Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə5/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   2   3   4   5   6   7   8   9   ...   203

12

Ağrı  dağının  zirvəsində  lövbər  salır.  Bəşəriyyətin  –  in san  nəslinin  kökünün 

kəsilməsinin qarşısını alan ailə xilas olur. 

Bundan iki əsr sonra Tarqamos Gürcüstan krallığını yaradır.

Bu  tarixlər  hələ  də  tam  dəqiqləşdirilməyib,  qeyri-müəyyəndir,  an caq 

tarixçilər sübut etməyə çalışırlar ki, Hayq və Tarqa mos Nəmrud və Assurla eyni 

dövrdə yaşayıblar. Tarixin səhifələrindən kölgə kimi keçib gedən, demək olar 

ki,  heç  yerdə  adı  çəkilməyən  Marpe ziyə  və  onun  amazonkalarına  baxın!  Bu 

cəngavər kraliça Termodonun sahillərini tərk edir və gedərkən öz adını Daryal 

qayalarından birinə verir. Yornand bu kraliçanı, Publi Vergili isə dağı vəsf edir.

Görürsünüz, əhvalat aydınlaşır. Göyərçinlər qızı Semiramida peyda olur. 

O, Artemizanın  əsasını  qoyur,  sevgilisi  kral  Gö  zəl Azayın  döyüş  meydanında 

ölümünə şahid olur. Semiramida Ağrı dağının ətəyində onu dəfn edir və atasının 

qisasını  alan  antik  qəhrəman  Hamlet  –  öz  doğma  oğlu  Ninyas  tərəfindən 

öldürüləcəyini bilsə də, Babi lə gəlir.

Xristianlıqdan 1219 il əvvəl – göstərilən rəqəmlər tarixi əhəmiyyət kəsb 

etməyə başlayır – Troya müharibələrindən otuz beş il əvvəl, Kolxi dada indiyə 

kimi  heç  kəsin  görmədiyi  bir  gəmi  Fazisə  varid  olur  və  gəlib  kral  Etesin  – 

Medeyanın atasının paytaxtının divarı yanında lövbər salır.

Bu,  Yasonun  komandanlığı  altında  Yolxosdan  Fessaliyaya  “qızıl  yunlu 

dəri”nin ardınca gələn “Arqo” gəmisi idi.

Bu  məqamda  Yasonla  Medeyanın  faciəli  əhvalatını  nəql  etməyi  yersiz 

sayırıq, çünki bu, hamıya məlumdur.

Yüstinə görə, İsa peyğəmbərin anadan olmasından səkkiz yüz il, Yevseyə 

görə isə, səkkiz yüz iyirmi il əvvəl Sardanapal tonqalının alovu Şərqi nura qərq 

edir. Sardanapalın oğlu Fulun ölümündən sonra dövlətdə çəkişmə, parçalanma 

başlayır və imperiya üç krallığa ayrılır.

Və  çox  çəkmir  ki,  mələklə  müharibə  zamanı  bir  gecədə  ordusunun 

yüz  səksən  beş  min  döyüşçüsünü  itirən  arzepunlar  –  Sennaxeribin  övlad ları 

Ermənistanı zəbt edirlər. Sonralar, Sennaxerib Nineviyada mehrabın qarşısında 

öz  allahına  ibadət  edərkən  iki  oğlu  tərəfindən  öldürülür.  İyirmi  ildən  sonra 

Salmanasarın əsir götürdüyü yəhudilər Gürcüstana və Lazis tana sürgün edilir. Bu 

sonuncu əyaləti keçərkən Ratşa rayonunda bu gün də döyüşkən yəhudi tayfasına 

rast gəlmək olar. Bunlar İsrail çarlığını məhv edən Salmanasarın məğlub etdiyi 

yəhudilərin törəmələridir. Onla rın ulu babaları qoca Tovinin həmyaşıdı olmuşlar. 

Tovinin  oğlu  mələk  Rafaelin  müşayiətilə  atasından  borc  aldığı  on  talant  pulu 

tələb etmək üçün Qabelin yanına getmişdi.

Bundan iyirmi il sonra Baqratidilər sülaləsi meydana gəlir, məhz hə  min 

bu sülalədən Baqration şahzadələri törəmişlər ki, biz hələ səyahə timiz zamanı 

onlarla rastlaşacağıq.

Bundan altmış il sonra skiflər Daryal keçidini aşırlar, Kiçik Asiyanı tutur 

və Misirə qədər gedib çıxırlar.




13

Biz bu tarixi hadisələrdə II Daranın oğlu Artarkserks (Artaşeş) Mnemon 

ilə  də  rastlaşacağıq.  O,  vaxtilə  üsyan  edib  ona  qarşı  çıxan  gənc  Kiri  Kunaks 

döyüşündə öz əlilə öldürür. Dehli döyüşlərində müəllimi Sokrat tərəfindən xilas 

edilən Ksenofont Gənc Kirin ordusunda xidmət etmişdir. 

Bu  hadisədən  altmış  il  sonra  İsgəndər  Makedoniyadan  yürüşə  başla-

yır, Hellespontu

3

 (Dardanel boğazı) üzərək keçir, Qranik (Kiçik Asiyada çay) 



sahillərində Daranın ordusunu darmadağın edir. İssus və Arbeldə məğlub olmuş 

Daranın ordusunda qafqazlılar vuruşurdular.

Bu  hadisələrdən  sonra  İran  və  Hindistan  fatehinin  şöhrəti  elə  bir  həddə 

çatır ki, əfsanələr tarixi faktlara qarışır. Qafqaz rəvayətlərinə görə, İsgəndər hər 

iki Qafqaz keçidini tutmaq üçün öz yolundan geri dönür: həmin keçidlərdən biri-

ni – Dərbəndi dəmir qapılarla, o birini – Daryal keçidini isə məşhur daş hasarla 

bağlayır.

Bu  rəvayət  Məhəmməd  peyğəmbərin  Quranında  da  təsvir  olunur;  belə 

ki, bu əhvalat peyğəmbərin deyimlərindən olduğuna görə, elə həmin vaxtdan 

etibarən  Qafqazın  bütün  müsəlman  xalqları  üçün  təkzibolunmaz  bir  həqiqətə 

çevrilir. Yalnız Quranda Makedoniyalı İsgəndər Zül-Qər neyn, yəni “ikibuynu-

zlu” adlanır. İsgəndərin medallarına diqqət yetirin, Yupiterin oğlu Atton atasının 

buynuzlarını başına taxdığı kimi, onun da buynuzu olduğunu görəcəksiniz və 

“zül-qərneyn” sözünün mənası sizə aydın olacaqdır.

Məhəmməd peyğəmbər bu barədə belə söyləyirdi:

“İki  dağın  ətəyinə  gəlib  çıxan  Zül-Qərneyn  orada  onun  yad  dilini  başa 

düşməyən yerli sakinlərlə rastlaşır.

Həmin adamlar tərcüməçi vasitəsi ilə ona üz tutub deyirlər:

– Ey Zül-Qərneyn, Yəcuclar və Məcuclar

4

 bizim torpaqları talan edirlər. 



Əgər bizimlə onlar arasında bir divar ucalda bilsən, sənə bac-xərac verərik.

O, cavab verir:

–  Göylərin  verdiyi  hədiyyələr  sizinkilərdən  daha  dəyərlidir.  Sizin 

xahişinizi yerinə yetirərəm; ancaq mənə dəmir gətirin və gətirdiyiniz dəmiri dağ 

hündürlüyündə bir-birinin üstünə qalaqlayın.

Sonra o, əlavə etdi:

– Dəmir əriyənə qədər onun altını yandırın!

Sonra o, yenə əlavə edib dedi:

– İndi isə mənə ərinmiş mis gətirin ki, mən onu dəmirə qarışdırım. 

Həmin  vaxtdan  etibarən Yəcuc  və  Məcuclar  nə  bu  divarı  aşa,  nə  də 

dağıda biliblər.

Bu, Allahın iradəsi ilə həyata keçmişdir; vaxtı çatanda, yəni Allah özü nə 

vaxt lazım bilsə, həmin bu divar uçub yerlə yeksan olacaqdır.

Allah heç bir şeyi nahaqdan, boş yerə xəbər vermir”.

Bir çox tarixçilər indicə sizə söylədiyimiz bu rəvayəti daha da şişirdirlər. 

Onlar  bu  divarın  tikintisi  barədə  daha  incə  məqamlara  diqqət  yetirirlər:  guya 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə