılaraq, böyük bir daşqın kimi 

Xəzərin  hər  iki  sahilinə  yayılırlar.  Bir  hissəsi  bugünkü  Türkmənistanda,  Sır-

Dəryanın sahillərində məskən salır, orada Baktriya dövlətinin paytaxtını yaradır 

və iranlılara qarşı uzun müd dət mübarizə apardıqdan sonra türklərlə qaynayıb-

qarışırlar.

Bunlar ağ hunlar, yaxud efitalitlər idilər.

O birilər, qara hunlar, yaxud sidaritlər bir müddət Xəzər dənizinin qərb 

sahilində,  Terek  çayının  mənsəbində  və  Dərbənddə  məskən  salacaq lar;  sonra 

rəzələri artıq xəzərlər tərəfindən sındırılmış Daryal qapılarını aşıb qərbə doğru 

yayılacaqlar, Palüs-Meotidesi keçəcəklər, bir xallı maral onlara bələdçilik edəcək, 

bu ucsuz-bucaqsız bataqlıqlarda qərq olmamaq üçün onların maralın arxasınca 

getməkdən başqa çarələri olmayacaq. On lar alanları özlərinə tabe etdikdən sonra 

qotların imperiyasını dağıdacaq lar, məhv olan Qalliyaya, yaranan Fransaya qarşı 

döyüşlərdə Şampani dü zən liklərində darmadağın ediləcəklər.

Birdən-birə  heç  kimin  əhəmiyyət  vermədiyi,  günlərin  birində  Qaf qaz 

vilayətlərində peyda olacağı heç kəsin ağlına gəlməyən düşmən Tifli si ələ keçirir.

Bu  yorulmaq  bilməyən  ilahiyyatçı,  Afrika  canişininin  oğlu  İmpe rator 

İraklidir; o, Fokası devirmiş və 610-cu ildə özünü imperator elan etmişdir; an-

caq onun 610-cu ildən 621-ci ilə qədər davam edən hakimiy yət dövrü başdan-

ayağacan  müsibət  idi. Avarlar  Kiçik Asiyanı,  farslar  isə  Misiri  onun  əlindən 

aldılar.  Göstərdiyi  böyük  ciddi-cəhdlər  sayəsində  onun  tabeliyində  olan  ərazi 

Konstantinopol  divarlarına  qədər  məhdudla şırdı.  Nəhayət,  o,  qəti  addım  at-

maq qərarına gəldi; öz ordusuna başçılıq edə rək II Xosrovu məğlub etdi, Kiçik 

Asiyanı yenidən ələ keçirdi və Qafqazın ətəklərinə qədər irəliləyə bildi.




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə