Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə4/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   2   3   4   5   6   7   8   9   ...   203

10

gün bir çoxları Faz ilə Risni, yaxud Rioni adlandırılan çayı qarışdırdıqları kimi, 

bəzən də Tanaislə Don çayını qarışdırırlar.

Vergili


2

 Rioni çayı haqqında demişdir: “Pontem indignatus Araxes” – yəni 

“hiddətli Araz dənizə tökülür”. Araz və Rioni çayları bir-birinə əks istiqamətdə 

axır.  Birincisi  öz  ilanları  ilə  məşhur  olan  Moqan,  yəni  Mu ğan  səhralarının 

başlanğıcında  Kürlə  qovuşur,  ikincisi  isə  Poti  və  Re dut-Qala  arasında  Qara 

dənizə tökülür.

Terek,  Kür, Araz  və  Faz  çaylarına  çatanda  bunlar  haqqında  daha  ət raflı 

danışacağıq. Kubana gəldikdə isə, bu çay bizdən sağda yerləşir. O öz mənbəyini 

Elbrusdan alır, Kiçik Abxaziyanı keçir, bütün Çərkəzista nın belinə kəmər kimi 

dolanaraq Tamanın aşağısında Qara dənizə tökü lür; bu, Herodotun və Strabonun 

“Hipanis”, Ptolomeyin “Vardanes” ad landırdığı çaydır. XIII əsrdə azərbaycanlılar 

Skifiyanı  alanda  bu  çayı  “Kuman”,  yaxud  “Kuban”  adlandırmışlar;  ruslar  bu 

axırıncı, yəni ikinci adı qəbul etmişlər, ancaq bu gün heç kim onun etimologiyasını 

bu adla əlaqələndirməyə girişmir, daha doğrusu, cürət etmir. Kazaklar məhz bu 

çayın sağ sahilində məskən salmışlar.

“Qafqaz”  sözünün  mənşəyi  isə  məlumdur;  bu  ad  Allahlardan  birinin 

törətdiyi qətllə bağlıdır. Atasını şikəst edib eybəcər şəklə salan və öz uşaqlarını 

diri-diri udan Saturn müharibədə oğlu Yupiter tərəfindən məğ lub edilir və qaçıb 

gizlənir. Bu vaxt Qafqaz adlı bir çoban öz sürü lərini Pifaq dağında otarırmış (Pi-

faq dağı Ermənistanı Assuriyadan ayırır; Stra bona görə, Dəclə çayı öz mənbəyini 

bu  dağın  ətəyindən  alır).  Qafqaz  dö yüş  meydanından  qaçan  Saturnun  keçidi 

aşmasına mane olur və bu nunla da ehtiyatsızlıq edərək Saturnun qılıncına tuş 

gəlir. Yupiter bu cinayəti əbədiləşdirmək üçün qurbanın adını bütün Qafqaz sıra 

dağlarına verir; beləliklə, Ermənistan, Kiçik Asiya, Krım və İran dağlarının Qa-

fqaz dağ ları ilə çox şərti aidiyyatı vardır. 

Eyni zamanda Yupiter Qafqazın ən yüksək zirvələrindən biri Kaz beki in-

tiqam rəmzi kimi seçir.

Skiflərin From-Teulu, yunanların Prometeyi insanı yaratmaqla və göydən 

ona od oğurlayıb gətirməklə günah işlədir, boş qamışın içində giz lətdiyi odu insan-

lara payladığına görə Vulkan onu almaz zəncirlə Kaz bek qayalarına zəncirləyir.

Mövzumuzdan  uzaqlaşmadan  qeyd  edək  ki,  skif  dilində  “From-Teul”, 

“xeyirxah Allah”, “Prometey” isə yunan dilində “gələcəyi əvvəl cə dən görən Al-

lah”, yəni “peyğəmbər” deməkdir.

Rəvayətə  görə,  Prometey  məhz  bu  uzaqgörənliyi  sayəsində  insana  dov-

şan qorxaqlığı, tülkü hiyləgərliyi, ilan müdrikliyi, pələng qəddarlığı və şir gücü 

bəxş etmişdir. Hər səhər sübh şəfəqlərini zövqlə seyr edən in san bəşəriyyətin ilk 

xeyirxahı Prometeyin işgəncə çəkdiyi yeri mütləq xa tırlamalıdır.

Bu dediyimiz əhvalatdan dörd min il sonra qayanı xaç əvəz edəcək, Kalver 

Mkinvarini taxtdan salacaqdı.

Qeyd edək ki, Mkinvari və Kazbek eyni mənada işlənir və Prome tey ora-

da otuz min il yaşamağa məhkum edilmişdi. Bu otuz min il ərzin də çalağan – 



11

Tifonun  və Yexidnanın  oğlu  (belə  bir  uzunmüddətli  intiqa mı  cəllad-allah  özü 

seçmişdi) hər gün onun ciyərini dimdikləməliydi. An caq otuz ildən sonra Yupi-

terin oğlu Herkules çalağanı öldürür və Pro meteyi azad edir.

Tarixin bu qaranlıq, adət-ənənələrin yenicə yarandığı bir dövründə Prom-

etey  vəhşi  qüvvəni  lənətləyir,  daim  bu  nəhs  ruha  qarşı  müqavimət  göstərir, 

cəhalət çalağanına qarşı bihudə mübarizə aparır. Bu qartal onun tək cə ciyərini 

deyil,  ürəyini  də  gəmirirdi;  əfsanəyə  görə,  o  dövrdə,  hələ  Qaf  qazda  insanın 

məskunlaşmağından xeyli əvvəl, suların çəkildiyi bü tün quru ərazilərdə Divlər 

adlanan məxluqlar yaşayırdılar.

Qədim asiyalıların dilində “div” həmçinin nəhəng ada deməkdir. Buradan 

da Maldives, Lagueedives, Serendives yaranmışdır.

Doğrudan da dənizdən baş qaldıran bu adaların hər biri bir nəhəng, div 

deyilmi?


Yupiterlə  müharibə  aparan  titanlar  Egey  dənizindəki  nəhəng  adalar dan 

başqa nə ola bilərdi? Bu gün həmin adalar sönmüş vulkan lardır, an caq keçmişdə 

onların alov püskürmədiyini kim deyə bilər?

Bu  divlərdən  Arjank  adlı  biri  Qafqazın  zirvələrindən  birində  sa-

ray  tikdirmişdi  və  əfsanələrdə  də  deyilir  ki,  indiyəcən  orada  həmin  dövrün 

hökmdarlarının heykəlləri qalır.

Huşəng adlı bir yadelli onikiayaqlı dəniz atının tərkində üzə-üzə Divlərə 

hücum edir. Ancaq Dəmavəndin zirvəsindən qopan bir qaya Hu şən gi və onun 

onikiavarlı gəmiyə oxşayan atını məhv edir.

Bu  gün  Qafqazın  ən  döyüşkən  xalqlarından  biri  olan  çərkəzlər  özlə rini 

adıgey adlandırırlar; bu sözün (“adıgey” sözünün) kökü “ada” de məkdir.

Belə ki, Azərbaycan dilində olan ada sözü fransızca “Ile”dir. 

“Ad”dan  “adam”a  gəldikdə,  bu  axırıncı  da  insan  deməkdir.  “Ada”  ilə 

“adam” arasında təkcə bir hərf fərqi vardır; şübhəsiz, bunun anlaşıl maz, dilin 

fonetik qaydaları ilə ziddiyyət təşkil edən etimologiya oldu ğunu desək, yəqin ki, 

yanılmarıq.

Zərdüşt Elbrusun zirvəsində Arisman adlı bir əcinnə yerləşdirir, biz isə onu 

Arimank eləmişik.

“O,  Elbrusun  zirvəsindən  sıçrayır,  –  Zərdüşt  belə  təsvir  edir,  –  və  onun 

uçurum üzərində gərilmiş bədəni iki dünyanı birləşdirən odlu kör püyə oxşayır”.

Son  olaraq  bunu  da  deyək  ki,  Şat-Elbrusda  Simurq  quşu  yaşayırdı.  O, 

qanadlarını açanda günəşin qabağını kəsir, dünyanı zülmətə qərq edir di. Bu quş 

“Min bir gecə” nağıllarında təsvir olunan nəhəng quş – Rok dur.

İndi isə, söylənilən əfsanəni bir kənara qoyaq və getdikcə dumanlı keçmişi 

aydınlaşan Qafqazın tarixinə işıq salmağa çalışaq.

İntəhasız  sularında  nəhəng  gəminin  üzdüyü  bir  dənizi  təsəvvür  edin. 

Bu  dəniz  Nuh  əyyamında  baş  vermiş  daşqın,  gəmi  isə  Nuhun  gəmi sidir;  İsa 

peyğəmbərin anadan olmasından iki min üç yüz qırx səkkiz il əvvəl həmin gəmi 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə