Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə7/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   2   3   4   5   6   7   8   9   10   ...   203

17

O,  şimala  doğru  irəlilədiyi  vaxtda  xəlifə  Əbu-Bəkrin  sərkərdələri  Də-

məşqi ələ keçirirlər, Yerusəlim xəlifə Ömərə qaytarılır, Mesopotami ya, Suriya 

və Fələstin İraklinin nəzarətindən çıxır.

Lakin bu məğlubiyyətlərin əvəzində Allah ona həqiqi xaçı qoruyub sax-

lamaq şərəfini nəsib etdi. İrakli həmin xaçı Siroenin əlindən götürdü.

Bundan  sonra  ərəblərin  dövrü  gəlir.  Bu  xalqların  böyük  köçü  döv rünə 

təsadüf edir. Elə bil ki, bütün xalqlar təbiətin onlara qismət etdiyi yuvadan qaç-

maq və özlərinə başqa Allahlar və yeni məkanlar tapmaq həvəsinə düşmüşdülər.

Yenicə imperiya yaratmış ərəblər özlərilə Məhəmmədin qanununu və dinini 

gətirirdilər. Onlar Suriyanı, Misiri, İranı ələ keçirir, Afrika və İspaniyadan keçib 

Fransa  üzərinə  yürüş  edirlər  və  əgər Allah  həmin  vaxt  onların  qarşısına  Karl 

Marteli çıxarmasaydı, Sobeskin göstərdiyi müqavi mətə baxmayaraq, günlərin 

birində Şərqdən gələn ilanın başı və quyruğu Vyanaya qədər gəlib çıxacaqdı.

Ancaq üsyan etmiş təbəələr tərəfindən burnu kəsilmiş II Yüstinyan Taman 

adasında sığınacaq tapdığı bir zamanda Kar Mirvan Gürcüstana hərbi yürüş edir 

və 780-ci ildən – Pasxa bayramından gürcülər öz xronologiyalarının əsasını qoy-

urlar; bu vaxt Qafqazın o biri tərə fində yeni bir xalq formalaşırdı ki, həmin xalq 

özündən əvvəlki xalq lardan daha çox ərazi ələ keçirəcəkdi.

Romalılara  demək  olar  ki,  məlum  olmayan  bu  xalq  bütün  xalqların 

sədlərini, istehkamlarını dağıtdıqdan sonra naməlum dünyanın qapılarını döymüş 

Rusiyanın gündoğan hissəsindən olan slavyanlardır ki, onlar Xəzər dənizindən 

Arxangelskə qədər, Buzlu dənizdən Odlu dənizə qədər uzanan böyük ərazini zəbt 

edirlər. Belə çıxır ki, qotlar, hunlar, bolqarlar – Volqadan Dneprə qədər olan bu 

torpaqlar üzərində hökmranlıqdan nahaq yerə çəkinmişlər və onların burada öz 

imperiyalarının müvəffəqiyyətli bər pası slavyanlar üçün müvəqqəti düşərgədən 

başqa bir şey olmamışdır. Bir anlığa dayanan bu qorxunc axın yenidən hərəkətə 

gəlir:  xalqların  bəziləri  qərbə,  bəziləri  cənuba  üz  tuturlar  və  nəticədə  axının 

mərkəzində Böyük Novqorod və Kiyev kimi möhtəşəm şəhərlər ucalır.

Nəhayət, 862-ci ildə slavyanlar üç varyaq şahzadəsini – Rurik, Si naf və 

Truvor şahzadəsini öz imperiyalarının taxtına dəvət edirlər. Çox çəkmir ki, Ru-

rik hakimiyyəti və dövləti idarə etməyi öz azyaşlı oğlu İqo run qəyyumu, qardaşı 

dahi Oleqə vəsiyyət edərək dünyasını dəyişir. Oleq Smolensk və Lyubiçi fəth 

edəndən sonra serbləri, radimiçləri, derevyan ları töycü verməyə məcbur edir və 

qarşısına çıxan heç bir təhlükədən, maneədən qorxmamağı təlqin etdiyi iki min 

nəfərlik ordu ilə Konstanti nopola tərəf hərəkət edir.

Konstantinopol vəhşi adlandırdığı bir xalqın əlində qılıncla onun qapısına 

qədər  gəlib,  təslim  olmağı  tələb  etdiyini  gördükdə  təşvişə  düşdü:  VI  Leon 

qoyulan şərtlərlə razılaşdı, onları imzaladı və ruslar çəkilib get dilər.

Ancaq  ruslar  geri  qayıdarkən,  yolüstü  bu  gün  Yelizavetpol

*

  qəza sının 



kəndlərindən olan Bərdə qalasını zəbt etdilər.

* Yelizavetpol – Gəncə şəhərinə sonra verilən ad. VII əsrdən Gəncə adlanan qədim Azər bay-

can şəhəri 1804-cü ildən 1918-ci ilə qədər Yelizavetpol adlandırılmışdır.



18

Beləliklə, ruslar Gürcüstanın bir addımlığında kiçik bir əraziyə də sa-

hib oldular.

On  üç  ildən  sonra  onlar  neftlə  zəngin  olan  Təbəristana  yürüş  təşkil 

etdi lər.

Artıq yol açılmışdı. Böyük knyaz Svyatoslav bütün Kubanı keçir və 

Qafqazın ətəklərində osetinlərlə çərkəzləri darmadağın edir.

Rus qarnizonunun biri Tamanda qalır.

Bu zaman Abxaziya və Kartli çarı III Baqrat Kutaisidə kilsə tikdi rir.

Onun  divarlarına  həkk  olunmuş  kitabələrin  birində  ərəb  hərflərinin 

izlərini görürük. Yazılmış kitabədən aydın olur ki, Kutaisi kilsəsi 1003-cü 

ildə tikilmişdir.

Beləliklə, rusların 914-cü ildə Bərdə qalasını ələ keçirdiklərini və 943-

cü  ildə  Təbəristana  daxil  olduqlarını,  967-ci  ildə  çərkəzləri  və  osetin ləri 

darmadağın etdiklərini, Tamanda bir qarnizon yerləşdirdiklərini öy rən di niz.

1064-cü  ildə  Rostislav  Vladimiroviç  Taman  adasını  öz  knyazlığının 

ərazisi elan edir.

Ruslar  şimaldan  cənuba  tərəf  irəlilədikləri  bir  vaxtda  türklər  də 

cənubdan şimala doğru hərəkət edirdilər. Bunlar Türküstan düzənliklərin-

dən çıxmış səlcuqlar idilər. Onlara Bağdadda özünü hökmdar elan edən dən 

az sonra dünyasını dəyişmiş Toğrul bəyin qardaşı oğlu Arslan sərkər də lik 

edirdi. O, Kiçik Asiyanı və Gürcüstanı öz hakimiyyə tinə tabe edə bilmişdi.

Qafqazın  qranit  sıra  dağları  onları  (səlcuqları)  ruslardan  ayırır.  Hər 

iki  nəhəng,  Herkules  və Antey  üz-üzə  gəlib  vuruşanda  heç  biri  o  birisinə 

güzəştə getmir. Yəqin ki, ruslar – Herkules, türklər isə – Anteydir.

Xoşbəxtlikdən, Gürcüstanda ən layiqli çarlardan biri – “Müdrik” lə-

qə bilə  tanınan  III  David  taxta  çıxır.  O,  barbarları  barbarlara  qarşı  qoyur 

– xəzərləri türklər əleyhinə silahlandırır və öz ölkəsini azad edəndən sonra 

hakimiyyəti  Dərbəndi  darmadağın  edən,  onun  qapılarını  çıxartdırıb  Gelat 

monastırına  saldıran  I  Demetriyə  verir.  Həmin  qapıların  bir  tayı  bu  gün 

oradadır, o biri tayını isə türklər çıxarıb aparmışlar.

 6

1184-cü  ildən  1212-ci  ilə  qədər  Gürcüstanda  kraliça  Tamara  hökm-



ranlıq edir. Bu, Gürcüstan tarixində böyük bir dövrdür. Qafqaz dağlarının 

hər iki tərəfində adı dillərdə məşhur olan bu amazonka gözəli erməniləri, 

türkləri və farsları məğlub edir, ona qədər heç kimin istila edə bilmədiyi, 

yəqin ki, ondan sonra da istila edə bilməyəcəyi dağlıları fəth edir və fəa-

liyyətini  rus  şahzadəsi Andrey  Boqolyubskinin  oğluna  ərə  getməklə  başa 

vurur.


Gürcü  şairlərinin  vəsf  etdikləri  Tamara  şərəfli  məzara  təzəcə  tapşı-

rılmışdı ki, Şərqdən əzəmətli bir səs eşidildi. Bunlar Şimali Çini, İranın şərq 

hissəsini tutub Təbrizdə dayanan Çingiz xanın monqolları idilər. Bu güclü 

selin son dalğaları Gürcüstana da çatır, ancaq onu batıra bilmir.




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə